Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə32/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   28   29   30   31   32   33   34   35   ...   124

~ 129 ~

tez yığışdırıb heç nə olmamış kimi irəli getdim. Sonra isə iti 

addımlarla yeriyib məktəbə daxil oldum və öz sinfimizə 

keçdim. 


 Dərsin başlanmasına isə hələ beş-on dəqiqə qalırdı. Mən 

tez yerimdə oturdum. Uşaqların səs-küyü, sinifdə “qazan” kimi 

qaynaşması  məni fikrimdən döndərə bilmədi. Mən yeni 

xəyallar aləmi ilə təzədən sinfin pəncərəsindən yola baxmağa 

başladım. Yalnız məni həmin unudulmaz aləmdən müəllimin 

sinfə daxil olması və “Salam, uşaqlar” deməsi ayırdı… 



Atalar sözləri Azərbaycan xalqının poetik yaradıcılıq 

nümunəsidir. Mən  yetmiş yaşını haqlamağıma baxmayaraq o 

sözlərdən indi də  həvəslə istifadə edirəm. Bu sözlərin mənə 

yad olanı yoxdur. Elə bil on minlərlə söz, məsəl mənim 

iştirakımla yazılıb, tərtib edilib. 

Lakin bu sözlərin arasında uşaqlıq dövrü haqqında məni 

düşündürən bir söz çox xoşuma gəlib:  “Bir də  uşağlığıma 



qayıtsaydım qırx il iməkləməyə razı olardım.” Bu atalar 

sözünü eşidəndən sonra dərk etdim ki, uşaqlıq  xatirələri ilə 

zarafat etmək olmaz. Onlar yaddaş dünyamızın qızıl fondudur. 

Sanki Allah-Taala tərəfindən qorunan və uşaqlıq dövrümüzdən 

bizə verilən bir hədiyyədir: 

 

UŞAQLIQ XATİRƏLƏRİM 

 

Bulaq suyu kimi süzülüb gələr, 



Muncuq kimi ipə-sapa düzülər, 

Yatmış düşüncəmdə tez-tez dirçələr, 

O, bəzən ağlayar, bəzən də gülər. 

Ey əziz uşalıq xatirələrim, 

Saf, təmiz uşaqlıq xatirələrim. 

 

Quştək qanadlanıb göydə uçursuz, 



Uşaqlıq dünyamı mənə açırsız. 


~ 130 ~

Ömrümə, qəlbimə işıq saçırsız, 

Hərdən nə olur ki, məndən qaçırsız, 

Ey əziz uşalıq xatirələrim, 

Saf, təmiz uşaqlıq xatirələrim. 

 

Bəzən çıxırsınız uca bir dağa,  



Ordan enirsiniz gözəl yaylağa. 

Məni gözləməyib, gedib qabağa, 

Dönürsüz yaddaşda nurlu çırağa. 

Ey əziz uşalıq xatirələrim, 

Saf təmiz uşaqlıq xatirələrim. 

 

Gözümdə bir aslan, igid ərsiniz, 



Keşiyimdə duran bir əsgərsiniz. 

Hələ yazılmamış bir əsərsiniz,  

Mənə sevincsiniz, həm kədərsiniz. 

Ey əziz uşalıq xatirələrim, 

Saf,təmiz uşaqlıq xatirələrim. 

 

Siz mənim sevgitək ürəyimdəsiz, 



Tükənməz arzumda, diləyimdəsiz. 

Qolumun gücütək biləyimdəsiz, 

Bir dost kimi daim köməyimdəsiz. 

Ey əziz uşalıq xatirələrim, 

Saf, təmiz uşaqlıq xatirələrim 

 

Zakiri daimi yoldaş seçdiniz



Onunla çox uzun bir yol keçdiniz. 

Dostluğa səaqət andı içdiniz, 

Etibardan gözəl bir don biçdiniz, 

Ey əziz uşalıq xatirələrim, 

Saf, təmiz uşaqlıq xatirələrim. 

 



~ 131 ~

Artıq neçə vaxt idi ki, mən öz xəyal dünyamla yaşayır-

dım. Bu mənim ürəyimcə olan ən məqbul variant idi. Məndən 

nə  əlavə pul tələb edirdi, nə  də  əlavə  zəhmət. Həm də bu 

məsələni təkcə mən bilirdim, bir də Allah. Bu işdən başqa heç 

kimin xəbəri yox idi. Artıq xəyallarım təkcə mənim gündəlik 

dərs prosesimə deyil, digər məktəb işlərimə, bütün həyatıma 

daxil olmuşdu.  

Hər gün dərs zamanı keçdiyimiz mövzuları mən dərsdən-

kənar vaxtlarda da xəyallarımda canlandırırdım. Bu səbəbdən 

də elə bir vəziyyət yaranmışdı ki, məktəbdə keçdiyimiz 

müxtəlif dərslərin mövzuları uzun müddət mənim yaddaşımı 

tərk etmirdi. Çox vaxt müəllimlərim mənim bu cəhətimi tez-

tez yoxlayıb “imtahana” çəkərdilər. Hamının gözü qarşısında 

sinifdə adımı nümunəvi şagird kimi qeyd edərdilər. 

Tarix dərsindən keçdiyimiz bütün tarixi hadisələr, o 

cümlədən müasir və  qədim dövlətlər, müharibələr haqqında, 

qələbənin və  məğlubiyyətin səbəbləri, sülh sazişinin bağlan-

ması  və bu kimi tarixi hadisə  və prosesləri xəyallarımda 

dəfələrlə canlandırırdım. 

Kitablarda coğrafiyaya aid hər yeni mövzu məni özünə 

daha çox cəlb edirdi. Dünya qitələrini, ölkələrini,  şəhərlərini 

bir-bir xəyalımda gəzib dolaşardım. Onları yalnız xəritədə şərti 

işarələr halında görməyimə baxmayaraq yeniyetmə fantazi-

yamda mən təxmini olaraq onların böyük-kiçikliyini müəyyən-

ləşdirərdim. Xəyallarımda gah uca dağların zirvəsinə qalxar, 

gah dərələrə enər, gah da Sindibadın dəniz səyahətindəki kimi 

primitiv qaydada əldə düzəldilmiş adi qayıqlarla və gəmilərlə 

okeanlara, həmçinin dənizlərə səyahətə çıxardım. 

Ədəbiyyatdan keçilən mövzular mənim yeniyetmə təxəy-

yülüm üçün daha maraqlı və məlhəm idi. Dərsdə öyrəndiyimiz 

əsərlərin baş  qəhrəmanları, onların uğurlu və ya uğursuz 

taleləri mənim çox marağımda idi. Xəyallarımda dərsdə keçdi-

yimiz bədii  əsərlərin müsbət obrazlarına xüsusi hörmətim və 




~ 132 ~

diqqətim vardı. Yeniyetmə  xəyallarımda mən həmişə  ədəbiy-

yatdan keçdiyimiz əsərlərin müsbət qəhrəmanlarına oxşamaq 

istəyirdim. Lakin yeniyetmə çağım olsa belə mən bu əsərlərdə 

obrazlarla qaynayıb qarışdığım zamanda onların öz həyat 

səhnələrində buraxdıqları səhvlərini təkrar etmək istəmirdim. 

Ancaq müsbət obrazların sonluğu faciə ilə bitsə belə 

xəyallarımda onlara çox yer verirdim. Mənfi qəhrəmanlara isə 

nifrət edər, onların  şər  əməllər törətdiklərinə, nadanlıq, ca-

vanlıq, səhlənkarlıq və ya tamahkarlıq etdiklərinə görə  təəs-

süflənərdim. Buraxılan bu ciddi səhvlərə görə onları ürəyimdə 

qınaq obyektinə çevirərdim. 

Mənım öz fantaziyalarımda xəyallarımın köməyi ilə 

sanki tez-tez dünya səyahətinə  çıxardım. Bu səyahətlər təkcə 

uzaq keçmişimizə, dünənə və bu günə olan səyahət deyildi. Bu 

səyahət həm də mənim həyatımı və ömür kitabımı bir- bi-

rindən gözəl arzularla bəzəyən, çin olacaq ümidlərlə, arzu 

və amallarla yaşadan, məni nurlu və uğurlu gələcəyə apa-

ran bir gözəl və yaddaqalan səyahət idi. 

 

DÜNYA VƏ İNSANLAR 

 

Şair qəlbli Azərbaycan xalqının yaratdığı atalar sözləri-



nin min illərlə yaşı vardır. Bu sözlərin neçə-neçə  nəsili yola 

salması mənə tam məlum deyil. Lakin onu deyə bilərəm ki, bu 

sözlər gündən-günə itiləşən, dəyəri və  kəsəri daha da artan, 

xalqımızın adət və ənənələrini, dünyagörüşünü, aforizmlər va-

sitəsilə özündə yığcam və lokanik şəkildə əks etdirən bir ədəbi 

məktəbdir.  Şifahi xalq yaradıcılığının ləl və  cəvahirlə dolu 

xəzinəsidir. Respublikamızda “Atalar sözü” kitabı  dəfələrlə 

böyük və kiçik həcmlərdə nəşr olunmuşdur. 

“Atalar sözü” kitabında belə bir el kəlamı var: “Gün o 

gün deyil, dünya o dünyadır”. Atalarımızın neçə-neçə yüzil-

liklər yaşı olan bu məsəlinə  əsaslansaq belə demək olar ki, 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə