Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə39/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   35   36   37   38   39   40   41   42   ...   124

~ 154 ~

edilmişdi.  Əvvəlki təhsil sistemi tamamilə  ləğv olunmuşdu. 

İslam dinini, mədəniyyətini və qayda-qanunlarını  təbliğ edən 

yeni dini məktəblər yaradılmağa başlanmışdı. 

İslam dinini Azərbaycana, o cümlədən  Şabrana yaymaq 

məqsədilə bu ərazilərə ali savadlı ruhanilər və axundlar 

göndərilirdi. Bu din adamları Şabran ərazisinə gəldikdən sonra 

özlərinə ev-eşik tikərək burada daimi məskunlaşmışdılar.  

Həmin ruhanilər və axundlar Şabranda və onun ətraf 

kəndlərində dini məktəblər açmış, uşaqlara və  gənclərə  ərəb 

dilində  dərs keçmiş, onlara əlifbanı, oxumağı, yazmağı  və 

şəriət qayda-qanunlarını öyrətmişdilər. Beləliklə yerli əhali 

həmin din adamlarından təhsil aldıqca onlarla mehriban olmuş, 

sakit və səmimi şəkildə birgə yaşamağa qərar vermişdilər. Bu 

ruhanilər və axundlar,yəni müəllimlər təkcə  dərs deməklə 

kifayətlənməyirdilər. Onlar Şabranın, eləcə  də  kənd-kəsəyin 

bütün xeyr-şərində  iştirak etmiş, dəyərli məsləhətlərilə 

camaata köməklik göstərmişdilər.  İllər keçdikcə bu din 

xadimləri yerli əhalinin sevimlisinə çevirilərək el içində böyük 

hörmətə və yüksək nüfuza malik olmuşdular. 

İllər ötmüş,  Şabran torpağına gələn həmin din adamları 

yaşa dolaraq qocalmış, nəhayət yaşlı olsalar da Şabrandan öz 

vətənlərinə qayıtmaq istəməmişlər. Bu yeri özlərinə  vətən 

hesab edərək burada da öz dünyalarını dəyişmişlər. Onlar özlə-

rinin vəsiyyətlərinə görə  Şabran torpağında da dəfn olun-

muşlar. Yerli Şabran əhalisi isə bu din adamlarının məzarlarını 

özlərinin bir inanc yerinə-ziyarətgaha çevirmişlər. Bu günə 

qədər  Şabran  əhalisi, Azərbaycanın başqa  ərazilərindən 

gələnlər hər il bu uluların məzarlarını ziyarət edirlər. 

İndiyə kimi Şabran  ərazisində  məzarları qalan belə din 

adamlarına  Şabrandan (keçmiş  Dəvəçikənddən) Seyid 

Əmiraslanı, Qələgahdan İbrahim Əfəndini, Pirəbədildən Seyx 

Pirəbədəli, Gömür kəndindən  Şeyx  Əzizəddini, Xəlfələr 

kəndindən Xəlifə Seyidəhmədi və digərlərini göstərmək olar. 




~ 155 ~

XIX əsrin sonu, XX əsrin əvvəllərində Şabran ərazisində- 

keçmiş  Dəvəçibazarda, Gəndovda, Uqahda, Qələgahda, Pirə-

bədildə, Çölquşçuda, Zöhramıda,  Ərəblərdə, Orta Əmirxan-

lıda, Çuxurazəmidə və başqa kəndlərdə mükəmməl ibtidai dini 

təhsil verən məktəblər açılaraq fəaliyyət göstərərdi. Bu dini 

məktəblərdə xaricdə  və ya Azərbaycandakı  mədrəsələrdə 5 il 

ali dini təhsil almış müəllimlər (əfəndilər, axundlar) dərs 

deyirdilər. Belə müəllimlərə Qələgahdan Abdulvahab Əfəndi-

nin, Zöhramıdan Cəmaləddin Əfəndinin, Uqahdan Şəmsəddin 

Əfəndinin, Çölquşçudan Hacı  Kərim  Əfəndinin, Dəvəçikənd-

dən (indiki Şabran  şəhəri) Molla Heydərqulunun, Cuxurazə-

midən Camal Əfəndinin və qeyrilərinin adını qeyd etmək olar. 

Məşhur tədqiqatçı alimlər göstərir ki, XII-XVIII əsrlərdə 

qədim  Şabran  şəhərində böyük Cümə  məscidi olub. Tarixçi 

alimlər isə sübut edir ki, belə Cümə  məscidləri o dövrlərdə 

yalnız böyük şəhərlərə  məxsus olardı. Oradakı  məscidin 

nəzdində  də dini məktəblər və  mədrəsə  fəaliyyət göstərirdi. 

Şabranla  əlaqədar aparılan çoxsaylı  tədqiqatlarda sübuta 

yetirilib ki, Azərbaycanın böyük şəhərlərində olduğu kimi, 

Qədim  Şabranda da təhsil eyni olmaqla çox zəngin tarixi 

inkişaf yolu keçmişdir. 

Buradakı Cümə  məscidinin yanında mədrəsədən  əlavə 

yaradılmış  məhəlli məktəblər-mollaxanalar dini təhsilin inki-

şafında mühüm rol oynayıb. Qədim Şabran haqqında arxeoloji, 

elmi və tarixi araşdırmalardan aydın olur ki, təhsil, məktəb, 

yazı, mükəmməl savad olmadan şəhərdə dünya miqyaslı 

ticarəti rəsmiləşdirmək və onu idarə etmək heç vaxt  həyata 

keçə bilməzdi. 

Elmi sübutlar təsdiqləyir ki, yüksək təhsil almadan 

Şabranlılar bu qədər dünya şöhrəti qazana bilməzdilər. Dahi 

Nizami Gəncəvinin “İskəndərnamə” əsərində Şabran haqqında 

məlumat verilir. Bundan əlavə görkəmli Azərbaycan  şairləri 

Əfzələddin Xəqani və Fələki (Səmavi) Şirvaninin əsərlərinə də 




~ 156 ~

Şabran haqqında bir sıra dəyərli məlumatlar daxil olub. 

Arxeoloji və tarixi araşdırmalar göstərir ki, XII-XVIII əsrlər 

ərzində burada təhsillə yanaşı islam mədəniyyətinin bir çox 

sahələri, o cümlədən idman oyunları, ədəbiyyat, musiqi sənəti 

və başqa sahələr dəyərincə inkişaf mərhələsi keçib. 



Şabranda dünyəvi təhsilin yaranması  və inkişafı. 

Şabranda (keçmiş Dəvəçi) dünyəvi təhsilin bünövrəsi 1914-cü 

ildə qoyulub.  Həmin ildə  Şabran (keçmiş  Dəvəçi) rayo-

nunda ilk dəfə olaraq böyük rus çarı II Nikolayın fərmanı 

ilə Pirəbədil kəndində 5-illik rus-tatar məktəbi açıldı. 

01 sentyabr 1914-cü ildə kəndin bütün sakinləri, o cüm-

lədən ağsaqqallar, ziyalılar və  gələn qonaqlar sanki təntənə 

içində idilər. Kənd yaranan vaxtdan bu cür bayram, sevincli və 

şən ovqatlı gün görməmişdi. Bu, sadə məsələ deyildi, məktə-

bin açılmasına şəxsən rusiya çarı II Nikolay özü imza atmışdı. 

Məktəbdə  dərslər Azərbaycan və rus dillərində keçirilirdi. 

Həmin dərs ilindən  indiki  Şabran rayonunun Kilvar 



kəndində  də ikinci 5-illik rus-tatar məktəbi  açılaraq 

fəaliyyət göstərirdi. 



1922-ci ildə indiki Şabran (keçmiş  Dəvəçi) rayonu 

ərazisindəki Dəvəçibazarda 5-illik təhsil verən üçüncü 

məktəb açıldı. Bu məktəb indiki Şabran (keçmiş  Dəvəçi) 

şəhəri ərazisində ilk dünyəvi məktəb idi. 



1930-cu ildə respublikamızda rayonlaşma siyasəti 

həyata keçirildi. Dəvəçi ayrıca rayon statusu aldı.  Rayon 

Xalq Maarif Şöbəsi təşkil edildi. Bununla rayonumuzda 

tədrisin gələcək inkişafı üçün yaxşı zəmin yarandı.  

1934-cü ildə Pirəbədil kənd və  Dəvəçibazar 5-illik 

məktəbləri yeddillik təhsilə keçdilər. Bu, rayonda gedən 

maarifçilik hərəkatına böyük dəstək oldu. 



1937-ci ildə  Dəvəçibazar və Pirəbədil kənd yeddillik 

məktəbləri orta məktəbə çevrildilər

Bu gün məktəbin tarixini yazarkən bir daha mənə məlum 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə