Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə25/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   21   22   23   24   25   26   27   28   ...   124

~ 100 ~

yerləşmişdi. Sonralar tədricən bu kənd böyümüş, əhali və evlər 

artdıqca o kəndin törəmələri  Nohurlar torpağına üz tut-

muşlar. Oraya axın edərək bu torpaqda özlərinə yeni və böyük 

yaşayış məskəni salmışlar. 

Kəndin sərhədləri.  Nohurlar kəndinin sərhədləri bun-

lardır: Gömür kəndi, Zeyvə  kəndi,  Şəhərgah, Çinarlar, 

Qırasanq, Künçal, Ərəb Dəhnə ( İstisu) və s. 

Kəndin gölləri və bulaqları haqqında qısa məlumat. 

Mənim zənimcə, dünya xəritəsində elə bir kənd yoxdur ki, 

onun  ərazisində dörd göl, qırx bulaq olsun. Nohurlar 

kəndindəki bulaqların hətta bir neçəsi qoşa bulaqdır. Göllərə 

kənddə yaşayan  əhali tərəfindən aşağıdakı adlar verilib: 

Kəndin üst tərəfindəki gölə  Ağ nohur, kəndin alt tərəfindəki 

göllərə Qara nohur, Əyri Nohur, şimal tərəfdəki gölə isə 

Məçidi nohur. 



Kənd və onun məhəllələri barədə açıqlama.  Kənd 

məcburi qaydada rayon mərkəzinə köçürülənə qədər Nohurlar 

kəndində 350-400 yaşayış evi olub. Həmin vaxtlarda 400 fərdi 

təsərrüfatın fəaliyyəti qeydə alınıb. Kəndin Dəvəçi rayonu 

ərazisində  Ərəb Dəhnə,Yuxarı  Dəhnə  və Taxrakörpü adlı 3 

qışlağı olub. Kənddə L. Şmit adına kolxoz və orta məktəb 

fəaliyyət göstərib. Kəndin məhəllələri isə  aşağıdakı kimi 

adlanıb: 



Kundahar məhəlləsi – ağsaqqalı Nuşi kişi (Yəhyə 

müəllimin babası). 



Talalar məhəlləsi – ağsaqqalı Vaci kişi. 

Mərkəz məhəlləsi – ağsaqqalı keçmiş kəndxuda İbrahim 

kişi. 


Çuxuryurd məhəlləsi – ağsaqqalı Şahpələng kişi (Babaş 

müəllimin babası ). 



Tarixən kənd  əhalisinin məşğuliyyəti.  Nohurlar torpağı 

istər heyvandarlıq, istərsə  də  əkincilik üçün ən münbit 

ərazilərdir. Geniş bol təbii-vitaminli otlaq sahələri olan bu 



~ 101 ~

kənddə heyvandarlığın bütün sahələrini inkişaf etdirmək 

mümkün olub. Əkinçilikdən isə taxıl və digər dənli bitki 

əkinləri, bostan bitkiləri  əkilib becərilib. Bağçılıq, xüsusilə 

arıçılıq buranın gözəl təbiətini daha da gözəlləşdirib. Bir sözlə, 

dünyada elə bir bitki növü, nemət yoxdur ki, onu Nohurlar 

torpağında beçərilməsi və ya ərsəyə  gətirilməsi mümkün 

olmasın.  

“Nohurlar kəndinin torpağı kimi dünyanın heç yerində 

münbit torpaq yoxdur. Mən Ukraynada, Qazaxıstanda, Özbə-

kistanda, Qırğızıstanda və başqa yerlərdə turist gəzintisində 

olmuşam. Onlarda belə torpaq fondu yoxdur. “bu sözləri mənə  

həmsöhbətim Hacı Məmmədi kişi görüşümüzün axırında dedi. 

Kəndin tanınmış və adlı-sanlı insanları. Kənddən yetiş-

miş layiqli insanlar çoxdur. Lakin bu insanların hamısını 

soraqlaşıb, cəmləşdirib bu kitaba daxil etməyə bizim vaxtımız, 

maddi və texniki imkanımız yoxdur. Biz  onlardan yalnız bir 

neçəsinin adını bu kitaba daxil etməyi məsləhət bildik: 

Güləli Məmmədov  - keçmiş tarixçi və ilahiyyatçı müəl-

lim (Bu məktəbin sabiq müəllimi Mütəllim müəllimin atası); 



Soltanəli Nifdinov - kəndin keçmiş  ağsaqqalı  və din 

adamı; 


Hacı Fəttah kişi- kəndin keçmiş ağsaqqalı və ziyalısı ; 

Nurməhəmməd kişi- kəndin keçmiş xeyriyəçısi (indi 

Şabran şəhərində yaşayan fotoqraf işləyən Məmmədin babası); 



Əmrəli Beydullayev –Dəvəçi  şəhər ZDS İK-nin sabiq 

katibi; 


Nurayət Qəhrəmanov – adlı-sanlı  iş adamı  və xeyriy-

yəçi; 


Məmməd Beydullayev- hərbi general və başqaları. 

 

 



                                          

 

 




~ 102 ~

 

 

 

 

 

 

 

III BÖLMƏ 

 

 

“HARA GEDİR BU DÜNYA”?.. 

 

 

Zakir, ömrü keçir sayıq, 

Adın var özünə layiq. 

Yaşa gecə-gündüz ayıq 

Olma “qazı” bu dünyanın. 

 

 

 

         

 

 

 

     

 

 


~ 103 ~

DÜNYA MÜDRİKLƏRİN GÖZÜ İLƏ 

 

“Su gələr, axar gedər, 



Bəndləri yıxar gedər, 

Dünya bir pəncərədir. 

Hər gələn baxar gedər.” 

  (Atalar sözü ) 

 

Ensiklopediyada dünya sözü kainat, yer kürəsi, yer üzü, 



aləm, dünyanın qitələri və sair bu kimi çoxlu mənalarda 

işlədilir. Lakin araşdırma apardıqca görürük ki, dünya 

sözündən təkcə texniki, iqtisadi, siyasi, tarixi mənbələrdə 

deyil, bədii ədəbiyyatda da daha geniş və müxtəlif mənalarda 

istifadə olunur. Mən hələ  hər bir insanın daxilində özünə xas 

olan daxili dünyanın və  fərdi,özünə  məxsus elmi, fəlsəfi, 

siyasi, hüquqi, əxlaqı, estetik və sair dünya görüşünün 

olduğunu demirəm. 

Müdriklərdən biri dünyamızdakı  həyatı  səhnəyə, 

insanları isə artistə bənzədib. Doğrudan da bu dünyada hər kəs 

öz rolunu bildiyi və bacardığı kimi oynayır. Kimisi 

“Tərəkəmə” rəqsində olduğu kimi sürətlə hərəkət edir, kimisi 

isə ağır rəqslərdəki kimi heç yerə tələsmirmiş kimi öz keyfi, öz 

məzəsi ilə oynamağında davam edir. Gəlin söyləyəcəyim bu 

iki məşhur atalar sözünü də yadımıza salaq: “Dünya 

çalışanların  əlindədir ”və “Səndən hərəkət, məndən bərəkət.” 

Şair özü də bu mövzuya dair öz poyetik düşüncələrini belə 

bildirib: 

 

“Yeyə bilənlərə bir tikə quyruq, 



Yeyə bilməyənə yavandı dünya.” 

 

     

 

 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə