Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə40/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   36   37   38   39   40   41   42   43   ...   124

~ 157 ~

oldu ki, bu məktəb  Şabran (keçmiş  Dəvəçi) rayonu yaranan 

gündən hal- hazıra kimi rayonun kadra olan ehtiyaclarının 

ödənilməsində mühüm rol oynayıb. 

1950-ci illərin  əvəllərindən başlayaraq məktəblərimizin 

ixtisaslı müəllimlərlə  təmin edilməsi işi özünün çiçəklənmə 

dövrünə  qədəm qoydu. Artıq rayon məktəblərində Abdulla 

Rəsulov, Nurbala Quliyev, Nizaməddin Adıgözəlov, Ramazan 

Hüseynov, Firuzə Hüseynova (tarix), Nacı Mehdiyev, Xuda-

baxış  Cəfərov, Müzəffər Səlimov, Nurulla Xəlilov, Bəşir 

Şükürov, Fəyyaz Rəşidov, Mirzəbaba Rzayev, Nadir Fazilov, 

Məcid Bağırov, Nabatxanım Hüseynova, Tacəddin Tacəd-

dinov (dil- ədəbiyyat), Əli Həsənov, Həsən Cəbrayılov, Məzə-

xanım  Əliyeva (riyaziyyat), Ağabəy Quliyev (fizika),Teyfur 

Abdulkərimov, Məryəm  Əfəndiyeva, Mirfəttah Qədirov, 

Cümşüd Cümşüdov, Nəcəfalı Mahmudov, Hacıbaba Xəlilov, 

Hafiz Ağacanov (kimya, təbiət-coğrafiya), Pərviz Məmmədov, 

Elza Aslanova, Baba Muradəliyev, Yekaterina Məmmədova, 

Jmulina Zinaida (rus bölməsi), Rəsul Hacıyev (alman dili), 

Bağır  Əliyev (bədən tərbiyəsi və  hərbi) Veysəl Axundov, 

Şahbaba Məmmədov, Bafadar Musayev, Abdulsalam Məm-

mədov, Səccarə Quliyeva, Güləli Məmmədov (sinif-tarix), 

Cəbi Cəbiyev, Əhmədsafa Osmanov, Rəcəb Hacıyev ( hər üçü 

dil-ədəbiyyat), Qasım Həmidov, Üzməli Mütəllimov, Nurbala 

Hüseynov (ibtidai sinif ) kimi onlarca öz ixtisasını  və  işini 

bilən müəllimlərimiz rayon təhsilinin keşiyində durmuşdular. 



1950-ci ildə rayonda yeddillik məktəblərin sayı artdı. 

Dəvəçi qəsəbə  və Pirəbədil kənd orta məktəbləri ilə yanaşı 

Çaraq, Qələgah, Qorğan, Nohurlar, Aşağı  Gəndov, Pirəmsən, 

Dağbilici, Düzbilici, Rəhimli, Çölquşçu, Sovxoz və digər 

yedillik məktəblər rayondakı  təhsilin inkişafında xüsusi rol 

oynamağa başladılar. Həmin məktəblərin təşkilatçılıq qabiliy-

yəti olan bacarıqlı  rəhbər kadrlarla, eləcə  də ixtisaslı 

müəllimlərlə təmin olunması məsələsi xeyli yaxşılaşdı. 




~ 158 ~

O  illərdə rayondakı ibtidai məktəblərin də inventar və 

material təchizatı, kadr təminatı gücləndirildi. Bu məktəblərdə 

tədrisin keyfiyyəti, şagirdlərin dərsə davamiyyəti,dərsə verilən 

xüsusi tələblər, o cümlədən nəzərdə tutulan proqram 

materiallarının yüksək dərəcədə mənimsənilməsi məsələlərinə 

diqqət daha da artırıldı. 

Bilici Qorğan, Çayqaraqaşlı, Zağlı, Sarvan, Zeyvə, Ot 

sovxozu, Sincanboyad, Aygünlü, Zöhramı, Çayqaraqaşlı, 

Leyti, Xəlilli, Çinarlar və başqa ibtidai məktəblər belələrindən 

idilər. Bu məktəbləri bitirən  şagirdlər qonşu məktəblərdə 

təhsillərini davam etdirərkən heç bir çətinlik çəkmir, tədrisə 

aid olan proqram materialını tez mənimsəyirdilər. 

Quba ikiillik Müəllimlər  İnstitutunun  Şabran (keçmiş 

Dəvəçi) təhsilinin inkişafında rolu. Şabran (keçmiş  Dəvəçi) 

M.Nəzirov adına 4 saylı orta məktəbin tarixini yazarkən 

kitabımın daha canlı alınması üçün bəzi arxivlərə müraciət 

etməli oldum. Bu arxiv materiallarının içində tez-tez 2 illik 

Quba Müəllimlər İnstitutunun adı mənə rast gəldi. Onda mən 

bildim ki, vaxtıkən rayonumuzun, xüsusilə bu məktəbin 

ixtisaslı müəllim kadrları ilə təmin olunmasında həmin institut 

çox dəyərli rol oynayıb. 

Azərbaycanda ilk Müəllimlər  İnstitutu 1938-ci ildə 

Bakıda, sonrakı illərdə isə Gəncədə, Şuşada, Naxçıvanda, Xan-

kəndində yaradılmışdı. Sonralar Azərbaycanın  şimal bölgə-

sinin mərkəzi sayılan Qubada da ikillik Müəllimlər  İnstitutu 

açıldı. Vaxtilə bu institutu bitirənlərin çoxlarını tanıyırdım. 

Şabranlı (keçmiş  dəvəçili) həmin məzunlar haqqında mənim 

yaddaşımda çoxlu silinməz xatirələr və  məlumatlar həkk 

olunub. O dövrlər üçün mən gündəlik və ya qeydiyyat 

kitabçası aparmasam da, hər şey dünən baş verən hadisə kimi 

yaddaşımda kök salıb. Lakin bu, ayrıca bir kitabın 

mövzusudur. Mən bu yazımda yalnız həmin institutu əllinci 

illərdə bitirib təhsil şöbəsinin əmrilə məktəblərin sərəncamına 




~ 159 ~

göndərilən məzunların kiçik bir qrupu haqqında qısaca 

oxuculara məlumat verəcəyəm:  

Araşdırdığım arxiv materiallarında təkcə RXMŞ-nin bir 

əmrilə ( Əmr 962 , 20.02.1953-cü il) 1952-ci ildə o pedaqoji 

məktəbi ibtidai sinif, Azərbaycan dili və  ədəbiyatı, tarix, 

təbiət-coğrafiya və digər ixtisaslar üzrə bitirmiş 20 nəfərə 

qədər gənc müəllimın Bakı Vilayət Xalq Maarif Şöbəsinin 

rəsmi razılığına  əsasən  Şabranın (keçmiş  Dəvəçinin) 

məktəblərinə  işə göndərilməsi qeyd edilib. Bu kiçik məlumat 

Ouba ikillik Müəllimlər  İnstitutu haqqında fikirlərimin 

təsdiqinin bariz nümunəsidir. 



01 yanvar 1953-cü il tarixə  Şabran (keçmiş  Dəvəçi) 

rayonunda 2 orta, 16 yeddillik, 27 ibtidai məktəb fəaliyyət 

göstərirdi.  Bu məktəblərin ixtisaslı müəllim kadrlarına olan 

ehtiyacı  nəinki ildən-ilə, mən deyərdim ki, bəlkə  də gündən 

günə yaxşılaşırdı.  

1955-1956-cı tədris ilində artıq Dəvəçikənd, Nohurlar, 

İdrisi, Çaraq, Gəndov, Kilvar, Aygünlü, Uzunboyad və 

başqa kənd məktəbləri 7-illik məktəb kimi fəaliyyət 

göstərirdilər. 

 

Rayonumuzda təhsilin inkişafı statistik rəqəmlərdə 

1999-2014-ci illərdə Şabran (keçmiş Dəvəçi) rayon ümumtəhsil 

məktəblərini bitirmiş məzunlarının respublikanın 

6 əsas ali məktəbinə qəbul olunması haqqında   m ə l u m a t 

(TQDK-nın rəsmi  məlumatlarına əsasən) 

 

Sıra 


№№ Ali 

məktəblərin adı 

Qəbul olunan-

ların sayı, 

nəfərlə 

1 2 3 

1 Bakı Dövlət Universiteti 

106 

2 Azərbaycan Dövlət Pedaqoji Universiteti 



99 

3 Azərbaycan Müəllimlər İnstitutu 76 

 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə