Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə30/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   26   27   28   29   30   31   32   33   ...   124

~ 120 ~

Bir yanda əriyir qalın buzlaqlar

Bir yanda at çapır tufan, külək, qar. 

Zəlzələ, yeraltı süni təkanlar 

Niyə Allah eşitməyir harayı?! 

 

Təbiət anadır, qoruyaq onu, 



Vaxtında dəyişsin fəsillər donu. 

Qorxuram pis olar dünyanın sonu, 

Niyə Allah eşitməyir harayı?! 

 

 



 

 

 

 

           

 

 


~ 121 ~

 

 

 

 

 

 

 

IV BÖLMƏ 

 

 

DÜNYAYA AÇILAN PƏNCƏRƏ 

 

 



Zakir, dünya geniş, açıq pəncərə, 

Çox baxsan da sanma yolun döndərə. 

Vermə nahaq günlərini kədərə, 

Bu dünyaya gələn bir gün gedəndir. 

Gəl soruşma bu həyəcan nədəndir. 

 

 

 

 

 



 

 

 




~ 122 ~

Bu dünyada maldan, mülkdən 

bir ağıllı baş yaxşıdır, 

anlamayan bir kəllədən. 

bir qara daş yaxşıdır. 

 (Atalar  sözü) 

 

BU DÜNYANIN 

 

Kimə gendir, kiməsə dar. 



Kimə düşmən, kiməsə yar, 

Dəyişər donun qış, bahar, 

Çoxdur üzü bu dünyanın. 

 

Mərdi qovub namərd edər, 



Qorxağı igid, mərd edər. 

İstədiyi yolla gedər, 

Kordur gözü bu dünyanın. 

 

Varlıları tərifləyər, 



Kasıbları hərifləyər. 

Qocaldıqca xəlifləyər, 

Bitər sözü bu dünyanın. 

     


Zakir, omrü keçir sayıq, 

Adın var özünə layiq. 

Yaşa gecə-gündüz ayıq 

Olma “qazı” bu dünyanın. 

 

 



~ 123 ~

DÜNYAYA İLK GÖZ AÇDIĞIM  

ANA MƏKAN SUMAQOVA KƏNDİ 

 

Keçən  əsrin  əllinci illərində doğma yurdum Sumaqova 

kəndindəki birmərtəbəli evimizin kiçik pəncərələri vardı. 

Pəncərələr çox kiçik olsa da evə kifayət qədər işıq düşürdü. O 

dövrlərdə  kənddə elektrik işığı olmasa da gündüzlər bu kiçik 

pəncərələr evimizi ürəyimizcə işıqlandırırdı.  

Mən həmişə evin (otağın) sağ  tərəfindəki pəncərədən 

istifadə edər, oradan çölü, çəməni seyr edərdim. Həcmcə kiçik, 

lakin mənim ürəyimcə böyük olan bu pəncərənin qabağında 

saatlarla dayanıb həmişə  kəndimizin böyük bir hissəsinə 

baxardım. Yalnız taxta çərçivədən və  şüşədən ibarət olan bu 

pəncərə sanki mənım  ətraf aləmi seyr edən, onun surətini 

dəqiq beynimə ötürən bir göz idi. 

Elə bil mən bu gözlə təkcə kəndimizin bir hissəsinə deyil, 

bütöv dünyaya baxırdım. Həmin pəncərədən tez- tez çölü seyr 

etməklə  kəndimizin içərisindəki evləri, bağ- bağçanı, kəndə 

yaxın  ərazidə yerləşən  əkin sahələrini, güllü-çiçəkli düzən-

likləri tam aydınlığı ilə görə bilirdim. Kənddən bir az uzaq-

larda isə  əvvəlcə otlaq sahələri, sonra kolluqlar və yam-yaşıl 

meşələr gəlirdi. Meşələr böyük ərazini tutmuşdu. Hətta onlar 

Böyük Qafqaz Sıra Dağları silsiləsinin  ətəklərinə  qədər 

uzanırdı. Qışda isə mən qarlı dağları, yalçın qayalıqları, qardan 

özünə don geymiş hündür ağacları seyr etməkdən doymurdum. 

Mənim pəncərədən kəndə, yollara və  təbiətin  əsrarəngiz 

gözəlliklərinə bu baxışım və diqqətim sadəcə  təbiəti seyr 

etmək deyildi. Bu mənim balaca uşaq xəyallarımda ucu bucağı 

gözlə görünməyən böyük dünyamızın dərk etməsi üçün 

atdığım ilk uğurlu addımlardan biri idi. Bizim evin kiçik 



pəncərəsi isə  mənim saysız, bir-birindən  şirin, həqiqi və 

fantastik xəyallarımla dolu olan uşaq dünyama açılan bir 

pəncərə idi. 


~ 124 ~

Aylar keçdi, illər dolandı. Mən məktəb yaşına çatdım. 01 

sentyabr 1955-ci il tədris ilinin ilk günü idi. Pirəbədil kənd 

orta məktəbinə I sinfə  dərsə gedəndə müəllimlərim: Güləli 

müəllim və Bircə müəllimə məni təsadüfən sinfimizdəki kənd 

yoluna tərəf açılan pəncərənin qabağındakı  şagird partasında 

oturtdular. Bu mənim çox ürəyimcə oldu. Çünki pəncərədən 

Dəvəçiyə, eləcə  də Pirəbədildən qonşu kəndlərə gedən yol, 

həmçinin məktəbin idman və futbol meydançası açıq - aydın 

görünürdü. Futbol meydançasının arxa tərəfində isə məktəbin 

böyük alma bağı vardı. Mən fürsət tapan kimi dərhal 

pəncərədən çölü diqqətlə hər tərəfi seyr edər, ətraf aləmdə baş 

verənlərə həssaslıqla yanaşardım. Bu məqamda çöldəki bütün 

görüntülərə olan meyl və marağım daha da artardı. 

Rəhmətlik qardaşım Sabir Quba Kənd Təsərrüfatı 

texnikumunu bitirib kəndimizdəki Sabir adına kolxozda 

briqadir vəzifəsinə  təyin olundu. Çox keçmədi ki, kənddə 

ikimərtəbəli ev də aldıq.  Bu  evin  pəncərələri daha böyük idi. 

Artıq mən hər gün təzə evin pəncərəsindən çölə, kəndə  və 

kəndimizdən kənara kilometrlərlə uzanıb gedən torpaq yola və 

məni özünə  məftun edən təbiət gözəlliklərinə doyunca 

baxardım. Lakin çox keçməzdi ki, mələk nəvazişli xəyallar 

məni sanki ovsunlayaraq öz qanadları üstünə alardılar. Bir göz 

qırpımında qonşu kəndlərə, Dəvəçiyə, adını  eşitdiyim, lakin 

üzünü hələ görmədiyim Bakı  şəhərinə  və  Xəzər dənizinin 

qumlu sahillərinə səyahətə aparardı… 

1958-ci ildə qardaşım ailə  həyatı qurdu.Tezliklə  həyat 

yoldaşı Gülnaz xanımla onu rayona işə dəvət etdilər. O, rayon 

Kommunal Təsərrüfatı  Şöbəsində böyük aqronom, həyat 

yoldaşı isə bu məktəbdə, yəni S.M.Kirov adına Dəvəçi qəsəbə 

orta məktəbində böyük mühasib vəzifəsinə işə qəbul olundu.  

Mən isə işlər sahmana düşənə qədər, yəni 2 il müddətinə 

kənddə  tək qalmalı oldum. Kənddəki  şəxsi təsərrüfatımızın 

bütün məsuliyyəti mənimlə idi. Yaşlı qohumların köməyi 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə