Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə43/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   39   40   41   42   43   44   45   46   ...   124

~ 168 ~

lardan kitabın tarixiliyini və elmiliyini saxlamaqdan ötrü yeri 

gəldikcə istifadə edilib. Kitaba marağın daha da artması  və 

oxucunu yormamaq məqsədilə xalqımızın  şifahi xalq ədəbiy-

yatının poetik nümunəsi olan “Atalar sözü”nün duzlu-sözlü 

ifadələrindən  yeri gəldikcə işlədilməsi məqsədə uyğun sayılıb.  

 Bildirim ki, məktəbin yarandığı 1922-ci ildən 1950-ci ilə 

kimi nə məktəbdə, nə də rayon Təhsil Şöbəsində arxiv sənəd-

ləri saxlanılmır. Rayon arxivində  də  həmin illərə dair sənəd 

yoxdur. Ona görə  də 1922-1950-ci illərə dair məktəbin tarixi 

yuxarıda qeyd etdiyim kimi qəzet və jurnal məqalələri, eləcə 

də  vətəndaşlardan sorğu nəticəsində toplanan məlumatlar 

əsasında qələmə alınmışdır. 

Oxucuların bir daha nəzərinə çatdırım ki, mən bu kita-

bımda tarixi olduğu kimi, yəni təhrif olunmadan yazmağı 

qərara aldım. Belə ki, Şabran (keçmiş  Dəvəçi)  şəhər 

M.Nəzirov adına məktəb Pirəbədil (2014-cü il), Kilvar (2014-

cü il) 5-illik məktəbindən sonra rayonda açılmış üçüncü (1922-

ci il) 5-illik məktəbdir. Ancaq onu da qeyd edim ki, rayonu-

muzda olmasa da, Şabran (keçmiş  Dəvəçibazarda, Dəvəçi 



qəsəbəsində, Dəvəçi  şəhərində)  şəhərində bu məktəb 

həqiqətən təhsilin beşiyi hesab olunmalıdır.                                          

 Məktəbin köhnə binası 1937-ci ildə, keçmiş Kommunist

indiki Heydər Əliyev prospekti tərəfdəki 3 əlavə sinif otağı isə 

1974-1982-ci illərdə (2009-cu ildə  təzə  məktəbin binası inşa 

olunarkən həmin otaqlar şəhərin interyerinə  xələl gətirdiyinə 

görə sökülmüşdür.) tikilib istifadəyə verilmişdir. 

Regionların sosial-iqtisadi inkişafı layihəsi çərçivəsində 

2009-cu ildə  məktəb üçün 520 nəfər  şagird yeri olan 27 

sinif otağından ibarət yeni məktəb binası tikilmişdir. Mək-

təbin yeni binasında respublika Təhsil Nazirliyinin hesa-

bına 1 kimya, 1 fizika, 2 informatika və başqa fənn kabi-

netləri quraşdırılmışdır. 

Son illərdə  məktəbin maddi-texniki bazasının möhkəm-




~ 169 ~

lənməsində də xeyli işlər görülmüşdür. 

Azəbaycan xalqı özünün məşhur bir atalar sözünü yaradıb: 

“Gün var keçib gedər, gün var yadda qalar”. 95  yaşlı  indiki 

Şabran (keçmiş  Dəvəçi)  şəhər M.Nəzirov adına 4 saylı tam 

orta məktəbin yola saldığı ötən günlər və illər öz tarixi 

əhəmiyyətinə görə çox yaddaqalandır. 

Araşdırmalarımıza görə indiki Şabran (keçmiş  Dəvəçi) 

şəhər M.Nəzirov adına 4 saylı tam orta məktəb keçən 95 il 

ərzindəki pedaqoji fəaliyyətində 5 tarixi dövr yola salıb.  

1922-ci ildən 31.08.1934-ci ilədək ibtidai məktəb 

dövrü; 

01.09.1934-cü ildən 31.08.1937-ci ilədək yeddillik 

məktəb dövrü; 

01.09.1937-ci ildən 31.08.1960-cı ilədək - orta məktəb 

dövrü; 

01.09.1960-cı ildən 31.08.1992-ci ilədək səkkizillik və 

ya əsas (natamam orta) məktəb dövrü; 

01.09.1992-ci ildən hal-hazıra kimi orta və ya tam 

orta məktəb dövrü; 

Məktəbin keçdiyi 95 illik tarixi yol (yarandığı vaxtdan bu 

günədək) uzun illərin araşdırmaları əsas götürülməklə, topladı-

ğımız yazılı və şifahı materiallar əvvəlcə xronoloji ardıcıllıqla 

ipə-sapa düzüldü. Oxucuların kitabdan istifadəsini asanlaş-

dırmaq məqsədilə  məktəbin 95 illik tarixi dövrünü aşağıda 

göstərilən 8 mərhələyə böldük:  

1922-1950-ci illər 

1951-1959-cə illər 

1960-1970-ci illər 

1971- 1980-cı illər 

1981-1990- cı illər 

1991-2000-ci illər 

2001-2010-cu illər 

2011-2016-cı illər 



~ 170 ~

1922-1950-ci illər 

 

1914-cü ilin sentyabr ayının 1-də Azərbaycanın  ən 



dibər guşəsi olan Dəvəçinin Pirəbədil və Kilvar kənd-

lərində 5-illik dünyəvi təhsil verən məktəblərin açılması bu 

bölgənin tarixində görünməmiş bir hadisə oldu. 

Lakin belə bir məktəbin Dəvəçibazarda da açılmasına 

ciddi ehtiyac vardı. 

1920-ci iliin aprel ayının 28-də Azərbaycanda sovet 

hakimiyyəti quruldu. Bu tarixi hadisə Azərbaycanda məktəb 

sistemində də bir sıra dəyişilik edilməsini zəruri hesab etdi. 

1920-ci il may ayının 15-də Azərbaycan Xalq Maarif 

Komissarlığı  tərəfindən vicdan azadlığı haqqında dekret 

verildi. Bu dekretə  əsaslanaraq din  məktəbdən ayrıldı. Artıq 

dövlət proqramı əsasında ölkədə savadsızlığın ləğv edilməsinə 

start verildi. Bu məqsədlə xüsusi kurslar təşkil edildi. 

1922-ci idə Dəvəçibazarda – yəni indiki Şabran (keç-

miş  Dəvəçi)  şəhərində ikinci dərəcəli 5-illik dünyəvi təhsil 

verən məktəb açılıb fəaliyyətə başladı.  

1923-cü ildə Azərbaycan Xalq Komissarlar Soveti 

yanında savadsızlıqla mübarizə aparmaq məqsədilə xüsusi 

komitə  təsis edildi. Bakıda və digər iri şəhərlərdə  əvvəlki 

illərdə  fəaliyyət göstərən birdərəcəli 5- illik və ikidərəcəli 

dördillik məktəblər orta məktəblərə çevrildilər. 



Azərbaycan hökümətinin 28 iyul 1928-ci il tarixli 

qərarı ilə respublikamızda  əlifba islahatı (latın qrafikalı 

Azərbaycan əlifbasına keçid) başa çatdı. 01 yanvar 1929-cu 

ildən yeni əlifbaya keçid rəsmən elan olundu. 

1929-cu ildə Azərbaycanda  əlifba islahatı keçirildi. 

Əlifba kökündən dəyişdirildi.  Ərəb qrafikasından latın 

qrafikasına keçildi. Bu dövrdə rayonda müəllim kadrlarına 

tələbat daha da artdı. Latın  əlifbası ilə yaxşı oxumağı  və 

yazmağı bacaran adamlardan müəllim kimi istifadə olunmağa 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə