Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə8/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   4   5   6   7   8   9   10   11   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
25 
 
man  Nazirliyinin  beynəlxalq  əlaqələr  şöbəsinin  müdiri  İ.Mədə-
tov  iştirak etmiş  və o, burada  AŞ-nın İdmanın İnkişafı  Komitə-
sinin  büro  üzvü  seçilmişdi  [5].  Sonra  19-20  may  2005-ci  ildə 
AŞ-nın Gənclər və İdman Direktorluğu və Bolqarıstan hökuməti 
tərəfindən  “İdmanda  yeni  tərəfdaşlıq”  mövzusunda  təşkil  olun-
muş  dəyirmi  masada  da  ölkəmiz  layiqincə  təmsil  olunmuşdu. 
Hökumətlərin  idmanla  bağlı  milli  siyasətlərinin  müəyyənləşdi-
rilməsində  Avropa  İttifaqı  qərarlarının  təsiri,  hökumətlərin  id-
man  siyasətinin  şərtləndirilməsində  AŞ  İdmanın  İnkişafı  Komi-
təsinin praktiki təsiri, Yeni  Avropa İdman  Konvensiyasının tər-
tib  olunması  və  digər  məsələlər  ətrafında  maraqlı  müzakirələr 
aparılmışdı. Yekunda müzakirə edilən məsələlərə dair tövsiyələr 
qəbul  edilmişdi.  Xatırladaq  ki,  bu  tədbirdən  iki  gün  əvvəl  başa 
çatmış  AŞ dövlət  başçılarının 3-cü sammitinin  fəaliyyət planın-
da  idmanın  dəstəklənməsinə  xüsusi  yer  ayrılmışdı.  Göründüyü 
kimi, AŞ ilə Azərbaycan Respublikasının idman əlaqələri daimi 
olmuşdu.  Bunu  şuranın  bütün  tədbirlərində  iştirakımız  da  sübut 
edir. Belə ki, 27-30 iyun 2005-ci ildə Strasburqda keçirilmiş AŞ 
İdmanın  İnkişafı  Komitəsinin  büro  iclasında  həmin  komitənin 
büro üzvü İ.Mədətov iştirak etmiş, 2005-ci  ilin avqustunda “İd-
man  tədbirlərində  və  xüsusilə  futbol  matçlarında  tamaşaçıların 
zorakılığı  və  nalayiq  davranışlarına  dair  Avropa  Konvensiyası” 
üzrə  hesabat  anketi  doldurularaq  AŞ  Daimi  Komitəsinə  göndə-
rilmişdi.  15-16  sentyabr  2005-ci  ildə  AŞ,  Dünya  Antidopinq 
Agentliyi və Rusiya Bədən Tərbiyəsi və İdman Agentliyi ilə bir-
gə Moskvada təşkil olunmuş “Dopinqə qarşı mübarizə sahəsində 
təhsil” mövzusundakı simpoziumda İdman Tibb Mərkəzinin baş 
həkimi  iştirak  etmişdi.  Tədbirdə  dopinqlə  mübarizə  sahəsində 
maarifləndirmə  işinin  qurulması,  idmançı  və  məşqçilərin  təhsi-
linin təşkili sahəsində iştirakçı ölkələrdə mövcud vəziyyət və bu 
sahədə  görülməsi  zəruri  olan  tədbirlər  barəsində  müzakirələr 
aparılmışdı.  Yenə  də  23-24  sentyabr  2005-ci  ildə  Serbiya  və 
Çernoqoriyanın  Novi  Sad  şəhərində  AŞ-nın  İdmanın  İnkişafı 
Komitəsinin  SPRİNT  Proqramı  çərçivəsində  keçirilmiş  İdman 


Həsənov Yusifəli Lətif oğlu 
 
26 
 
İnformasiya  Şəbəkəsi  adlı  seminarda  idman  və  beynəlxalq  əla-
qələr şöbələrinin aparıcı məsləhətçiləri iştirak etmişdi. İştirakçı-
lar təmsil etdikləri ölkələrdə mövcud idman informasiya şəbəkə-
si  mövzusunda  çıxış  etmişdilər.  Seminar  zamanı  Sloveniya  və 
Rumıniyada mövcud olan idman informasiya şəbəkəsinin təqdi-
matı  keçirilmiş  və  bu  sistemlər  Avropada  yaxşı  nümunə  kimi 
təqdim  edilmişdi.  İdmanın  İnkişafı  Komitəsinin  2005-ci  il  ok-
tyabrın 10-da və noyabrın 29-30-da Strasburqdakı büro iclasında 
da  ölkəmiz  təmsil  olunmuşdur.  AŞ  ilə  əlaqələrimizə  intensivlik 
vermək və həm də ölkədə idmana dövlət qayğısı sahəsində yeni-
likləri  göstərmək  məqsədilə  10-17  oktyabr  2005-ci  ildə  Avropa 
Antidopinq  Konvensiyası  monitorinq  qrupuna  təqdim  etmək 
üçün bu sahədə ölkəmizdə görülmüş  işlər barəsində geniş hesa-
bat  hazırlanmış  və  xüsusi  anket  doldurularaq  Avropa  Şurasına 
göndərilmiş, UNESCO Baş Assambleyası tərəfindən Beynəlxalq 
Antidopinq Konvensiyasının qəbul edilməsi ilə bağlı materiallar 
tərcümə edilmiş, bədən tərbiyəsi və idman sahəsində antidopinq 
nəzarətinin təşkili və keçirilməsi ilə bağlı əsasnamə hazırlanmış-
dı.  Yuxarıda  sadalanan  faktlar  AB  və  AŞ  ilə  Azərbaycan  Res-
publikası  arasında  normal  idman  əlaqələrinin  mövcudluğuna 
əyani sübutdur. Məhz bu əlaqələr imkan vermişdir ki, Avropa İt-
tifaqına  və  Avropa  Şurasına  üzv  dövlətlərlə  daha  sıx  əlaqələr 
qurulsun.  
1992-ci il yanvarın 3-də ölkəmizin dövlət müstəqilliyini ta-
nıyan  Fransa  müasir  dövrdə  respublikamızın  sıx  əməkdaşlıq  et-
diyi  dövlətlərdən  biridir  [140,  s.108-115].  Bu  baxımdan  Fransa 
ilə  ölkəmiz  arasında  idman  əlaqələri  xüsusi  əhəmiyyət  kəsb  et-
diyindən idman təşkilatlarımızın nümayəndələri, idmançılarımız 
Fransanın  müvafiq  idman  qurumlarının  keçirdikləri  tədbirlərdə 
yaxından  iştirak  etmişdilər  [13,  “Azərbaycan-Fransa  əlaqələri 
haqqında”]. 1999-cu il iyulun 5-13-də respublika İdman Nazirli-
yinin təşkilati  və  müəssisələrlə  iş  idarəsinin  mütəxəssisləri  Bor-
do Universitetində təşkil edilmiş “Dil və idman” adlı kursun din-
ləyicisi  olmuşdular  [13,  v.1].  Fransa  Gənclər  və  İdman  Nazirli-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
27 
 
yinin  təşkilati  və  maliyyə  dəstəyi  ilə  keçirilən  bu  kurs  idman 
mütəxəssisləri üçün təşkil edilmişdi. Boksçularımız 1999-cu ildə 
Lilldəki beynəlxalq turnirdə, karateçilərimiz 2000-ci ilin yanva-
rında  Fransanın  açıq  birinciliyində,  taekvondo  ustalarımız  may 
ayında,  cüdoçularımız  martda  Parisdə  və  apreldə  Klermon  Fer-
ronda beynəlxalq turnirlərdə iştirak etmişlər. “Şəfqət nuru” xey-
riyyə  cəmiyyətinin  təşəbbüsü  və  yaxından  köməkliyi  ilə  Bakı 
Xoreoqrafiya Məktəbində təhsil alan bir qrup kimsəsiz uşaq fut-
bol üzrə Fransa milli yığma komandasının keçmiş oyunçusu, ha-
zırda isə məşqçi kimi fəaliyyət göstərən Erik Qerinin yubileyinə 
həsr edilmiş futbol matçına dəvət almış və 2002-ci ilin iyununda 
Fransada olmuşlar [13, v.4]. 
Azərbaycan Respublikası ila Fransa arasında idman sahəsin-
də  əməkdaşlıq  haqqında  saziş  layihəsi  24  yanvar  2003-cü  ildən 
hazır olsa da, imzalanmamışdı. Lakin buna baxmayaraq, yuxarı-
da sadalanan faktlardan aydın olduğu kimi, ölkələrimiz arasında 
idmanın  müxtəlif  sahələrində  əlaqələr  mövcud  olmuşdu.  Məsə-
lən, 1999-cu ildə stend atıcılığı üzrə Pousendə keçirilən Avropa 
çempionatında, 1999-cu ildə Rionda kamandan oxatma üzrə ke-
çirilən  dünya  çempionatında,  1999-cu  ildə  güllə  atıcılığı  üzrə 
Bordoda  keçirilən  Avropa  çempionatında  və  5-7  may  1999-cu 
ildə  taekvondo  üzrə  Fransada  keçirilən  beynəlxalq  turnirdə, 
1999-cu  ildə  boks  üzrə  Lilldəki  beynəlxalq  turnirdə,  3-4  fevral 
1999-cu  ildə  Ormanda  qılıncoynatma  üzrə  dünya  kuboku  mər-
hələsində, 3-4 fevral 2000-ci ildə yenə də Fransada keçirilən qı-
lıncoynatma yarışlarında ölkəmizin idmançıları iştirak etmişdilər. 
24-27  noyabr  2000-ci  ildə  Beynəlxalq  Qılıncoynatma  Federasi-
yası  və  Frans-Luans  şirkətinin  dəvətinə  əsasən  Y.Jemayeva  və 
Azərbaycan  Qılıncoynatma  Federasiyasının  prezidenti  Y.Məm-
mədov  Sent-Etyendə  futbol  üzrə  Fransa  birinciliyində  matçın 
açılış  mərasimində  topa  ilk  zərbə  vurmaq    şərəfinə  nail  olmuş  
və  oradaca  idmançıların  xahişi  ilə  salonun  divarlarında  “Azər-
baycan” sözündən sonra imza etmişlər. Bu tədbirdə, eyni zaman-
da,  Y.Məmmədova  65  illiyi  münasibətilə  1823-cü  ilin  istehsalı 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə