Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə20/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   16   17   18   19   20   21   22   23   ...   124

~ 83 ~

1883-cü ildə Tiflisdə çap edilən “Zaqafqaziya əhalisi 

haqqında statistik məlumatlar” kitabında qeyd edilib ki, tatlar 

Bakı mahalı  əhalisinin 49%-ni, Quba mahalı  əhalisnin isə 

24%-ni təşkil edir. A.Bakıxanov «Gülüstani-İrəm» əsərində 

Quba  əyalətində 5 kənddən başqa digərlərinin tatdilli 

olduğunu təsdiq edir.  

2005-ci ildə ABŞ etnoliqvistləri tərəfindən aparılan 

araşdırmalara görə hazırda  Şabran rayonunda 15 kəndin, 

Siyəzən rayonunda 5 kəndin və Quba rayonunda 47 kəndin 

əhalisi özünü tatlara mənsub edib. Tatlar haqqında Orxon-

Yenisey çayı sahillərində tapılmış  qədim türk abidələrinə 

aid edilən Bilgə xaqan abidəsində (“əcnəbi  əsilli təbəə” 

kimi), “Kitabi Dədə Qorqud” dastanında da bir çox məlu-

matlar verilir. Mahmud Qaşqari IX əsrdə  tərtib etdiyi 

“Türk dilinin lüğəti” kitabında “tat” etnonimini altında 

“islam dinini qəbul etməmiş uyğur, fars və çinlilər” kimi 

izah edir. Türkmənlər türk olmayan və  əsasən fars olan 

bütün insanları “tat” adlandırırdılar. 

Tarixi və etnolinqvistik qaynaqlara əsaslanaraq birmənalı 

şəkildə söyləmək olar ki, “gəlmə”, “yad” manasını daşıyan 

“tat” sözü ilə yerli türkdilli əhali mənşəyi  əsasən  İran 

ərazisindən olan fars dilli əhalini adlandırırdı.  

Tarixçilər belə hesab edirdilər ki, tatların  Şimalı 

Azərbaycan ərazisində kütləvi məskunlaşması V-VI əsrlər-

də baş vermişdir. Bu isə Sasani hökümranları  tərəfindən 

özlərinə dayaq yaratmaq məqsədini daşıyırdı. Maraqlıdır ki, 

hazırda tatlar İran  ərazisində  də etnik qrup kimi mövcuddur. 

Tarixçi Nuridə xanım Quliyevanın araşdırmalarına görə indi 

İran ərazisində 300 minə yaxın tat yaşayır. Onlar əsasən İranın 

şimal-qərb hissəsində məskunlaşıblar.  

Son illərdə etnoqenez, əhalinin köç etməsi, xalqların 

yaranması  və bunlara əsaslanaraq tarixi köklərin izlənilməsi 

kimi məsələlərin araşdırılmasına Genetika elminin inkişafı 



~ 84 ~

xeyli tövhələr vermişdir. Bu sahədə DNK-Geneologiya adla-

nan yeni elm sahəsi yaranmışdır. Müxtəlif xalqların nümayən-

dələrindən götürülən DNK (canlılarda genetik proqramı 

qoruyan, nəsildən-nəslə ötürən və  həyata keçirən makro-

molekul) nümunələri analiz edilərək (Y-xromosomlarının 

mutasiyası  əsasında) dünya genetic bankı  tərtib edilmişdir. 

Bunun  əsasında insan nəslinin yaranma tarixini və dünyada 

yayılma prosesini izləmək olur.  

DNK-Geneologiya elminin əsasını qoyan alimlərdən olan 

A.Klyosov (А.Клесов - Rusiya və ABŞ bioximiki) fundamen-

tal araşdırmalar sayəsində müəyyən etmişdir ki, ilk insanlar 

(Adəm övladı – red.) təxminən 70 min əvvəl  Şərqi Afrika 

ərazisində yaranmışlar.  

50 min əvvəl bu nəsildən bir hissəsi Mesopotamiya  

(İraq və Suriya ərazisinin  şimal-şərqi)  ərazisinə, burdan isə 

Qafqaza – Azərbaycanın qərb hissəsinə köç etmişdir. Təxmi-

nən 40 min il əvvəl Azərbaycan  ərazisindən dünyanın digər 

müxtəlif yerlərinə insanların köçü baş vermişdir. Maraqlıdır ki, 

əhalinin dünyaya şaxələnməsi məhz bu ərazilərdən baş 

vermişdir.  

DNK-Geneologiya bütün dünya xalqlarını 20 qaploqrupa 

bölmüşdür. Azərbaycan  əhalisi arasında geneologiyanı müəy-

yən etmək məqsədi ilə DNK analizlər çox az aparılmışdır. 

Lakin aparılmış bu araşdırmalara görə Azərbaycan  əhalisinin 

57%-i J1 və J2 qaploqrupuna aiddir (Yaxın Şərq qaploqrupu). 

Bu mövzu tatlar və Dağbilici mövzusundan uzaq olsa da tarixi 

kökləri müəyyən etməyə kömək edir.  

Maraqlıdır ki, Azərbaycan əhalisinin əsas hissəsini təşkil 

edən J1 və J2 qaploqrupları  İran  əhalisinin də 51%-ni təşkil 

edir. İran Azərbaycanlıları arasında isə bu qrup təxminən 30% 

təşkil edir. Bu ona işarə edir ki, tarixi keçmişdə bu coğrafi 

ərazinin demoqrafik formalaşma prosesi eyni xətt üzrə baş 

verib və bir-biri ilə sıx əlaqəli olaraq bir kökdən qaynaqlanıb. 




~ 85 ~

 

 



Dağbilici kəndindəki qəbiristanlıqda qədim məzar daşları 

 

Yaşlı insanların söylədiyinə  əsasən Dağbilici kəndində 

72 övliya yaşayıb və onlardan bəzilərinin qəbirləri indinin 

özündə  də ziyarət edilir. Kənddə XVII-XX əsrin  əvvələrində 

yaşamış bir çox mötəbər insanların adları indi də yaddaşlar-

dadır. Bunlardan Molla Cami, Molla Tacəddin, Sofi Gülbala, 

Hacı  Əbdül, Hacı Burcü kimi mudrik insanların adlarını 

çəkmək olar.  

Şabran tərəfdən kəndin girişində Çaruhun (tat dilində 

“dörd yol ayırıcı”) adlanan məşhur ziyarətgah var. Çox əski 

zamanlarda yaşamış bu övliyanın  əsil adı xatırlanmır. 

Vəsiyətinə görə onu bu dörd yol ayırıcında məzara basdırıblar. 

Bu yerdən 4 istiqamətə yol ayrılır – Şabran, Dağbilici, 

Düzbilici və Qələgah kəndlərinə. Şahidi olmuş yaşlı insanların 

söylədiyinə görə Çaruhundan üzü Şabrana tərəf təxminən yüz 

metr gəldikdə yolun sağ  tərəfində yerləşən geniş açıq talada 

1960-cı illərdə üzümlük salmaq üçün şum zamanı torpağın 

altından xeyli insan sümükləri üzə çıxmışdır. Güman edilir ki

bu döyüş vaxtı həlak olmuş döyüşçülərin kütləvi məzarlığıdır.  



~ 86 ~

Kəndin girişində yolun sol tərəfində “Yeddi qardaş” 

adlanan pir yerləşir. Əvvəllər kəndin əsas yaşayış evləri güney 

tərəfdə yerləşib. Kəndin yolu isə indikindən fərqli olaraq şimal 

tərəfdən dərənin üstü ilə uzanaraq kəndin üst hissəsinə  çıxıb. 

Keçən əsrin ortalarında kəndin ərazisində yerləşən orta məktəb 

ərazisində tikinti işləri aparılarkən həmin yerin altında da 

qədim məzarlıq aşkar edilmişdir. Burada cəsədlərin üzü şimala 

doğru basdırılması böyük maraq doğurmuşdur. Bu fakt söylə-

məyə əsas verir ki, bu kəndin yaşayış tarixi hələ islamiyyətdən 

əvvəlki dövrlərə gedib çıxır.  

Kəndin  ərazisində bir neçə bulaq var. Bunlardan Xurmi 

bulağın kəndın aşağı hissəsində,  Şüşyin və  Səro bulaqları 

ortasında, Qavalıq və Küdürnü bulaqları isə kəndin üst hissə-

sində yerləşir. Bunlardan əhali içində  ən məşhur olan Xurmi 

bulağıdır. Qədim tarixi olan bu bulaq kəndin şimal-şərq hisssə-

sində yerləşən dərədədir. “Xur” sözü qədim pəhləvi dilindən 

tərcümədə “od”, “alov”, “alqırmızı” deməkdir.  İslamdan 

əvvəlki dövrlərdə bu yerlərin əhalisinin inanc dini zərdüştülük 

dini olub. Zərdüştülük dinində isə od, alov əsas inanc obyekti 

olduğu üçün bir çox əhəmiyyət kəsb edən yerlərin adına bu 

sözün əlavə edilməsi geniş adət halını almışdır. 

Şabranın tanınmış ziyalılarından olmuş tarixçi Nurbala 

Quliyev müəllifi olduğu “Bura Gülüstani-İrəm torpağıdır” 

tarixi oçerkində tarixi mənbələrə  əsaslanaraq qeyd edib ki, 

Dağbilicinin yaxınlığında yerləşən indiki Qələgah kəndinin 

ərazisində erkən orta əsr dövrlərində Xursan adlı  şəhər 

yerləşibmiş. Kənd adının Qələgah adlandırılması da kəndin 

ərazisində  qədim  şəhər (qala) xarabalıqlarının olması ilə 

bağlıdır. Azərbaycan Sovet Ensiklopediyasında qeyd edilib ki, 

Xursanşahlıq erkən orta əsrlərdə Azərbaycanda kiçik feodal 

hakimliyi olmaqla Dərbəndlə  Şirvan arasında idi və  mərkəzi 

Xursan qalası olmuşdur. Tədqiqatçıların fikrincə, “xursan” 

sözünün etimologiyası Xurs tayfasının adı ilə bağlıdır. 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə