149
çilər də bu qədər məvacib alırdılar (86, 344, 345; 104, 583). Onların
ümumi sayı Pyetro della Valleyə görə 20000 nəfər, Tavernyeyə
görə, 40.000-50.000, E.Kempferə görə 50.000, Şardenə görə isə
12.000 nəfər olmuşdur (86, 344; 104, 583; 112, c.3,1189, 1193).
Cemelli Kareri isə tüfəngçilərin ümumi sayının 50 min nəfər
olduğunu bildirərək yazırdı ki, onların çoxu kənd əhlidir və silahları
qılınc və tüfəngdən ibarət olub, hər biri ildə 4, yaxud 5 tümən maaş
alır. Əyalət xanları ayda bir dəfə onları təlim-məşq keçməyə vadar
edirlər ki, beləliklə onlar silah işlətməkdə çox bacarıqlı olmuşlar.
Onların əmirlərinə tüfəngçibaşı deyirlər (89, 168). Tavernye yazır
ki, başqa hərbçilər onlara məsxərə edərək deyirlər ki, bu kəndlilər
cürət və cəsarətli olmadığına görə, düşmən qarşısına çıxa bilmirlər.
Ancaq səyyahın öz şəxsi fikrinə görə, onlar nizami qoşun növü
olub, yaxşı da vuruşurdular (104, 583). Silahları uzun və qısalüləli
fitilli tüfənglərdən ibarət olub, bu tüfənglərin lüləsinə bərkidilmiş
dirsək qundağa bağlanılırdı. Tüfəngçi at, yaxud ayaq üstə, uzanmış
halda dirsəyi lülədən açıb dayaq kimi istifadə edir və rahat atəş ata
bilirdi (86, 345).
«Təzkirət əl-müluk»da «Qulamane sərkare xassey-i şərifə»
(132, 7) adı ilə göstərilən hərbi alay isə dövrün başqa qaynaqların-
da, elmi ədəbiyyatlarda qulamla bərabər «qullar» adı ilə də qeyd
olunmuşdur. Şarden yazır ki, onlara qul deyildikdə, bu onların digər
hərbi alay əsgərləri ilə müqayisədə azadlıqlarının məhdud olması
mənasını ifadə etmir. Əksinə I Şah Abbasın bu seçmə alaya o qədər
hüsn-rəğbəti vardı ki, onları özünün «süvari yeniçərləri» adlandırır-
dı (112, c.3, 1193; 103, 55). Onlar süvari döyüşçü olub, silahları
qılınc, nizə, ox-yaydan ibarət idi. Qulamların bəzilərinə xüsusi hərbi
xidmətdə tüfəngdən istifadə etməyi də öyrədirdilər. Pyetro della
Valle çox doğru olaraq yazırdı ki, artıq soyuq silahlar öz
əhəmiyyətini itirdiyi üçün I Şah Abbas qulamları tüfənglə də təchiz
etməyə çalışırdı (86, 346). Qulamlar hərbi hazırlıqlarına görə
qorçulardan o qədər fərqlənməsələr də, sayları onlardn bir qədər az
idi. Onlar Şahın nəzarəti altında təlim keçir və Şahdan savayı heç
kimə tabe deyildilər. Şahı qoruyan qulamların arasında əqrəbalıq
əlaqələri olmadığına görə, onların birliyi və dövlətə qarşı çıxması da
150
mümkün deyildi (96, 89). Qulamlar hərbi xidmətə ömürlük qəbul
olunur və onlar hərbi xidmətdən imtina edə bilməzdilər (86, 345,
346). Onlar şimal ölkələri, yəni V.Minorskinin yazdığı kimi,
Gürcüstan, Şimali Qafqaz əhalisi içərisindən kiçik yaşlarında ələ
keçirilmiş uşaqlardan ibarət olub, sünnət edilib, islam dini qəbul
etdirildikdən sonra təlim-tərbiyələri xüsusi qaydada yerinə yetirildi
(96, 89; 103, 55). Belə ki, Səfəvi ölkəsinə gətirilən uşaqların yaxud
da burada yaşayan xristian ailələrinin uşaqlarından da seçilirdilər.
Onların içərisində yetkin yaşında olub, maddi marağına uyğun ola-
raq Şahın hərbi xidmətinə könüllü gəlib, islamı qəbul edən gürcülər
də vardı. Qulamların çoxunun ata-babaları xristian olub birinci,
yaxud ikinci nəslə islam qəbul etdirilmişdi. F.Sümər yazır ki, I Şah
Abbas kölələri tədarük edib yetişdirmək üçün bir təşkilat da qurdu.
Bu, Yeniçəri Ocağının daha kiçik nisbətdə bir bənzəri idi. Bu
ocağın rəisinə qullarağası deyilirdi (67, 148). Pyetro della Valleyə
görə 30000 qul vardı ki, onlardan 15000 nəfəri hərbçi idi. Şarden
onların sayının 10000, E.Kempfer isə 15000-18000 nəfər arasında
olduğunu qeyd etmişdi (86, 345, 346; 112, c.3, 1191; 96, 89).
Tavernye gündəliyində I Şah Abbasın hərbi islahatlarına
toxunsa da, onun məqsədini, məramlarını aydınlaşdıra bilməmiş,
ancaq Şahın yeni təşkil etdiyi və sayı 44 min nəfər olan nizami
alaylardan qulamlar və tüfəngçilərlə bağlı bəzi məsələlərin şərhini
vermişdir. Onun qeyd etdiyi kimi yeni qoşun növü olan qulamların
rəisi qullarağası adlanırdı. Qullarağası qulamların başçısıdır. Bu
qulamların hamısı Şahın qızılla aldığı nökərləridir. Onlar müxtəlif
tayfa və millətlərdən olub, nəsilbənəsil qulam adlanırlar. Şah
onların xidmətindən çox razıdır və onlara etimadı var. Onların çoxu
isə müsəlmanlığı qəbul etmiş gürcülərdir. Ümumilikdə qulamların
sayı 18 min nəfərə çatır və hər biri 5 və ya 8 tümən məvacib alır,
hamısı süvaridir (104, 573-575). Cemelli Kareri hər qulamın illik
məvacibinin 6-7 tümən olduğunu qeyd edir (89, 168); Şardenə görə
qulamların illik məvacibi 6-10 tümən və tüfəngçilərinki isə bunun
yarısı qədər olub, hər iki alayın əsgəri heyətinə dövlət karxanasında
hazırlanmış, üzərində xüsusi nişan olan silahlar pulsuz verilir, ancaq
onlar paltarı öz hesablarına alırdılar (112, c.3, 1196). Tavernyeyə
151
görə qulamlarla müqayisədə qorçular ağıllı, yüksək fikirli adamlar
idilər. Onlar məvaciblərini boş yerə sərf edən qulamlardan fərqli
olaraq pul yığır, qoyun və keçi alırdılar. Tavernye bunu onların kö-
çəri olub mal-qara, qoyun və başqa heyvanlardan ibarət var-döv-
lətlərinin olması ilə əlaqələndirir. Ancaq əslində əvvəl qeyd olun-
duğu kimi, qorçular yerli əhali olub, müəyyən bir vilayətdə daimi
yaşayış yerləri olduğuna, oturaq və yarımköçəri həyat tərzində
yaşadıqlarına görə maaşlarını sərfəsiz yerə xərcləmirdilər (104, 573-
575, 582-583). Səyyaha görə hər iki alay ölkədə üstün mövqeyə
malik olmaqla dövlət idarələrində onların içərisindən çıxmış böyük
vəzifəli adamlara da təsadüf olunur. Ancaq qulamlar müxtəlif xalq-
lardan olduqlarına görə, onların arasında birlik mümkün deyildir.
Şah istədiyi vaxt onları öz əlləri ilə cəzalandıra və tənbeh edə bilir.
Onların hansına işarə etsə, dərhal özünün irəliləyişi xatirinə dostu-
nun başını kəsər, yaxud onu bəlaya düçar edər. Qulamların silahları
qılınc, ox-kamandan ibarət olub, bəzilərinin qolçağı, zirehi və
təbərzini də vardır. Onların bu ölkədə yeri-yurdu olmadığına görə,
məkan və yerlərini təyin edən yurdçuları da yox idi. Ona görə də
onlar rast gəldikləri istənilən yaxşı yerdə yerləşib çadırlarını
qururdular (104, 583). Tavernye II Şah Abbas dövründə 18000
qulam və 40000-50000 nəfər tüfəngçi olduğunu qeyd edir ki, bu
rəqəmləri nizami ordunun sayının real göstəricisi kimi qəbul etmək
olmaz. Ona görə ki, I Şah Abbasın hakimiyyəti illərində onun
həyata keçirdiyi hərbi islahatlar əsnasında yaradılan qulam, tüfəng-
çi, topçu adlı nizami alayların sayı birlikdə 44000 nəfərdən çox
olmamışdır (181, 107, 108).
«Təzkirət ət-müluk»da göstərilir ki, topxananın yüzbaşı,
minbaşı, topçu və carçılarının ağsaqqalı topçubaşı olub, onun illik
məvacibi 500 tümən idi (132, 14, 63). Ona tabe olanların tiyulu,
maaşı, həmesalesi, baratı və mükafatı barədə topçubaşının təsdiqi
üzrə alicah böyük divan vəziri tərəfindən yazılı hökm verilib, bu
işlər üçün buraxılan tənxah alınırdı. Topçu, minbaşı, yüzbaşı,
carçıbaşı və carçıların təyin olunması və onlara maaş, həmesale
verilməsi üçün topçubaşının məlumatı əsasında alicah ali divan
vəziri təliqə yazdıqdan sonra, şahın fərmanı verilirdi. Mübarək
Dostları ilə paylaş: |