Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə34/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   30   31   32   33   34   35   36   37   ...   124

~ 137 ~

 

 

 

 

 

 

V BÖLMƏ 

 

 

ELM  VƏ  TƏHSİL   

DÜNYAYA AÇILAN 

PƏNCƏRƏDİR... 

 

 

Sən Zakirlə birgə ömür yaşadın, 



Sərvətini xəzinəmə daşıdın, 

Elmin ilə həyatımı oxşadın, 

Mənə ən xoş nəğmə çalan təhsilim. 

 

 



 

 

 

 

 

 

 


~ 138 ~

CƏMİYYƏTİMİZİN İNKİŞAFININ STRATEJİ SAHƏSİ 

OLAN TƏHSİLİN TARİXİNDƏN 

  

Ensiklopediyada tarix müxtəlif inkişaf mərhələlərində 

insan cəmiyyətinin keçmişini öyrənən bir elm kimi göstə-

rilir. Bu iş onun üzərinə düşən vəzifənin yalnız bir hissəsidir. 

Tarix təkcə bir sahəni öyrənmir.Onun tədqiq etdiyi, araş-

dırdığı, üzə  çıxardığı  və öyrətdiyi sahələri saymaqla qurtar-

maz. Elmin bu dəyərli sahəsi təkcə kainatı (yer kürəsini) deyil, 

cəmiyyətdə baş verən bütün dəyişiklikləri, o cümlədən iqtisa-

diyyatı, siyasəti, mədəniyyəti, təhsili, səhiyyəni, hərbi vəziy-

yəti, dini baxışları və digər sahələri ayrı-ayrılıqda öyrətməklə 

məşğuldur. Bu kitabda biz təhsilin cəmiyyətimizin ayrı-ayrı 

mərhələlərindəki inkişaf vəziyyətindən qısaca da olsa söhbət 

açacağıq. 



Təhsil təbiətdə  və  cəmiyyətdə inkişaf prosesini 

araşdırmaq və öyrənmək yolu ilə insanlara öyrətmək kimi 

çətin və  məsul bir işi yerinə yetirən strateji sahədir.  Ona 

görə  də  mən söhbətimizin  əvvəlindən təhsili strateji sahə 

adlandırmışam.  Hər hansı  cəmiyyət olursa-olsun həmin 

cəmiyyətdə və ya hər hansı ölkədə bütün istiqamətlər üzrə 

ümumi inkişafın, hər bir uğurun açarı  məhz təhsilin 

əlindədir. 

HAŞİYƏ.  Təhsilin cəmiyyətə verdiyi xeyri müəyyən 

etmək üçün bizim eradan əvvəllərdə yaşamış böyük Çin 

mütəfəkkiri, siyasi xadimi və pedaqoqu Konfutsinin (e.ə.551-

479 ) bir kəlamını yada salmaq lap yerinə düşər. O, deyib ki, 

əgər birillik planın varsa, taxıl  ək!  Əgər onillik planın varsa, 

bağ sal. Əgər yüzillik planın varsa insanları öyrət! Bəli, 

təhsilin cəmiyyətə, bu cəmiyyətdə yaşayan insanlara verdiyi 

fayda ölçüyə gəlməz dərəcədə böyükdür. 

Böyük və müqəddəs peyğəmbərimiz Həzrəti Mühəmməd 

əleyhissalamın öz hədislərində təhsilə və elmə yüksək qiymət 




~ 139 ~

verilir. Qiyamət günü şəhidlərin qanı ilə alimlərin mürəkkə-

binin bir tərəziyə qoyulmasından söhbət açır. Bu müqayisədə 

alimlərin mürəkkəbinin çəkisinin ağır gəldiyini bildirir. O, 

eyni zamanda elmlə məşğul olmağı, onu öyrənməyi və öyrət-

məyi tövsiyyə edərək deyib: “Bir saat elm öyrənmək altımış 



illik ibadətdən xeyirlidir”.  

Təhsil insanların təşəkkül tapdığı tarixi cəmiyyətlərin 

hamısında böyük rol oynamışdır. Hələ  qədim zamanlardan 

insanların öyrənməyə, təhsil almağa, oxumağı  və yazmağı 

öyrənməyə ciddi ehtiyacı və marağı yaranmışdır. Qəbilə quru-

luşu yaranandan sonra insanlar birgə  fəaliyyət göstərdikləri 

üçün onların istehsalat alətləri yaratmaq, birgə ov etməyi məq-

bul hesab ediblər. Bundan əlavə yaşamaq üçün ərzaq təminatı 

görmək, mühafizə  və başqa ehtiyacları ödəmək məqsədilə 

mübarizə aparmaq üçün öyrənmək və öyrətmək məcburiy-

yətində qalıblar. Bu dövrlərdə ilkin yazı nümunələri yaran-

mağa başlayıb.  İnsanlar arasında ibtidai təlim və  tərbiyə 

xarekterli söhbətlər və məşqlər keçirilib. 

Dövlətin yaranma tarixi ilə təhsilin inkişaf yolunda sanki 

yaşıl işıq yanıb. Yeni yaranmaqda olan dövlətlər təhsil sahəsini 

maliyyələşdirməyə, yeni məktəblər açmağa, məktəblərdə dərs 

demək üçün müəllim kadrları yetişdirmək kimi məsul bir 

sahəyə diqqət ayırmağa başlayıblar. 

Yer kürəsində yaranan dövlətlərin sayı artdıqca çox 

qədim dövrlərdən yaranmış  təhsil sahəsi ardıcıl və yüksələn 

xətlə irəliyə doğru inkişaf istiqaməti götürmüşdür. Vaxtıkən 

Qədim Romada, Yunanıstanda, Misirdə, Hindistanda və qədim 

Azərbaycan  ərazisində iqtisadi inkişaf, məhz bu ölkələrdəki 

təhsilin  əldə etdiyi qabaqcıl təcrübə  və bu sahədə qazanılan 

çoxsaylı uğurlar sayəsində əldə edilmişdir. 

Hələ eramızdan əvvəl cəmiyyəti irəli apara biləcək ağıllı 

ideya və  təklifləri ilə  məşhur olan müəllimlər, alimlər, 

filosoflar, mütəfəkkirlər dəstəsi mövcud idi. Bunlara yunan 




~ 140 ~

filosofu Aristoteli (e.ə.384-322) və yunan dramaturqu 

Aristofanı (e.ə. 445-385), eramızdan  əvvəl yaşamış hind 

filosofu Beydəbanı, yunan materialist filosofu Epikuru 

(e.ə.341-270), Roma şairi Ovidi Publiy Nazonu (e.ə. 43-18), 

yunan filosofu Plutonu (e.ə. 427-347 ), yunan filosofu Sokratı 

( e.ə.469-399), yunan dramaturqu Sofoklu ( e.ə. 496-406) və 

başqalarını göstərmək olar. 

Bu alimlər, filosoflar öz elmi sahələri və axtarışları ilə 

məşğul olmaqla yanaşı  həm də öz dövrlərinin məşhur müəl-

limləri idilər. Onlar məktəblərdə, eləcə  də  fərdi qaydada dərs 

keçir, tələbələrinə mükəmməl təlim- tərbiyə öyrədirdilər. 

Bəşəriyyət tarixinin bütün dövrlərində insan cəmiyyəti-

nin inkişafı, o cümlədən elm, mədəniyyət, incəsənət, təhsil, 

səhiyyə, iqtisadiyyat, siyasət, hərbi və digər sahələr həmin 

ölkələrdəki təhsil sisteminin vəziyyəti və inkişaf səviyyəsi ilə 

paralel şəkildə irəli getmişdir. 

Lakin bəşəriyyət öz inkişafının bütün mərhələlərində 

təhsilin inkişafını təmin etmək üçün qayğıya, köməyə, maliyyə 

dəstəyinə, bir sözlə, xeyirxah insanların yardımına böyük 

ehtiyacı olub.Açığını deyim ki, bu ehtiyacı bu gün də dünyada 

müdafiə edən çoxlu tərəfdarlar var. Onun həyata keçməsi üçün 

əlindən gələni əsirgəməyən xeyirxah qüvvələr sayılan gözəl və 

uzaqgörən insanlar hələ də yer üzündə yaşamaqdadırlar.  



Ulu Öndərimiz Heydər Əliyev respublikamızda təhsil 

işinə yüksək qiymət verirdi. O, tarixi faktlarla təhsilimizin 

keşmişini geniş  təhlil edər,  əldə edilən uğurlarla yanaşı, 

nöqsanları da göstərərdi. Gələcəkdə milli təhsilimizin irəlilə-

məsinə, ona dünyadakı inkişaf xəttinə uyğun siyasi və iqtisadi 

cəhətdən yeni məzmun verilməsinə çalışardı. O, 25 sentyabr 

1998-ci il tarixdə Bakı  şəhərində Azərbaycan müəllimlərinin 

XI qurultayında demişdir: “1919-cu ildə Azərbaycanda ilk 

ali məktəb – Bakı Dövlət Universiteti yaradılmışdır. Biz bu 

gün bu tarixi hadisələri də qiymətləndirməli və minnət-



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə