Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx


limləri Ağabəy Quliyevin, Həsən Cəbrayılovun, eləcə  də



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə47/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   43   44   45   46   47   48   49   50   ...   124

~ 180 ~

limləri Ağabəy Quliyevin, Həsən Cəbrayılovun, eləcə  də 

məktəbin sinif müəllimi Mariya Plotnikovanın adı Metod-

kabinet nəzdindəki “Şərəf” lövhəsinə daxil edilsin. 

1959-cu ildə  məktəbin yeni kadrla təminat məsələsinə 

təzədən baxıldı. RXMŞ-nin 31.08.1959-cu il tarixli 364 

nömrəli  əmrinin 1-ci paraqrafı ilə Ramazan Hüseyn oğlu 

Hüseynov 01 sentyabr 1959-cu il tarixdən Dəvəçi qəsəbə orta 

məktəbin dərs hissə müdiri vəzifəsindən azad edilərək həmin 

məktəbdə ixtisası üzrə müəllim saxlanıldı.  Əmrin 2-ci  paraq-

rafı ilə Nurulla Əmrulla oğlu Xəlilov 01 sentyabr 1959-cu il 



tarixdən Pirəbədil kənd orta məktəbin direktoru vəzifə-

sindən azad edilərək Dəvəçi qəsəbə orta məktəbinə  dərs 

hissə müdiri vəzifəsinə köçürüldü. 

 Məktəbə yeni müəllim və texniki işçilər işə  qəbul olun-

ması işi davam etdirilib: Mərifət Cəfərova (fizika-riyaziyyat), 

Valentina Kalyanina (rus dili), Nuriyyə Salmanova (alman 

dili), Seyidpəri Ağayeva (riyaziyyat), Minayə Baxışova (sinif), 

Teyfur  Şərifov və  Şəfiqə Hüseynova (PBDR), Ədilə  Şahba-

zova (laborant) və digərləri. 

 

1960-1970-ci illər 

 

15 mart 1960-cı il vəziyyətinə Dəvəçi qəsəbə orta mək-



təbə Nacı Mehdiyev (direktor), Məryəm  Əfəndiyeva və 

Nurulla Xəlilov (hər ikisi tədris hissə müdiri) rəhbərlik 

edirdilər. 

Azərbaycan SSR MN-nin 24.08.1960-cı il tarixli 1314 

və 1324 nömrəli, Dəvəçi rayon Xalq Maarif Şöbəsinin 

29.08.1960-cı il tarixli əmrlərinə  əsasən Dəvəçi qəsəbə-

sindəki orta məktəbi iki yerə - səkkizillik və istehsalat 

təlimi verən orta məktəbə ayrıldı. Göstərilən əmrlərə əsasən 

Dəvəçi qəsəbə orta məktəbin direktoru Nacı Mehdiyev 

vəzifəsindən azad edilərək Dəvəçi qəsəbə 8-illik məktə-



~ 181 ~

bində direktor vəzifəsində saxlanıldı.  

01 sentyabr 1960-cı il vəziyyətinə Dəvəçi qəsəbə 8-illik 

məktəbinə şagirdlərin təlim-tərbiyəsi işinə aşağıdakı peda-

qoji və texniki işçilər cəlb olunmuşdu: 

Direktor Nacı Mehdiyev, təsərrüfat işləri üzrə direktor 

müavini Musa Ağayev, müəllimlər  Əhmədsafa Osmanov

Rəcəb Hacıyev, Nabatxanım Məmmədova, Saniyə  Cəbra-

yılova (Azərbaycan dili və ədəbiyyatı), Andruxina Aleksandra, 

Kalyalina Valentina, Pərviz Məmmədov, Nadir Vəliyev

Lidiya  Şeller, Nina Balandina (rus dili), Məmmədağa 

Rüstəmov, Seyidpəri Ağayeva, (fizika-riyaziyyat), Şəfiqə 

Qəniyeva, Səccarə Quliyeva, Gülarə Hüseynova, Zeynəb 

Kərimova,  Şirinxanım Hüseynova, Minayə Baxışova,  Əsmət 

Hacıyeva,  Əsmər  Əyyubova (ibtida sinif), Əmirxan Qəribov 

(tarix), Tamara Qasımova ( coğrafiya ), Cümşüd Cümşüdov 

(biologiya), Bağır  Əliyev,Gülxanım Cabbarova (bədən 

tərbiyəsi), Qulu Pirquluyev, Əzməmməd Qasımov (əmək), 

Xosrov Fərzəliyev (xarici dil), Sifayə Əkbərova (PBDR ). 

Artıq bu məktəb 1960-1961-ci tədris ilindən sək-

kizillik məktəb kimi fəaliyyət göstərməyə başladı. 

Məktəbin 14.10.1960-cı il tarixli əmrilə ali təhsilli 

biologiya müəllimi  İdris  İdrisov məktəbə  dərs hissə müdiri 

təyin olunub. 



Məktəbin 15.01.1961-ci il tarixli əmrilə  Şəkərəli 

Məmmədov məktəbə  təsərrüfat işləri üzrə direktor müavini 

vəzifəsinə irəli çəkilib. 

01 yanvar 1962-cı il tarixdə  məktəbdə  aşağıdakı icti-

mai təşkilatlar fəaliyyət göstərirdi: 

Məktəbin atalar komissiyası (sədri Xıdır Adıgözəlov), 

həmkarlar ittifaqı (sədri  Ələddin  Əlicanov), partiya təşkilatı 

(katibi Tamara Qasımova), ilk komsomol təşkilatı (katibi 

Xuraman Cəfərova) və digər ictimai təşkilatlar.  

Altımışıncı illərin  əvvəllərində  məktəbin özfəaliyyət 



~ 182 ~

dərnəyinə respublikanın tanınmış  mədəniyyət işçiləri 

İsmayıl Şıxəliyev və Nurağa Rəhmanov rəhbərlik ediblər. 

Məktəbin  şagirdləri ilə  kənd təsərrüfatına aid məş-

ğələlər aparmaqdan ötrü 15 mart 1962- ci il tarixdə mək-

təbə torpaq sahəsi verilib. Həmin sahədə şagirdlərlə təcrübə 

işlərini aparmaq məqsədilə məktəbin təbiət müəllimi Cümşüd 

Cümşüdov sahəyə müdir təyin olunub. (Əmr №22 15.03.1962) 

Məktəbin 103 və 115 saylı  əmrləri ilə riyaziyyat müəl-



limi Məmmədağa Rüstəmov dama üzrə respublika yarış-

larında iştirak etmək üçün Nuxa şəhərinə,  bədən tərbiyəsi 

müəllimi Kanal Mövsümov isə  sərbəst güləş üsrə respub-



lika yarışlarında iştirak etmək üçün Bakı  şəhərinə ezam 

ediliblər. 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin 

04.01.1963-cü il tarixli rayonların iriləşdirilməsi haqqın-

dakı fərmanına uyğun olaraq (Dəvəçi rayonu 01.01.1963-cü 

ildən ləğv edilərək Abşeron rayonuna verilmiş, 1965-ci ildə 

yenidən müstəqil rayon olmuşdur.)  01.01.1963-cü  il vəziy-

yətinə  Dəvəçi  şəhər maarif müfəttişliyinə daxil olan 15 

məktəb vardı. Dəvəçi  şəhər S.M.Kirov adına 8-illik mək-

təbi də onların tərkibində idi. 

Dəvəçi  şəhər Maarif Müfəttişliyinin 01.03.1963-cü il 

tarixli 17 saylı  əmrinə  əsasən məktəbdə  aşağıdakı  rəhbər və 

müəllim heyəti pedaqoji fəaliyyət göstərirdi: 



Direktor – Nacı Mehdiyev, dərs hissə müdiri - İdris 

İdrisov, müəllimlər – Tamara Qasımova, Caniyə  Cəbra-

yılova,  Əmirxan Qəribov, Valiya Məmmədova, Cümşüd 

Çümşüdov, Firuzə  Əlimova, Hüseynağa  İdrisov,  Əzməm-

məd Qasımov,  Əsmər Eyyubova, Zeynəb Kərimova, 

Səccarə Quliyeva, Ələddin  Əlicanov, Məmmədağa Rüstə-

mov, Aleksandra Andruxina, Şəfiqə  Məmmədova, 

Əhmədsafa Osmanov, Ağabəy Quliyev, Kanal Mövsümov

Seyfəl Yaqubov, Tubi Məmmədova, Gövhər Aslanova, 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə