Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə46/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   42   43   44   45   46   47   48   49   ...   124

~ 177 ~

1951-1959-cu illər 

Azərbaycan Respublikası Maarif Nazirliyinin 28 noyabr 

1951-ci il tarixli 1149 nömrəli, Dəvəçi rayon Maarif Şöbəsinin 

30 noyabr 1951-ci il tarixli 423 nömrəli  əmrlərinə  əsasən 

Ərəstun  Şərif oğlu Heydərov Dəvəçi qəsəbə orta məktəbin 

direktoru vəzifəsindən azad edilərək Pirəbədil kənd orta 

məktəbinə  dərs hissə müdiri və dil-ədəbiyyat müəllimi köçü-

rülmüşdür. Həmin  əmrin ikinci paraqrafı ilə  Dəvəçi qəsəbə 

orta məktəbində tədris hissə müdiri və dil-ədəbiyyat müəllimi 

işləmiş Nacı Mirzağa oğlu Mehdiyev həmin məktəbə 



direktor təyin edilmişdir.  

Məktəbin tədris işinə  rəhbərliyi gücləndirmək məqsədilə 

həmin məktəbin  tədris hissə müdiri vəzifəsinə RXMŞ-nin 

30/XI-1951-ci  il  tarixli  424  nömrəli  əmrilə  Abdulla 

Xalidşah oğlu Rəsulov təyin olunmuşdur. 

PXMŞ-nin 01.12.1951-ci il tarixli 425 və 428 saylı əmrləri 

ilə Nadir Şahverdiyev hərbi və bədən tərbiyəsi, Bəşir Şükürov 

məntiq və psixologiya, Nurbala Quliyev tarix, Pərviz 

Məmmədov və Baba Muradəliyev rus dili, Bağır  Əliyev isə 

bədən tərbiyəsi müəllimi təyin edilmişdir. 

Məktəbin ixtisaslı müəllimlərlə  təminatı  məsələsi növbəti 

illərdə də gündəmdə olmuşdur. Belə ki, RXMŞ-nin 438 və 441 

nömrəli əmrləri ilə 1952-ci ilin yanvar ayında Sənubər Əliyeva 

təbliğat,Tamara Musayeva biologiya, Lətifə Axundova isə 

kimya müəllimi kimi işə götürülmüşdür. 

1952-ci ildə  məktəbdə Yekaterina Məmmədova, Sənubər 

Əliyeva, Səccarə Quliyeva, Bəşir  Şükürov, Səməd Süley-

manov, Nabatxanım Hüseynova, Elza Aslanova (sonralar o, 



respublikanın  Əməkdar müəllimi adını alıb), Güllü 

Mirzəyeva, Həsən Cəbrayılov, Rəsul Hacıyev, Abdulsalam 

Məmmədov, Tamara Musayeva, Abdulla Rəsulov, Jumilina 

Zinaida, Nacı Mehdiyev və başqaları kimi tapşırılan işin 




~ 178 ~

öhdəsindən gələ bilən müəllimlər çalışırdı. 

Həmin illərdə  Dəvəçi qəsəbə orta məktəbin müəllimləri 

əməkdə  fərqləndiklərinə görə bir sıra dövlət təltiflərinə layiq 

görüldülər. Azərbaycan KP Dəvəçi rayon Komitəsinin 

20.02.1953-cü il tarixli 72 saylı iclas protokoluna əsasən 



məktəbin direktoru Nacı Mehdiyev  və RXMŞ-nin müdiri, 

qəsəbə orta məktəbin müəllimi Xudabaxış Cəfərov 20 ildən 

artıq qüsursuz olaraq müəllimlik fəaliyyətinə görə  “Şərəf 

nişanı “ordeni ilə  təltif edildilər.  Məktəbin müəllimləri 15 

idən artıq qüsursuz olaraq müəllimlik fəaliyyətinə görə 

məktəbin müəllimi  Səccarə Quliyeva, 10 ildən artıq 

qusursuz olaraq müəllimlik fəaliyyətini yerinə yetirdiyinə 

görə Elza Aslanova “Əməkdə fərqlənməyə görə “medalı ilə 

təltif edilmişlər. 

1956-57-ci tədris ilində  məktəbdə oxuyan şagirdlərin 

təlim-tərbiyəsi işinə aşağıdakı müəllimlər cəlb edilmişdi: 

Direktor N.Mehdiyev, dərs hissə müdiri Bəşir Şükürov, 

müəllimlər: Güllü Mirzəyeva, Yekaterina Məmmədova, 

Leyla Hüseynova, Tubi Məmmədova,  Şəfiqə  Qəniyeva, 

Zeynəb Kərimova, Səccarə Quliyeva, Cəmilə Yaqubova, 

Şamil  Əliyev (praktikum), Tamara Qasımova, Məm-

mədağa Rüstəmov, Həsən Cəbrayılov, Saniyə Cəbrayılova, 

Baba Muradəliyev, Elza Aslanova, Cümşüd Cümşüdov, 

Rəcəb Hacıyev, Xosrov Fərzəliyev, Məqami Hüseyn

Mariya  Əfəndiyeva, Nina Skorlipina, İsbat  İsaqov, 

Nurbala Quliyev, Ağabəy Quliyev, Mehparə  Əfəndiyeva, 

Əhmədsafa Osmanov, Ramiz Hüseynov, Anna İqoşina, 

Lidiya Şeller, Zoya Melyayeva, Jmulina Zinaida, Vladimir 

Şeller, Giləbatın Eyyubova, Anna Studenikina və 

başqaları.  

1957-ci ildə  Dəvəçi RXMŞ-nin metodkabinəsi nəzdində 

təşkil edilmiş  şərəf lövhəsinə rayon üzrə 10 nəfər müəllimin 

adı  və  şəkli daxil edilmişdi.  Həmin 10 nəfərdən 3 nəfəri 




~ 179 ~

Dəvəçi qəsəbə orta məktəbin müəllimləri  İsbat  İsaqov 

(riyaziyyat), Jmulina Zinaida (rus bölməsi üzrə fizika- 

riyaziyyat müəllimi) və Baba Muradəliyev (rus dili) idi. 

1957-ci ildə  məktəbə  Tərlan Babayev bədən tərbiyəsi və 

hərbi, Hökümə Rüstəmova fizika-riyaziyyat, Məhəbbət 

Əkbərova rəsm-rəsmxət, Yekaterina Safanova rus dili 

müəllimi kimi ışə başlayıb. 

RXMŞ-nin 31.08.1957-ci il tarixli 152 və 155  nömrəli 

əmrləri ilə Mariya Xəlil qızı Əfəndiyeva məktəbə dərs hissə 

müdüri, Anna Dimitriyevna İqoşina isə rus bölməsinə dərs 

hissə müdiri vəzifəsinə irəli çəkiliblər. 

Dəvəçi  RXMŞ-nin 22.10.1957-ci il tarixli 206 nömrəli 

əmrilə rayonda və  məktəbdə pedaqoji, eləcə  də metodiki işi 

canlandırmaq məqsədilə 6 metodbirləşmə məntəqəsi yaradılıb. 

Bunlardan biri də Dəvəçi qəsəbə orta məktəbində təşkil edilib. 

Bura Dəvəçi qəsəbə orta, Sincanboyad, Surra, Alayer, Ağbaş, 

Dəvəçikənd,  Əmirxanlı, Baş  Əmirxanlı, Qazbabalı daxil 

olmaqla 9 məktəbi  əhatə edirdi. Dəvəçi qəsəbə  məntəqə 

metodbirləşməsinə  məktəbin direktoru Nacı Mehdiyev rəhbər 

təyin edilmişdi. 

Dəvəçi rayon Xalq Maarif Şöbəsinin 01.02.1958-ci il 

tarixli 20 nömrəli  əmri  əsasında Musa Ağayev məktəbin 

təsərrüfat işləri üzrə direktor müavini, Mileyhə Sultanova və 

Ağagül Xalıqov laborant, Xuraman Cəfərova və  Məhəbbət 

Əkbərova kitabxanaçı, Gülnaz Heybətova isə mühasib vəzi-

fələrini yerinə yetirirdilər. 

Dəvəçi RXMŞ-nin 23.03.1959-cu il tarixli 37 nömrəli 

əmrində göstərilir ki, Dəvəçi qəsəbə orta məktəbinin təlim-

tərbiyə işlərinin yoxlama nəticələri RXMŞ-nin maarifyanı şura 

iclasında müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir. 

Qərarda göstərilir ki, təlim- tərbiyə işində, həmçinin məktəbin 

ictimai həyatında fərqləndiyinə  və  tədris etdikləri fənnlərdən 



yüksək müvəffəqiyyət əldə etdiklərinə görə məktəbin müəl-


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə