Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx


İNSAN YAŞAMALI, YAŞATMALIDIR



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə29/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   25   26   27   28   29   30   31   32   ...   124

~ 116 ~

İNSAN YAŞAMALI, YAŞATMALIDIR 

İnsan var nurunu günəşdən alıb,  

Zərrin şüalarla cilalanıbdır. 

İnsanlıq qəlbinin hakimi olub,  

Ülvi duyğularla cilovlanıbdır. 

 

İnsan var sönməyən eşqin möhtacı,  



Əbədi məhəbbət sorağındadır. 

Sevgidə taleyi bəxtindən acı,  

Bülbültək bir gülün fərağındadır. 

 

İnsan var elə bil buz parçasıdır,  



Gülsə, üzündəki təbəssüm donar. 

Beləsi kədərlə qəm carçısıdır,  

Sevinci özündən kənar dolanar. 

 

İnsan var kinlidir, dəvədən betər,  



İntiqam oduyla alışıb yanar. 

Səpsən toxumundan ədavət bitər,  

Əksən, budağına qarğalar qonar. 

 

İnsan yer üzünün əşrəfidirsə,  



Gözünü sevinclə yaşatmalıdır. 

Ömür karvanını çəkib gedirsə,  

İnsan yaşamalı, yaşatmalıdır. 

 

 



 

 

 


~ 117 ~

Yarımçıq qalmış söhbətimizi yenidən davam etdirək. 

Deyəsən dünyanın aparıcı dövlətləri və başbilənləri bir araya 

gəlib heç də  vəziyyəti düzəltmək fikrində deyillər. Bu vacib 

məsələnin mücbət məcraya nə vaxt istiqamətlənəcəyindən isə 

heç kim hələ də  dəqiq xəbər vermək istəmir. 

Müasir dünya problemlərlə doludur. Bu kitabda həmin 

çoxsaylı problemlərin yalnız bir neçəsinin adını  çəkməyi 

məsləhət bildik. 



 

 

DÜNYADAKI MÜXTƏLİF TƏBİƏT HADİSƏLƏRİ, 

EKOLOJİ PROBLEMLƏR,  

İQLİM DƏYİŞİKLİKLƏRİ VƏ S. 

 

Yaşadığımız dünyada hər gün neçə-neçə təbiət hadisələri 



baş verir. Bu hadisələr ildən-ilə çoxalaraq və böyüyərək 

dəhşətli itkilərlə nəticələnir. Belə hadisələrin qarşısını almaqda 

isə insan övladı olduqca acizdir. Təkcə bir misalla oxuculara 

öz fikirimi çatdırım:  



HAŞİYƏ: 2014-cü ilin sentyabr ayında Yaponiyada baş 

verən qəfləti vulkan püskürməsi nəticəsində 57 nəfər xarici 

turist həlak olub. Yapon alimlərinin bu cür təbiət hadisəsi ilə 

əlaqədar verdiyi proqnoz isə ürəkaçan deyil. Alimlərin açıq-

lamalarına görə yapon adalarında vulkan püskürmələri ardıcıl 

olaraq belə davam edərsə növbəti 100 ildə gündoğar ölkədəki 

bu adaların tamamilə xəritədən silinməsinə gətirib çıxara bilər. 

Dünyanı narahat edən, onu rahat nəfəs almağa qoymayan 

ekoloji problemlər də ildən-ilə artaraq daha acınacaqlı vəziyyət 

alır. Havanın kəskin  şəkildə çirklənməsi ilə göyün azon 

qatında yırtıq  əmələ  gəlməsi nəticəsində qlobal istiləşmələrin 

baş verməsi. Cənub yarımkürəsində Antraktidada və  şimal 

yarımkürəsində Qrenlandiyada və yer kürəsinin buzlaqlarla 

əhatə olunmuş digər  ərazilərində, eləcə  də hündür dağ 




~ 118 ~

zirvələrində min illərlə mövcud olan buzlaqlarda son illərdə 

ciddı ərimə müşahidə olunur. Artıq əriyən buz dağlarının get-

gedə kiçilməsi və okean sularına qarışması faktı dünya alimləri 

tərəfindən dəfələrlə sübuta yetirilib. 

İndi nəhəng dünyamızı yeraltı  təkanlar, torpaq sürüş-

mələri, zəlzələlər, vulkan püskürmələri, sellər, daşqınlar, qasır-

ğalar, meşə yangınları və onlarla belə fəlakətlər və  problemlər 

öz cənginə alıb. 

Dünyada  əhalinin sağlamlığının, eləcə  də  ərzaq, su, 

miqrasiya və digər problemlərinin həll edilməsində  çətin-

liklər. 

Dünyada ürək,  əsəb, böyrək, qara ciyər, QİÇS,  şəkər, 

xərçəng və digər xəstəliklərin cavanlaşması  və  əhali arasında 

ildən-ilə artması böyük bəlaya çevrilib. Yer üzünün böhranlar 

və müharibələr tüğyan edən, maliyyə böhranının məngənə-

sində  sıxılan, iqtisadi inkişafı  zəif olan ölkələrdə  əhalinin 

təminatında ərzaq və su çatışmazlığı problemləri yaranıb. 

Geni dəyişdirilmiş meyvə-tərəvəz və diğər məhsulların 

əhali tərəfindən qəbulu dünya əhalisi arasında bir sıra 

xəstəliklərin çoxalması ehtimalını artırmaq meyli yaradıb.  

Qlobal istiləşmə  və müharibələrlə  əlaqədar su hövzə-

lərinin quruması və çirklənməsi nəticəsində suvarmada işlənən 

və içmək üçün istifadə edilən suyun qıtlığı əmələ gəlib. 

Vətəndaş müharibəsi və digər formada aparılan döyüşlər 

nəticəsində  məcburi qaydada başqa ölkələrə qaçqın kimi 

köçürülmüş dünya əhalisinin bir hissəsinin miqrasiya məsə-

ləsində kəskin problemlər baş qaldırıb və s. 

Müasir silahlanmanın yerdən kosmosa keçirilməsi nə-

ticəsində dünya əhalisi üçün yarana biləcək yeni təhlükə - 

nüvə təhlükəsi. Yerdə və göydə baş verə biləcək terror təh-

lükəsinə qarşı birgə mübarizədə dünya birliyinin zəiflik 

göstərməsi. Bu sahədə dövlətlər arasında ikili standartların 

mövcud olması. 



~ 119 ~

Dünyada silah istehsalı və satışına güclü məhdudiyyət və 

qadağa qoyulmaması nəticəsində gündən-günə  yer  üzündə si-

lahlanma, xüsusilə nüvə müharibəsi yarada biləcək silahlanma 

təhlükəsi artır.  İqtisadi cəhətdən inkişaf etmiş super ölkələr

xüsusilə ABŞ indi silahlanmanı yerdən kosmasa keçirmək 

planı üzərində iş aparır. 

Real vəziyyətdən isə dünyada mövcud olan terror təşki-

latlarına qarşı beynəlxalq səviyyədə birgə mübarizə  aparmaq 

məsələsinin hələ tezliklə gündəmdə olmayacağı açıq- aydın 

görünür. 

   


 

 

 



 

 

 



DÜNYANIN HARAYI 

 

Yaradılır yeni ağır silahlar, 

İşlədilir hər tərəfdə günahlar. 

Göylərə ucalır nalələr, ahlar, 

Niyə Allah eşitməyir harayı?! 

 

Sülhü qorumağa yerdə and içib, 



Hərbi bazaları göylərə keçib. 

İnsanlar şeytanı yenə dost seçib 

Niyə Allah eşitməyir harayı?! 

 

Çilidə Osorna vulkanı yanır, 



Yandırıb kül edib alov dörd yanı. 

Didərgin eləyib xeyli insanı, 

Niyə Allah eşitməyir harayı?! 

 

Hindistanda, Pakistanda istilər, 



Olub insanlara böyük dərdi-sər. 

Əzab çəkir bu bəladan kənd-şəhər 

Niyə Allah eşitməyir harayı?! 

 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə