Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx


RESPUBLİKAMIZDA 1990-2005-Cİ İLLƏRDƏ



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə38/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   34   35   36   37   38   39   40   41   ...   124

~ 151 ~

RESPUBLİKAMIZDA 1990-2005-Cİ İLLƏRDƏ  

TƏHSİLİN İNKİŞAF GÖSTƏRİCİLƏRİ 

 

İndi də respublikamızda təhsilin inkişafını ümumitəhsil 

məktəbləri  şəbəkələrinin vəziyyəti haqqında təhlilə  qısa vaxt 

ayıraq:         

 

1990-2005-ci illərdə Azərbaycanda  

ümumtəhsil məktəbləri şəbəkəsi haqqında məlumat 

 

 



Göstəricilər 

Illər üzrə 

1990 1995 2000 2005 

Məktəblərin sayı 

cəmi 

4268 4480 4548 4538 



O cümlədən:  İbtidai 520  526  470  406 

Əsas 1148 

975 

922 


885 

Orta 2578 

2961 

3136 


3226 

Xüsusi məktəblər 22 18 20 21 

Şagirdlərin sayı 

(nəfərlə) 

1349489 1487700 1653703 1581173 

 

Cədvəldən görünür ki, 1990-2005-ci illər ərzində respub-

likada məktəblərin ümumi sayı 4268-dən 4538-ə (artım 6,3%) 

şagirdlərin ümumi sayı isə 1349489 nəfərdən 1581173 nəfərə 

qədər (artım 17,1%) yüksəlmişdir. 

Yaşadığımız XXI əsr ziyalıların, xüsusilə müəllimlərin 

əsridir. Ona görə ki, bu yüzillikdə respublikamızda təhsil 

öz sözünü deməli, ölkəmizin gələcək inkişafını  təmin 

etmək, xalqın rifah halını yüksəltmək üçün Vətəni irəli – 

işıqlı  gələcəyə aparmağa qadir olan sağlam düşüncəli 

gənclər yetişdirməlidir. 

“Sağlam təhsil - sağlam millət” layihəsi.  Sağlamlıq 

insan həyatının məhək daşıdır. Təhsil alan şagirdlərin sağlam-

lığını  təmin etmədən təlim-tərbiyə  və yaradıcılıq uğurlarını 



~ 152 ~

əldə etmək çox çətindir. Belə ki, normal təlim-tərbiyə işi təşkil 

edilmədən bu uğurları yüksəldə biləcək təhsil texnologiyaları 

istənilən qaydada öz səmərəsini vermir.  



2013-cü ildən Azərbaycanda təhsil nazirinin əmrilə 

şagirdlərin sağlamlığının qorunması ilə  əlaqədar bir sıra 

tədbirlər həyata keçirilir. 

2014-2015-ci dərs ilindən respublikamızda “Saglam 

təhsil-sağlam millət” layihəsi həyata keçirilməyə başlayıb

Azərbaycanın milli brendi hesab olunan bu sağlamlıq layi-

həsinə  əsasən ilk olaraq respublikamızın 6 ümumtəhsil 

məktəbində 15 “Sağlam təhsil sinfi” təşkil olunub.  

2015-2016-cı tədris ilindən respublikamızda əlavə olaraq 

52 “Sağlam təhsil sinfi” yaradılıb. Bu dərs ilində respublika-

mızda cəmi 67 belə sinif fəaliyyət göstərmişdir. Bunların 33-ü 

Bakı şəhərində, 34-ü isə Sumqayıtda təşkil olunub. 

Respublikamızda  İki ildən artıqdır ki, bu layihə  həyata 

keçirilmək üzrədir. Ölkəmizdə “Sağlam təhsil sinif” lərində 

münasib oturacaqlı, hündür masaların hazırlanması (istehsalı) 

zamanı 18 gigiyenik tələbə əməl olunması nəzərdə tutulub. 



 

RESPUBLİKAMIZDA 2015-ci TƏQVİM İLİNDƏ 

TƏHSİLİN QISA XRONİKASI 

 

- 2015-ci ildə Azərbaycan Prezidenti İlham  Əliyevin 

Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı 

üzrə Dövlət Strategiyası” nın həyata keçirilməsi ilə bağlı 

Fəaliyyət Planı “təsdiq edilib. 

- Ölkə Prezidentinin sərəncamına  əsasən “Ən yaxşı 

ümumtəhsil məktəbi” müsabiqəsi üçün 50 məktəbin hər 

birinə 10 min manat, “ən yaxşı müəllim “müsabiqəsində 

qalib gəlmiş 100 nəfər müəllimin hər birinə isə 5 min manat 

məbləğində mükafat ayrılıb. 

- 2015-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə  təhsil 


~ 153 ~

sahəsində çalışan 1 nəfərə  “Şöhrət” ordeni, 62 nəfərə 

“Tərəqqi” medalı, 2 nəfərə isə “Dövlət qulluğunda fərqlən-

məyə görə” medalı verilib. 4 nəfər “Əməkdar elm xadimi”, 

60 nəfər “Əməkdar müəllim”, adına layiq görülüb. Həmin 

ildə 105 nəfər təhsil işçisi Azərbaycan Respublikası  Təhsil 

Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 304 nəfər 

isə Fəxri Fərmanla təltif olunub. 

- 2014-2015-ci dərs ilində ümumi orta təhsil müəssisə-

lərinin IX siniflərini 108138 nəfər, XI siniflərini isə 87714 

nəfər bitirib. 

- 2014-2015-ci dərs ilində ümumi orta təhsil mək-

təblərini bitirən 131 şagird qızıl medala, 21 nəfəri isə gümüş 

medala layiq görülüb. 

- 2015-2016-cı dərs ilində I sinfə qəbul olunan şagird-

lərin sayı 157 minə çatıb. Məktəblərdə təhsil alan şağirdlərin 

sayı isə 1 milyon 359 min 173 nəfər olub. 

 

 

 

RAYONUMUZDA TƏHSİL 

 

Şabranda dini təhsil haqqında qısa məlumat. Şabranda 

təhsilin qədim bir tarixi vardır. Bu tarix keçmiş Şabran şəhəri 

ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi 

mədəniyyət nümunələrinin əsasında artıq sübuta yetirilmişdir. 

VII  əsrin ortalarında  ərəblər Azərbaycanı  işğal etmişdi. 

Ərəblərin Azərbaycan  ərazisinə  gəlişi ilə  əlaqədar olaraq 

işğaldan qabaqkı  məktəblər tamamilə dağıdılaraq məhv 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə