Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə33/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   29   30   31   32   33   34   35   36   ...   124

~ 133 ~

dünya elə əvvəlki dünyadır. 

Deyəsən bu dünyadan gedən yalnız günlər, illər və bu 

günləri, illəri yola salan insanlardır. Deməli heç kim üçün 

yaşadığımız bu dünyada əbədi həyat yoxdur. Bunu arzulamaq 

isə boş-boş xülyadan başqa bir şey deyil. Doğrudur çox 

loğmanlar, dahi alimlər, keçmiş  şahlar və  sərkərdələr “dirilik 

suyu” deyilən o dərmanı  əldə edib, əbədi yaşamaq istədilər. 

Lakin çox yaşamaq o yana qalsın, heç orta yaşa qədər də ömür 

sürə bilmədilər. Necə ki, dünyanın çox hissəsini zəbt etmiş 

sərkərdə Makedoniyalı  İskəndər 33 il yaşadığı kimi. Deməli, 

dünyaya bel bağlayıb arxayınlaşmaq olmaz. Vaxtı  və ya 

növbəsi çatan bütün insanlar bu dünyaya bir-bir “xüdahafis”! – 

deyib getməlidirlər. 



RƏVAYƏT: Belə nəql edirlər ki, bir qoca kişini Əzrayıl 

çoxdan çalışsa da tuta bilmirdi. Bir gün nəhayət çoxbilmiş quş 

dimdiyindən tələyə düşən kimi qoca da yaman tələyə düşüb. 

Əzrayıl onun qabağını kəsib deyib ki, “ay qoca, ayıbdır az ora-

bura qaçıb məndən gizlən, küçələri az dolan. Bax, sənə 

axırıncı  dəfə tapşırıram: Bu saat get evinə arvad-uşağına 

vəsiyyətini elə, hazırlaş, mən də sizə  gəlirəm. Artıq bu gün 

vaxtın tamamdır, canını alacağam. 

Əzrayıldan sonuncu hədəni eşidən qoca kişi qaça-qaça 

evinə  gəlib. Tapşırığa hazırlaşmaq  əvəzinə yenidən bicliyə  əl 

atıb. Həyat yoldaşını çağırıb: “Arvad, atangilə gəzməyə gedir-

sən, yaxşı paltarlarını gətir əyninə geyin”. Özü isə hardansa bir 

dəst cındır paltar gətirib əyninə geyinib gözləyir.  

Bir az keçəndən sonra Əzrayıl dediyi vaxtda gəlib yetişir. 

Kişi artıq qurtuluş yolunun bağlandığını görüb Əzrayılın 

ayaqlarına yıxılıb tülkü nəvazişilə ona yaltaqlanaraq deyir: 

“Cənab  Əzrayıl, arvadım səhərdən geyinib- kecinib, bəzənib 

sızin yolunuzu gözləyir”.  

Əzrayıl cavabında: “Hələ onun vaxtına, yəni növbəsinə 

çox qalıb. Bu gün isə  sənin növbəndir. Məni çox incitdiyinə 




~ 134 ~

görə  səbrim yaman tükənib. Elə bu paltarda da gözümə pis 

görünmürsən, geyimini dəyişməsən də yarayar. Bir də  məni 

yubandırma, hələ axşama qədər çox yerlərə getməliyəm “. 

Əzrayıldan imdad istəyən, lakin nəticədə heç bir kömək 

görməyən qoca qorxudan dərhal canını tapşırır.  

Əziz oxucum! Dünya mövzusu o qədər geniş bir 

mövzudur ki, bir kitaba sığan  şey deyil. Lakin mən bu 

mövzunu son illərdə  qələmə aldığım “İstəmirəm məhəbbətsiz 

yaşamaq” və “Dünyamızı qoruyaq” şeirləri ilə bitirməyi 

məsləhət bildim. Çünki biz susuz, çörəksiz bir neçə gün yaşaya 

bilərik. Ancaq ümidsiz yaşaya bilmədiyimiz kimi sevgisiz

məhəbbətsiz də bir an belə yaşaya bilmərik. Ona görə  də biz 

onları qorumağa çalışmalıyıq. Aşağıdakı şeirlərimdə tərənnüm 

etdiyim kimi: 

    

İSTƏMİRƏM MƏHƏBBƏTSİZ YAŞAMAQ 

 

Sevgi dolu bir dünyadır həyatım, 

Haqdan doğur nəğmələrim, bayatım. 

Mən sevgisiz necə qalxım, boy atım? 

Ağır yükdür, çox çətindir daşımaq. 

İstəmirəm məhəbbətsiz yaşamaq. 

 

Məhəbbətin yolları var gözümdə, 



Keçənlərin izi qalar gözümdə . 

Mənə yaxın doğma olan gözümdə  

Nəsibimdir daim sevib oxşamaq 

İstəmirəm məhəbbətsiz yaşamaq. 

 

Ömür mənə yaradandan pay gəlib



Tanrı eşqi öz payına tay gəlib. 

Həyatıma il yazmağa ay gəlib, 

Nəyə lazım ömürləri daşlamaq. 

İstəmirəm məhəbbətsiz yaşamaq. 




~ 135 ~

Yaranışın özəyidir məhəbbət, 

İnsanların bəzəyidir məhəbbət. 

Şairlərin söz meyidir məhəbbət, 

Qəlbdən silib olmur onu boşlamaq. 

İstəmirəm məhəbbətsiz yaşamaq. 

 

Günü-gündən qloballaşan dünyamızın insanların sevgi-



sinə, köməyinə böyük ehtiyacı var. Biz dünyadan ikiəlli 

yapışmalı, onu möhkəm-möhkəm qorumalıyıq. Əgər qoruma-

saq onda ana təbiətin özü, o cümlədən qlobal istiləşmə, daş-

qınlar, tufanlar, fırtınalar, zəlzələlər, vulkan püskürmələri və s. 

kimi təbiət hadisələri bu günkündən daha ciddi xarakter ala 

bilər: 


 

DÜNYAMIZI QORUYAQ 

 

Daşqınlar, uçqunlar, amansız sellər, 



Vulkanlar, tufanlar və zəlzələlər. 

Fəlakət gətirir eh... nələr, nələr 

Yatmayaq, insanlar, olaq biz oyaq, 

Dünyamızın tarazlığın qoruyaq. 

 

Qüdrətli  ölkələr silah oynadır, 



Ara qarışdırır, qazan qaynadır. 

Təbiət hamıya axı anadır, 

Heç insaf deyil ki, onu tək qoyaq, 

Dünyamızın tarazlığın qoruyaq. 

 

Yer üzündə gözəl həyat solmamış, 



Nə qədər ki axırbəşər olmamış. 

Təbiət qisasın bizdən almamış, 

Gəlin onun yaraların sarıyaq, 

Dünyamızın tarazlığın qoruyaq. 




~ 136 ~

Qlobal istilik, qasırğa, tufan, 

Aramsız yağışlar verməyir aman. 

Gec olar fəlakət yetişən zaman, 

Vaxtı itirmədən gəlin bir olaq 

Dünyamızın tarazlığın qoruyaq. 

 

Təbiət anadır, acığı tutur, 



Övlada hirslənir, aləmi qatır, 

Bəlkə də, yuxudan bizi oyadır, 

İstəyir hər zaman işə yarıyaq 

Dünyamızın tarazlığın qoruyaq. 



 

 

  

 

 

 

 

 

 

     

 

 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə