Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx


SƏN GƏLDİ GEDƏRSƏN, QALAN DÜNYADIR



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə26/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   22   23   24   25   26   27   28   29   ...   124

~ 104 ~

SƏN GƏLDİ GEDƏRSƏN, QALAN DÜNYADIR 

 

Dünya özü boyda bir tərəzidir,  

Kim bilir dünyanın neçə yaşı var? 

Sirli, müəmmalı, həm qərəzlidir,  

Qədər göstərəni, çəkən daşı var. 

 

Yaxşının, pisin də yükünü çəkir, 



Yorulmaq bilməyən bu qoca dünya. 

Birinin başına əşrəfi səpir,  

Birini çıxarır hərraca dünya. 

 

Dünya elə ulu, elə böyükdür,  



Sənin, mənim olub bölünə bilməz. 

Adəm övladının üzü dönükdür,  

Gedən bu dünyaya bir daha gəlməz. 

 

Uyma var-dövlətə, şöhrətə, şana,  



Dünya verdiyini alan dünyadır. 

Ömrünü mənasız yetirmə sona,  

Sən gəldi-gedərsən, qalan dünyadır. 

 

 



DÜNYANIN İLK QƏDİM YAŞAYIŞ MƏSKƏNLƏRİ 

 

Deyilənə görə dünyada ilk yaşayış  məskənini arxeo-

loqlar və alimlər Afrikada tapmışlar. Bu ibtidai yaşayış 

məskəninin yaşı 3 milyon ilə çatır. 

İkinci belə bir qədim yaşayış  məskəni isə Asiya 

qitəsində  aşkarlanıb. Bu tapıntının yaşı 2 milyon yarım ilə 

bərabərdir. 

Azərbaycanda ilk ibtidai yaşayış  məskəni olan Azıx 

mağarasının yaşı bir milyon yarım illə iki milyon il arasın-


~ 105 ~

dadır. Dünyada hazırda mövcud olan indiki irqləri və nəsil-

ləri də həmin ilk qədim insanların törəmələri hesab edirlər. 

  

DÜNYA BARƏDƏ SÖHBƏTİMİZ DAVAM EDİR 

 

Dünya barədə, dünyanın heliosentrik sistemi haqqında 

məşhur təlim təxminən 500 il bundan əvvəl yaranmağa 

başladı. Hələ o dövrdəki ilkin elmi araşdırmalara  əsasən 

yaşadığımız Yer, eləcə  də Venera, Mars, Yupiter, Saturn, 

Pluton və digər planetlərin Günəş  ətrafında fırlanması 

aşkarlandı. 

Təbiətşünaslığın inkişafında ilk dəfə bu böyük inqilabı 

dəyişikliyi edən polyak astronomu, dünyanın heliosentrik 

sistem nəzəriyyəsinin banisi N.Kopernik oldu. Əvvəlcə o, 

özündən qabaqkı dövrlərdə bu sahədə yazılmış bütün elmi 

əsərləri oxuyub, həmin  əsərlərin üzərində müxtəlif səpkidə 

araşdırmalar apardı. Həmin məşhur astronom yeni yazdığı 

əsərlərində bizim eradan əvvəl 87-165-ci illərdə yaşamış 

qədim yunan alimi Ptolemey Klavdi ilə başlanan antik 

astronomiyanın  əhəmiyyətini xüsusi qeyd etdi. N.Kopernik 

həyatının çox hissəsini  İskəndəriyyədə astronomik müşahidə-

lər aparmaqla keçirmiş Ptolemeyin astronomiyaya, coğrafi-

yaya, optikaya və digər elmlərin inkişafına gətirdiyi töhfəsini 

yüksək qiymətləndirdi. Lakin sonradan 1543-cü ildə bu 

görkəmli polyak astronomiya refarmatoru həmin köhnə, yəni 

dünyanın quruluşu haqqında geosentrik sistemin səhv 

olduğunu elmi surətdə sübuta yetirdi. 

Kopernikdən bir neçə müddət sonra bəşəriyyət dahisi, 

italyan fiziki, təbiətşünaslığın banilərindən biri, N. Kopernikin 

fəal davamçısı Qalileo Qaliley öz elmi kəşfləri ilə kainatın 

sirlərini daha dərindən açmağa nail oldu.  Qalileyin 

nisbilik 

prinsipi, onun göy cisimlərini 32 dəfə böyüdən teleskop qur-

ması, Günəşin fırlanmasını  və onun ləkələrini aşkarlaması, 




~ 106 ~

Yupiterin dörd peykini kəşf etməsi, Ay səthində dağların 

olmasını elmi cəhətdən sübuta yetirməsi, Venera səfhələrinin 

kəşfi dünya təbiyyətşünaslıq elmində böyük bir inqilab idi. 

Lakin dünya nə  qədər kəşf olunsa da, onun bağlı sirləri 

nə  qədər açılsa da hələ  də dünya yer üzünün əşrəfi sayılan 

insanlar üçün bir sirr olaraq qalır. Heç uzağa getmək lazım 

deyil. Hələ  gəlin gözümüzün önündə mavi suları ilə 

könlümüzü oxşayan doğma Xəzərimizi götürək: 

HAŞİYƏ.  Ulu dünyamızın açılmamış sirləri çoxdur. 

Bunlardan birini də  Xəzər dənizinə aid etmək olar. Alimlər 

sübuta yetirib ki, Xəzər sularının altında hələ yaşı bilinməyən 

neçə-neçə qədim qala və şəhər vardır. 

Yaşı bilinməyən bu sualtı abidələrin arxeoloji tədqiqata 

və tarixi, elmi araşdırmaya böyük ehtiyacı var. Lakin bu qədər 

abidəni tədqiq eməyə bir insan ömrü bəs eləməz. Ancaq buna 

baxmayaraq mavi, müalicəvi suları ilə ömrümüzü bəzəyən, 

yeralti və yerüstü sərvətləri ilə dövlətimizi daha da qüdrətli, 

xalqımızı xoşbəxt edən sevimli Xəzərimizin qoynunda yatan 

bu sirlər mütləq açılmalı,  əvvəlcə özümüz Xəzərin keçmişi 

haqqında öyrənməli, sonra isə bu məlumatları dünya 

ictimaiyyətinə çatdırmalıyıq.  

Dünya haqqında çox dahilər öz sözünü deyərək adlarını 

qızıl hərflərlə tarixə yazıblar. Dünya barədə deyilənlərin və 

yazılanların hamısına olmasa da, bir qisminə bu kitabda yer 

ayırmağa çalışacağıq: 

Dünya ədəbiyyatı xəzinəsinin ləl-cəvahiri, dahi Azərbay-

can  şairi və mütəfəkkiri Nizami Gəncəvi (1141-1209) insan 

həyatında sözə, söhbətə yüksək dəyər verərək yazırdı: 

 

Sözün qanadları var, gül kimi incə-incə



Dünyada söz olmasa, nəyə lazım düşüncə. 

 

 Hind  şairi  Əmir Xosrov Dəhləvi (1253-1325) də öz 



növbəsində sözün qiymətinin “dünya qədər” olduğunu yazırdı. 


~ 107 ~

O, yerində  işlədilən yaxşı sözü tərifləyərək onu yüksəklərə 

qaldırırdı: 

 

Kimya kimidir məcazi sözün, 



Bir dünya qədərdir bahası sözün.  

Sözlərdir dünyada əbədi həyat, 

Onunla yerinə yetişər murad. 

 

Azərbaycan  şairi Səməd Vurğun isə (1906-1956) sözü 



deyib sonra unudan insanları tənbeh edir, sözün qüdrətinin və 

hikmətinin çox yüksəklərdə olduğunu onlara göstərirdi: 

 

Nə çoxdur gördüyüm qoca dünyada



Söz verib, söz alıb, söz unudanlar. 

Görəsən vicdanı salırmı yada 

Eşqin mənasını ucuz tutanlar.   

 

Dünya mövzusuna aid Azərbaycan  şairi və mütəfəkkiri 



Məhəmməd Füzuli (1494-1556) isə oxuculara təqdim etdi-

yimiz birinci şeirində bu dünyaya uymamağı, ikinci şeirdə isə 

gedər-gəlməz yol hesab etdiyi tamahdan uzaq olmağı insanlara 

tövsiyə edirdi: 

 

Bu dünyaya uymayanın dərddən-qəmdən yox təlaşı, 



Günahından, qıl körpüdən, cəhənnəmdən yox təlaşı. 

 

Yığmaq olmaz, qoynu varla dopdoludur bu dünyanın, 



Tamah yolu gedər-gəlməz bir yoludur bu dünyanın. 

   


 

İngilis dramaturqu və  şairi Vilyam Şekspirin ( 1564-

1616) və ingilis şairi Corc Noyel Qordo Bayronun (1788-

1824) ailə  və  məhəbbətin dünyada ölməzliyi haqqında çox 

zəngin ideyaları olub. Əvvəlcə V.Şekspırin şeirində məhəbbət 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə