Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə21/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   17   18   19   20   21   22   23   24   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
67 
 
müş və birgə yarışların təqvim planını imzalamışdı. 1999-cu ilin 
martında  Novruz  bayramına  həsr  olunmuş  mini-futbol  üzrə 
beynəlxalq  turnirdə  Qazaxıstanın  “Aktau”  komandası,  həmin 
ilin  sentyabrında  isə  Bakıda  H.Aslanovun  xatirəsinə  həsr  olun-
muş  cüdo  üzrə  beynəlxalq  turnirdə  Qazaxıstanın  doqquz  nüma-
yəndəsi iştirak etmişdi. 
2000-ci ilin martında MDB ölkələri idman işləri üzrə dövlət 
orqanları rəhbərlərinin Moskvada keçirilən müşavirəsində Qaza-
xıstan dövlət idman orqanının rəhbəri ilə Azərbaycanın müvafiq 
qurum  rəhbəri  görüşmüşdü.  Görüş  zamanı  mövcud  əlaqələr  və 
gələcək perspektivlər müzakirə edilmiş, onların genişləndirilmə-
si üçün bütün  imkanlardan  istifadə ediləcəyi  barədə razılığa gə-
linmişdi.  Lakin  yol  xərclərinin  baha olması  əlaqələrin genişlən-
məsinə  müəyyən  maneçilik  törətmişdi. Bu baxımdan gənclər və 
idman  nümayəndə  heyətlərinə  güzəştli  biletlər  satılması  barədə 
hökumətlərarası razılıq əldə olunması bu sahədə əlaqələrin daha 
intensiv olmasına şərait yaradardı. 
2002-ci ildə boks üzrə yığma komandamız Astanada dünya 
kuboku yarışlarında iştirak etmiş və komanda hesabında beşinci 
yeri  tutmuşdu.  Qazaxıstan  yığma  komandası  da  1996-cı  ildən 
2005-ci  ilə  kimi  boks  üzrə  ənənəvi  Ə.Çoudri  kuboku  uğrunda 
beynəlxalq  Bakı  turnirlərində  iştirak etmişdir.  Qazaxıstan  boks-
çuları  yeniyetmələrin  beynəlxalq  turnirlərinə,  əməkdar  məşqçi 
və əməkdar idman ustası A.Ağalarovun xatirəsinə həsr olunmuş 
beynəlxalq turnirlərə də dəvət olunmuşdular. Yuxarıdakı faktlar 
idmanın  boks  növü  üzrə  Qazaxıstan-Azərbaycan  əlaqələrinin 
normal olduğunu göstərir. 
26-30  iyun  2003-cü  ildə  mini-futbol  və  badminton  üzrə 
Azərbaycan  yığma  komandası  Astanada  keçirilən  zəhmətkeşlə-
rin IV beynəlxalq idman oyunlarında və 10-16 iyun 2003-cü ildə 
Astanada  keçirilən  bilyardın  piramida  növü  üzrə  Asiya  açıq 
çempionatında təmsil olunmuşdular. 
Azərbaycan və Qazaxıstan respublikaları arasında əməkdaş-
lıq üzrə hökumətlərarası komissiyanın 28 fevral 2004-cü il tarix-


Həsənov Yusifəli Lətif oğlu 
 
68 
 
li ikinci iclas protokolunun icrasına dair ölkələrimiz arasında id-
man  sahəsində  müvafiq  işlər  görülmüşdü.  23-24  aprel  2004-cü 
ildə Bakıda keçirilmiş bədii gimnastika üzrə “World Cup 2004” 
dünya  kubokunun  mərhələ  yarışlarında,  7-10  mayda  Bakıda 
H.Ə.Əliyevin  xatirəsinə  həsr  olunmuş  yeniyetmələr  arasında 
beynəlxalq boks turnirində iştirak etmiş, həmçinin Qazaxıstanın 
ölkəmizdə  fəaliyyət  göstərən  səfirliyindən  aldığımız  müraciətə 
əsasən “Nevada-Semipalatinsk” beynəlxalq nüvəyəqarşı hərəka-
tın təşəbbüsü ilə 21 iyun-25 avqust 2004-cü ildə “Sülh marafonu 
–  2004”  veloyürüşü  keçirilmişdi.  Yürüşün  marşrutunun  bir  his-
səsi  14-18  iyul  2004-cü  ildə  bəzi  rayonlarımızı  əhatə  etməklə 
Azərbaycan Respublikasının da ərazisindən keçmişdi. 2004-cü il 
aprelin  28-də  Astanada  futbol  üzrə  Azərbaycan-Qazaxıstan  ko-
mandaları arasında keçirilən yoldaşlıq görüşü iki türk xalqı, türk 
dövləti arasındakı idman əlaqələrinin genişləndirilməsi baxımın-
dan əlamətdar bir hadisə sayılmalıdı. 
Ölkələrimiz  arasında  idman  sahəsində  əlaqələrin  genişlən-
məsi üçün Qazaxıstanın nümayəndələri respublikamızda keçiril-
miş aşağıdakı yarışlara dəvət edilmişlər: H.Ə.Əliyevin xatirəsinə 
həsr  olunmuş  yeniyetmələr  arasında  beynəlxalq  boks  turniri, 
Ə.Çoudrinin kuboku uğrunda beynəlxalq boks turniri, sərbəst və 
yunan-Roma  güləşi  üzrə  beynəlxalq  turnir,  otüstü  hokkey  üzrə 
beynəlxalq turnir, futbol üzrə gənclər arasında beynəlxalq turnir, 
iki dəfə Sovet İttifaqı Qəhrəmanı general H.Aslanovun xatirəsi-
nə həsr olunmuş cüdo üzrə beynəlxalq turnir. 
Bunlardan başqa, 13-15 aprel 2005-ci ildə Bakıda Azərbay-
can Gimnastika Federasiyasının kuboku uğrunda və 3-9 oktyabr 
2005-ci  ildə  yenə  də  Bakıda  bədii  gimnastika  üzrə  dünya  çem-
pionatında  Qazaxıstan  idmançıları  da  iştirak  etmişdilər.  Sadala-
nanlarla  yanaşı, 23-27 sentyabr 2005-ci  ildə Bakıda Böyük Və-
tən müharibəsində faşizm üzərində qələbənin 60 illik yubileyinə 
həsr olunmuş  MDB-yə üzv olan dövlətlərin  “Sülh  və  sağlamlıq 
dostluqdadır”  devizi  altında  beynəlxalq  idman  oyunlarında  Qa-
zaxıstan idmançıları daşqaldırma, badminton, stritbol, yüngül at-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
69 
 
letika, voleybol, darts, stolüstü tennis, kəndirdartma və mini-fut-
bol  növlərində də  yarışmışlar. Həmçinin  informasiya  mübadilə-
sinin aparılması, hakimlər və məşqçilər üçün seminarların təşkil 
olunması,  təkbətək  mübarizə  idman  növləri  üzrə  yeniyetmələr-
dən  ibarət seçmə komandaların  birgə təlim-məşq  toplanışlarının 
keçirilməsi  üzrə  Qazaxıstan  ilə  əməkdaşlığın  genişləndirilməsi 
nəzərdə tutulmuşdu. Azərbaycan idmançıları da öz növbələrində 
bu  dost  ölkədə  keçirilən  idman  oyunlarında  –  19-23  yanvar 
2005-ci ildə Aktauda boks üzrə beynəlxalq turnirdə, 24-27 mart 
2005-ci  ildə  cüdo  üzrə  S.Cardosovun  xatirəsinə  həsr  olunmuş 
XII beynəlxalq turnirdə, 23-27 noyabr 2005-ci ildə Almatıda bil-
yard üzrə dünya çempionatında iştirak etmişlər. 
Yuxarıdakı faktlar 2005-ci ildə Azərbaycan-Qazaxıstan iqti-
sadi  əməkdaşlıq  üzrə  hökumətlərarası  komissiyanın  22  may 
2005-ci  il  tarixli  üçüncü  iclas  protokolunun  7-ci  bəndinin  düz-
gün  icra  olunduğunu  göstərir  (protokolun  7-ci  bəndində  idman 
sahəsində  əməkdaşlığın  daha  da  genişləndirilməsi  nəzərdə  tutu-
lurdu). 
Azərbaycan Respublikasının qonşu Gürcüstanla əlaqələri də 
böyük  maraq  kəsb  edir  [140,  s.131-135].  Belə  ki,  bu  əlaqələrin 
çox xoş bir tarixçəsi var. Hələ SSRİ dövründə Azərbaycan digər 
sahələrlə yanaşı idman sahəsində də Gürcüstanla sıx dostluq əla-
qələri  saxlamışdı  və  bu  əlaqələr  hal-hazırda  da  davam  etdirilir.  
Ölkəmızın  idmançıları  qonşu  dövlətin  idman  tədbirlərində  ya-
xından  iştirak  edirlər.  Eyni  zamanda  respublikamızda  keçirilən 
müxtəlif miqyaslı yarışlara digər ölkələrlə yanaşı Gürcüstan  id-
mançıları  da  dəvət olunurlar.  Qeyd  etmək  lazımdır  ki,  keçirilən 
bütün  gənclər  və  idman  tədbirlərinin  və  yarışlarının  iştirakçıla-
rına  ölkəmizin  həyatında  baş  verən  mühüm  ictimai-siyasi  hadi-
sələr barədə ətraflı məlumat verməklə yanaşı, qonaqların yemək, 
yataq xərcləri də respublikamızın hesabına ödənilmiş və onların 
asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə mədəni-kütləvi 
tədbirlər təşkil  olunmuşdur.  Gənclər  və  idman  sahəsində  dövlət 
siyasətini  ardıcıl  həyata keçirən Gənclər və İdman Nazirliyi  ya-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə