Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   41   42   43   44   45   46   47   48   ...   111

 
134 
 
 
süfrəçibaşı olduğunu görürük. O, 1511-ci ildə ali divan əmirləri 
sırasına daxil edilmişdi (108, 44). I Şah Səfi dövründə süfrəçibaşı 
vəzifəsində olan Xələf bəy bu vəzifəyə I Şah Abbas zamanı  təyin 
edilmişdi. O, əslən Arasbardan olub, Qaracadağ sufilərindən idi. 
Gənc yaşında Fərhad xan Qaramanlının mülazimi olmuş, bacarıq və 
qabiliyyətinə görə süfrəçibaşı  məqamına yüksəlmiş,  əsgəri 
təşkilatda çərxçibaşı kimi məsul hərbi vəzifədə  də olmuşdu. O, 
1638-ci ildə Bağdad savaşında osmanlılar tərəfindən  əsir 
götürülmüş  və  İstanbulda edam olunmuşdu. Ondan sonra 
süfrəçibaşı  vəzifəsi böyük oğlu  İbrahim sultana, 1662-ci ildə  iş 
kiçik oğlu Maqsud sultana tapşırılmışdı. (81, 277; 125a, 119)  
Tuşmalbaşı daha məsul vəzifə olub, şah mətbəxinin müfəttişi, 
yaxud naziri idi. Tuşmalbaşı haqqında məlumat qıtlığı olsa da, bu 
vəzifə türk əyanlarına etibar edilirdi. H. 1020 (1611)-ci ildə Şamlı 
elinin Bəydili obasından Zeynal bəy tuşmalbaşı idi. 1620-ci ildə 
Moğol səfiri Xan Aləmlə Dehliyə elçi göndərilmişdi (108, 116). 
Qeyd etmək lazımdır ki, Zeynal bəy Bəydiliyə tutduğu vəzifə ilə 
əlaqədar olmayan məsul işlərin tapşırılması onun istedadlı bir türk 
əsilzadəsi olmasından irəli gəlirdi. I Şah Səfi dövründə isə Şahverdi 
bəy adlı başqa bir türk əsilzadəsinin tuşmalbaşı olduğunu görürük. 
O, Arasbarlı Xələf bəyin kiçik oğlu idi. (81, 278) 
Qanat sahib-i cəmi  saray üçün mal, qoyun kəsdirir, yəni sara-
yı  ət məhsulları ilə  təmin edirdi. O, qoyunu, əti  bazardan İsfahan 
darğası  və möhtəsib  əl-məmalikin tərtib etdiyi qiymət sənədi üzrə 
alır və həmin sənədi satıcının mənsub olduğu əsnafın müdiri imza-
layırdı (132, 31). 
Abdarxana sahib-i cəmini işinə uyğun olaraq su içmək üçün 
istifadə olunan qızıl, gümüş kuzələr, camlar və sairə ilə yanaşı, 
buzxanaya aid olan çuval, dolça və başqa avadanlıqlara baxırdı. 
Abdarxanada ehtiyat üçün xüsusi guzələrdə su da saxlanılırdı (132, 
32; 96, 147). I Şah Səfinini dövründə Çələbi bəy Evoğlu Qaradağlı 
və Cəfər bəy Evoğlu Qaradağlının adarbaşı olduğunu görürük. (81, 
280)  
Şotorxan (dəvəlik) sahib-i  cəminin təhvilində çul, təkaltı, 
çuval, keçə, ovsar, ip və  dəvəliyə aid olan əşyalar olurdu. İldə bir 


 
135 
 
 
dəfə nazir büyutat vəzirinin iştirakı ilə  dəvələrə baxır, onların 
yaxşısını-pisini ayırd edirdi. Dəvələrdən tələf olanları, damğası ilə 
yoxlayıb sahib-i cəmin hesabından çıxılır və damğanı isə nazirin 
iştirakı ilə yandırırdılar (132, 32). 
Qızıl, gümüş  və mis qəhvədanlar, qara aftafalar, qəhvə 
qovurulan qab, piyalə və sini qəhvəxana sahib-i cəminin təhvilində 
idi. Çini, saxsı, gümüş, qızıl qablar saxlanılan beytə çinixana da 
deyilirdi. Engelbert Kempferə görə sarayda 10 milyon qızıl sikkə 
dəyərində  qızıl qab vardı. Bu qabları ziyafətlərdə süfrəyə düzən 
xidmətçi ayaqçı, yaxud çinikeş adlanırdı (132, 32; 96, 149). 
Xalı, mütəkkə, keçə, cecim, taqca döşəməsi və bütün digər 
əşyalar mübarək imarətlər təhvildarlarının ixtiyarında idi. Xalıları 
təmizlətdirməklə ona tabe olan məmur məşğul olurdu (132, 32). 
Şaha məxsus hamam avadanlığı  və ona aid əşyalar, yorğan, 
nazbalış, söykənəcək, xüsusi paltarlar, qulluqçuların avadanlığı, 
ayaqqabı, çəkmə, corab, canamaz və ona aid şeylər, onların fərməş-
ləri rikabxana sahib-i cəmlərinin ixtiyarında olurdu (132, 32). 
Qızıl, gümüş  və mis məşəllər, məşəl üçün mum və  qətran, 
quyruq, piy kimi çıraq yağları, böyük təbil, nağara, gərənay, nəfir 
(şeypur), zurna və çalğıya aid bütün şeylər nağaraxanaya aid olub 
məşəlxana, çıraqxana və nağaraxana sahib-i cəmləri ixtiyarında idi. 
Nağaraxana və  məşəlxana işçiləri məşəldarbaşıya tabe olub, onlar 
etimadəddövlənin hökmü və nazirin möhürü ilə  təsdiq edilən 
siyahılar üzrə, maaşlarını alırlar. Çıraq avadanlıqlarına baxanlar 
çıraqbaşı da adlanırdı (132, 32; 96, 148). 
Tövlə heyvanları və karvan qatırları üçün arpa, saman, yonca 
və xəsil kimi yem ehtiyatı tədarükü anbar sahib-i cəminin vəzifəsinə 
aid idi. Çul, tərlik, tapğır, yüyən, qantarğa, buxov, sətil, nal, mıx, 
kəmənd, kürək, çul üstündən atılan keçə, xurcun və tövlələrin 
işıqlandırılması anbardarbaşına tapşırılır. Tövlələrdəki at, qatır, 
ulağın hamısı tövlənin sahibcəminə aid idi (132, 32). 
Saray  şərbətxanasına aid olan qızıl, gümüş, çini, mis qablar, 
qəlyan ləvazimatı, tənbəki,  şəkər, qənd,  ətirli kökələr, qəhvə, 
mürəbbələr, limon şirəsi, gülab, başqa içkilər və turşular saxlanılan 
beytə  şərbətdarbaşı adlı sahib-i cəm baxırdı. Müəyyən olunmuş 


 
136 
 
 
qaydaya görə sahib-i cəm  Şaha, saray qulluqçularına, cirə alanlara 
lazım olan şeyləri, əlavələri vəsiqə üzrə məlum olan qərarla hər gün 
xərc hesabını qeyd edirdi (132, 33; 96, 146).  
Vilayətlərdən  Şah xəzinəsinə daxil olan əşrəfi, ağ  qızıl və 
sairə pullar xəzinə sahib-i cəmi, sərrəfbaşı başqa sərraflar, müşrif, 
ödəyici və ya onun nümayəndəsi hüzurunda yoxlatdırıb təhvil alınır, 
sonra kisələrə töküb ağzını möhürləyirdilər. Qəlp qızılları ayırıb 
qızıl sahibinin özünə qaytarırdılar (132, 34; 96, 150). 
Qeyd edilən beytlərlə yanaşı saray təsərrüfatında toxuculuq, 
ayaqqabı, corab emalatxanaları, dərzi sexi, sikkəxana, zərgərxana, 
nəccarxara və başqa manufaktura tipli karqahlar da vardı (96, 149-
151). 
Cemelli Karerinin əsərində şah xəzinəsində sikkələri qoruyub 
saxlayan məmur xəzinədarbaşı adı ilə qeyd olunmuşdur (89, 165). 
Saray təşkilatında dəftərxana naziri müqərrəb ül-həzrət olub, 
bütün dəftərxanalarda qeydiyyatdan keçirilən mülazimlik, vergi-
lərdən azad edilmə, soyurqallar, vəzifə  vəsiqələri, hərbiçilərə veri-
lən həmesale, tiyul, tənxah hökmlərini, mənsəb sahibləri və maliyyə 
işçiləri barədə hökmləri yoxlayıb möhürləyərək təsdiq edirdi. 
Məmləkətdə  vəzirlər, hökumət vergiləri təhvildarları, icarədarlar, 
zabitlər və mübaşirlərin hesablarına yetişib, çürütmək də müqərrəb-
ül həzrətin vəzifəsidir. Onun doqquz nəfər hökumət qulluqçusu olan 
mirzəsi vardır.Onların səkkiz nəfəri idarələr tərəfindən verilən 
həmesalelər, məvaciblər haqqındakı hökmləri dəftərlərinə yazıb, 
imzalayırlar. Bir nəfəri isə, haqq-hesablar, vəsiqələr, fərmanları təs-
hih etdikdən sonra, imza və  təsdiq edir (132, 36). I Şah Səfi döv-
ründə  Uğurlu bəy adlı  qızılbaşın dəftərxana naziri (108, 259) ol-
ması, bu vəzifədə də türklərin üstün mövqelərindən xəbər verir. 
Bütün dəftərxanalarada nizam-intizamın qorunması, nöqsan-
larına görə idarə  işçilərinin cəzalandırılması ilə  dəftərxana darğası 
məşğul olurdu. Dəftərxana işçiləri arasındakı şikayət və pul tələbləri 
onun hüzurunda həll edilirdi. O, ümumi hökm və  fərmanlar içəri-
sində, qələbə çalan əsgərlərin tənxah, tiyul, həmesalə, qulluq hökm 
və  fərmanlarını möhürləyirdi (132, 36). Mənbələrdə saray dəftər-
xana darğası haqqında məlumata çox nadir hallarda təsadüf edilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə