Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə20/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   16   17   18   19   20   21   22   23   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
64 
 
rilmiş sərbəst güləş, bədii gimnastika, şahmat, boks və cüdo üzrə 
keçirilmiş  yarışlarda,  həmçinin  23  oktyabr-9  noyabrda  Şəkidə 
Azərbaycanın  Dövlət  Müstəqilliyi  gününə  həsr  olunmuş  qadın-
lar  arasında  şahmat  üzrə  beynəlxalq  turnirdə  və  26-31  iyulda 
Qubada voleybol üzrə qadınlar arasında Qran-pri turnirində isti-
rak etmişdilər  [32, v.59]. Ölkələrimiz arasında  idman sahəsində 
əlaqələrin daha da möhkəmləndirilməsi üçün Rusiyada keçirilən 
idman tədbirləri, yarışların təqvimi, şərtləri barədə ölkəmizə mə-
lumat  verilməsi,  idman  təşkilatları  tərəfindən  hazırlanmış  nor-
mativ sənədlərin göndərilməsi, Moskvada yerləşən dopinq nəza-
rəti  laboratoriyasından  Azərbaycan  idmançılarının  güzəştli  qay-
dada  istifadə  etməsi,  Rusiya  mütəxəssisləri  üçün  təşkil  olunan 
seminarlara azərbaycanlı  hakimlər, məşqçilər və digər  mütəxəs-
sislərimizin  dəvət  olunması,  Azərbaycan  idmançılarına  Rusiya 
idmançıları  ilə  birgə  təlim-məşq  toplanışlarında  iştirak  etmək 
imkanının  yaradılması  əlaqələrimizin  müntəzəm  xarakter  alma-
sına və daha da möhkəmlənməsinə səbəb olardı. 
Dövlət  müstəqilliyimizin  bərpasından  sonra  Azərbaycan 
Respublikasının geniş  əlaqələr qurduğu ölkələrdən biri də Bela-
rus Respublikası idi. Hələ 1999-cu ildə “Azərbaycan və Belarus 
hökumətləri  arasında gənclərlə iş və idman sahəsində əməkdaş-
lıq haqqında saziş”in layihəsi hazırlanmışdı. Lakin təəssüf ki, bu 
saziş tədqiqat dövrü çərçivəsində imzalanmamışdı. Buna baxma-
yaraq, 1991-2005-ci illərdə Belarus ilə digər sahələrlə yanaşı id-
man  istiqamətində də sıx  əlaqələr  mövcud olmuşdur.  Əlaqələri-
mizə  intensivlik  vermək  üçün  29  mart  2004-cü  ildə  “Azərbay-
canın bədən-tərbiyəsi və idman yönümlü dövlət və ictimai təşki-
latlarının  siyahısı”  və  “2004-cü  ildə  Azərbaycanda  keçirilən 
beynəlxalq  idman  tədbirləri  haqqında  məlumat”  Azərbaycanın 
müvafiq qurumu tərəfindən Belarusun İdman və Turizm Nazirli-
yinə göndərilmişdi. Həmçinin Azərbaycan və Belarus Respubli-
kaları  arasında  əməkdaşlıq  üzrə  birgə  hökumətlərarası  komissi-
yanın  31  mart  2004-cü  il  tarixli  birinci  iclas  protokolunun  7.1 
bəndinin və 5 noyabr 2004-cü il tarixli ikinci iclas protokolunun 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
65 
 
icrası ilə əlaqədar da ölkələrimiz arasında idman sahəsində xeyli 
iş  görülmüşdü  [6,  v.14].  Protokollara  uyğun  olaraq  Azərbaycan 
tərəfi  Belarus  idmançılarını  aşağıdakı  tədbirlərə  dəvət  etmişdir: 
şahmat  üzrə  Bakı  kuboku  uğrunda  15-ci  beynəlxalq  turnir,  12 
noyabr  Konstitusiya  gününə  həsr  olunmuş  su  polosu  üzrə  bey-
nəlxalq  turnir,  əməkdar  idman  ustası,  əməkdar  məşqçi,  beynəl-
xalq dərəcəli hakim A.Ağalarovun xatirəsinə həsr olunmuş bey-
nəlxalq turnir, 1985-1987-ci il təvəllüdlü idmançıların boks üzrə 
beynəlxalq  turniri,  sərbəst  və  yunan-Roma  güləşi  üzrə  beynəl-
xalq  turnir,  otüstü  hokkey  üzrə  beynəlxalq  turnir,  futbol  üzrə 
gənclər  arasında  beynəlxalq  turnir,  zəhmətkeşlərin  beynəlxalq 
spartakiadası, iki dəfə  Sovet İttifaqı Qəhrəmanı general H.Asla-
novun  xatirəsinə  həsr  olunmuş  cüdo  üzrə  beynəlxalq  turnir  [6, 
v.16]. 
Ölkələr arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası ko-
missiyanın  tələblərinə  uyğun  olaraq  Belorusiyanın  idmançıları 
ölkəmizdə  təşkil  olunan  beynəlxalq  idman  tədbirlərinə  dəvət 
olunduqları  kimi  bizim  idmançılarımız  da  bu  ölkədə  keçirilən 
tədbirlərdə iştirak etmişlər [6, v.17]. Belə ki, 2004-cü il yanvarın 
25-dən fevralın 10-dək kişilərdən ibarət basketbol üzrə Azərbay-
can  yığma  komandası  Minskdə  təlim-məşq  toplanışında  olmu
.
o


Həsənov Yusifəli Lətif oğlu 
 
66 
 
sında  müxtəlif  əlaqələr kontekstində  idman  əlaqələri də mühüm 
yer  tutmuşdu.  11-13  mart  2005-ci  ildə  Bakıda  taekvondo  üzrə 
gənclərin  Avropa  birinciliyi,  22-28  mart  2005-ci  ildə  Bakıda 
Ə.Çoudrinin kuboku uğrunda boks üzrə doqquzuncu beynəlxalq 
turnir, 9-10 aprel 2005-ci  ildə Bakıda kişilər arasında  “B” kate-
qoriyalı  beynəlxalq  cüdo turniri,  2005-ci  ilin  mayın  13-dən  15-
nə  kimi  Bakıda  bədii  gimnastika  üzrə  Azərbaycan  Gimnastika 
Federasiyasının kuboku uğrunda yarış, 5–11 sentyabr 2005-ci il-
də Bakıda otüstü xokkey üzrə qadınlar arasında Avropa milli ko-
mandalarının  “TROFİ” çempionatı, 23-27 sentyabr 2005-ci  ildə 
Bakıda MDB-yə üzv olan dövlətlərin beşinci Beynəlxalq İdman 
Oyunları, 3-9 oktyabr 2005-ci ildə Bakıda bədii gimnastika üzrə 
dünya çempionatı keçirilmişdi. 
Məlumdur ki, müstəqil Azərbaycan Respublikasının beynəl-
xalq  əlaqələrində  türkdilli  dövlətlərlə,  o  cümlədən  də  Mərkəzi 
Asiya  ölkələri  və  Qazaxıstanla  münasibətlər  xüsusi  yer  tutur. 
1991-2005-ci  illərdə  siyasi  və  iqtisadi  əlaqələri  güclü  olan 
Azərbaycan  ilə  Qazaxıstan  arasında  beynəlxalq  idman  əlaqələri 
də maraqlı olmuşdu. Təbii ki, bu əlaqələrin inkişafında ölkə rəh-
bərlərinin  qarşılıqlı  səfərləri  mühüm  rol  oynamışdı.  9  avqust 
1995-ci  ildə  Azərbaycan  Respublikasının  prezidenti  mərhum 
H.Ə.Əliyev  Qazaxıstan  prezidenti  N.A.Nazarbayev  tərəfindən 
görkəmli qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin anadan 
olmasının  150  illiyi  münasibət  ilə  Qazaxıstana  dəvət  edilmiş, 
sonrakı  illərdə  də  belə  səfərlər  davam  etdirilmişdi.  Bu  səfərlər 
müxtəlif  sahələrdə,  o  cümlədən  idman  sahəsində  əlaqələrin  hü-
quqi  bazasının  yaradılmasına  öz  təsirini  göstərmişdi.  Nəticədə 
1996-cı  il  sentyabrın  16-da  Bakıda  “Azərbaycan  və  Qazaxıstan 
hökumətləri    arasında  gənclər  və  idman  sahəsində  əməkdaşlıq 
haqqında  saziş“  bu  sahələrdə  əməkdaşlığın  inkişaf  etdirilməsi 
üçün  əlverişli  şərait  yaratmışdı  [20,  v.9].  Daha  sonra  idman  sa-
həsində  əməkdaşlıq  əlaqələrini  inkişaf  etdirmək  məqsədilə 
1999-cu  ildə  Azərbaycan  sərbəst  və  yunan-Roma  güləşi  fede-
rasiyasının  nümayəndəsi  Qazaxıstanda  öz  həmkarları  ilə  görüş-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə