Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə10/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   6   7   8   9   10   11   12   13   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
32 
 
nümayəndəmiz “Azərbaycanda idmana dövlət qayğısı və volon-
tyorluğun  inkişafı”  mövzusunda  məruzə  ilə  çıxış  etmişdi.  Kon-
qresdə həm də Azərbaycan Respublikasında idmanın inkişafı və 
maddi-texniki  bazası  haqqında  məlumatın  verilməsi  ölkəmizin 
təbliği baxımından da mühüm rol oynamışdı. 
Azərbaycan tərəfi həmişə idmançılara viza verilməsi prose-
durunun maksimal surətdə asanlaşdırılmasına çalışmışdı [4, v.5]. 
Buna misal olaraq 1-9 avqust 1999-cu ildə Bakıda böyük müvəf-
fəqiyyətlə  keçirilən  yeniyetmələr  arasında  boks  üzrə  dördüncü 
Avropa  çempionatını  göstərmək  olar.  Bu  çempionatda  Avropa-
nın  24  ölkəsindən  olan  komandalar  içərisində  Almaniyanın  id-
mançıları da  iştirak etmişdi. Bütün xarici  iştirakçılar Bakıya vi-
zasız  gəlmişdilər.  Ümumiyyətlə,  respublikamızın  müvafiq  or-
qanları  ölkəmiz  idman  tədbirləri  keçirdikdə  vizaların  sadələşdi-
rilməsi üçün həmişə bütün imkanlardan istifadə etməyə çalışır. 
Azərbaycan Respublikası idman sahəsində Avstriya Federa-
tiv  Respublikası  ilə  də  əlaqələr  yaratmışdı.  2001-ci  ilin  dekab-
rında  ölkəmizin  idman  naziri  Avstriyada  səfərdə  olarkən,  tu-
rizmlə  yanaşı  müvafiq  qurumlarla  idman  əlaqələrini  müzakirə 
etmişdi [46, v.6]. Ölkələrimizin idmançıları Avstriyada keçirilən 
müxtəlif yarışlarda fəal şəkildə iştirak edirlər [46, v.6]. 
Son  dövrlərdə  Azərbaycan  Respublikası  ilə  Rumıniya  ara-
sında  beynəlxalq  idman  əlaqələri  də  artan  xətt  üzrə  inkişaf  et-
mişdi.  Azərbaycan  Respublikası  və  Rumıniya  hökumətləri  ara-
sında 1995-ci  ilin  iyulun 2-də Buxarestdə elm, təhsil,  mədəniy-
yət  və  idman  sahələrində  əməkdaşlıq  haqqında  saziş  imzalan-
mışdı [30, v.1-3]. Müqavilənin 17 və 21-ci bəndlərinə əsasən tə-
rəflər  müvafiq təşkilatlar arasında olan razılaşmalara  əsasən bə-
dən tərbiyəsi və idman sahəsində əməkdaşlığın inkişafını dəstək-
ləmək,  təşkil  etdikləri  elmi,  mədəni,  ədəbi,  idman  və  digər  təd-
birlər barədə qarşılıqlı şəkildə məlumat vermək və iştirak etmək 
barədə razılaşmışlar. Elə bu müqaviləyə və ticarət-iqtisadi və el-
mi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətləra-
rası  komissiyanın  birinci  iclas  protokolunun  icrası  ilə  əlaqədar 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
33 
 
Rumıniyanın  müvafiq  qurumları  ilə  əlaqələrin  qurulmasına  və 
həyata keçirilməsinə daim diqqət yetirilmiş və bunun qanunauy-
ğun  nəticəsi  kimi  ölkələrimiz  arasında  idman  sahəsində  də 
əməkdaşlıq uğurla inkişaf etmişdir. 13-16 may 2004-cü ildə Bu-
xarestdə keçirilmiş cüdo üzrə Avropa çempionatında, 26 aprel-3 
may  2004-cü  ildə  Bakıda  keçirilmiş  AİBA  prezidenti  professor 
Ə.Çoudrinin Kuboku uğrunda boks üzrə 8-ci Beynəlxalq turnir-
də,  16-22  noyabr  2004-cü  ildə  Bakıda  keçirilmiş  hərbçilərin 
XXX dünya çempionatında, 11-13 mart 2005-ci ildə Bakıda ke-
çirilmiş taekvondo üzrə oğlanlar arasında 15-ci və qızlar arasın-
da  8-ci  Avropa  birinciliyində,  9-10  aprel  2005-ci  ildə    Bakıda 
keçirilmiş ”B” kateqoriyalı beynəlxalq cüdo turnirində və 27-29 
may 2005-ci ildə Bakıda voleybol üzrə qadınlar arasında keçiril-
miş dünya  çempionatının  ikinci seçmə  mərhələsində  idmançıla-
rımız iştirak etmişlər. 
Tədqiqat  dövründə  Azərbaycan  Respublikası  ilə  Polşa  ara-
sında  da  beynəlxalq  idman  əlaqələri  diqqəti  cəlb  edir.  Belə  ki, 
iki ölkənin səfirlikləri zəruri yazışmalar aparmış, səfirliklər vasi-
təsilə  müqabil  tərəfin  qurumları  ilə  əlaqə  saxlanılmışdır.  Polşa-
nın  idman  qurumlarının  nümayəndələri  vaxtaşırı  Azərbaycan 
Respublikasında keçirilən  idman tədbirlərinə, ölkəmizin  idman-
çıları  isə  Polşada  keçirilən  idman  yarışlarına  dəvət  olunmuşlar 
[29,  v. 1-5].  1997-ci  il  avqustun  26-da  Varşavada  imzalan-
mış ”Azərbaycan və Polşa hökumətləri arasında mədəni və elmi 
əməkdaşlıq  haqqında  saziş”in  15-ci  və  20-ci  maddələrində  gös-
tərilir ki, tərəflər gənclər və idman sahəsində əməkdaşlığı ayrıca 
sazişlər  əsasında  dəstəkləyəcəklər  [29,  v.4].  Bununla  əlaqədar 
saziş layihəsi hazırlanmış, lakin o hələ də imzalanmamışdır [29, 
v.5].  Buna  baxmayaraq,  ölkəmiz  ilə  Polşanın  gənclər  və  idman 
strukturları  arasında  əməkdaşlıq  davam  etdirilmişdir  [166]. 
2001-ci ilin iyununda Polşa Dövlət İdman İdarəsinin vitse-prezi-
denti  Azərbaycan  tərəfinin    dəvətinə  əsasən  ölkəmizdə  səfərdə 
olmuş, onunla gələcək əməkdaşlıq perspektivləri müzakirə olun-
muşdur  [29,  v.6].  Azərbaycan  Respublikası  idman  nazirinin 


Həsənov Yusifəli Lətif oğlu 
 
34 
 
müavini  21-23  iyun  2001-ci  ildə  Polşada  keçirilmiş  “Şərqi  Av-
ropa  ölkələrində  idmanın  strukturu  və  maliyyələşdirilməsi” 
mövzusunda  hökumətlərarası  görüşdə  iştirak  etmişdir  [29,  v.7]. 
Görüş zamanı Polşanın  bir  sıra  idman rəsmiləri  ilə görüşlər ke-
çirilmiş  və  qarşılıqlı  maraq  doğuran  sahələr  üzrə  müzakirələr 
aparılmışdır.  Həyata  keçirilmiş  səfərlər  zamanı  qarşılıqlı  olaraq 
ölkələrimizin  idman  siyasətləri  öyrənilmiş,  təcrübə  mübadiləsi 
aparılmışdır.  Bundan  başqa,  görülən  işlərin  nəticəsi  olaraq  hər 
iki  ölkədə  keçirilmiş  idman  tədbirlərində  idmançılar  qarşılıqlı 
olaraq  iştirak  etmişdilər.  Belə  ki,  5-10  yanvar  2004-cü  ildə  Ba-
kıda keçirilmiş qadın komandaları arasında  voleybol üzrə olim-
piya təsnifat turnirində Polşa  yığma komandası  iştirak etmişdir. 
2004-cü  ilin aprelində Varşavada keçirilmiş boks üzrə Olimpiya 
lisenziya turnirində Azərbaycan boksçuları Afina Yay Olimpiya 
Oyunlarına  lisenziya  əldə  etmişlər  [29,  v.8].  26  aprel  –  3  may 
2004-cü ildə isə Bakıda Ə.Çoudrinin kuboku uğrunda boks üzrə 
VIII beynəlxalq lisenziya turnirində iştirak etmiş Polşa idmançı-
larından biri gümüş, digəri  isə  bürünc  medal qazanmışdı.  14-16 
yanvar 2004-cü ildə həndbol üzrə Azərbaycan yığma komandası 
Polşada  keçirilmiş  Avropa  çempionatının  seçmə oyunlarında və 
13-22  noyabr  2004-cü  ildə  isə  Bakıda  hərbçilər  arasında  cüdo 
üzrə dünya çempionatında Polşa  idmançıları  mübarizə aparmış-
dılar  [29,  v.8].  14-16  yanvar  2005-ci  ildə  Polşada  həndbol  üzrə 
kişilər  arasında  Avropa  çempionatının  seçmə  oyunları  keçiril-
mişdi.  Azərbaycanın  həndbol  üzrə  yığma  komandası  da  bu  ya-
rışlarda qüvvəsini sınamışdı [29, v.9]. 2005-ci ilin martın 12-13-
də Varşavada keçirilmiş cüdo üzrə kişilər arasında “A” kateqori-
yalı beynəlxalq turnirdə Azərbaycan yığma komandası da iştirak 
etmişdi. 
Avropa  voleybol  klublarının  ən  nüfuzlu  yarışlarından  sayı-
lan Çempionlar liqasında ölkəmizin qadınlarından ibarət “Azər-
reyl” voleybol  klubu 10 noyabr 2004-cü ildə  Kalişdə keçirilmiş 
oyunda  yerli  “Kalisiya  Vinyari”  klubunu  3:0  hesabı  ilə  məğlub 
etmişdi. 25  yanvar 2005-ci  ildə Bakıda keçirilmiş cavab görüşü 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə