Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə27/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   23   24   25   26   27   28   29   30   ...   124

~ 108 ~

adlı ali hiss haqqında  şairin fikrini bədii formada necə ifadə 

etməsi ilə tanış olaq: 

 

“Məhəbbət gənc qalır, ölmür dünyada, 



İnsanlar qocalıb, tələf olsa da.” 

 

C.Bayron isə ailəyə, qadına münasibət, məhəbbət və 



tərbiyə məsələsi haqqında öz düşüncələrini bədii rəng çalarları 

ilə belə tərənnüm etmişdir: 

 

“Dünyanın hər neməti yalnız sevənlərindir. 



Sevənlərçin əzab da, iztirab da şirindir.” 

 

Azərbaycanın dahi bəstəkarı, publisist-dramaturqu 



Üzeyir Hacıbəyov (1885-1948) insani keyfiyyətlərdən söhbət 

açarkən belə bir kəlam işlədərək: “Dünyada ən alçaq sifət-

lərdən birisi cürətsizlikdir. Cürətsiz adam heç bir təşəbbüsə 

müvəffəq olmaz” - demişdi. 

Dostluq haqqında dünyada dahilər gələcək nəsillər üçün 

bir-birindən çox qiymətli sözlər yazıb qoyublar. Roma natiqi, 

şairi və siyasi xadimi Mark Tuli Siseron (e.ə. 106-43) deyib ki: 

” Dünyada dostluqdan gözəl şey yoxdur, onsuz yer üzü sanki 

günəşdən məhrum olardı.” 

Alman  şairi və mütəfəkkiri  İohann Bolfqanq Götenin 

(1749-1832) isə dostluq haqqında belə bir məşhur deyimi var: 

“Kim dünyada dostlarını tanımırsa, onun özü də tanınmağa 

layiq deyil.” 

Alman filosofu Lüdviq Feyerbax (1804-1872) bəşər 

övladı sayılan insanın həmişə fəaliyyətdə olmasını arzulayaraq 

öz fikrini belə açıqlayıb: “Dünya boş-bekar adam üçün 

heçdir.” 

Azərbaycan  şairi Məmmədhüseyn  Şəhriyar zəhməti 

tərəqqinin başlanğıc yolu hesab edərək belə yazırdı: 



~ 109 ~

“Dünyada ən gözəl şah əsərləri 

Yaratdı zəhmətin cəsur əlləri, 

Zəhmətə arxalan, işə güvən sən, 

Budur tərəqqinin yolu əzəldən!” 

 

Rus yazıçısı Maksim Qorki (1868-1936) isə  zəhməti, 



əməyi insan həyatının  ən yüksək meyarı kimi belə 

qiymətləndirirdi: “Əmək dünyada bütün yaxşılıqların başlan-

ğıcı, bütün sevinclərin mənbəidir.”  

Amerikanın dövlət xadimi Aleksandr Hamilton (1757- 

1804) bəşəriyyətin qızıl tacı sayılan insana yüksək dəyər 

verərək belə demişdi: “Yer üzündə  ən böyük varlıq insandır, 

insanda isə  ən qiymətli  şey müdriklikdir.” Tacik şairi Abu 

Abdulla Rudəkinin (860-941 ) bir şerindən gətirdiyim nümunə 

ürəkləri kövrəltsə  də  şair insanın bu dünyada “bir qonaq” 

olduğunu bədii ştrixlərlə göstərməyə çalışıb: 

 

“Dünya mehmanxana, sənsə bir qonaq, 



Əbədi deyil ki, şadsan da indi. 

Bir gün torpaq altda uyuyacaqsan 

Zər –xara üstündə yatsan da indi.” 

 

 



 

 

 



 

İngilis  şairi Alfred Tennison (1809-1892) atalar sözləri 

haqqında belə bir fikir söyləyib: “Atalar sözləri - şəhadət 

barmağında parlayan qiymətli üzükdür ”. 

Şair təfəkkürlü Azərbaycan xalqı ta qədimdən dünya 

haqqında çoxlu atalar sözü yaradıb. Kitabın həcmi və texniki 

imkanları yol vermədiyinə görə bu yazıda mən yalnız onlardan 

bir neçəsini nümunə göstərəcəyəm: 

 

Dünya dediyin bir bağdır, hər gələn bir ağac əkib gedər. 



Dünya kasıba zindandır, varlıya meydan. 

Dünya bir nərdivandır, biri çıxar, biri düşər. 

Dünyada bir pislik qalar, bir də yaxşılıq. 



~ 110 ~

Dünyada ən zor iş anlamaza söz anlatmaqdır. 

Dünyada oğul toyundan şirin heç nə ola bilməz. 

Dünyada üç şey gördüm: oldum, evləndim, öldüm. 

Dünyanın  ən bəxtiyar insanı kimsəyə möhtac 

olmayandır. 

Dünyanın ən böyük neməti cansağlığıdır. 

Dünyada gözəlliyin olunca, zərrəcə bəxtin olsun. 

Dünya haqqında yazmaq, lakin dünyanın gözəlliklərin-

dən söhbət açmamaq heç insafdan deyil.Yaşadığımız dünya 

başdan-başa gözəlliklər məskənidir. Ancaq burada bir iş var ki, 

gərək dünyada olan bu gözəllikləri həm görə, duya həm də 

qoruya biləsən. Gözəlliyi gözlə gördün, lakin duya bilmədin 

buna görmək deməzlər, duydun, ancaq görə bilmədin yenə 

buna tam duymaq deməzlər. Gözəlliyi qorumaq  da vacıbdir. 

 Dünyamız başdan-ayağa gözəlliklərə bürünüb. Bu fü-

sunkar gözəlliyin mənbəi isə Allah Taalanın yaratdığı Ana 

Təbiətdir. Təbiət təkcə dağlardan, dərələrdən, ağaclardan, gül-

lərdən və çiçəklərdən ibarət deyil. Təbiətdəki  əsrarəngiz 

gözəlliklərdən söhbəti başlayıb onu sona çatdırmaq bir ömrə 

sığmaz. Bu gözəlliklərin hamısını isə  vəsf etmək bir kitaba 

sığan məsələ deyil. Təbiət gözəlliyi çox geniş bir anlayışdir. 

İnsan övladı özü də təbiətin bir hissəsidir. Duya bilənlər üçün 

gözəl insan təbiətin yaratdığı ən nadir gözəlliklərdən biridir. 

Dünyanın ən məşhür heykəltaraşları yaratdıqları heykəl-

lərin, mahir rəssamları  çəkdikləri məşhur tabloların, dünya 

ədəbiyyatına öz şeiri, qəzəli və digər  ədəbi janrları ilə ölməz 

xəzinə bəxş etmiş şairlərimizin əsərləri əsas mövzusunu məhz 

təbiətdən götürüblər. Öz yaradıcılıqları dövründə  təbiət 

mənzərələrinin gözəlliklərini bədii cəhətdən təsvir etməyə 

çalışıblar. 

HAŞİYƏ:  Gözəllik haqqında gənclik illərimin ilk çağ-

larında eşitdiyim, lakin müəllifinin adını unutduğum bir fikri 

oxuculara çatdıracağam. O belə yazırdı: “Dünyada gözəllik 



~ 111 ~

çoxdur. Lakin qadın gözəlliyi qədər heç nə yoxdur.” Bu sözün 

doğru olmasını sübuta yetirmək üçün ciddi yoxlama aparmağa 

zənnimcə ehtiyac yoxdur. Yalnız bunun üçün şairlərimizin, 

rəssamlarımızın, heykəltəraşlarımızın, bəstəkarlarımızın bu 

gözəlliyi vəsf edən nadir və dünya şöhrəti qazanmış əsərlərini 

nəzərdən keçirmək kifayətdir. 

 

 



 

 

“DÜNYA SƏNİN, DÜNYA MƏNİM,  



DÜNYA HEÇ KİMİN” 

 

Bu kitabda dünya haqqında yazmaq, lakin Azərbaycan 

xalq  şairləri Məmməd Araz və  Bəxtiyar Vahabzadə 

yaradıcılığına müraciət etməmək çox insafsızlıq olardı. Başqa 

yol seçmək üçün çox götür-qoy eləsəm də  mənim bu iki 

sənətkar poyeziyasına olan məhəbbətim və sevgim mənə özgə 

addım atmağa heç cür imkan vermədi. 

Hər iki şairin dünya mövzusuna aid çoxlu şeirləri var. 

Lakin bu kitabın həcmi imkan vermədiyinə görə  mən yalnız 

həmin şeirlərin bir neçəsindən qısa parçaları oxuculara təqdim 

etməyi özümə borc bildim. 

“Dünya sənin, dünya mənim... “şeirində M. Araz yazır: 

 

“Bir taleyin oyununda cütləşmiş zərik, 



Yüz il qoşa atılsaq da qoşa düşmərik. 

Bir zərrənin işığına milyonlar şərik, 

Dünya sənin, 

Dünya mənim, 

Dünya heç kimin...” 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə