Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə23/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   19   20   21   22   23   24   25   26   ...   124

~ 93 ~

miş  Dəvəçi)  ərazisinə göndərilib. Həmin qrup əvvəlcə 

Dağbilici kəndində məskunlaşmaq istəyib. 

Lakin kəndin coğrafi mövqeyi, iqlim şəraiti və su ehtiyatı 

bura gələn qrupun nümayəndələrini qane etməyib. Eləcə  də 

məskunlaşmaq üçün onlara torpaq sahəsinin kəndin baş 

tərəfində deyil, ayaq hissəsində ayrılması  razı salmayıb. 

Dağbilici kəndində  məskunlaşmağa nail olmayan həmin 

qrup Xəlifə Seyidəhməd ağanın rəhbərliyi ilə gözəl təbiəti, 

içməli və suvarma suyu ilə  zəngin olan indiki Xəlfələr kəndi 

ərazisində  məskunlaşmağa başlayıblar. Burada özlərinə ev-

eşik tikib, bağ-bağça salıblar. Öz şəxsi təsərrüfatlarını qurmağa 

başlayıblar. Xəlifə Seyidəhməd ağa qrupu ilə birlikdə öz 

missiyasını yerinə yetirib. Lakin o, tapşırılan vəzifəni yerinə 

yetirsə də ömrünün sonuna kimi bu kənddə yaşayıb. İllər ötüb, 

o, qocalıb dünyasını dəyişəndə onu bu kənddə dəfn ediblər. 

Digər rəvayətə görə isə  Xəlifə Seyidəhməd ağanın Bağ-

daddan ailəsini və yaxın qohum-əqrəbasını qorumaq məqsədilə 

ziddiyyətlər, çəkişmələr və müharibə meydanından qaçaraq bu 

ərazidə məskən saldığı güman edilir. 



Kənd  əhalisinin məşğuliyyəti. Gözəl təbiəti, zəngin su 

hövzələri olan Xəlfələr kəndinin əhalisi tarixən heyvandarlıqla 

və  əkinçiliklə  məşğul olub. Yerli sakinlər müxtəlif heyvan 

növlərini inkişaf etdirməklə yanaşı, əkinçilik məhsullarının da 

istehsalını daim artırmağa müvəffəq olmuşlar. Burada taxıl-

çılıq, tərəvəzçilik, bostançılıq, arıçılıq kimi kənd təsərrüfatı 

sahələri bu gün də  kənddəki  əhalinin yaşayış  və qazanc 

mənbəidir. Lakin bağçılıq Xəlfələr kəndində  ən çox gəlir 

gətirən sahələrdəndir. Burada gilas, alma, armud və digər  əla 

növlü meyvə  ağacları ilə yanaşı, məhsuldar qoz və  fındıq 

ağacları da əkilib becərilir. 

Xəlfələr kəndində indi hamı sabaha böyük inamla baxır. 

Çünki kənddə tikilən fermalar, salınan yeni bağ sahələri 

gələcəyin iş yeri, qazanc mənbəi deməkdir. 




~ 94 ~

Dəvəçiçayın bu kəndin  ərazisindən axması, Çinarlar 

kəndi-  Şabran içməli su xəttinin bu yerdən keçməsi kənd 

əhalisini sevindirir, ona görə ki, bunların böyük təsərrüfat və 

sosial əhəmiyyəti vardır. 

 Məlumat üçün qeyd edək ki, tarixən Xəlfələr kəndi iki 

hissədən ibarət olub: 

Seyidlərin yaşadığı hissə.  Seyidlərin yaşadığı  Xəlfələr 

çayın sağ sahilində indiki kənd ümumi orta məktəbin 

arxasında yerləşib. Deyilənə görə  təqribən 100-150 il bundan 

əvvəl onların  əksər hissəsi başqa yerlərə köçüb gediblər. 

Xəlfələr kəndində yaşayan seyidlərin nəslindən Seyid Alının 

törəmələrini, Seyid Mahmud kişinin övladlarını, Mirələkbər 

kişinin oğlu Hacı Ağacavadı, onun qardaşlarını və başqalarını 

göstərmək olar. 



Qədim türk tayfalarının adları ilə adlandırılan məhəl-

lələr.  İkinci hissə isə çayın sol sahilindəki güneydə yerləşib. 

Bu yerdə yaşayanlar özlərini qədim türk tayfalarının adları ilə 

adlandırıblar. Məsələn: padarlar, mamaylılar və s. Lakin hər 

iki kəndin qəbiristanlığı  Xəlifə Seyid Əhməd pirinin ətrafın-

dadır. Yeri gəlmişkən açıqlayaq ki, qəbiristanlığın cənub 

tərəfində Yelikəsənlilərin,  şimal tərəfində  Xəlifəlilərin, qərb 

tərəfində isə İzmaralıların ölüləri dəfn edilir.  

Yeri gəlmişkən qeyd edək ki, Xəlifə Seyid Əhməd pirinin 

ətrafında üstü qədim yazılı daş kitabələr Xəlfələr kəndinin ulu 

keçmişindən xəbər verir və çoxdandır ki, tədqiqatçıların 

yolunu gözləyir. Xəlifə Seyid Əhməd piri haqqında topladığım 

aşağıdakı məlumatı oxuculara çatdırmaq istəyirəm: 



Xəlifə Seyid Əhməd piri.  Xəlfələr kəndində yerləşən 

Xəlifə Seyid Əhməd piri haqqında müxtəlif rəvayətlər 

mövcuddur. Demək olar ki, bu rəvayətlərin hamısı mistik 

xarakter daşıyır. Deyilənləri də  əsas götürsək, bu müqəddəs 

şəxs Bağdad xəlifələrindən olub. Ehtimallara görə islam dinini 

yaymaq məqsədilə bu yerlərdə döyüşlər zamanı həlak olub və 




~ 95 ~

bu torpaqda dəfn olunub. Bəşər tarixində dini yaymaq 

məqsədilə  baş verən belə  hadisələr çox olub. 

 HAŞİYƏ:  Bir təsadüf nəticəsində rayonumuzun Zeyvə 

kəndindəki pirdən son illərdə bir sənəd tapilib. Həmin 

sənədlərdə qocalmış bir sərkərdənin bu yerlərdə qalmaq üçün 

dövlətdən rəsmi icazə istəməsi göstərilib. Deyilənə görə həmin 

sərkərdə icazə aldıqdan sonra bu kənddə yaşayıb. Qocalıb 

dünyasını  dəyişdikdən sonra yerli əhali onun qəbrini 

ziyarətgaha çevirmişdir. 

Rayonumuzun Xəlfələr kəndindəki Xəlifə Seyid Əhməd 

piri kəndin yuxarı hissəsindəki təpəliklərin arasındadır. Sadə 

formada tikilmiş  sərdabənin içərisində iki məzar vardır. 

Ehtimala görə bu məszarların biri Xəlifə Seyid Əhmədə, 

ikincisi – həcmcə kiçik olanı isə onun oğluna məxsusdur. 

Zənnimizcə kəndın “Xəlifələr” adlanması da elə bu məsələ ilə 

bağlı olub. Deyilənə görə pirdən heç bir sənəd tapılmayıb. 

Lakin onun ətrafındakı qəbirlərin üzərində olan kitabəyə oxşar 

baş daşları bu pirin beş-altı yüz il bundan qabaq yarandığını 

deməyə əas verir. 

Görkəmli tarixçi, akademik Ziya Bünyadovun, tədqiqatçı 

alim M.Nemətovanın araşdırmalarına istinadən bu pirin 

yaranması haqqında müəyyən əsaslı nəticələrə gəlmək olar. 

 

 

 



 

 

 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə