Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   27   28   29   30   31   32   33   34   ...   111

 
92 
 
 
1661)-ci ildə  vəzifədən çıxarılıb Quma sürgün edilir. Baş  vəzir 
vəzifəsi dövrün təmiz və böyük seyidlərindən olan Mirzə 
Həbibullahın oğlu Məhəmməd Mehdiyə verilir (125a, 110). 
"Abbasnamə"nin verdiyi məlumatlardan aydın olur ki, II Şah Abbas 
dövründə bir qayda olaraq baş  vəzir vəzifəsinə  Səfəvi  şahlıq 
sülaləsi, yəni Şeyxavəndə qohum olan əsilzadələr təyin edilirdilər. 
Dövlət mərkəzlə yerli orqanlar arasındakı münasibətləri ciddi 
tabeçilik prinsipləri  əsasında qurmağa cəhd göstərir, yerli 
hakimiyyətin fəaliyyəti baş  vəzir və xüsusi idarə orqanları vasitəsi 
ilə  nəzarət altında saxlanılırdı. Dövlət hakimiyyətinin mərkəzi və 
yerli orqanları arasında münasibətlərin tənzimlənməsində bölgə 
vəzirləri də müstəsna rola malik idi. Vilayətlərə  təyin olunan 
vəzirlər baş vəzirin nəzarəti altında fəaliyyət göstərirdilər.  
I Şah Təhmasib h. 975-ci (1568) ildə Xacə Ruhulla İsfahani-
nin Gilana vəzir təyin olunması haqqında fərman vermişdir. Bu 
fərman əyalət vəzirlərinin hüquq və vəzifələrinin öyrənilməsi üçün 
olduqca  əhəmiyyətlidir. Fərmanda göstərilir: «…Böyük və  xırda 
məsələlərdə onu tam ixtiyar sahibi bilib… əhalinin mühüm, həm də 
bütün xırda məsələlərini vəzir həll etməlidir. Divanın vergilərinin 
toplanmasına, həm də  xərclənməsinə  nəzarət edib, hər bir mahalın 
malcəhət, vocuhatından Şahın verdiyi hökm əsasında Gilanın kiçik 
vəzirlərinin də  xəbərləri olması  şərti ilə yüksək rütbəli  əmirlərə 
məvacib verib, vergilərin qalanını sərkar-i xasse-yi şərifə göndərsin. 
Elə davranmalıdır ki, divan malı  tələf olmasın və  həm də heç bir 
rəiyyətə qarşı zor işlədilib, zülm edilməsin. Xasse-yi şərifə aid bəzi 
mahalların malcəhəti və bütün divan vergiləri yoxlanılsın və mahal-
ların qanun-qaydaları da əsas götürüb, Gilanın bütün haqq-hesabı 
ədalət qanunları əsasında aparılsın. Vilayətin bütün iqtisadi məsələ-
ləri, yəni haqq-hesabı üzrə hörmətli seyidlər, əhali, əyanlar, kələn-
tərlər, kətxudalar onu tam hüquqlu vəzir hesab edib, ona itaət 
etsinlər. Bütün ticarət və alver, itlaqat, həvalələr onun xətti və 
möhürü, rəqəmi ilə mötəbər bilib, bu işdə  səhlənkarlıq etməsinlər. 
Özbaşına vergi almasınlar.  Əziz oğlum Sultan Mahmud Mirzə  və 
oğlumun lələsi, həm də Gilan bəylərbəyi olan Allahqulu sultan 
Ustaclı, yüksək  əmirlər, darğalar xassə, yaxud başqa mahallarda 


 
93 
 
 
Xacə Ruhullanın  əlindən möhkəm tutub hər bir hadisədən onu 
xəbərdar etsinlər. Vəzir də yüksək divanın qanunnaməsindən kənara 
çıxmamaqla haqq-hesabı, vergiləri  ədalət qaydalarına  əməl edərək 
toplasın. Vilayətin vergiləri bizə Gilanın baş maliyyə məmuru Xacə 
Maqsudun iştirakı ilə çatmalıdır. Vəzir hər il üçün vəzirlik haq-
qından  əlavə  pərvanəçə  əsasında xasse-yi şərifədən yığılan malcə-
hətdən öz xərci üçün Təbriz pulu ilə 300 tümən götürsün». Fərman 
verildi. H.975-ci il zilqədə ayı (aprel 1568) (118, 254 a-b). Fərman-
dan göründüyü kimi, vilayət vəzirlərinə iqtisadi məsələlərdə çox 
geniş hüquqlar verilmiş, hətta Şahın oğlunun lələsi kökcə türk olan 
bəylərbəyi də bu məsələlərdə onunla hesablaşmalı idi. Fərman 
vilayət vəzirinin hüquq və  vəzifələrini aydın  şəkildə özündə  əks 
etdirdiyinə görə onun geniş şərhinə ehtiyac qalmır.  
Vilayət vəzirləri bəylərbəyi ilə yanaşı, baş vəzirə də tabe olub, 
vilayətin maliyyə  məsələləri barədə ona hesabat verirdi. Baş  vəzir 
vilayət vəzirlərinin fəaliyyətinə, vilayətlərdən dövlət büdcəsinə 
daxil olan mədaxilə nəzarət edirdi.  
Alessandri dövlət  şurası  və onun tərkibi haqqında məlumat-
larında bu şurada müşavir olan əmirlərin sırasında qorçubaşının da 
adını  çəkir, həm də onun səltənət qorçularının başçısı olduğunu 
yazır (107, 443). Qorçubaşı dövlətin  əsas və sanballı dayağı idi 
(128, 742). Dövlətin sanballı dayağı olan qorçubaşını Adam Oleari 
10-12 min nəfər oxçunun rəisi kimi səciyyələndirilmiş  və qorçu 
alayının I Şah  İsmayılın dövründə yaradıldığını  və onun 
cihadlarında yüksək fədakarlıq göstərdiklərini bildirmişdir (139, 
893). Ancaq dövrün daha mötəbər qaynaqlarında qorçular haqqında 
məlumatlara XV əsrdən təsadüf edilir  (77, 258). I Şah İsmayıl isə 
əslində ona qədər də mövcud olan oxçulardan ibarət nizami qorçu 
qvardiyasının təşkilatçısıdır. Bu qvardiyanın hərbi rəisi, yəni qorçu-
başı dövlətin idarə quruluşunda da statusu baxımından çox mühüm 
vəzifə olub, I Şah  İsmayılın hakimiyyətinin ilk illərindən təsis 
edilmişdi. Dövrün qaynaqlarında ona çox məsul işlərin tapşırılması 
hallarına rast gəlirik.  Əbdi bəy  Şirazinin  əsərində I Şah  İsmayıl 
tərəfindən qorçubaşı  vəzifəsinə  təyin olunan Dədə Abdal bəy 
Zülqədərin müəyyən cinayət məsələləri üzrə mühakimə aparmaq 


 
94 
 
 
səlahiyyəti ilə  təmin edilməsinə toxunulur. Müəllif yazır: «h. 911 
(4.IV.1505-23.V.1506)-cı ildə Şirvan Tabasaranında iştirak edənlər 
dindirildi və Sultan Heydərin öldürülməsinin tədqiqi qorçubaşı 
Dədə  bəyə tapşırıldı…riyakarlardan çoxlu adam öldürüldü» (28, 
38). Onu da qeyd etmək lazımdır ki, mənbələrdə I Şah  İsmayılın 
dövründə  Ərdəbil təriqət işləri ilə bağlı olan Abdal bəy adlı iki 
nəfərin isminə təsadüf edilir. İsgəndər bəy Münşi Türkmanın onlar 
haqqında yazdıqlarının təhlilindən aydın olur ki, qorçubaşı Abdal 
bəy Türk-Qızılbaş Zülqədər eli əyanı olub, «Dədə» ünvanın da 
daşıyıcısı o olmuşdu (80, 25, 31, 572; 138, 402). Adam Oleariyə 
görə, oxçular, yəni qorçular  adi vaxtlarda vilayətlərdə  sərbəst 
yaşayır və ancaq savaşlar baş verdikdə dərhal öz rəislərinin başçılığı 
altında birləşirdilər. Səyyah gündəliyində onların soykökü və sosial 
tərkibi ilə bağlı məsələlər barədə də məlumatlar verilmişdir. Adam 
Oleari yazır ki, biz orada olarkən qorçubaşı kökcə kəndli oğlu olan 
və I Şah Abbasın yanında əvvəllər adi xidmətçi kimi çalışmış Şamlı 
Cani xan idi (139, 893). 
Dövlətin qorçulardan ibarət olan bütün hərbi qüvvəsinin 
başçısı olan qorçubaşı  və onun statusu haqqında «Təzkirət  əl-
müluk» dakı müfəssəl məlumatlara dövrün digər qaynaqlarında 
təsadüf olunmur. Əsərdə göstərildiyinə görə «alicah» qorçubaşı 
dövlətin görkəmli  əmirlərindən olub, məmaliki məhrusədəki bütün 
ellərin və oymaqların ağsaqqallarından idi. Dövlətin hərbi 
xidmətində olan bütün qorçuların həmesaləsi və tiyulu, məvacibləri 
alicah qorçubaşı  tərəfindən təsdiq edildikdən sonra bu hərbi his-
sənin vəzirinin sərəncamı ilə ödənilirdi. Dövlət, saray, əyalətlərdə 
hərbi qulluqda olan bütün qorçuların məvacibi və tiyulu qorçu-
başının təqdimatından sonra baş  vəzirin təliqəsi  əsasında verilərdi. 
Qorçulara aid olan bütün məsələləri qorçubaşı, təhqiqat aparıb, həll 
edirdi. Qorçubaşılar dövlətin  əsas dayaqlarından olub, qorçular 
sırasına daxil olan hər kəsin hərbi qulluğa görə  məvacib, tyiul, 
həmesale və mükafata aid olan sənədlərini imzaladıqdan sonra on-
lara möhür vurulurdu. Qorçubaşıların rütbə cədvəli onların vəzir və 
mustoufisi tərəfindən Şaha təqdim olunurdu. Yüksək rütbəli qorçu, 
yəni qorçubaşı da canqi əmirlərindən idi (132, 7). Sansona görə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə