143
illik maaşı 300-400 tümənə çatırdı. Onlar müharibə zamanı hərbi
xidmətə imkanlarına uyğun olaraq 50-1000 nəfər döyüşçü çıxarmalı
idilər. Ancaq hərbi dəftərdə yalnız özlərinin adları qeyd olunduğuna
görə onlara tabe olanların da maaşlarını alırdılar (86, 349, 353,
354).
Dövlət qoşunun digər növü Qızılbaş tayfa süvarilərindən
ibarət olub, qorçu adlı nizami hərbi qvardiya idi. V.Minorski yazır
ki, onlar yay-ox, xəncər, qılınc, hərbi balta, qalxan kimi mütəhərrik
silahlarla təchiz idilər. Bu türkman döyüşçüləri papaqlarına görə,
yəni başlarına qoyduqları papağın rəngi qırmızı olduğu üçün
Qızılbaş adlanırdılar ki, bu papaqları da vaxtilə Şah İsmayılın atası
öz müridləri üçün müəyyən etmişdi. Ancaq müharibədə başlarına
zirehli dəbilqə qoyurdular. Uzun bığları da onlar üçün səciyyəvi idi
(103, 53). Pyetro della Valleyə görə, qorçu termini türk dilindəki
qorumaq sözündən əmələ gəlmiş və qoruyan, gözləyən, qayğı
göstərən mənasını ifadə edir. Qorçular Qızılbaş olub xan, sultan
deyil, birbaşa Şaha tabedirlər (86, 351).
Faruq Sümər yazır ki, qorçular Səfəvi xassə əsgərləri olmaqla
I Şah İsmayıl tərəfindən Cığatay hərbi təşkilatı əsasında yaradıl-
mışdır (67, 240). Ancaq qorçu hərbi təşkilatı Azərbaycanda XV
əsrdə də vardı. Ölkənin sərhədlərinin qorunması və Şahın müha-
fizəsi xüsusi dövlət qvardiyası olan qorçulara tapşırılırdı (106, 46;
93, 74). Mənbələrdə qorçuların vilayətlərdə sərbəst yaşamaları və
müharibə zamanı öz rəislərinin rəhbərliyi altında birləşmələri haq-
qında məlumatlara təsadüf edilir (139, 899). Tavernye yazır ki,
qorçular əskidən nəcabətli hesab edilən nəsillərdən olub cəsurluqda
həmişə məşhur olmuşlar. Bu şəxslər türkmanlar kimi çadırda yaşa-
yırlar və övladlarını gənc yaşlarında Şahın xidmətinə göndərirlər ki,
burada da onların təlim-tərbiyəsi ilə şahpərst olana qədər məşğul
olurlar (104, 581). Tavernye qorçuların soykökləri, yaşamları
haqqındakı məlumatlarında səhvlərə də yol vermişdir. Ona görə ki,
Azərbaycan türk xalqının XVI-XVII yüzilliklərdə böyük şəhərləri,
kəndləri vardı və əhalinin geniş kütləsi sənətkarlıq, ticarət və əkin-
çiliklə, müəyyən qismi isə yaylaq-qışlaq heyvandarlığı ilə məşğul
olurdu. Türkmanların isə bu dövrdə Azərbaycan türk-türkmən
144
xalqının təməl ellərindən doğma Türkman adını saxlayan və bu adla
anılan tayfalarından biri olması bəlli həqiqətdir. XVI-XVII yüzil-
liklərin tarixçilərinin göstərdikləri kimi qorçular Ustaclı, Türkman,
Rumlu, Əfşar, Qacar, Bayat, Varsaq (80, 43; 77, 259) və başqa türk
boylarından səfərbər edilmiş xüsusi nizami qoşun növü olub,
tərkiblərində qeyri millətlərdən əsgərlərin olması haqqında dövrün
heç bir qaynağında məlumata təsadüf olunmur. Necə ki, Şarden öz
şəxsi müşahidələrinə istinad edərək yazırdı: «Qorçular bir neçə dəfə
zərbə yemələrinə baxmayaraq, bu gün nizami qoşunun ən güclü
heybətli hərbi hissəsidir. Onlar türkman, tatar soyundandırlar… öz
kəndlərində yaşayır, başqa qəbilə və tayfaya qarışmamışlar» (112,
c.3., 1191). Alman səyyahı Engelbert Kempfer də yazırdı ki,
cəsarətləri ilə şöhrət qazanmış boylu-buxunlu qorçular türk soyun-
dandırlar (96, 87). Səfəvi dövlətinin idarəsində güc və söz sahibi
olan qorçuların soykökü haqqında Engelbert Kempferin dəyərli
məlumatı Şardenin yuxarıda qeyd olunan fikirinin doğruluğunu
təsdiq edərək tamamlayır.
Tavernyenin gündəliyində isə qorçuların mənsub olduqları
türk ellərinin həyat tərzi ilə bağlı nöqsanlara baxmayaraq onların
hərbi keyfiyyətləri, I Şah Abbasın dövründə onlara münasibət və
təminatları tarixi həqiqətə uyğun bir səpkidə təsvir olunmuşdur. O
yazır ki, hamısı süvari olan qorçulara cirə və yaxşı məvacib verilir.
Bəzən qorçuların içərisindən elə şəxslər çıxır ki, onlar ölkənin ali
idarəsində yüksək vəzifəyə də sahib olurlar. Adətən onları «Qızıl-
baş» adlandırırlar. Deyirlər padşahın 22 min qorçusu var ki, hamısı
cəsarətli igid olub, müharibə meydanında heyranedici hünərlər
göstərirlər. I Şah Abbas bu qoşunu aradan götürüb onların yerində
qulamları yerləşdirmək üçün çox çalışmışdı, çünki onlardan qorxur-
du və bəzən yaxınlarına deyirdi ki, yalnız qorçular ölkə iqtidarına
qarşı çıxıb ona müqavimət göstərə bilər. Bu səbəbə görə də, onların
bəzi imtiyazlarını ləğv edib qulamlara verdi. Ancaq bu iş tez
dayandı, o öz arzusunu tamamilə və vaxtında həyata keçirə bilmədi.
Qorçuların sərdarı qorçubaşı adlanır və onların özlərindən olurdu.
Şah başqa tayfalardan onlara sərdar təyin edə bilməzdi (104, 592).
Qorçu alayı minbaşı, yüzbaşı və onbaşıların başçılıq etdiyi minlik,
145
yüzlük və onluqlara bölünürdü. Qorçubaşı ildə 150 tümən, minbaşı
70 tümən, yüzbaşı 30 tümən, onbaşı 15 tümən məvacib alırdı. Sıravi
süvarinin hər birinə isə 10 tümən və yaxud 15 tümən verilirdi. Bun-
dan əlavə, hər üç ildən bir Şahın iştirakı ilə qorçuların paradı, yaxud
onlara ümumi baxış keçirilir ki, bu zaman onlara məvaciblərinin
üçdə bir hissəsindən çox ənam verilir. Bu ənam birinə az, birinə
çox, xülasə hər kəsə qabiliyyəti və bacarığına görə ödənilir. Şah
böyüklərdən birini öldürmək istəyəndə bu işi də qorçulardan biri
yerinə yetirirdi (104, 582). Tavernyenin qorçuların rütbə və vəzifə-
lərinə görə aldıqları maaş haqqındakı məlumatları, XVII yüzilliyin
80-ci illərində Engelbert Kempferin bu barədə verdiyi məlumatlara
tam uyğun gəlir. Ancaq Engelbert Kempferin gündəliyində sıravi
qorçuların maaşlarının 9-10 tümən olduğu göstərilmişdir (96, 92).
Rəfael dyu Mans istisna olmaqla, dövrün başqa avropalı müəllifləri
qorçubaşının illik məvacibi haqqında eyni məlumatlar verilmişdir
ki, bu da onların birinin digərinin əsərindən istifadə etməsi ilə
əlaqədardır. Rafael dyu Mansın əsərində qorçubaşının illik məva-
cibinin 1000-1500 tümən (103, 165) arasında və «Təzkirət əl-
müluk» da isə 1491 tümən 7200 dinar (132, 53) olduğu qeyd edilir
ki, sonuncu Azərbaycan Səfəvi dövlətinin maliyyə sistemi ilə bağlı
ilk qaynaq olduğuna görə, burada qorçubaşının illik məvacibi haq-
qındakı məlumatın daha doğru olduğunu deməyə imkan verir.
Alessandri hələ XVI yüzilliyin 70-ci illərində yazırdı ki, Şah
beş min nəfər qorçuya muzd verir (107, 448). Onlar ən nüfuzlu,
bacarıqlı adamların içərisindən seçilmiş Şah qorçuları, yəni əslində
onun şəxsi qvardiyasıdır. Qaynaqlarda mərkəzdəki qorçularla
bərabər, əyalətlərdə 20-30 min, bəlkə də bundan da bir qədər çox
qorçu olması haqqında məlumatlar vardır. Pyetro della Valle qorçu-
ların sayının 12000 nəfər olduğunu yazmışdır (86,351). Şardenin
yazdığına görə əvvəllər onların sayı 60.000-70.000 nəfər olmuş,
ancaq I Şah Abbas qorçuların sayını azaldıb, 30.000 nəfərə endir-
mişdir. Onların əvəzinə bir neçə piyada tüfəngçi alayı yaratmışdır
(112, c.3, 1191). E.Kempfer isə 10-12 min nəfərdən çox döyüşkən
kişidən ibarət olan qorçuların mənsub olduqları ellərin birliyinə,
onların himayəsinə arxalandıqlarını, ellərindən seçilmiş yüksək
Dostları ilə paylaş: |