Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə22/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   18   19   20   21   22   23   24   25   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
70 
 
radıldığı ilk gündən Gürcüstanın gənclər və idman qurumları ilə 
sıx əlaqə yaratmağa başlamışdı. Belə ki, Gürcüstanda hələ gənc-
lərlə iş üzrə heç bir dövlət qurumu fəaliyyət göstərmədiyi dövr-
də belə nazirlik Gürcüstanın  Gənclər Təşkilatlarının Milli Şura-
sı  və  idman  üzrə  Dövlət  Departamenti  ilə  əlaqələr  yaratmışdı. 
Azərbaycan və Gürcüstan idmançıları, habelə iki ölkənin idman 
təşkilatları və müəssisələri  arasında əməkdaşlıq əlaqələri yarat-
maq  məqsədilə  qabaqcadan  əldə  edilmiş  razılığa  əsasən  Gürcü-
stanın idman üzrə Dövlət Departamenti sədrinin birinci müavini 
C.Baqrationinin  başçılığı  ilə  üç  nəfərdən  ibarət  nümayəndə 
heyəti 26-27 dekabr 1995-ci  ildə Bakıda olmuş və dekabrın 26-
da iki ölkənin idman təşkilatları arasında idman sahəsində əmək-
daşlıq  haqqında  xüsusi  saziş  imzalanmışdır  ki,  bu  da  nazirliyin 
tarixində imzalanmış birinci sazişdir [14, v.4]. Sazişə uyğun ola-
raq hər iki tərəf qarşılıqlı  fəaliyyət barəsində   aşağıdakı razılığa 
gəlmişlər:  idman  sahəsində  fəaliyyət  göstərən  şəxslər,  idarələr 
və  təşkilatlar  arasında  birbaşa  əməkdaşlığın,  əlaqələrin  təşviq 
edilməsi  və  onlara  imkan  yaradılması,  idman  problemləri  ilə 
məşğul olan tədqiqat təşkilatları və ya mərkəzləri arasında birba-
şa  əməkdaşlıq,  idman  infrastrukturu  və  idman  səhiyyəsini  inki-
şaf etdirmək, idman avadanlığı və ləvazimatının istehsalı, idman 
qurğularının  layihələşdirilməsi,  tikintisi,  yenidən  qurulması  və 
istismarı  sahəsində  əməkdaşlıq,  birgə  yarışlar  və  təlim-məşq 
toplanışları keçirmək, idman problemlərinə həsr edilmiş qəzetlə-
ri, jurnalları və broşurları qarşılıqlı surətdə bir-birinə göndərmək 
və s. 
Yeri gəlmişkən qeyd edək ki, haqqında danışdığımız Gürcü-
stan nümayəndə heyəti həm də bu səfər zamanı Ə.Məmmədovun 
xatirəsinə mini-futbol üzrə beynəlxalq turnirin açılış mərasimin-
də iştirak etmişdi. 
Müvafiq  olaraq  Gənclər  və  İdman  Nazirliyinin  kütləvi  bə-
dən tərbiyəsi və idman idarəsi iki ölkə arasında bağlanmış sazişə 
uyğun olaraq Gürcüstan İdman Departamenti ilə birlikdə müəy-
yən  işlər  görmüşdü  [14,  v.8].  Məsələn,  1996-cı  ildə  Gürcüstan 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
71 
 
və  Azərbaycan  respublikaları  arasında  idman  sahəsində  əmək-
daşlıq  uğurlu  olmuşdu  [14,  Информация  управления  спорта 
Министерства  Молодежи  и  Спорта  Азербайджанской  Рес-
публики  о  проделанной  работе  по  сотрудничеству  с  Госу-
дарственным Департаментом по Спорту Республики Грузия 
в  области  спорта  1996  г.].  6-10  may  1996-cı  ildə  Saqarecoda 
cüdo üzrə Azərbaycan yığma komandası, 14-19 iyunda Kutaisdə 
qılıncoynatma  üzrə  beynəlxalq  turnirdə  Bakı  yığması  iştirak  et-
mişdir.  Bundan  əlavə,  24  sentyabrda  Qoridə  iki  ölkə  arasında 
boks üzrə Azərbaycan və Gürcüstan yeniyetmə yığma komanda-
larının yoldaşlıq görüşü keçirilmişdir. 27-29 sentyabrda Tiflisdə 
Baxavadzenin şərəfinə sərbəst güləş üzrə beynəlxalq turnirdə, 4-
10  noyabrda  yenə  də  orada  su  polosu  üzrə  beynəlxalq  turnirdə, 
2-4  noyabrda  isə  qılıncoynatma  üzrə  Tiflis  açıq  çempionatında 
Azərbaycan yığma komandaları ölkəmizi layiqincə təmsil etmiş-
dir. 
Azərbaycan idmançıları Gürcüstanda keçirilən yarışlarda iş-
tirak etdikləri kimi, Gürcüstan idmançıları da Azərbaycanda ke-
çirilən yarışlarda çıxış etmək imkanlarını əldən vermirdilər. Mə-
sələn,  22-26  fevral  1996-cı  ildə  Tiflis  və  Saqareco  şəhərlərinin 
15 nəfər cüdoçusu Bakının açıq birinciliyində, 16-22 martda Tif-
lis yığma komandası Bakıda Novruz bayramına həsr edi  koı


Həsənov Yusifəli Lətif oğlu 
 
72 
 
bek” yüksəkliyinin fəth olunması üzrə beynəlxalq ekspedisiyaya 
Azərbaycan nümayəndələri də qatılmış, sərbəst güləş üzrə yığma 
komandamız 24-29  iyulda Tiflisdə dünya çempionu Balavadze-
nin  beynəlxalq  turnirində,  kiokşinkayçılarımız  isə  1997-ci  ilin 
15-16  mayında  yenə  də  Tiflisdə  beynəlxalq  turnirdə  fəal  iştirak 
etmişdilər. 
Ötən əsrin 90-cı  illərinin sonlarına doğru bu  iki qonşu ölkə 
arasında  əlaqələr, o cümlədən  idman  əlaqələri daha da intensiv-
ləşmişdi. Bu  illərdə də Gürcüstan  idmançıları  ölkəmizdə keçiri-
lən  müxtəlif  miqyaslı  yarışlarda  fəal  iştirak  etmişlər  [14,  Azər-
baycan-Ukrayna  və  Azərbaycan-Gürcüstan  dövlətləri  arasında 
qarşılıqlı  dostluq  əlaqələri  haqqında  qısa  məlumat].  Məsələn, 
1997-1999-ci  illərdə onlar  Novruz bayramı  münasibətilə keçiri-
lən mini-futbol üzrə yarışlarda, cüdo üzrə H.Aslanovun xatirəsi-
nə  həsr  olunmuş  turnirlərdə,  sambo  üzrə  25-ci  Avropa  çempio-
natında,  şahmat  üzrə  VIII  beynəlxalq  Bakı  turnirində,  kiokşin-
kay karate üzrə, boks üzrə beynəlxalq turnirlərdə iştirak etmişlər 
[14, v.27]. Gürcüstan idmançılarının iştirakı ilə dəfələrlə futbol, 
həndbol, su polosu üzrə  yoldaşlıq görüşləri keçirilmişdir. 25-29 
may 1998-ci ildə Azərbaycan və Gürcüstan respublikalarının 80 
illiyinə  həsr  olunmuş  birgə  marafon  yürüşündə  hər  iki  tərəfdən 
45 idmançı iştirak etmişdir. Qeyd etmək lazımdır ki, son illərdə 
ölkələrimizin gəncləri və idmançılarının birgə keçirdikləri tədbir, 
görüş və yarışların sayı xeyli artmışdır. Sərbəst güləş üzrə dünya 
çempionu Balavadzenin şərəfinə hər il Tiflisdə keçirilən beynəl-
xalq  turnirdə  iştirak  edən  idmançılarımız  dəfələrlə  həmin  yarış-
ların qalibi olmuşlar. 
Azərbaycan və Gürcüstan respublikaları  arasında siyasi,  iq-
tisadi və mədəni əlaqələr kontekstində idman əlaqələrinə xüsusi 
diqqət yetirilmişdi. Belə ki, 1998-ci ilin martında Bakıda hər iki 
tərəfin dövlət  qurumları rəhbərlərinin ikinci iclasında Gürcüstan 
nümayəndə  heyəti  də  iştirak  etmiş  və  bu  heyət  mərhum  prezi-
dent  H.Ə.Əliyev  tərəfindən  qəbul  edilmişdi.  7  oktyabr  1998-ci 
ildə  Azərbaycan  və  Gürcüstan  sərhədindəki  Qırmızı  Körpü  ya-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə