Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə22/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   18   19   20   21   22   23   24   25   ...   124

~ 90 ~

Axşam evə qayıtdıqda Hacı Əbdül kişi onu Gedə Şaban deyə 

səsləyərək söyləmişdir: “Allah sənin üç çərək buğdanamı 

möhtac qalmışdır!? Get iribuynuzlu malların içindən  ən 

sağlam və ətlisini seç və kəs, ətini və dərisini də sədəqə kimi 

kasıblara payla”. Şabanov Qəribxan “üç çərək buğda” haqqın-

da heç kəsə söyləmədiyi üçün Hacı  Əbdül kişinin bu haqda 

necə xəbər tutduğu möcüzəsində mat-məəttəl qaldı. Ertəsi gün 

mal kəsildi və əti kasıblara paylanıldı. Dərisi də çarıqlıq üçün 

paylanılsa da bir çarıqlıq hissəni Qəribxan özü üçün 

saxlamışdı. Çox keçmədən Hacı  Əbdül kişi Qəribxanı  səslə-

yərək deyib: “Bir pay dərini niyə özündə saxladın? Onu apar 

ver ehtiyacı olan Alverdi kişiyə”. Bundan necə  xəbər 

tutduğuna məəttəl qalan Qəribxan dərini Alverdi kişiyə verib.  

Şabudili nəslindən olan ana babam Şabanov Valeh nəql 

edirdi ki, uşaq ikən valideynləri onu itmiş inəyi axtarmağa 

göndəriblər. Qaranlıq düşdükdə qorxu bürüyən uşağın 

qarşısına bir ağsaqqal atlı  çıxaraq “inək artıq yerindədir” 

söyləyərək ona evə qayıtmağı tövsiyə edir. Valeh evə 

qayıtdıqda, həqiqətən inəyin tapıldığının  şahidi olub. Bu 

hadisəni Hacı  Əbdül kişiyə danışıblar və o bildirib ki, bu 

ağsaqqal atlı həzrəti Xızır peyğəmbər olub.  

Babam Rza kişi Nuru kişi və Zərifə xanımın övladıdır. O, 

uzun illər rayonumuzda Su kəmərlərinə  nəzarət idarəsində 

polis işləyib. Onun, rəhmətə getmiş qardaşları Güli və zövcəzi 

Calə xanım, Həsəni və zövcəsi Mədinə xanım kəndın hörmətli 

şəxslərindən olublar. Rza kişi Şabudili nəslindən olan Gülbacı 

xanımla 1950-ci ildə ailə həyatı qurmuşdu. Allah onlara 4 oğul 

və bir qız övladı nəsib etmişdir. Dürüstlüyü, əzmi və işküzarlğı 

ilə hörmət qazanmış böyük oğulları Nadir (məqalə müəllifinin 

atası) hazırda  Şabran rayonunda qabaqcıl sahibkardır; ikinci 

oğlanları Tahir rayonun adlı-sanlı iaşə mütəxəssisidir; 

Məmməd Dəmir Yolları idarəsinin əməkdaşıdır; Yavər hazırda 

Rusiya Federasiyasının vətəndaşıdır və sonbeşikləri Pərvanə 




~ 91 ~

xanımdır.  

Şabudili nəslindən olan Şaban kişi anamın ulu babasıdır 

və onun adından bu əqrabanın  Şabanovlar soyadı götürül-

müşdür. Şaban kişinin oğlu Şükür və Şölə xanımın ailəsindən 

ziyalı övladlar boya-başa çatmışdır. Onlardan Qəribxan və 

Yasin Gəncə  Kənd təsərrüfatı institutunu, Valeh isə Xalq 

Təsərrüfatı  İnstitutunu bitirmişdir. Qəribxan və Valeh ötən 

əsrin 40-70-cı illərində Bilici sovxozunun direktoru olmuşlar. 

Gözəl tar ifaçısı Yasin kişi  İkinci dünya savaşında Berlinə 

qədər döyüş yolu keçmiş  qəhrəmanlardan idi. Ana babam 

Valeh və Sündüklü nəslindən olan zövcəzi Pərzad xanımın 

ailəsində iki oğlan və üç qız uşağı dünyaya göz açmışdır. 

Onlardan Səadət xanım (məqalə müəllifinin anası) hazırda 

Şabran şəhər 4 saylı orta məktəbdə alman dili müəllimi işləyir; 

Şölə xanım  Şabran Broyler fabrikinin mühasibi işləyir;  İrafət 

xanım gülçülük təsərrüfatının mütəxəssisidir; oğlanları 

Mövlüd və Saleh gənc yaşlarında dünyasını dəyişmişlər (Allah 

onlara rəhmət etsin).   

Bu  şəcərənin qısa təsviri qədim yurdumuz Dağbilici 

kəndində göz açmış  zəhmətkeş  və  bərəkətli nəsillərin bir 

zərrəsidir. Nəsil-şəcərə tarixini qoruyub saxlamaq yurd tarixi 

yaşatmaq kimidir. Çünki nəsillərin tarixi yurdun tarixidir. 

Məsəl var ki, “Bildiyimiz məhduddur, bilmədiklərimizin isə 



hüdudu yoxdur”. Bu kəndin tarixi dənizdirsə, haqqında 

yazdıqlarımız bir damladır. Ümid edirik ki, bu qədim insan 

məskənlərinin tarixi və  mədəniyyəti daha dərindən araşdırı-

lacaq, burada arxeoloji qazıntılar aparılacaq və yeni məlu-

matlar əldə ediləcəkdir.  

 

Şöhrət Məmmədov, tarixçi 

 

 



 

 


~ 92 ~

XƏLFƏLƏR KƏNDINİN TARİXİNDƏN  

QISA SƏTİRLƏR… 

 

Rayon mərkəzindən təxminən 10 km. uzaqlıqda yerləşən 

axarlı- baxarlı Xəlfələr kəndinin qədim tarixi haqqında kiçik 

də olsa bir yazı yazmaq fikrinə düşmüşdüm. Çünki bu kəndin 

içindən və  kənarından hər dəfə maşınla, atla və ya piyada 

keçib rayon mərkəzinə gələndə onun coğrafi mövqeyi, bağı-

bağçası, gözəl və qonaqpərvər insanları məni valeh edib. 

 Nə  qədər soraqlaşsam da mənə bu qocaman kəndin 

qədim keçmişi haqqında məlumat verən olmadı. Çoxu dedi 

ki, kəndin tarixini çox yaxşı bilən yaşlı insanlar artıq 

dünyasını  dəyişib. Cavanların isə belə  şeylər o qədər də 

marağında deyil. Bu barədə  əslən Xəlfələr kəndindən olan 

bir nəfər var, onun da ünvanını bilmirik ki, sizi məlumat-

landıraq. Lakin mən bu istəyimi gündəmdən çıxarıb arxivə 

göndərmək niyyətində deyildim. Ona görə  də axtarışlarıma 

xitam vermək istəmədim. Yenə gözdə-qulaqda oldum və bu 

mövzuda məlumatı olan insanları axtarmaqda davam etdim. 

Nəhayət  əslən Xəlfələr kəndindən olan Hacı  Ağacavad ağa 

və dil- ədəbiyyat müəllimi Tahir Daşdəmirov mənə  Xəlfələr 

kəndi haqqında qısa da olsa məlumat verdilər. 

Kəndin yaranma tarixi haqqında eşitdiklərim. Səfəvilərin 

hökmranlığı dövründə, xüsusilə  Şah Təhmasibin (1524-1567) 

zamanında şiəlik təriqətini yaymaq üçün yerlərə xüsusi biliyə 

və savada malik olan qruplar göndərilirdi. Onlar əsasən 

seyidlərdən ibarət olurdu. Bu qrupların rəhbəri,  ərəbçə başçı, 

rəhbər mənasını bildirən xəlifə adlanırdı. Onlar göndərildikləri 

müəyyən  ərazidə ailələri ilə birlikdə  məskunlaşırdılar. Tədri-

cən onlara verilən tapşırığı, yəni öz missiyalarını  həyata 

keçirirdilər. 

 Belə  rəvayət edirlər ki, belə bir missiyanın Xəlifə 

Seyidəhməd ağa adlı rəhbəri öz qrupu ilə indiki Şabran (keç-



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə