Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə51/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   47   48   49   50   51   52   53   54   ...   124

~ 193 ~

1985-1986-cı  tədris ilində 6 yaşı tamam olmuş 50 nəfər 

uşaq məktəbin hazırlıq sinfinə, 7 yaşı tamam olmuş 9 nəfər 

şagird isə I sinfə qəbul olub. 

1985-1986-cı  tədris ilinin yekununda məktəb nizam-

naməsinin 15-ci paraqrafına uyğun olaraq bütün fənnlərdən 

illik “5”qiymət aldıqlarına və nümunəvi davranışa görə 

sinifdən-sinifə keçirilən 86 nəfər şagirdə məktəb direktorunun 

əmrilə tərifnamə verilib.  

Məktəbin 16.04.1986-cı il tarixli 53 nömrəli  əmrilə 46 

nəfər  şagird və 4 nəfər müəllimdən (Babək Xubyarov,Vəli 

Əliyev, Kəmaləddin Şükürov, Vahid Müslümov) ibarət şagird 

istehsalat briqadası yaradılıb. Briqada rayonun o dövrlərdə 

fəaliyyət göstərən N.Nərimanov adına sovxozun ərazisində  

5,0 hektar kələm sahəsi becərib.  Şagird istehsalat 

briqadasına rəhbərlik məktəbin tarix müəllimi Babək 

Xubyarova tapşırılılıb. 

Həmin dövrlərdə onun rəhbərliyi ilə  şagirdlərin  əməyə 

hazırlanması və məhsul istehsalına kömək məqsədilə aparılan 

işlər rayon iqtisadiyyatının inkişafına layiqli töhfə idi. 

Məktəbdə  təhsil prosesinin gedişini ahəngdar  şəkildə 

saxlamaq məqsədilə 01 dekabr 1986-cı il tarixə  məktəbə 

aşağıdakı məsul şəxslər rəhbərlik edirdi: 

Direktor İsbat İsaqov, tədris işləri üzrə direktor müavini 

Cümşüd Cümşüdov,  təsərrüfat işləri üzrə direktor müavini 

Şəkərəli Məmmədov,  ilk partiya təşkilatı katibi Mədinə 

Salmanova, yerli komitə sədri Kəmaləddin Şükürov, məktəb ilk 



komsomol təşkilat  katibi Qismət Hüseynov, Sevda 

Abbasəliyeva  (PBDR),  Sədaqət Fərhadova (laborant), Nina 

Bulatova (kitabxana müdiri) və digərləri. 

1986-1987-ci dərs ilində 59 nəfər məzuna məktəbin 

VIII sinfini bitirməsi haqqında  şəhadətnamə verilib. 

Məzunlardan Ceyhun Həsənov, Qismət Hüseynov, Şəmsi 

Bayramov, Alik Əliyev,  Əlhadi Salmanov və Gülnaz 



~ 194 ~

Hüseynovanın bütün fənnlərdən yekun qiymətləri “5” 

olduğuna, davranış və təlimə, ictimai əməkdən səyi nümunəvi 

olduğuna, eləcə  də  məktəbin həyatında fəal iştirak etdiyinə 

görə onlar fərqlənmə şəhadətnaməsi alıblar. 

1987-1988-ci tədris ilinin 01 sentyabr vəziyyətinə  mək-

təbdə altıyaşlılardan ibarət I sinfə 27 nəfər, yeddiyaşlılardan 

ibarət I sinfə isə 34 nəfər şagird qəbul edilib. İki II sinifdə 53 

nəfər, iki III sinifdə 65 nəfər, iki IV sinifdə 69 nəfər, iki V 

sinifdə 61 nəfər, iki VI sinifdə 64 nəfər, iki VII sinifdə 59 

nəfər, iki VIII sinifdə 61 nəfər, cəmi 16 sinifdə 493 nəfər 

şagird təhsilə cəlb olunub.  

01 sentyabr 1987-ci il tarixə  məktəbdə  aşagıdakı müəl-

limlər  şagirdlərin təlim-tərbiyəsi ilə  məşğul idi. Və    həmin 

mehriban kollektiv onlara tapşırılan  çətin, lakin şərəfli işi 

yüksək övqatla, əzmlə və bacarıqla yerinə yetirmək iqtidarında 

idilər: 

I-III siniflər üzrə: Almaz Qədimova, Nuridə Əlpoladova, 

Şirincan Babayeva, Gülarə Hüseynova, Mədinə Salmanova, 

Səccarə Quliyeva, Zeynəb Kərimova; 

Azərbaycan dili və ədəbiyyatı üzrə: Rəna Muradəliyeva, 

Gövhər Aslanova, Zakirət Məmmədova, Balaxanım Məm-

mədova; 

Riyaziyyat və fizika üzrə:  İsbat  İsaqov, Kəmaləddin 

Şükürov, Rəfiqə  Dəmirova, Nurxanım Dəmirova,  Şəfiqə 

Aşurova ; 

Rus dili üzrə: Valentina Məmmədova, Vəli  Əliyev, 

Xavər Süleymanova, Həqiqət Mahmudova, Marqarita Hacı-

yeva, Nəhayət Hüseynova, Rəna Əliyeva; 

Tarix və coğrafiya fənni üzrə: Babək Xubyarov, Cümşüd 

Cümşüdov, Şəhla Süleymanova



Kimya-biologiya üzrə: Hicran Quliyeva, Simuzər 

Hacıyeva; 



Bədən tərbiyəsi üzrə: Vahid Müslümov, Kanal 


~ 195 ~

Mövsümov; 



Xarici dili üzrə: Saniyə Cəbrayılova, Solmaz Osmanova, 

Çimnaz Əliyeva; 



Təsviri incəsənət və  əmək təlimi üzrə: Zümrüd 

Məmmədova, Mahiyyə Cümşüdova, Sevda Şükürova; 



Günüuzadılmış qruplar üzrə: Solmaz Məmmədova; 

Həmin illərdə  məktəbdə  təşkil olunmuş  fənn dərnəkləri 

tədris prosesinin irəliləməsində, xüsusilə tədris olunan fənnlərə 

şagirdlərin meyl və marağının yüksəlməsində böyük rol 

oynayırdı. Xüsusilə  bədii özfəaliyyət (rəhbəri Z.Şükürova), 

tarix- ölkəşünaslıq (rəhbəri B. Xubyarov), gənc riyaziyyatçılar 

(rəhbəri N.Dəmirova), IV-VIII siniflər üçün rus dili (rəhbəri 

M.Hacıyeva), Azərbaycan dili və  ədəbiyyatı (rəhbəri 

B.Məmmədova), rəsm (rəhbəri M.İsaqov), gənc təbiətçilər 

(rəhbəri H. Quliyeva), gənc texniklər (rəhbəri Ş.Aşurova), I-III 

siniflər üçün rus dili (rəhbəri Rəna Əliyeva) və başqa dərnəklər 

şagirdlərin zehni inkişafında böyük əhəmiyyət kəsb edirdi. 



1987-1988-ci dərs ilinin sonunda məktəbin səkkizinci 

sinfini bitirən 58 nəfər məzuna təhsil haqqında  şəhadət-

namə verildi. 

1988-1989-cu tədris ilinin 01 sentyabr vəziyyətinə 

məktəbə İsbat İsaqov rəhbərlik edirdi. Bu təhsil ocağında 511 

nəfər şagird təhsil alırdı.  

Azərbaycan SSR Maarif Nazirliyinin 11.08.1988-ci il 

tarixli 175 saylı, Dəvəçi RXMŞ-nin 30.08.1988-ci il tarixli 

404 saylı  əmrlərinə müvafiq olaraq 1988-ci ilin attesta-

siyasının nəticələrinə  əsasən məktəbin müəllimi Babək 

Xubyarova “baş müəllim “adı verilib. 

Məktəbin təsərrüfat bölməsinə  rəhbərlik sahəsində kadr 

dəyişikliyi edilib. 15.08.1988-ci il tarixli 159 saylı  əmrlə 

Şəkərəli Məmmədov səhhətinə görə verdiyi ərizəsinə  əsasən 

vəzifəsindən azad edilib.  Məktəbin təsərrüfat işləri üzrə 

direktor müavini vəzifəsinə orta təhsilli Ehtiram Sədrəddin 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə