Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə18/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   14   15   16   17   18   19   20   21   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
58 
 
rilən  Qran-pri  turnirində  Azərbaycan  idmançıları,  həmçinin  
2001-ci ilin martında Pyatiqorsk və Volqoqrad komandaları Ba-
kı turnirində, 14-17 may 2001-ci  ildə Bakıda sərbəst güləş üzrə 
beynəlxalq  turnirdə,  habelə  13-21  oktyabr  2001-ci  ildə  Bakıda 
keçirilən  boks üzrə yeniyetmələr arasında dünya  çempionatında 
Rusiya komandaları fəal iştirak etmişlər. 
Azərbaycan-Rusiya  hökumətləri  arasında  mədəni  və  elmi 
əməkdaşlıq haqqında 6 iyun 1995-ci il tarixli sazişi və informa-
siya mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyət şəraiti haqqın-
da 3 iyul 1997-ci il tarixli hökumətlərarası sazişi əsas tutaraq hər 
iki tərəf 2000-2002-ci illərdə mədəniyyət, elm və təhsil sahəsin-
də  əməkdaşlıq  üzrə  uzunmüddətli  proqramı  həyata  keçirməyin 
məqsədəuyğunluğu  barədə  anlaşmaya  müvafiq  olaraq  mədəniy-
yət, təhsil, elm və idman müəssisə və təşkilatları arasında bilava-
sitə əlaqələrin inkişafına, mədəniyyət və elm nümayəndələrinin, 
o cümlədən gənclərin və qadınların şəxsi təmaslarının möhkəm-
ləndirilməsinə,  Rusiya  hökumətinin,  onun  subyektlərinin  və  re-
gionlarının  rəhbərliklərinin  və  Azərbaycan  hökumətinin  dəstəyi 
ilə  birbaşa  mübadilələrin  təşkilinə  hər  vasitə  ilə  kömək  etməli, 
mədəniyyət,  elm,  təhsil,  informasiya  və  idman  sahəsində  birgə 
yaradıcı  kollektivlərin  və  birgə  müəssisələrin  yaradılmasına  ça-
lışmalı, Azərbaycan və Rusiya xalqlarının siyasi, mədəni və icti-
mai  həyatında  əlamətdar  tarixlərə  və  hadisələrə  həsr  olunmuş 
müxtəlif  tədbirlərin  keçirilməsinə  lazımi  diqqət  yetirməlidirlər. 
Proqramın 4-cü hissəsinin 1-ci bəndi idman mütəxəssislərindən, 
məşqçilərindən  və  komandalardan  ibarət  nümayəndə  heyətləri-
nin  qarşılıqlı  mübadiləsi  yolu  ilə  bədən  tərbiyəsi  və  idman  sa-
həsində  əlaqələrin  inkişafını  nəzərdə  tuturdu.  Proqramdakı  təd-
birlərin  həyata  keçirilməsinin  konkret  şərtləri  və  müddətləri,  o 
cümlədən  maliyyə  şərtləri  qarşılıqlı  məsləhətləşmələr  yolu  ilə 
müəyyən  olunması  nəzərdə  tutulurdu.  Bütün  hallarda  (xüsusi 
olaraq əvvəlcədən şərtləşdirilən  hallardan başqa) göndərən tərəf 
öz nümayəndə heyətinin paytaxtdan-paytaxta və geriyə  yol xər-
cini  çəkirdi.  Qəbul  edən  tərəf  özündəki  mövcud  normalar  üzrə 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
59 
 
onların  yerləşdirilməsi,  yeməklə,  tərcüməçilərlə,  lazımi  tibbi 
xidmətlə, habelə ölkə daxilində nəqliyyatla təmin olunması üzrə 
xərclərini  ödəməli  idi.  1999-cu  il  noyabrın  5-də  Bakıda  Azər-
baycan və rus dillərində iki nüsxədə imzalanmış proqramın yeri-
nə yetirilməsi ölkələr arasında dostluq və əməkdaşlıq münasibət-
lərinin  daha  da  genişlənməsinə  və  dərinləşməsinə  imkan  yarat-
malı  idi [31, v.36].  24 aprel  2001-ci  ildə Moskvada və 10 aprel 
2002-ci ildə Bakıda imzalanmış “İqtisadi əməkdaşlıq üzrə Azər-
baycan-Rusiya  Hökumətlərarası  Komissiyasının  5-ci  və  6-cı  ic-
las protokolları”nın “Humanitar əməkdaşlıq haqqındakı fəsli”nin 
9-cu bəndində Rusiya və onun regionları ilə Azərbaycan arasın-
da idman sahəsində əməkdaşlığı genişləndirmək nəzərdə tutulur-
du  [31,  v.43].  Həmçinin  komissiya  həmsədrlərinin  19  dekabr 
2002-ci  il  tarixli  görüş  protokolunun  yerinə  yetirilmə  planının 
icrası  ilə  əlaqədar  Azərbaycan  tərəfi  Rusiyanın  Dövlət  İdman 
Komitəsi ilə daimi sıx  əlaqədə fəaliyyət göstərmiş və idman sa-
həsində  dövlətlərarası  əməkdaşlığın  fəallaşması,  idman    nüma-
yəndə  heyətlərinin  hər  iki  ölkənin  keçirdiyi  yarışlarda  iştirakı, 
bu  sahədə  təcrübə  mübadiləsinin  aparılması  üçün  birgə  səylər 
göstərmiş və lazımi tədbirlər görmüşdür [31, v.44]. İdmançıları-
mız  Rusiya  Federasiyasının  müxtəlif  şəhərlərində  boks,  cüdo, 
voleybol, bilyard və universal döyüş üzrə rəsmi yarışlarda iştirak 
etmişdilər [32, v.45]. 
Ölkə  və  müvafiq  qurum  rəhbərlərinin  səfərləri,  bağlanmış 
saziş,  protokol  və  müqavilələr  və  s.  imkan  vermişdir  ki,  Azər-
baycan  idmançıları  Rusiyada,  Rusiya  idmançıları  isə  Azərbay-
canda keçirilən müxtəlif idman yarışlarında iştirak etsinlər. Buna 
misal olaraq 14-24 iyun 2002-ci ildə Moskvada MDB və Baltik-
yanı ölkələri idmançılarının iştirak etdikləri yeniyetmələrin bey-
nəlxalq  idman  yarışlarında  Azərbaycanın  160  idmançısı  13  id-
man növündə ölkəmizi təmsil etmiş və bu yarışlarda atletlərimiz 
iki  qızıl,  bir  gümüş  və  dörd  bürünc  medal  qazanmışdılar.  Yenə 
2002-ci ildə idmançılarımız Rusiyanın müxtəlif şəhərlərində ve-
losiped  idmanı,  cüdo  və  dama  üzrə  yarışlarda,  Volqoqrad  və 


Həsənov Yusifəli Lətif oğlu 
 
60 
 
Kaspiyskdə  boks  üzrə  keçirilmiş  beynəlxalq  turnirlərdə,  boks 
üzrə  iyunda  Permdə  keçirilmiş  Avropa  çempionatında,  20-23 
sentyabrda  yunan-Roma  güləşi  üzrə  Moskvada  47-ci  dünya 
çempionatında, 2 noyabrda cüdo üzrə Qran-pri beynəlxalq turni-
rində, 28 noyabr-2 dekabr 2002-ci ildə yeniyetmələr arasında rus 
bilyardının “piramida” növü üzrə dünya çempionatında, 7-9 no-
yabr  Sankt-Peterbuqda  hərbçilər  arasında  universal  döyüş  üzrə 
III  dünya  çempionatında  və  1-4  noyabr  2002-ci  ildə  Moskvada 
yeniyetmələr  arasında  bilyard  üzrə  dünya  kubokunun  üçüncü 
mərhələsində Azərbaycanı uğurla təmsil etmişdilər. 
Eyni  zamanda  Rusiya  idmançıları  2002-ci  ildə  Bakıda  sər-
bəst güləş, cüdo, atçılıq idmanı, yüz xanalı dama, həndbol, boks, 
sərbəst  güləş  və  taekvondo  üzrə  keçirilmiş  müxtəlif  yarışlarda, 
gənclər arasında sərbəst güləş üzrə 45-ci Avropa çempionatında, 
boks  üzrə  Ə.Çoudri  turnirində,  cüdo  üzrə 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə