Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə42/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   38   39   40   41   42   43   44   45   ...   124

~ 165 ~

mübadiləsi aparmaq, onların sevinclərini – sevinc, dərdlərini- 

dərd kimi qəbul edərək, onları duymaq, başa düşmək mənim 

üçün çox asan olub.  

Bu yolda mənim yüzlərlə insanla daha yaxın olmaq, bir 

sözlə onları olduğu kimi tanımaq kimi geniş imkanlarım 

yaranıb. Həmin dövrdə hiss etmişəm ki, çox insanlar keçmişi 

sevir, ona rəğbət bəsləyir. Bəziləri hətta keçmişi illər keçsə də 

olanları unuda bilmir, ötən xatirələrlə yaşayır. Keçmişin daha 

unudulmaz olması üçün yaddaşında ona xüsusi yer ayırır. Tez-

tez keçənləri söz-söhbətlərində yada salır. Olanları  tədricən 

lazım gəldiyi hallarda yazıya köçürür. Bir sözlə, dünən baş 

verənləri unudulmağa qoymur. Gördüklərini, eşitdiklərini 

sənədləşdirərək onların yaddaşdan silinməsinə imkan vermir. 

Bədii əsər yazmaq və ya publisistika yolu ilə yaddaşlarda kök 

salmış xatirələri və olub-keçənləri tarixə qovuşdurmaq kimi bir 

vəzifəni öz üzərinə götürür.  

Bəzən isə bir sıra kobud və nadan adamlar öz keçmişinə 

güllə atır, onu topa-tüfəngə tuturlar. Olub- keçən hadisələri, 

zəhmətkeş  və gözəl insanları sanki yada salmaq belə istə-

mirlər. Cılız hisslərlə qidalanan belə nankor, lovğa və xudbin 

adamların çoxu bəzən öz ata-analarının vəfatı tarixlərini belə 

tamam unudurlar. Çox vaxt valideynlərinin  məzarlarının 

yerini isə özləri müəyyən edə bilməyib başqalarından 

soruşmağa məcbur olsalar da həmin yeri heç vaxt tapa 

bilmirlər. 



Ensiklopedik lüğətdə və digər elmi mənbələrdə dünya-

da ilk tarix kitabının müəllifi bizim eradan əvvəl təxminən 

490-425-ci illərdə yaşamış  qədim yunan tarixçisi Herodot 

hesab edilir.  

Tarixi mənbələrə görə çoxlu xarici ölkələrdə səyahətlərdə 

olmuş bu tarixçi alim təqribən bizim e.ə. 443-cü ildə “Tarix” 

əsərini yazıb. Əsəri görkəmli alim Yunan-İran müharibələrinə 

həsr edib. İskəndəriyyə alimləri isə sonradan Herodotun bu 



~ 166 ~

əsərini 9 kitaba ayırıblar.  

Araşdırmalar göstərir ki, müəllif bu əsərini xalq rəvayəti 

və  əfsanələri,  şahid ifadələri, eləcə  də özünün şəxsi mü-

şahidələri  əsasında yazıb. Lakin o, yeri gəldikcə yazılı  məlu-

matlardan, yəni arxiv materiallarından da geniş istifadə edib. 

Herodotun bu əsərində  əksər  Şərq ölkələrinin tarixi, o 

cümlədən qədim Azərbaycan haqqında, Xəzər dənizi, Araz 

çayı, Dərbənd və digər coğrafi məkanlarımız barədə maraqlı 

yazılar özünə geniş yer alıb. 

Qədim yunan tarixçisinin bu kitabı Azərbaycanın qədim 

tarixini, coğrafiyasını  və etnoqrafiyasını öyrənənlər üçün 

dəyərli və işıqlı bir mənbədir. 

Roma natiqi, şairi və siyasi xadimi Siseron Mark Tuli (e.ə. 

106-43) Herodotun kitabları  əsasında təhlil və araşdırma 

apararaq Herodotun “Tarix “əsərinin böyük tarixi və dünyəvi 

əhəmiyyət daşıdığını göstərib. Aldığı  nəticələri yekunlaşdıra-

raq o, Herodotun dünya elminin inkişafında böyük xidməti 



olduğunu qeyd edib. Onu “tarixin atası” adlandırıb

Bildiyimiz kimi hər hansı bir hadisəni qələmə almaq, onun 

tarixini yazmaq müəllifdən böyük zəhmət və məsuliyyət tələb 

edir. Çünki müəllif qələmə alınan tarixi yazının yaddaqalan, 

uzunömürlü, oxucuların marağına səbəb olması üçün yazı 

üzərində ciddi çalışmalıdır. Bunları əldə etməkdən ötrü gərək 

hər yazılan söz elmə  və tarixi mənbəələrə  əsaslanmalı, yalan 

və uydurma olmamalıdır.Yazının hər sətri, hər cümləsi tarixi 

köklərə söykənməlidir. Kitaba yazılan hər fakt və  rəqəm 

nəyəsə istinad edilərək təsdiq olunmalı, sanballı olması ilə 

yazılan  əsəri daha da zənginləşdirməlidir. Zənnimcə  hər 

müəllif kitab yazarkən  əgər bu vəzifələri qarşısına məqsəd 

qoyarsa onda o, bu işdə mütləq udacaq. Onun kitabı yazarkən 

keçirdiyi çətin günlər, yuxusuz gecələr və  çəkdiyi bütün 

zəhmət heç vaxt hədər getməyəcəkdir.  

İstəkli oxucularıma məlumat verim ki, mən bu kitabı 




~ 167 ~

qələmə alanadək  Şabran (keçmiş  Dəvəçi)  şəhər M.Nəzirov 

adına 4 saylı  (1937-ci ildən 1961-ci ilə  qədər bu məktəb 

S.M.Kirov adına Dəvəçibazar, Dəvəçi qəsəbə orta, 1961-ci 

ildən 1964-cü ilə  qədər isə  Dəvəçi  şəhər S.M.Kirov adına 

səkkizillik məktəbi adlandırılıb) tam orta məktəbin tarixi 

haqqında ayrıca kitab yazılmayıb. Mən bu məktəbdə oxumuş 

bir məzun, qocaman təhsil işçisi və bir şair- publisist olaraq 

qərara aldım ki, çətin də olsa bu məsul vəzifəni öz  üzərimə 

götürüm. 

 Yalandır, doğrudur bilmirəm. Mənim yaradıcılığıma bələd 

olanlar mənə deyirlər ki, rayonumuzda, bəlkə  də 

respublikamızda da səni qədər təhsilin dəqiq tarixini yazmağa

yaşatmağa can atan və buna nail olan ikinci şəxs ola bilməz. 

Keçək  əsas mətləbə. Bu kitabı  qələmə almağa başlayana 

qədər mən artıq dördüncü ildir ki, bu məktəbin tarixinə aid 

olan arxiv materiallarını bir neçə  dəfə  vərəqləyib nəzərdən 

keçirmişəm. Düzünü deyim ki, arxiv fondundan və sorğu şək-

lində topladığım materialların hamısı bir kitaba sığmazdı. Ona 

görə  də ixtisar etmək yolu ilə kitabın yalnız bir cilddə yazıl-

masına qərar verdim. Belə ki, bu gün dünyada iqtisadi, xüsu-

silə maliyyə  böhranın tuğyan elədiyi bir zamanda xüsusi kö-

mək və ya sponsor olmadan kitab nəşr etdirmək müşkül işdir. 



Məktəbin tarixinin yazılmasında istifadə edilən 

mənbələr.  Şabran (keçmiş  Dəvəçi)  şəhər M.Nəzirov adına 

məktəbin 95 illik tarixini yazarkən rayon Təhsil  Şöbəsinin 

1950-1960-cı illərə dair, məktəbin isə 1960-2016-cı illərə dair 

arxiv sənədlərindəki məlumatlar  vərəq-vərəq oxunaraq bu 

kitabın yazılması üçün mənbə kimi götürülüb. Bundan əlavə 

1976-1987-ci illərdə çap olunmuş ASE-nin 10 cildliyindən və 

Azərbaycan Milli Ensiklopediyasının təhsil bölməsinin 

materiallarından, eləcə  də “Azərbaycan müəllimi” və digər 

qəzət və jurnallarda təhsilə aid çap olunmuş  məqalələrdən, 

ayrı-ayrı  vətəndaşlardan sorğu yolu ilə toplanmış  məlumat-




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə