Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx


Təhsillə dünyanı inkişafa, tərəqqiyə aparan Azərbaycan



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə37/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   33   34   35   36   37   38   39   40   ...   124

~ 148 ~

nəfərə çatmışdı.  



Təhsillə dünyanı inkişafa, tərəqqiyə aparan Azərbaycan 

oğulları. Bildiyimiz kimi təhsil və bilik qünyanı inkişafa, 

tərəqqiyə aparan bir yoldur. Bu yolu çoxlu Azərbaycanlı 

oğulları  uğurla keçərək istədiklərinə nail ola biliblər. Harada 

yaşamalarından və  işləmələrindən aslı olmayaraq öz bilikləri, 

bacarıqları ilə dünya elm tarixində oz adlarını  qızıl hərflərlə 

yazıblar. Vətənin belə  cəsur, igid oğulları çoxdur. Kitabın bu 

bölməsinə  mən onların yalnız ikisinin adını daxil etmişəm: 

Yusif Məmmədəliyevi və Kərim Kərimovu. 

Əvvəlcə Azərbaycanımızın fəxri, dünyada strateji yana-

caq üzrə nadir mütəxəssis Yusif Məmmədəliyev haqqında qısa 

da olsa oxuculara məlumat verək: 



HAŞİYƏ. Yusif Heydər oğlu Məmmədəliyev 31 dekabr 

1905-ci ildə indiki Ordubad rayonunda anadan olub. 1926-cı 

ildə Ali Pedaqoji İnstitutu bitirib. Əvvəlcə keçmiş Kirovabad 

( indiki Gəncə ) pedaqoji texnikumunda müəllim işləyib. İki 

il Lomonosov adına MDU-da təhsilini davam etdirib. Sonra 

Azərbaycan Kənd Təsərrüfatı  İnstitutunda və Azərbaycan 

Elmi-Tədqiqat Neft Emalı İnstitutunda çalışıb. 

1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıq-

dan sonra həmin institutun rektoru olub. Respublika EA-nın 

fizika, kimya və neft bölməsinin akademik katibi, 1954-1958-

ci illərdə isə ADU-nun rektoru olmuşdur. 

Bu yazımda mən Yusif Məmmədəliyevin Böyük vətən 

müharibəsində göstərdiyi dünya miqyaslı nailiyyətlərindən 

qısa  söhbət açacağam. 

İkinci dünya müharibəsindən sonra qələbənin səbəbləri 

keçmiş SSRİ  və dünya miqyasında təhlil edilərkən belə bir 

söz-söhbət yaranmışdı ki, müharibədə faşist Almaniyasının 

hücumunun qarşısını yalnız Mikulinin matoru, Yakovlevin 

təyyarəsi və Məmmədəliyevin təyyarə benzini ala bildi. 

Mən siyasət adamı deyiləm. Lakin 1945-ci ilin iyun 


~ 149 ~

ayının 24-də Moskvada keçirilən Qələbə Paradında Azərbay-

can oğlu Yusif Məmmədəliyevin Movzoleyin tribunasında 

dayanması bu sözün doğru olduğunu sübut edir. 

1950-ci ildə Y.Məmmədəliyev yeni bir uğura da  imza 

atdı. O, raketlər üçün yeni markalı benzin yaratdı. 

Y.Məmmədəliyevin elmi-pedaqoji fəaliyyəti layiqincə 

qiymətləndirilib. O, 1942-ci ildə kimya elmləri doktoru, 1945-

ci ildə Azərbaycan Elmlər Akademiyasının akademiki, 1947-

1951-ci illərdə Azərbaycan EA-nın prezidenti, 1958-1961-ci 

illərdə isə SSRİ EA-nın müxbir üzvü olub. 1946-cı ildə SSRİ 

Dövlət mükafatına layiq görülüb. 

15 dekabr 1961-ci ildə ömrünün ən məhsuldar çağında 

56 yaşında dünyasını dəyişib. 

Dünyada  əvəzedilməz strateji yanacaq yaratmasını 

nəzərə alaraq YUNESKO 2005-ci ili həmyerlimizin  şərəfinə 

“Yusif Məmmədəliyev ili ” elan edib. 

İndi isə  həmyerlimiz Kərim Kərimov haqqında  əldə 

etdiyim nadir məlumatları oxucularımıza təqdim edirəm: 

 HAŞİYƏ. Kərim Abbasəli oğlu Kərimov 1917-ci ilin noyabr 

ayının 17-də Bakının Pirşağa kəndində anadan olub. 1942-ci 

ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiş, 1943-cü ildə isə 

Böyük vətən müharibəsi ilə  əlaqədar Moskvadan Səmər-

qəndə köçürülmüş Artilleriya Akademiyasını bitirib. 

1943-1945-ci illərdə Müdafiə Sənayesinin zavodlarında 

hərbi nümayəndə olub. Böyük Vətən müharibəsi illərində 

əfsanəvi “katyuşa “ların yaradılmasında yaxından iştirak 

edib. 

Müharibədən sonra Müdafiə Nazirliyinin Mərkəzi 

aparatında bir sıra məsul vəzifələrdə çalışıb. 

1965-ci ildə K.Kərimov Maşınqayırma Nazirliyi Bas 

Kosmik İdarəsinə rəhbər təyin edilib. Eyni zamanda o, 1966-

cı ildən pilotlu uçuşlar üzrə Dövlət komissiyasının sədri 

vəzifəsinə irəli çəkilib.  



~ 150 ~

Bununla da həmyerlimiz pilotlu kosmik raketlərin 

yaradılmasında və onların kosmosa uçuşunun təşkil 

edilməsində  fəal iştirak edib. Kərim Kərimov bu məsul və 

çətin vəzifədə 25 il işləyib. 

Uzun illər göstərdiyi misilsiz hünər və qüsursuz hərbi 

xidmət onu general rütbəsinə qədər yüksəldib. 

Kərim Kərimov keçmiş Sovet hakimiyyətinin bütün ali 

mükafatlarını alıb. Ona Sosialist Əməyi Qəhrəmanı adı 

verilib. O, Lenin, Stalin və Dövlət mükafatı laureatı olub. İki 

dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı ordeni, Qırmızı 

ulduz ordeni və bir çox medallarla təltif edilib. 

O, bütün iş  fəaliyyətini qapalı surətdə  həyata keçirib. 

Yalnız 1987-ci ildə Qorbaçovun “yenidənqurma siyasəti 

“dövründə  həmyerlimiz Kərim Kərimovun adının üstündən 

məxvilik götürülüb. 

29 mart 2003-cü ildə 85 yaşında Moskvada dünyasını 

dəyişib. 

 

 

 

 

 

 

 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə