Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx


başqaları  rəhbərlik ediblər



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə45/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   41   42   43   44   45   46   47   48   ...   124

~ 174 ~

başqaları  rəhbərlik ediblər.  Bu insanlar Dəvəçi rayonunda 

təhsilin inkişafı üçün böyük əmək sərf etmişlər. 



1939-cu ilin 11 iyulunda respublika hökümətinin 

qərarı ilə yeni əlifba islahatı keçirilməsi nəzərə alındı. 

Latın qrafikası ilə  dərsliklərin hazırlanması  və  nəşri 

məsələsi həll olunsa da latın qrafikası 10 il keçdikdən sonra 

ləgv edildi. 



Kirill qrafikalı Azərbaycan əlifbasının 1940-cı ilin 01 

yanvarından Azərbaycanın bütün məktəblərində  tətbiq 

olunması haqqında hökümət qərarı  həyata keçirilməyə 

başlandı. 

Qırxıncı illərdə  Dəvəçi rayonunum məktəblərinin müəl-

lim kadrları ilə təmin olunması respublika əhəmiyyətli məsələ 

kimi qoyuldu. Azərbaycan Maarif Nazirliyinin göndərişi ilə 

rayona yeni gənc kadrlar dəstəsi gəlməyə başladı. Həmin 

illərdə, Qədir Qədirov, Fəyyaz Rəşidov, Xanbaba Məm-



mədov, Cəmilə Yaqubova, Nurbala Hüseynov, Mürvət 

Əliyev,  Şahvələd Hacıyev, Yusif Mirzəşərifov, Soltanəli 

Məmmədov, Güləhməd  Əmrahov, Mehrac Adığözəlov, 

Yadigar Beydullayev, Əlisahib Musayev, Mirfəttah 

Qədirov və başqaları bir müəllim kimi elə işə başladıqları ilk 

günlərdən  şagirdlərin təlim-tərbiyəsi sahəsində öz üzərlərinə 

düşən vəzifəni layiqincə yerinə yetirməyə nail ola bildilər. 

1940-cı ildə keçmiş S.M.Kirov adına Dəvəçi bazar 

orta məktəbin birinci buraxılışı oldu. Həmin il məktəbi 11 

nəfər məzun bitirmişdi. (Məktəbə 1964-cü ildə adı verilmiş, 

Böyük vətən müharibəsi dövründə faşist cəlladları  tərəfindən 

həbs düşərgəsində faciəli surətdə ölqürülmüş  Məmmədağa 

Nəzirov ailə  vəziyyəti ilə  əlaqədar məktəbi bitirə bilmədiyi 

üçün onun adı siyahıya daxil edilməyib).  

Həmin ilk orta məktəb buraxılışı aşağıdakı rəhbər işçilər 

və müəllimlər tərəfindən həyata keçirilmişdi: A.Rzayev 

(Rayon Xalq Maarif Şöbəsinin müdiri), Cabbar Kazımov 



~ 175 ~

(məktəbin direktoru), B.Quliyev (təlim-tərbiyə  işləri üzrə 

direktor müavini), müəllimlərdən M.Ağayev, C.Qasımov, 

K.Cəbrayılov, C.Cəbrayılzadə, A.B.Əliyev, V.Vəzirov və 

başqaları. 

İlk buraxılışın məzunları isə E.Tahirov, M.Ağasıyev, 

Ş.Əhmədov, A.Əliyev, D.Quliyev, Q.Pirquliyev, M.Dəmirov, 

A.Nəbiyev, M.Rüstəmov, K.Güləliyev və M.Sultanov idi. 



ARAYIŞ. İdiki Şabran şəhər 4 saylı tam orta məktəbi 

1922- 1934-cü illərdə  Dəvəçibazar 5-illik məktəbi, 1934-

1937-ci illərdə  Dəvəçibazar yeddillik məktəbi, 1937-1944-

cü illərdə  Dəvəçibazar S.M.Kirov adına orta məktəbi, 

1944-1960-ci illərdə  Dəvəçi qəsəbə S.M.Kirov adına orta 

məktəbi, 1960-1961-cü illərdə  Dəvəçi qəsəbə S.M.Kirov 

adına səkizillik məktəbi, 1961-1964-cü illərdə Dəvəçi şəhər 

S.M.Kirov adına səkkizillik məktəbi, 1964- 1992-ci illərdə 

Dəvəçi  şəhər M.Nəzirov adına səkkizillik (natamam orta) 

məktəbi, 1992-2010-cu illərdə  Dəvəçi  şəhər M.Nəzirov 

adına orta məktəbi, 2010-cu ildən hal-hazıradək  Şabran 

şəhər M.Nəzirov adına 4 saylı tam orta məktəbi adlanıb. 

Böyük vətən müharibəsinin başlanması başqa sahələrdə 

olduğu kimi rayonumuzun məktəblərində də işi xeyli çətinləş-

dirmişdi. 1941-ci ildə  Dəvəçibazar orta məktəbində Cabbar 

Kazımov direktor idi. Məktəbdə  Səccarə Quliyeva, Sara 

Əliyeva, Sitarə İbrahimova kimi işə can yandıran, təhsil işinin 

məsuliyyətini yetərincə  dərk edən məsuliyyətli müəllimlər 

çalışırdı. 

Bu dövrdə müəllimlərin  əsgəri xidmətə çağırılması ilə 

əlaqədar olaraq məktəbdə müəllim sayı kəskin surətdə azalmış, 

şagirdlərin sayı isə aşağı düşmüşdü.  

Müharibə illərində ciddi çətinliklərə baxmayaraq məktəb 

kollektivinin səyi nəticəsində  məktəb heç vaxt fəaliyyətini 

dayandırmadı. 

 1945-ci ilin mayında artıq müharibə alovları söndü. 



~ 176 ~

Həyat yavaş- yavaş  əvvəlki axarına düşməyə başladı. Lakin 

müharibədə əldə edilən qələbə bizə böyük dağıntılar və çoxlu 

insan itkiləri hesabına başa gəlmişdi. 



1945-ci ildə  məktəbdə buraxılış imtahanları böyük 

ruh yüksəkliyi, eləcə  də  qələbə sevinsinin sədaları altında 

keçdi.  Əla oxuyan və imtahanlarda yüksək uğur qazanan 

şagirdlər üçün qızıl və gümüş medallar təsis edilmişdi. 

1949-cu ildə  Dəbəçi qəsəbə S.M.Kirov adına orta 

məktəbə  rəhbərlik Bafadar Musayev (direktor) və Nacı 

Mehdiyev (dərs hissə müdiri) tərəfindən həyata keçirilirdi. 

Məktəbə bir sıra nüfuzlu müəllimlər: Baba Muradəliyev, 



Abdulsalam Məmmədov, Kamal Bayramov, Şura Quli-

yeva, Kazım  Əzizov, Babaverdi Əsədov, Elza Aslanova, 

Manaf Quliyev, Emin Şabanov, Cəmilə Yaqubova, Ömər 

Ömərov, Tamara Musayeva, Baba Babayev və başqaları 

kimi öz işində yüksək təhsil nəticələri qazanan pedaqoji işçilər 

cəlb olunmuşdu. 

1950-ci ildə məktəbə yeni nəsil müəllimlərin- ali- pedaqoji 

və üniversitet təhsili olan bir çox gənclərin təyinatla işə təyin 

edilməsi məktəbdəki təlim-tərbiyə işininin irəli getməsini daha 

da sürətləndirdi. 

Artıq bu illərdə rayon məktəblərininin pedaqoji işçilərə 

olan ehtiyacı- yerli kadrlar hesabına ödənilməyə başladı.Yerli 

müəllimlərdən Həsən Cəbrayılov, Abdulla Rəsulov, Nurulla 



Xəlilov, Nurbala Quliyev, Hətəmşah Osmanov, Saməddin 

Hüseynov, Əlağa İdrisov, Ağabəy Quliyev, Qərib Tahirov, 

Ramazan Hüseynov, Mirzəbaba Rzayev, Nurbala 

Hüseynov, Nizaməddin Adıgözəlov, Məcid Bağırov, Nurəli 

Abdullayev və başqaları belə kadrlardan idi. 

      


                            

 

 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə