Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə31/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   27   28   29   30   31   32   33   34   ...   124

~ 125 ~

olmadan həmin təsərrüfata yaxşı baxmaqla yanaşı, dərslərimi 

də əla oxuyurdum. Dərs əlaçısı idim. 

1960-cı ildə qardaşım kənddəki ikimərtəbəli evi satdı. 

Mən də kənddə V sinifdə dərslərimi yekulaşdırıb yay tətilində 

rayon mərkəzinə köçdüm. O vaxtdan kənd həyatına birdəfəlik 

“əlvida” dedim. 

       

UZAQ OLAQ BİZ 

 

Tanrı gətirəndə dünyaya bizi, 



Saf, təmiz yaratdı ürəyimizi. 

Gül-çiçək bəzəsin diləyimizi, 

Zərərli vərdişdən uzaq olaq biz. 

Yararsız hər işdən uzaq olaq biz. 

 

Bəzən qəlbə girər şeytani hisslər, 



Şeytan da insana min kələk gələr. 

Tövbələr eləyib hər axşam-səhər 

Zərərli vərdişdən uzaq olaq biz. 

Yararsız hər işdən uzaq olaq biz. 

 

Su tökməklə quyu sulu olarmı, 



İnsan öz nəfsinin qulu olarmı? 

Haram pul yığmaqla pulu olarmı? 

Zərərli vərdişdən uzaq olaq biz. 

Yararsız hər işdən uzaq olaq biz. 

 

Biz əziz qonağıq qoca dünyada, 



Qəlbə kin yükləyib həddən ziyada 

Gəlin qısa ömrü verməyək bada 

Zərərli vərdişdən uzaq olaq biz. 

Yararsız hər işdən uzaq olaq biz. 

 

 



~ 126 ~

Şadlıqdan, fərəhdən biz eynək taxaq, 

Dünyanın üzünə sevinclə baxaq. 

Nə lazım su kimi hər yana axaq, 

Zərərli vərdişdən uzaq olaq biz. 

Yararsız hər işdən uzaq olaq biz. 

 

Paxıllıq dönübdür böyük bəlaya, 



Çoxunu salıbdır nahaq davaya. 

Kini, küdurəti ataq havaya, 

Zərərli vərdişdən uzaq olaq biz. 

Yararsız hər işdən uzaq olaq biz. 

 

Gəlin gəlbimizi saxlayaq dincə, 



Ona məlhəm olsun sağlam düşüncə. 

Bununçun çalışaq, hər şeydən öncə 

Zərərli vərdişdən uzaq olaq biz. 

Yararsız hər işdən uzaq olaq biz. 

 

Zakir, çox gözəldir, inan bu dünya, 



Saf ömür bənzəyir busata-toya. 

Çalışaq şad günlər gəlməsin saya 

Zərərli vərdişdən uzaq olaq biz. 

Yararsız hər işdən uzaq olaq biz. 

 

 

HƏYATIMIN ŞABRAN (KEÇMİŞ DƏVƏÇİ) ŞƏHƏRİ 



DÖVRÜ VƏ YA 40 İL TƏHSİLLƏ BİRGƏ YAŞANAN 

ÖMRÜN İLK BAŞLANĞICI 

 

Kənddən gətirdiyim təhsil sənədlərimi o vaxtlar “Nacı 



müəllimin məktəbi” kimi ad çıxarmış keçmiş S.M.Kirov adına 

Dəvəçi qəsəbə orta məktəbinə verdim. 

Bir neçə gündən sonra yeni dərs ili başlandı. Sevincimin 



~ 127 ~

hədd-hüdudu yox idi. Əvvəlcə bizim üçün keçmiş  Dəvəçi 

əyani və qiyabi orta məktəbin həyətində olan ikimərtəbəli 

binanın ikinci mərtəbəsində darısqal bir sinif ayırdılar. Binanın 

ikinci mərtəbəsinə qalxmaq üçün qoyulmuş pilləkən olduqca 

darısqal, ensiz, bir sözlə yöndəmsiz olduğuna görə pillələri 

güclə qalxırdıq.  Şagird yoldaşlarım hamı sinifdəki partalarda 

üç-üç otururdular. Məktəbdə yer olmadığına görə bəzi dərsləri 

isə keçmiş Kommunist küçəsində yerləşən Pioner və məktəb-

lilər evinin otaqlarında keçirdik. Altıncı sinfin ilk ayını beləcə 

yola saldıq. Nəhayət həmin ilin oktyabr ayında bizim sinif 

üçün məktəbin  əsas binasının keçmiş V.İ.Lenin küçəsinə 

baxan hissəsində ayrıca bir otağı ayırdılar.  

Otaq nə otaq, geniş  və  işıqlı bir guşə. Bura artıq kənd 

deyildi. Bu məktəbdə mənə rayonun qaymaqları dərs deyirdi. 

Tarixdən Nurbala Quliyev, ədəbiyyatdan Bəşir  Şükürov, 

riyaziyyatdan Həsən Cəbrayılov, rus dilindən Baba Muradəli-

yev,  əmək təlimindən Qulu Pirquluyev, bədən tərbiyəsindən 

Bağır Əliyev və başqa müəllimlərimin dərslərinə hər gün hazır 

gəlirdim. 

Sinifdəki pəncərələrimiz Bakı-Dərbənd yoluna baxırdı. 

Əyləşdiyim parta isə düz pəncərənin qabağında idi. 15 gündən 

sonra sinfimizdə çuqun pilətələrdəki daş kömür yandıqca sanki 

sinifmizə yaz-yay havası gəlirdi.  

Lakin açığını deyim ki, məni pəncərədən tez-tez çölə 

baxmaq adəti hələ də tərk etməmişdi. Yenə fürsət tapan kimi 

dərsə heç bir maneçilik törətmədən pəncərədən çölə baxardım. 

Küçədə müxtəlif markalı maşınlar sürətlə  şütüyüb keçirdilər. 

Bəzən maşınların mühərriklərinin və ya fitinin səsindən qulaq 

tutulurdu.  Şosse yolunun kənarındakı  səkilərlə bazara, işə  və 

digər yerə  tələsən adamların yeyin addım səsləri, bəzən isə 

ucadan danışıqları  hərdən sinfimizdəki sakitliyin ahəngini 

pozurdu. 

Bir yağışlı payız günü idi. Bütün şagirdlər və müəllimlər 




~ 128 ~

məktəbə  dərsə  tələsirdilər. Mən də yağışda islanmamaq üçün 

iti addımlarla məktəbə sarı gedirdim. Küçədə sinif otağımızın 

pəncərəsinin qabağına çatanda pəncərəmizi tanıyıb qeyri- iradi 

olaraq ayaq saxladım. Kiçik yasəmən ağacının yanından 

sinifmizə baxdım. 

Elə bil bu dəmdə  xəyal quşum məni ovsunlayıb öz 

qoynuna aldı. Mən yağışın yağmasını tamam unutdum. Don-

muş  vəziyyətdə sinfimizə  tərəf baxmağa başladım. Sinfimiz 

yerləşən otaqda sanki bir parlaq ulduz yanırdı. Bu ulduzun 

işiğı otağa sığmadığına görə  pəncərədən güclü işıq seli kimi 

küçəyə yayılırdı. Bu mənzərəni görən kimi mən  əvvəlcə 

çaşdım. Sanki sinifimizin yerini səhv salmışdım. Kənara 

çəkilib yoluma davam edib məktəbə girmək istədim. Lakin 

yenə xəyallar yolumu kəsib mənə getməyə imkan vermədi.  

Bu dəfə mən bir az da səkinin kənarına gəlib iti gözlə və 

diqqətlə yenidən sinfimizə baxdım.  Şagird yoldaşlarımın 

hamısını tanıdım. Onlardan bir neçəsi hətta pəncərədən mənə 

tərəf baxırdı. Heç on saniyə keçməmiş  mən xəyallar 

dünyasından ayrıldım. Yenidən sinfə tərəf baxanda nə ulduzu 

gördüm, nə də şagird yoldaşlarımı. 

Yalnız indi mənə aydın oldu ki, sinif otağımızdakı 

yanan o ulduz bizə öyrədilən elmin, təhsilin parlaq işığıy-

mış. Deməli,sən demə, bizə öyrədilən elm, nəinki bir otağa, 

bəlkə də heç on otağa da sığmazmış. Sinifdə öyrədilən hər 

söz, yazılan hər cümlə  təkcə otaqları deyil, yüzlərlə, 

minlərlə insanların həyat yoluna işıq saçaraq onları aydın 

sabaha aparır. Mayak kimi yolumuza nur salan elm və 

təhsilin işığı isə bizi qaranlıqdan, cəhalətdən, nadanlıqdan 

və pis-pis vərdişlərdən və əməllərdən qorumaq üçündür. 

Elə bil qəflət yuxusundan ayıldım. Xəyallarım da artıq 

məni tərk etmişdi. Baxıb gördüm ki, küçədə çox dayandığıma 

görə yağış  məni tamam isladıb. Üstümün yağış sularını 

çırpdım. Yan- yörəmə baxıb bir qədər utandım. Lakin özümü 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə