Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə13/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   9   10   11   12   13   14   15   16   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
41 
 
dan bir qədər əvvəl – 2004-cü il yanvarın 5-10-da Bakıda voley-
bol  üzrə  qadınlar  arasında  olimpiya  təsnifat  turniri  baş  tutmuş, 
burada hər iki ölkənin idmançıları iştirak etmişdilər. 2004-cü ilin 
fevralında  Sofiyada  sərbəst  güləş  üzrə,  həmin  ilin  aprelində 
Plovdivdə  boks  üzrə  beynəlxalq  lisenziya  turniri,  23-24  noyabr 
2004-cü ildə Bakıda həndbol üzrə qadınlar arasında dünya çem-
pionatı  keçirilmişdi.  Həmin  yarışlarda  sərbəst  güləş  üzrə  E.Əs-
gərov, boks üzrə R.Hüseynov Afina Olimpiadasına  vəsiqə əldə 
etmişlər. 17 noyabr 2004-cü ildə T.Bəhramov adına Respublika 
Stadionunda Azərbaycan və Bolqarıstan futbol komandaları ara-
sında  yoldaşlıq  görüşü  keçirilmişdir  ki,  bunu  da  əlaqələrimizə 
mühüm töhfə hesab etmək olar. 
Hər iki ölkənin atletləri qarşılıqlı şəkildə 11-13 mart 2005-ci 
ildə  Bakıda  taekvondo  üzrə  gənclərin  Avropa  birinciliyində, 
2005-ci  ilin  aprelin  12-dən  17-nə  kimi  Varnada  keçirilmiş  sər-
bəst  və  yunan-Roma  güləşi  üzrə  Avropa  çempionatında  iştirak 
etmişlər. Göründüyü kimi, iki ölkə arasında 2000-ci ildən sonra 
normal idman əlaqələri mövcud olmuşdur ki, bu da belə əlaqələ-
rin getdikcə dərinləşən və genişlənən miqyasına dəlalət edir, ey-
ni zamanda, dövlətin idmana qayğısının da bilavasitə nəticəsidir. 
Azərbaycan  Respublikası  ilə  qardaş  Türkiyə  arasında  bey-
nəlxalq idman əlaqələri, təbii ki, xüsusi maraq kəsb edir. Ölkələr 
arasında qardaşlıq və dostluq əlaqələrinin, ələlxüsus  gənclər, id-
man  və  turizm  sahəsindəki  əlaqələrin  genişlənməsi  xüsusi  əhə-
miyyətə  malik olduğundan  hər  iki dövlət bu  sahələrə ciddi diq-
qət yetirmişdi. Bu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyə-
tinə  çatdırılmasına,  gənclərin,  idmançıların,  mütəxəssislərin,  id-
man xadimlərinin beynəlxalq yarışlarda və beynəlxalq tədbirlər-
də iştirakına şərait yaradılmasına, əməkdaşlıq əlaqələrinin geniş-
ləndirilməsinə xeyli kömək edir. Bu əlaqələrin güclənməsi və in-
kişafı  baxımından  Türkiyə-Azərbaycan  arasında  9  fevral  1994-
cü il fevralın 9-da və 1996-cı il fevralın 4-də imzalanmış idman 
sahəsində  əməkdaşlığa  dair  saziş  və  protokolun  əhəmiyyəti  bö-
yük olmuşdur [36, v.6, 12]. Sonuncu protokolun 12-ci maddəsi-


Həsənov Yusifəli Lətif oğlu 
 
42 
 
nə  görə tərəflərdən  birinin  bu  tarixin  qurtarmasından  bir  ay  əv-
vəl  onun  dəyişdirilməsi  üçün  yazılı  müraciət  etməməsi  halında 
müqavilə  müddətinin  iki  il  daha  uzanacağı,  buna  görə  də  yeni 
bir  müqaviləyə  ehtiyac  olmayacağı  nəzərdə  tutulur.  Göründüyü 
kimi, ölkələrimiz arasında  idman  əlaqələrinin  hüquqi  bazası elə 
müstəqilliyimizin ilk illərində yaranmışdı. Digər tərəfdən, bir sı-
ra  sahələrdə  olduğu  kimi,  idman  sahəsində  də  dövlətimizə  Tür-
kiyə  tərəfindən  sanballı  qardaş  köməyi  göstərilmişdi.  Bununla 
əlaqədar  qeyd  etmək  yerinə  düşər  ki,  Bakı  şəhərində  fövqəladə 
vəziyyətlə bağlı olaraq UEFA Azərbaycan milli və olimpiya fut-
bol komandalarının  Avropa  çempionatındakı  seçmə oyunlarının 
MDB  və  ya  Baltikyanı  ölkələrin  birində  keçirilməsi  üçün  qərar 
çıxartmış və bu qərarı Azərbaycan tərəfinə bildirmişdi [36, v.7]. 
Bu  qərarı  nazir  Ə.Qarayev  Türkiyə  gənclik  və  idman    naziri 
Ş.Erdemə  bildirmiş,  bununla  əlaqədar olaraq  maliyyə  səbəbləri, 
iqlim  şərtləri,  xüsusilə  tamaşaçı  rəğbəti  kimi  hallarla  bağlı  bu 
oyunların  Türkiyə  Respublikasında  keçirilməsini  xahiş  etmişdi. 
Respublikamızın  xahişinə  Türkiyədən  razılıq  cavabı  alınmışdı. 
Bundan  sonra  UEFA  oyunlarının  Trabzonda  keçirilməsi  üçün 
qərar verilmişdi. Bununla bağlı Azərbaycan tərəfi Türkiyə tərəfi-
nə  dərin  minnətdarlığını  bildirmişdi.  1994-cü  il  noyabrın  16-da 
Trabzonda, 15-də isə Aşqabadda ölkəmizin müvafiq olaraq milli 
və  olimpiya  komandaları    İsrailin  hər  eyniadlı    komandaları  ilə 
görüşmüş və bu görüşlərdə ev sahibi kimi çıxış etmişdi [36, v.5]. 
Türkiyə  tərəfi  Azərbaycan  və  İsrail  heyətlərini  qəbul  etmiş  və 
yerləşdirmişdi.  Eyni  zamanda,  yeni  yaradılmış  olan  Gənclər  və 
İdman Nazirliyinin  imkanlarının olmamasını  nəzərə alan Türki-
yə  tərəfi  Azərbaycana  kömək  edərək,  onları  qarşılamaq,  iaşə, 
mehmanxana  və  nəqliyyat  problemlərini  həll  etmişdi.  Bununla 
yanaşı,  qonaq  idmançılara  məşq  sahələrinin  verilməsini  və  hər 
iki stadiona maliyyə baxımından kömək edilməsini təmin etmiş-
di. Ümumilikdə, 50 nəfərdən ibarət Azərbaycan heyəti Trabzon-
dakı  Qara  Dəniz  Texniki  Universitetinin  yataqxanasında  dörd 
gün müddətində təmənnasız olaraq yerləşdirilmişdi [36, v.5]. 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
43 
 
İki ölkə arasında idman əlaqələrində mühüm yerlərdən biri-
ni  Azərbaycan  Respublikasında  və  Türkiyədə  inkişaf  etmiş  id-
man  sahələrində  məşqçi  və  kadrların  mübadiləsi  tutmuşdu.  Bu 
baxımdan  təqdirəlayiq  haldır  ki,  cüdo  üzrə  məşqçilər  H.Əhmə-
dov və İ.Musa 1992-1996-cı illərdə Türkiyə yığmasına rəhbərlik 
etmişlər. 
Türkiyə  hökuməti  “Qara  Dəniz  və  Avrasiya  idman  oyunla-
rı”  (KASO)  adı  altında  olimpiya  statuslu  idman  oyunları  təşkil 
etmək  üçün  çalışmalara  başlamışdı.  Dörd  ildən  bir  keçiriləcək 
bu oyunların birincisinin 1996-cı ildə Türkiyədə reallaşdırılması 
planlaşdırılırdı [36, v.8-10]. Qara dəniz və Avrasiya ölkələri ara-
sında mövcud əlaqələri daha da qüvvətləndirmək, bu ölkələr ara-
sında  sosial  sahələrdə  də  yaxınlaşma  yaratmaq  məqsədini  daşı-
yan  bu  layihəyə  Azərbaycan  Respublikası  da  tərəfdar  çıxdığını 
və  iştiraka hazır olduğunu  bildirmişdi. Lakin  müxtəlif səbəblər-
dən  bu  oyunların  tədqiq  olunan  dövr  çərçivəsində  keçirilməsi 
mümkün olmamışdı. 
Məlumdur  ki,  Azərbaycan  Respublikasının  idmançıları  At-
lantada Olimpiya oyunlarında ilk dəfə olaraq, müstəqil milli ko-
manda  kimi  çıxış  etmişdilər.  Demokratik  inkişaf  yolunda  olan 
ölkə  üçün  yüksək  idman  forumunda  iştirak  etmək  çox  əhəmiy-
yətli olduğundan, Azərbaycan tərəfi  Atlantada yalnız  idman nə-
ticələri  göstərməyə  deyil,  həmçinin  197  ölkədən  iştirak  edəcək 
idmançılarla  əlaqələrin  yaradılmasına çalışmışdı [36, v.11]. Bu-
na  görə  də  Azərbaycan-Türkiyə  idmançıları  qarşısında  duran 
problemləri  müzakirə  etmək,  idmanın  müxtəlif  sahələrində 
əməkdaşlıq  məsələlərini  öyrənmək  üçün  Atlantada  Olimpiya 
oyunları  zamanı  Azərbaycan  gənclər  və  idman  naziri  Türkiyə 
gənclər  və  idman  işləri  üzrə  dövlət  naziri,  Gənclər  və  İdman 
Nazirliyinin baş müdiri ilə görüşmüşdü. 
Türkiyədə hər il qeyd edilən 19 May Atatürkü anma, gənc-
lik və idman bayramı çərçivəsində 15-21 may 1997-ci ildə gənc-
lik  həftəsi  keçirilmişdi  [37,  v.18].  ”Gənclik  həftəsi”  zamanı  öl-
kənin  bütün vilayətlərindən gələn gənclər  Ankaradakı tədbirlər-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə