Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə28/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   24   25   26   27   28   29   30   31   ...   124

~ 112 ~

Doğrudan da şeirdəki bu qəmli sətirlər bir qədər 

qəlbimizi kövrəltsə də əsl yerində deyilmiş fikirlərdir. Biz bu 

dünyaya yalnız qonaq kimi gəlmişik. 

Ulu Öndərimiz Heydər Əliyevin iştirak etdiyi tədbirlərin 

birində Azərbaycan Xalq artistı Niyaməddin Musayev 

Məmməd Arazın bu şerinə yazılmış mahnını ifa edirdi. Mahnı 

oxunub qurtardıqdan sonra dahi rəhbərimiz mahnının  

sözlərini, həm musiqisini, həm də ifaçının bənzərsiz ifa tərzini 

bəyənərək onu yüksək qiymətləndirmişdi. 

B.Vahabzadə yaradıcılığına nəzər saldıqda görürük ki, 

şair sanki dünya ilə bir yaxın adamı kimi səmimi söhbət edir.  

Lazım gəldikdə isə ona öz iradlarını bildirməyi özünə borc 

hesab edir. Şairin “Nəyinsə ilkidir, nəyinsə sonu” şeirinə 

diqqər yetirək: 

 

“Dünya fırlanır ki, biz də onun tək, 



Fırlanıb danmayaq min bir felini. 

Dünya fırlanır ki, tapa bilməyək 

Onun nə sonunu, nə əvvəlini.”  

 

B.Vahabzadənin “Hara gedir bu dünya?” şeirində isə şair 



dünyadan narazı olduğunu bildirir: 

 

“Yolumuz duman olmuş, 



Yaxşılar yaman olmuş. 

Haqq bu gün öz haqqını  

Haqsızdan uman olmuş. 

Hara dedir bu dünya?” 

 

“Axı dünya fırlanır” şerində isə şair dünyada yaxşı və pis 



nə varsa hamının müəyyən vaxtdan sonra təkrar olduğunu 

bədii boyalarla tərənnüm edərək onu oxuculara belə  təqdim 

edir: 



~ 113 ~

Fırlandıqca bu dünya, yox da dönüb var olur, 

Quruyan çeşmələrdən sular yenə car olur. 

Bu dünyanın xeyri də, şəri də təkrar olur. 

Niyə təkrar olmasın? Axı dünya fırlanır.  

 

 



 

“HARA GEDİR BU DÜNYA?” 

 

“Hara gedir bu dünya” bilmək olmur. O normal yaşa-

maq, rahat nəfəs almaq nə olduğunu bilmir. Yer üzündə 

qarşıdurmalar, iqtisadi çətinliklər, gündən-günə sayı çoxalan 

müxtəlif böhranlar, siyasi çəkişmələr öz həllini tapıb azalmaq 

əvəzinə getdikcə artır. Dünya artıq işsizlik, korrupsiya, narko-

maniya, alkoqalizm, insan alveri, terrorçuluq, qaçaqmalçılıq, 

qaçqın və köçkün, eləcə  də  bu  kimi  digər problemlərdən 

əziyyət çəkir. Dünya birliyi isə həmin məsələləri birgə səyləri 

birləşdirmək yolu ilə tamamilə aradan götürmək təşəbbüsünü 

gündən-günə yubadır. 

HAŞİYƏ:  Dünya  əhalisi durmadan artır. Bütün bəla-

ların səbəbini də mürtəce qüvvələr elə bu əhali artımında 

görürlər. Lakin mövcud əhalinin  ərzaqla, içməli su və başqa 

sosial qaygı ilə tam əhatə olunması isə  hələ sual doğurur. 

Dünyanın inkişaf etmiş ölkələrində, o cümlədən respublika-

mızda bu məsələ çox da ciddi problem yaratmır. Lakin müha-

ribə  şəraitində olan, çoxlu maliyyə  və iqtisadi problemlər 

məngənəsində  sıxılan, öz daxili gücü ilə iqtisadi inkişafını 

təmin edə bilməyən ölkələrdə vəziyyət başqa cürdür, bir sözlə, 

heç xoşa gələn deyildir. 

Ancaq bu mövzu siyasətçilərin, tarixçilərin, iqtisadçı-

ların, bir sözlə, dünyada bu məsələlər üzrə  hər cür tarazlığı 

tənzimləyən və qoruyan aidiyyatı insanların işi olduğu üçün 

biz  əvvəlki yolumuza qayıdıb işimizi davam etdirək. Gəlin 

birinci növbədə şerə söz verək: 


~ 114 ~

BU DÜNYAYA BİZ GƏLDİK Kİ ... 

 

Bu dünyaya biz gəldik ki



Vətən mülkü açsın çiçək. 

Xoş niyyətlə, xoş əməllə 

Ana yurda vuraq bəzək. 

 

Bu dünyaya biz gəldik ki, 



Dünya daha gözəl olsun. 

Gəlmədik ki, açan güllər 

Qönçə ikən küsüb solsun. 

 

Bu dünyaya biz gəldik ki, 



Can deyək hey, can eşidək. 

Gəlmədik ki, hirsli başla 

Bir-birinə təhqir deyək. 

 

Bu dünyaya biz gəldik ki, 



Böyük, kiçik qədrin bilək. 

Gəlmədik ki, yalan deyib

Başqasına kələk gələk. 

 

Bu dünyaya biz gəldik ki, 



Dünyada yaxşı ad qoyaq. 

Gəlmədik ki, kin-qəzəblə 

Qəlbi sökək, bərbad qoyaq. 

 

Bu dünyaya biz gəldik ki, 



Uzaq olsun bizdən tamah. 

Gəlmədik ki, acgözlüyün  

Qulu olub, edək günah. 

 

Bu dünyaya biz gəldik ki, 



İnsanlara olaq dayaq. 


~ 115 ~

Gəlmədik ki, əlimizlə 

Özgəsinə quyu qazaq. 

 

Bu dünyaya biz gəldik ki, 



Məhəbbəti yaşadaq biz. 

Qəlbimizlə, gözümüzlə 

Eşqi bilək candan əziz. 

 

Bu dünyaya biz gəldik ki, 



Xoş sözlərdən çələng hörək. 

Gecə gündüz öz ritmiylə 

Sinəmizdə vursun ürək. 

 

Zakir, ömür bir tapmaca



Köçüb gedir cavan, qoca. 

Dünyaya ömür boyunca  

Kam almağa gəlmişik biz, 

İz qoymağa gəlmişik biz. 

 

 

 

 

DÜNYA HAQQINDA SÖHBƏT-SÖZÜ TÜKƏNMƏYƏN 

MÖVZUDUR 

 

Deməli dünyaya gələn bütün insanların yaxşı yaşamağa 

haqqı vardır. Lakin yaxşı yaşamaq söhbəti nisbi məsələdir. 

Ona görə ki, bu məsələ insanın özündən də çox-çox asılıdır. 

“İnsanı yer üzünün əşrəfi” hesab ediriksə o yaşamalı və yaşat-

malıdır. Necə mənim aşagıdakı şerimdə göstərildiyi kimi: 



       

                  


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə