Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə17/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   13   14   15   16   17   18   19   20   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
55 
 
B.Xalitovu Bakıya ezam etmişdi. Həmçinin Rusiyanın basketbol 
federasiyası  2000-ci  ilin  may  ayında  Azərbaycanın  basketbol 
komandasını Rusiyanın tələbə liqasında keçirilən yarışlarda işti-
rak etməyə  buraxmış  və  bu  idman  növü üzrə təcrübə  mübadilə-
sinin aparılması məqsədilə Azərbaycan basketbol federasiyasına 
metodiki  ədəbiyyat  göndərmişdi.  Bundan  başqa,  qadınlardan 
ibarət basketbol komandamız 2000-ci ildə Rostov, Pyatiqorsk və 
Volqoqrad şəhərlərində keçirilmiş  yoldaşlıq görüşlərində  iştirak 
etmişdi. 
16-19  mart  2000-ci  ildə  Moskvada  MDB-yə  üzv  ölkələrin 
idman  nazirlərinin  yığıncağında  Azərbaycan  tərəfi  üç  nəfərdən 
ibarət  nümayəndə  heyəti  ilə  iştirak  etmişdi.  Bu  yığıncaqda  əsa-
sən  iki  məsələ-milli  yığma komandaların 2000-ci  ildə Sidneydə 
keçiriləcək  Olimpiya  Oyunlarına  hazırlığı  və  iştirakı  dövründə 
MDB  ölkələri  idman  təşkilatlarının  əməkdaşlığı  və  onların 
2000-2004-cü illərdə əməkdaşlığının əsas istiqamətləri müzakirə 
edilmişdi.  Müzakirə  iştirakçıları  Sidneydə  keçiriləcək  Olimpiya 
Oyunlarına  hazırlıqla  əlaqədar  idmançıların  ikitərəfli  və  çoxtə-
rəfli təlim-məşq toplantılarının keçirilməsi, MDB ölkələri yığma 
komandaları  idmançılarına  elmi  və  tibbi  yardım  göstərilməsi, 
vətəndaşlıqlarını dəyişmiş  idmançıların MDB ölkələrinin yığma 
komandalarının  tərkibində  çıxış  etmələrinin  təsdiq  edilməsi, 
MDB  ölkələri  ərazilərində  Avstraliyaya  xüsusi  tariflərlə  avia-
reyslərin  təşkil  edilməsi,  MDB  ölkələri  nümayəndələrinin  bey-
nəlxalq idman təşkilatlarında daha səmərəli fəaliyyət göstərməsi 
məsələlərini  müzakirə  etmiş  və  müvafiq  sənəd  imzalamışdılar. 
Eyni zamanda müşavirə iştirakçıları 2000-2004-cü illərdə əmək-
daşlığın  aşağıdakı  əsas  istiqamətlərini  müəyyənləşdirmişdilər: 
əməkdaşlığın  müqavilə  –  hüquq  bazasının  yaradılması,  bədən 
tərbiyəsi və idman sahəsində qanunvericilik və normativ hüquqi 
sənədlərin təhlil edilməsi,  ictimai  bədən tərbiyəsi  və  idman təş-
kilatlarına  əhalinin  sağlamlığına  yönəlmiş  fəaliyyətdə  hərtərəfli 
dövlət  köməyi  göstərilməsi,  kütləvi  idman,  bədən  tərbiyəsi–id-
man hərəkatının, o cümlədən uşaq, gənclər, tələbə, qadın və əlil-


Həsənov Yusifəli Lətif oğlu 
 
56 
 
lər  idmanının  inkişaf etdirilməsi, təhsil  və elmi-tədqiqat  işlərin-
də qarşılıqlı fəaliyyət göstərilməsi, MDB ölkələri yığma koman-
dalarının dopinq  yoxlamalarının keçirilməsi, onların elmi-meto-
diki  problemlərinin  və  tibbi-bioloji  təminat  sahəsində    işlərinin 
əlaqələndirilməsi,  idman qurğularının  lahiyələşdirilməsi, tikinti-
si və istismar edilməsi sahəsində, idmanın maddi-texniki bazası-
nın  inkişafında təlim-məşq toplantıları  və  idman konsert tədbir-
lərinin  keçirilməsi  zamanı  təhlükəsizliyin  təmin  olunmasında 
əməkdaşlıq  edilməsi,  idman  federasiyaları,  regional  təşkilatlar, 
sərhəd  rayonları  səviyyəsində,  həmçinin  Olimpiya  oyunları  da 
daxil  olmaqla  iri  beynəlxalq  tədbirlərin  keçirilməsi  zamanı  əla-
qələr  yaradılması,  beynəlxalq  idman  təşkilatlarında,  xüsusən 
Avropa  Şurası  İdmanın  İnkişafı  Komitəsində  birgə  fəaliyyət 
göstərilməsi, beynəlxalq idman federasiyalarında birgə fəaliyyə-
tin  əsas  istiqamətlərinin  müəyyənləşdirilməsi,  idman  informasi-
yası  mübadiləsi,  vahid  elektron  məlumat  bankının  yaradılması 
və  çap  materiallarının  yayılması.  Azərbaycan  Respublikası  nü-
mayəndə  heyətinin  başçısı  nazir  Ə.Qarayev  Azərbaycan  Res-
publikasında  dövlət  idman  siyasəti,  idmana  göstərilən  qayğı, 
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin fəaliyyəti, 
ölkəmizin Avropa Şurasının idman qurumlarında iştirakı, habelə 
ölkəmizdə keçirilən beynəlxalq  idman tədbirləri  haqqında geniş 
məlumat vermişdi. Həmçinin Ermənistanın təcavüzü nəticəsində 
işğala məruz qalmış ərazilərimizdə çoxlu sayda idman qurğuları-
nın  dağıdılması,  eyni  zamanda  vaxtilə  bütün  birlik  ölkələrinin 
idmançılarının  hazırlıq keçdikləri  Kür Olimpiya  Bazasında qaç-
qınların və məcburi köçkünlərin yaşaması ucbatından onun lazı-
mi səviyyədə istifadə olunmamasından danışmışdı. 
Belə  müşavirələrin  hər  il  keçirilməsinin  vacibliyini  nəzərə 
alan  iştirakçılar  2001-ci  ildə  növbəti  belə  toplantının  Kiyevdə 
keçirilməsi  barədə qərar çıxardılar. Müşavirə keçirilən günlərdə 
bizim  nümayəndə  heyətimiz  tərəfindən  Gürcüstan,  Qazaxıstan, 
Moldova, Ukrayna, Rusiya bədən-tərbiyəsi və idman dövlət ida-
rəetmə  orqanlarının  rəhbərləri  ilə  ikitərəfli  görüşlər  keçirilmiş, 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
57 
 
mövcud  hökumətlərarası  sazişlərin  yerinə  yetirilməsi  vəziyyəti 
və gələcək perspektivləri müzakirə edilmiş, eyni zamanda Rusi-
yanın  bir  sıra  idman  federasiyalarının  rəhbərləri  ilə  danışıqlar 
aparmışdı  [31,  Список  Министерств  Комитетов  по  физиче-
ской культуре и спорту]. 
9-10  yanvar  2001-ci  ildə  Rusiya  Federasiyasının  prezidenti 
V.Putinin  Azərbaycan  Respublikasına  səfərindən  sonra  bu  əla-
qələrin  yaxşılaşması  və  genişlənməsi  prosesi  başlanmışdı.  Öz 
növbəsində  Azərbaycan  Respublikasının  prezidenti  H.Ə.Əliye-
vin  2002-ci  ilin  yanvarında  Moskvaya  dövlət  səfəri  bir  çox  is-
tiqamətlərdə  ikitərəfli  münasibətlərin  inkişafına  xüsusi  təkan 
vermişdi [31, v.42]. Bununla əlaqədar gənclər, idman və turizm 
kimi  mühüm  sahələrdə də uzunmüddətli  əlaqələrin  yaradılması, 
inkişaf  etdirilməsi  və  genişləndirilməsinə  ehtiyac  duyulmuşdu. 
Beləliklə,  ölkələrimiz  arasında  idman  sahəsində,  idmançılar  və 
idman  təşkilatları  arasında  əlaqələrin  inkişaf  etdirilməsi  məqsə-
dilə  Rusiya  Federasiyasının  idmançıları  2001-ci  ildə  Azərbay-
canda keçirilən aşağıdakı yarışlara dəvət edilmişlər: 12-18 mart-
da minifutbol üzrə Novruz bayramına həsr olunmuş ənənəvi tur-
nir,  12-19  iyunda  otüstü  xokkey  üzrə  Qurtuluş  gününə  həsr 
olunmuş  turnir,  28-30  sentyabrda  cüdo  üzrə  general  H.Aslano-
vun  xatirəsinə  həsr  olunmuş  turnir,  12-17  dekabrda  boks  üzrə 
1983-1984 təvəllüdlü  idmançılar  üçün  Ə.Çoudrinin  turniri.  Yu-
xarıda göstərilən yarışlarda iştirak edən idmançıların bütün yaşa-
yış xərclərini Azərbaycan tərəfi öz üzərinə götürmüşdü. 
2001-ci  ilin  aprelində  Moskvada  keçirilmiş  həndbol  üzrə 
Rusiya çempionatını idarə etmək üçün bizim mütəxəssislər-bey-
nəlxalq  dərəcəli  hakimlər  İ.Əsgərov  və  V.Neçay  dəvət  edilmiş-
dilər. 8-9 may 2001-ci ildə Tulada keçirilmiş idman rəqsləri üzrə 
regionlararası  “Arzu-2001”  VI  ənənəvi  açıq  turnirində,  yenə  də 
mayda  Mahaçqalada  keçirilmiş  sərbəst  güləş  üzrə  beynəlxalq 
turnirdə, iyunda Xasavyurt və iyulda Krasnoyarskda sərbəst gü-
ləş  üzrə  beynəlxalq  turnirlərdə,  sentyabrda  Anapada  poliatlon 
üzrə dünya çempionatında, oktyabrda cüdo üzrə Moskvada keçi-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə