Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx


DAĞBİLİCİ KƏND MƏDƏNİYYƏT EVİNİN



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə18/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   14   15   16   17   18   19   20   21   ...   124

~ 75 ~

DAĞBİLİCİ KƏND MƏDƏNİYYƏT EVİNİN 

“XINAYAXDI” FOLKLOR XALQ KOLLEKTİVİ 

 

Rayonun Dağbilici kənd Mədəniyyət Evinin “Xınayaxdı” 

Folklor Xalq Kollektivi 1986-cı ildə yaradılıb. Kollektivin 

rəhbəri Bayram Ağasıyevdir. 1996-cı ildə “Xınayaxdı” Folklor 

Kollektivinə “Xalq Kollektivi” adı verilib. Kollektivin konsert-

meysteri və drijoru Azərbaycan Musiqi Akademiyasının mə-

zunu, Qarabaq müharibəsinin iştirakçısı  və  əlili Zaur Ağası-

yevdir. 


“Xınayaxdı ” Folklor Xalq Kollektivi müxtəlif müsabiqə 

və festivallarda, hərbi hissələrdə, qospitallarda, cəbhə xəttində, 

rayon və Respublika tədbirlərində daim çıxış etmişdir. 

Kollektiv 2011-ci ildə Hörmətli Prezidentimiz İlham 

Əliyevin Şabran rayonuna gəlişi ilə əlaqədar olaraq rayon 

Mədəniyyət Sarayında keçirilən tədbirdə müvəffəqiyyətlə 

çıxış etmişdir. 

Kollektiv iki dildə: həm Azərbaycan, həm də tat dilində 

çıxış edir. Məsələn: “Uzaq sahillərdə” kino filmindəki 

“Partizanlar” mahnısı, digər mahnılar və  nəğmələr həm 

Azərbaycan, həm də tat dilində ifa olunur. 

Kollektivin repertuarı müxtəlifdir. Lakin repertuarın əsas 

məğzini özlərinin topladığı  qədim adət və  ənənələrdə istifadə 

olunmuş el nəğmələri, vətənpərvərliyə, torpağa,  əkin-biçinə 

həsr olunmuş nəğmə və mahnılar təşkil edir. Burada əkinçilik 

mədəniyyətinə aid (“Şumla yeri”, “Səpil toxumum”, “Əkinçi”, 

“Biçinçi”, “Göy səməni”, “Sünbülüm”, “Kosa-kosa” nəğmə-

ləri – qədim adət və  ənənələri  əks etdirən nəğmələrdir. Bu 

nəğmələr rayon və respublika tədbirlərində, eləcə  də respub-

lika və beynəlxalq festivallarda ifa olunmuşdur. 

Bundan  əlavə kollektiv həmişə  bəstəkarlarımızın mahnı 

janrına da müraciət edir. 

Kollektiv təkcə rayonun Dağbilici kəndində deyil, qonşu 



~ 76 ~

Mumlu, Zöhramı, Sumaqova, Pirəbədil, Qorğan, Zeyvə, 

Sumaqova – Qazma, Düzbilici, Ləcədi, Bilici-Qorğan, İzmara 

və Zağlı  kəndlərinə aid 30-a yaxın folklor nümunələri (toy 

mərasimləri, nəğmələr və mahnılar) toplamışdır. 

 

 



 

Dağbilici kənd Mədəniyyət Evinin “Xınayaxdı”  

Folklor Xalq Kollektivi 

 

“Xınayaxdı” Folklor Xalq Kollektivi bütün nominasiya-



lar üzrə rəqs, aşıq musiqisi, teatr və mahnılarla çıxış edir. Bu 

kollektiv dörd dəfə milli azlıqların  “Doğma diyar” devizi 



altında keçirilən festivalında çıxış edərək Azərbaycan 

Respublikası  Mədəniyyət və Turizm Nazirliyinin diplo-

muna layiq görülmüşdür. 

Kollektiv 2015-ci ilin iyun ayında Bəstəkarlar ittifaqı və 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Şəki rayon İcra 

Hakimiyyətinin təşkilatçılığı ilə  keçirilən VI “İpək yolu” 



Beynəlxalq Musiqi festivalında tat dilində “Sünbilmə- 

Vatanimə “kompozisiyası ilə çıxış etmişdir. Kompozisiyanın 

Azərbaycan dilinə tərcüməsində toxumun səpilməsi, sünbülün 




~ 77 ~

əmələ gəlməsi, taxılın biçilməsi, nəhayət xalqın bunu bayram 

etməsi (yəni ruzi-bərəkət bayramı kimi) mənasını verir. 

Kompozisiyanın sonunda Xınayaxdı toy mərasimi göstərilir. 

Kollektivə Bakı Beynəlxalq Multikulturalizm festivalın-

da müvəffəqiyyətlə çıxış etdiyinə görə Beynəlxalq Multikul-



turalizm Mərkəzinin xüsusi təşəkkürnaməsi təqdim edil-

mişdir. 

2016-cı ildə kollektiv Bakıda Respublika Sarayında 

keçirilən Milli azlıqların V respublika Folklor Musiqi festiva-

lında uğurla çıxış edərək respublika Mədəniyyət və Turizm 



Nazirliyinin xüsusi diplomu ilə təltif olunmuşdur.  

“Xınayaxdı” Folklor Xalq Kollektivi 2016-cı ildə Azər-

baycan Respublikası  Mədəniyyət və Turizm Nazirliyinin 

mədəniyyətşünaslıq üzrə Elmi Metodik Mərkəz tərəfindən 

keçirilən  “Multikultural dəyərləri yaşadaq” adlı I Beynəl-

xalq festivalında fəal iştirakına görə  Fəxri fərmanla təltif 

olunmuş, kollektivin bir çox üzvünə isə sertifikatlar 

verilmişdir. 

Kollektivin üzvləri tərəfindən ifa olunan nəğmə  və 

mahnılar kollektivin musiqi rəhbəri Zaur Ağasıyev tərəfindən 

tərtib olunur və oranjiman edilir. Qızlar qrupuna isə  kənd 

Mədəniyyət evinin direktoru Rəna Ağasıyeva rəhbərlik edir.  

“Xınayaxdı” Folklor Xalq Kollektivində öz sıralarını 

yeni üzvlərlə təzələmək adət və ənənə halını alıb. Yaşlı üzvlər 

həmin kəndin sakini olan gənc nəsillərin nümayəndələri 

hesabına vaxtaşırı yeniləşir. 

Kollektivin fəal üzvləri isə bunlardır: Rəna Ağasıyeva, 

Aybəniz Ramazanova, Cəmilə  Ağaverdiyeva, Ceyran 

Güləliyeva, Fəxrəndə  Ağaverdiyeva, Aidə  Ağaverdiyeva, 

Aygün Ramazanova, Sevinc Qaflanova, Aysun Qaflanova, 

Təhminə Qaflanova və başqaları. 

 

 



~ 78 ~

BƏRƏKƏTİN RƏMZİ – DAĞBİLİCİ KƏNDİ 

 

Məcazi məna daşıyan belə bir məsəl var: “Xoşbəxt 

məmləkətlərin tarixi olmur”. Bu misal firavan, daim sülh 

şəraitində yaşayan, çətinliklər, basqınlar və müharibələr 

görməyən məmləkətlərə aid edilir ki, onların tarixini yazmağa 

azacıq mürəkkəb də kifayət edir. 

Tarixi qədimlərə köklənən və arxada qoyduğu zəngin 

həyat səhifələri yaddaşlara sığmayan Vətənimiz Azərbaycanın 

belə dırnaqarası “xoşbəxt” məmləkətlər sırasında yeri yoxdur. 

“Yaradılış mükəmməl varlıqları sevmir” kəlamı yurdumuzun 

tarixi həyatını daha uyğun əks etdirir.  

Gülüstanda bitən  ən gözəl gül həmin seyr edənin  əlində 

dəstə olar, xatunların bənzərsiz gözəlliyi onları bəzən fəlakətə 

uğradar, paklığın ən yüksək məqamı qəlbi kövrək edər, məm-

ləkətlərin də  ən zəngini düşmənlərin tamahına hədəf olar. 

Əlverişli coğrafi mövqeyi, məhsuldar torpaqları, zəngin yeraltı 

və yerüstü xəzinəsi, eləcə  də elm və  mədəniyyəti Vətənimizi 

mükəmməl varlıqlar sırasına ucaldıb. Tarixən bu ona həm 

şöhrət, həm də fəlakət gətirib….  

   Azərbaycanın qədim və bərəkətli yurdlarından biri də Şabran 

rayonu  ərazisində  dəniz səviyyəsindən 700 metr hündürlükdə 

yerləşən Dağbilici kəndidir. Tanışlıq ismin bildirilməsindən 

başlandığı kimi, yurdla da tanışlıq adının açıqlanmasına 

köklənər. Bu kəndin adında onun həm mənəvi, həm də maddi 

tarixi  əks olunmuşdur. Tarixi başlanğıcı  məlum olmayan 

qədim zamanlarda adını  zəhməti və Allahın onun sakinlərinə 

verdiyi elmi, bərəkəti ilə qazanan bu kənd “Bilici” adlandırıl-

mışdır. Bir çox yurdların adı coğrafi mövqeyinə, təriqətinə, 

nəsil kökünə  və ya banisinə görə uyğunlaşdırılmışdır. Bəzi 

hallarda isə bu ad ətrafda yaşayan qonşu obalar tərəfindən 

qoyulmuş və özündə bu adı daşıyan yurda və onun sakinlərinə 

olan hörməti, izzəti və ya, əksinə, mənfi münasibəti  əks 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə