Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə25/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   21   22   23   24   25   26   27   28   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
79 
 
publikası  Hökuməti  arasında  gənclərlə  iş  və  idman  sahəsində 
əməkdaşlıq haqqında saziş”in layihəsi 2003-cü ildə hazırlanmış-
dır  [21,  v.8].  Təəssüf  ki,  tədqiqata  cəlb  olunmuş  dövrdə  bu 
layihə ancaq kağız üzərində qalmışdır.  
Digər bir Mərkəzi Asiya dövləti olan Türkmənistan Respub-
likası ilə idman əlaqələrinə gəldikdə isə, bu baxımdan, Türkmə-
nistan  prezidenti  S.Niyazovun  Azərbaycana  səfəri  zamanı  18 
mart  1996-cı  ildə  Bakıda  “Azərbaycan  ilə  Türkmənistan  Höku-
mətləri  arasında  mədəniyyət  və  idman  sahəsində  əməkdaşlıq 
haqqında  saziş”  imzalanması  həmin  əlaqələrin  inkişafı  üçün 
yaxşı  zəmin  ola  bilərdi  [38,  v.4].  Sazişi  həyata  keçirmək  məq-
sədilə  ölkəmizin  müvafiq  qurumları  Azərbaycan  və  Türkməni-
stanın  idman  nazirlikləri  arasında  idman  sahəsində  əməkdaşlıq 
haqqında  saziş  layihəsini  və  1996-cı  ilin  ikinci  yarımili  üçün 
təqvim  planını  Türkmənistan  İdman  Nazirliyinə  göndərmişdir. 
Nazirliyimiz  idman  təşkilatları  arasında  əməkdaşlığı  və  idman-
çıların hər iki ölkədə keçirilən tədbirlərdə iştirakı üçün səy gös-
tərmişdi  [38,  v.6].  Azərbaycan  idmançıları  Türkmənistanda  ke-
çirilən basketbol, voleybol, baydarka və kanoedə avarçəkmə ya-
rışlarında  iştirak  etmişlər.  Etiraf  etmək  lazımdır  ki,  o  zamankı 
Türkmənistan  rəhbərliyinin  bir  sıra  məsələlərdə  Azərbaycanla 
soyuq münasibətləri qarşılıqlı idman əlaqələrinə də öz mənfi tə-
sirini göstərmişdi. 
Ölkəmizin  Özbəkistanla  da  qeyd  olunan  istiqamətdə  əlaqə-
ləri mövcud olmuş və inkişaf etdirilmişdir [27, v.6; 91]. 
Azərbaycan ilə Asiya və Afrika ölkələri arasında beynəlxalq 
idman  əlaqələrinə  gəldikdə  isə  demək  lazımdır  ki,  Azərbaycan 
Respublikası  ilə  Çin  Xalq  Respublikası  arasında  əməkdaşlığın 
əsası ölkəmizin prezidenti H.Ə.Əliyevin 1994-cü ildə martın 7–
11-də Çinə səfəri zamanı qoyulmuşdu [10, v.1]. Bu səfər zamanı 
Azərbaycan Respublikası ilə ÇXR arasında dostluq münasibətlə-
rinin  əsasları  haqqında  birgə  bəyanat  qəbul  edilmiş  və  bir  sıra 
sahələrdə  əməkdaşlıq  haqqında  hökumətlərarası  sazişlər  imza-
lanmışdı. Məhz bundan sonra Azərbaycan Respublikası Gənclər, 


Həsənov Yusifəli Lətif oğlu 
 
80 
 
İdman  və  Turizm  Nazirliyi  ilə  Ümumçin  Gənclər  Federasiyası, 
Çinin Dövlət İdman Baş İdarəsi, Azərbaycan və Çin gəncləri və 
idmançıları arasında əməkdaşlıq  əlaqələri daim  inkişaf etmiş  və 
genişlənmişdir. Qeyd etmək  yerinə düşər ki, Çində idmana rəh-
bərliyi Bədən Tərbiyəsi və İdman üzrə  Dövlət Komitəsi həyata 
keçirir. 1991-2005-ci illərdə Çin İdman Nazirliyinin strukturun-
da 20 idarə fəaliyyət göstərirdi. Dünyada yüksək idman göstəri-
ciləri  olan  Çinlə  idman  əlaqələri  Olimpiya  oyunları  zamanında 
da davam etdirilmişdir. Azərbaycan tərəfi ilk dəfə Atlanta Olim-
piya  oyunlarında  iştirakla  yanaşı,  həm  də  dünya  idmançıları  ilə 
əlaqələrin  maksimum  qurulması  üçün  istifadə  etmiş  və  burada 
Çin idmançıları ilə də əlaqələr yaradılmışdır [10, v.17]. 30 mart 
1999-cu  ildə  Azərbaycan  Respublikasının  Çindəki  və  6  aprel 
1999-cu  ildə  ÇXR-in  Azərbaycandakı  səfirlikləri  ölkələrin  mü-
vafiq qurumları ilə idman sahəsində ikitərəfli əməkdaşlığı müza-
kirə etmiş,  nəticədə dövlətlərimizin  birgə səyi  nəticəsində ölkə-
lərimiz arasında gənclər və idman sahələrində əməkdaşlıq uğurla 
inkişaf  etmişdir  [10,  v.22].  Azərbaycan  Respublikası  Gənclər, 
İdman  və  Turizm  Nazirliyi  Ümumçin  Gənclər  Federasiyası  və 
Çinin  Baş    İdman  Administrasiyası  ilə  sıx  əlaqələr  qurmuşdur. 
1999-2003-cü  illərdə  Azərbaycan  Respublikası  Gənclər,  İdman 
və Turizm Nazirliyinin nümayəndə heyətləri Çinin dövlət gənc-
lər, turizm və idman qurumlarının dəvəti ilə dörd dəfə bu ölkədə 
səfərdə olmuş, Çinin gənclər və idman qurumlarının nümayəndə 
heyətləri  də  Azərbaycana  dörd  dəfə  səfər  etmişdilər.  Əldə  edil-
miş razılığa uyğun olaraq 2000-ci ilin mayında Bakıda Azərbay-
can Respublikası İdman Nazirliyi ilə Ümumçin  Gənclər Federa-
siyası arasında  ikitərəfli  əməkdaşlıq  haqqında, Çinin Dövlət İd-
man Baş İdarəsi ilə idman sahəsində əməkdaşlıq haqqında saziş-
lər  imzalanmışdır.  İdmanımıza  kömək  məqsədilə  2000-ci  ilin 
axırında Çinin Dövlət İdman Baş İdarəsi tərəfindən  Azərbayca-
na güləş üçün döşək və stolüstü tennis üçün ləvazimatlar göndə-
rilmişdir [10, v.25]. Həyata keçirilmiş səfərlər zamanı qarşılıqlı 
olaraq ölkələrimizin gənclər və idman siyasəti öyrənilmiş, təcrü-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
81 
 
bə mübadiləsi aparılmışdır [89; 10, v.26]. Çin Boks Federasiya-
sındakı  görüşlərdə  Azərbaycan  tərəfi  yeniyetmə  boksçular  ara-
sında 2001-ci  ildə Bakıda keçiriləcək dünya çempionatında, ha-
belə  Ə.Çoudrinin  şərəfinə  beynəlxalq  turnirdə  Çin  idmançıları-
nın  da  iştirak  etməsi  barədə  təklif  irəli  sürmüşdü.  Təqdirəlayiq 
haldır ki, ölkəmizin  ərazisinin 20 faizinin  erməni  təcavüzkarları 
tərəfindən  işğalı  ilə  bağlı  yaranmış  vəziyyət  qaçqın  və  köçkün 
gənclərin təlim-tərbiyəsində, bədən tərbiyəsi və idmanla məşğul 
olmasında, təhsilində, ümumən həyatında böyük problemlər  ya-
ratdığı görüşlərdə vurğulanmışdır. 11-14 avqust 2001-ci ildə Çin 
Dövlət  Neft–Qaz  İdman  Assosiasiyasının  (ÇDNQİA)  dörd  nə-
fərdən  ibarət  nümayəndə  heyəti  ölkəmizdə  olarkən  “Neftçi”  İd-
man Sağlamlıq Mərkəzinin (İSM) rəhbərliyi ilə idman sahəsində 
əməkdaşlıq  etmək  haqqında  niyyət  protokolu  imzalamışdı  [89; 
10, v.31]. Bu protokolla “Neftçi” İSM və ÇDNQİA iki xalq ara-
sında  dostluğu  və  qarşılıqlı  anlaşmanı  möhkəmləndirməyi,  bə-
dən tərbiyəsi və  idman sahəsində əlaqələri genişləndirməyi,  im-
kan daxilində birgə seminarlar, beynəlxalq turnirlər təşkil etməyi, 
kütləvi  idman  yarışları keçirməyi, dopinqə qarşı  birgə  mübarizə 
aparmağı  qərara almışdı.  “Neftçi” İSM-in nümayəndə  heyətinin 
Çinə  getməsi  də  nəzərdə  tutulmuşdu.  Yeri  gəlmişkən  onu  da 
qeyd edək ki, bu əlaqələrin sıxlaşmasının bilavasitə nəticəsi kimi 
son  illər  Çində  təhsil  alan  azərbaycanlı  və  Azərbaycanda  təhsil 
alan çinli tələbələrin sayı daha da çoxalmışdı. 
2001-ci ilin iyununda Azərbaycan velosipedçiləri Çində ke-
çirilən dünya çempionatında,  Azərbaycan idmançıları 15-25 av-
qustda  Pekində  tələbələrin  Ümumdünya  Universiadasında  yün-
gül  atletika  və  cüdo  yarışlarında,  22-29  aprel  2002-ci  ildə  Şan-
xayda  stend  atıcılığı  üzrə  dünya  kuboku  yarışlarında  iştirak  et-
mişdilər. Çin  idmançıları  isə 12-22 noyabr 2004-cü  ildə Bakıda 
hərbçilərin cüdo üzrə 30-cu dünya çempionatında güclərini sına-
mışdılar [10, v.30]. Azərbaycan Respublikasının Çindəkı səfirli-
yinin işçiləri ilə Ümumçin Sənaye İşçiləri və İş Adamları Səna-
ye  Konfederasiyasının  nümayəndələri  ilə keçirilən görüşləri  nə-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə