Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə11/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   7   8   9   10   11   12   13   14   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
35 
 
də eyni hesabla “Azərreyl”in qələbəsi ilə başa çatmışdı [29, v.9]. 
Göründüyü  kimi,  ölkələr  arasında  idmanın  müxtəlif  növlərində 
idman  əlaqələri  müntəzəm  xarakter  almış  və  daha  da  genişlən-
məsi üçün ümidverici amillər güclənmişdi. 
Azərbaycan Respublikası və Macarıstan hökumətləri arasın-
da  beynəlxalq  idman  əlaqələri  də  maraqlı  olmuşdu.  Ölkəmizin 
idman  naziri  Ə.Qarayev  7  oktyabr  1997-ci  ildə  Amsterdamda 
XIII Avropa İdman konfransında Macarıstanın Milli Fiziki Tər-
biyə və İdman İdarəsinin rəisi, Dövlət katibi, Olimpiya Komitə-
sinin  vitse-prezidenti  ilə görüşmüş  və  ikitərəfli  idman  əlaqələri-
nin perspektivləri müzakirə olunmuşdu [23, v.3]. 
2004-cü il ərzində Azərbaycan Respublikasının bir neçə ye-
ni  diplomatik  nümayəndəliyi  fəaliyyətə  başlamışdı.  Ölkəmizin 
Macarıstandakı  səfirliyi  fəaliyyətə  başladığından  Azərbaycan 
Respublikası  ilə bu ölkə arasında əlaqələrin möhkəmlənməsi is-
tiqamətində  aparılan  işlər  xeyli  intensivləşmişdi.  Nəticədə  18 
aprel  2005-ci  ildə  “Azərbaycan  və  Macarıstan  hökumətləri  ara-
sında  gənclərlə  iş  və  idman  sahəsində  əməkdaşlıq  haqqında  sa-
ziş“in  və  “Azərbaycan  və  Macarıstan  hökumətləri  arasında  tu-
rizm  sahəsində  əməkdaşlıq  haqqında  saziş”in  layihələrinə  ölkə-
nin bir sıra nazirlikləri tərəfindən baxılmış və ümumilikdə bəyə-
nilmişdi [23, v.4-5]. 24 mart 2006-cı  ildə Macarıstan tərəfi dip-
lomatik kanallar vasitəsilə Azərbaycan Respublikasının Gənclər 
və İdman Nazirliyi və Macarıstanın Gənclər, Ailə, Sosial Məsə-
lələr  və  Bərabər  İmkanlar  Nazirliyi  arasında  gənclər  sahəsində 
əməkdaşlıq haqqında birgə bəyanat layihəsi təqdim etmişdi [23, 
v.6-7]. 
Azərbaycan  Respublikası  və İtaliya arasında  beynəlxalq  id-
man  əlaqələri  də  xüsusi  əhəmiyyət  kəsb  etmiş  və  hər  iki  ölkə 
arasında gənclərlə iş, idman və turizm sahələrində müəyyən işlər 
aparılmışdı. Belə ki, son illərdə respublikamızın Gənclər, İdman 
və Turizm Nazirliyinin əməkdaşları, Azərbaycan Gənclər Təşki-
latlarının  Milli  Şurasının  və  müxtəlif  gənclər  təşkilatlarının  nü-
mayəndələri  öz  italiyalı  həmkarları  ilə  beynəlxalq  forum,  kon-


Həsənov Yusifəli Lətif oğlu 
 
36 
 
qres və digər tədbirlərdə görüşmüş və fikir mübadiləsi aparmış-
lar [19, v.1-19]. Ümumən, respublikamızın beynəlxalq əlaqələri-
nin güclənməsi fonunda Azərbaycan idmançıları müxtəlif idman 
növləri  üzrə  İtaliyada  keçirilən  beynəlxalq  yarışlarda,  eləcə  də 
İtaliya  idmançıları  ölkəmizdə  təşkil  olunan  idman  tədbirlərində 
iştirak etmiş və edirlər [19, v.17]. Bunlara misal olaraq aşağıda-
kıları göstərə bilərik: 
2002-ci ilin dekabrında start verilmiş Avropa voleybol kon-
federasiyaları  çempionlar  liqasının  ilk  dövrə  oyunlarında  ölkə-
mizin  “Azərreyl”  və  İtaliyanın  “Voley  Modena”  klubları  Azər-
baycanın və İtaliyanın voleybol meydançalarında qarşılaşmışlar. 
29 mart–6 aprel 2003-cü ildə İtaliyada stolüstü tennis üzrə keçi-
rilmiş  yarışlarda ölkəmizin  idmançıları da  iştirak etmişdilər. İd-
mançılarımız  həmin  ilin  sentyabrında  İtaliyada  təşkil  olunmuş 
stend və güllə atıcılığı üzrə dünya kubokunda və oktyabrda Mi-
landa  keçirilmiş  dünya  kubokunun  final  mərhələsində,  2004-cü 
ilin  aprelində  Milanda  güllə  atıcılığı  üzrə  dünya  kubokunun 
mərhələsində, dekabrda voleybol üzrə qadınlar arasında Milanda 
keçirilmiş Avropa çempionlar liqasında (“Azerreyl” komandası) 
iştirak  etmişdi.  Həmin  ayda  Romada  keçirilmiş  sərbəst  və  yu-
nan-Roma  güləşində  yeni  qaydaların  tətbiqi  üzrə  hakimlər 
seminarında iki nümayəndəmiz ölkəmizi təmsil etmişdi. 
İntensivləşən  idman  əlaqələrimizin  bariz  nümunəsi  kimi 
aşağıdakı faktları da göstərmək olar. 2002-ci ildə idmançılarımız 
İtaliyada  keçirilmiş  cüdo  üzrə  beynəlxalq  turnirdə,  kikboksinq 
üzrə  Avropa  çempionatında,  stend  atıcılığı  üzrə  dünya  kuboku-
nun  final  mərhələsində,  sambo  üzrə  Milanda  keçirilmiş  beynəl-
xalq yarışda, həmin ilin sentyabrında Bakıda təşkil olunmuş fut-
bol üzrə matçda iştirak etmişlər. 9-10 avqust 2003-cü ildə İtaliya 
gimnastları  Bakıda  təşkil  olunmuş  dünya  kubokunun  mərhələ-
sində, 23-24 avqustda cüdo üzrə kadetlər arasında Avropa birin-
ciliyində  çıxış  etmişlər.  2003-cü  ilin  sentyabrında  futbol  üzrə 
2004-cü il Avropa çempionatının qrup yarışları çərçivəsində Ba-
kıda keçirilmiş oyunda Azərbaycan və İtaliya komandaları qarşı-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
37 
 
laşmışlar.  2004-cü  ilin  aprelində  Bakıda  keçirilmiş  bədii  gim-
nastika üzrə dünya kubokunun  mərhələsində, aprel-mayda  boks 
üzrə  Ə.Çoudrinin  kuboku  uğrunda  beynəlxalq  olimpiya  lisenzi-
yası  turnirində,  noyabrda  həndbol  üzrə  qadınlar  arasında  dünya 
çempionatının  seçmə  yarışlarında  İtaliya  idmançıları  da  iştirak 
etmişlər. 2005-ci ilin yanvarında Turində keçirilmiş fiqurlu kon-
kisürmə  üzrə  Avropa  çempionatında  ölkəmiz  də  çıxış  etmişdi. 
Lakin təəssüflər olsun ki,  ölkələrimiz arasında  idman sahəsində 
əməkdaşlıq  haqqında  rəsmi  müqavilə  hələ  də  imzalanmamışdı. 
Müqavilənin  imzalanması  bu  istiqamətdə  əməkdaşlığın  güclən-
məsində  mühüm  rol  oynaya  bilər.  Son  illər  ölkəmizin  idman-
çıları  müxtəlif idman növləri üzrə İtaliyada keçirilən beynəlxalq 
yarışlarda,  Avropa  və  dünya  çempionatlarında,  turnirlərdə,  id-
man festivallarında, eləcə də İtaliya idman nümayəndə heyətləri 
ölkəmizdə  təşkil  olunmuş  idman  tədbirlərində  uğurla  iştirak  et-
mişdilər. 
İdman sahəsində Azərbaycan Respublikasının geniş əlaqələ-
rinin mövcud olduğu ölkələrdən biri də Çexiyadır. Müstəqilliyin 
ilk illərində bu əlaqələr zəif olsa da, idmana dövlətin qayğısı və 
fəal  idman  siyasəti  nəticəsində  2000-ci  ildən  sonra  bu  əlaqələr 
xeyli  möhkəmlənmişdi.  Nəticədə  idmançılarımızın  bu  ölkədə 
keçirilən  idman  yarışlarında  iştirakı  müntəzəm  hal  almağa  baş-
lamışdı. Ölkəmizin idmançıları 14-16 mart 2004-cü ildə Praqada 
keçirilmiş  cüdo üzrə kişilər arasında “A” kateqoriyalı  lisenziya, 
10-15 may 2004-cü ildə Brunoda voleybol üzrə qadınlardan iba-
rət komandalar arasında “Sprinq CUP” beynəlxalq turnirində iş-
tirak  etmişdilər  [9,  v.14].  Dövlətin  idmana  qayğısı  sayəsində 
maddi-texniki  bazanın gücləndirilməsi ölkəmizdə  bir sıra  mötə-
bər  idman  yarışlarının  keçirilməsinə  imkan  verdi  ki,  bu  da  bir 
çox ölkələrin idmançıları ilə yanaşı Çexiya idmançılarının da öl-
kəmizdə keçirilən idman yarışlarında iştirakını təmin etdi. Misal 
üçün, 27-31 may 2004-cü ildə Bakıda çex komandasının da işti-
rak etdiyi otüstü hokkey üzrə qadınlar arasında Avropa ölkələri-
nin çempion klub komandalarının 31-ci “Trofi” kuboku yarışları 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə