Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə44/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   40   41   42   43   44   45   46   47   ...   124

~ 171 ~

başladı. 

1930-cu ildə Azərbaycan Respublikasının inzibatı - ərazi 

quruluşunda bir sıra dəyişiliklər və yeniliklər edildi. Quba 



qəzasının Dəvəçi nahiyyəsi  əvəzinə  Dəvəçi  rayonu yara-

dıldı. Rayonun yaradılması ilə  əlaqədar olaraq onu idarə 

edilməsi üçün icra orqanları  təşkil edilməyə başladı.  Rayon 



təhsilinə rəhbərlik işini həyata keçirmək üçün rayon Xalq 

Maarif  Şöbəsi təşkil edildi. Maarif  Şöbəsi iki tabeli büdcə 

təşkilatı idi, həm rayon rəhbərliyinə, həm də respublika Maarif 

Nazirliyinə tabe idi.  Rayon Xalq Maarif Şöbəsinin ilk 

rəhbəri isə Feyruz Hacıyev oldu. Rayon Maarif Şöbəsinin 

yaranması rayonda təhsil sisteminə aid olan məktəb və 

müəssisələrdə vahid qayda- qanunun yaranmasına, eləcə  də 

təhsilin gələcək inkişafına güclü təkan verdi. 

Otuzuncu illərin  əvvəllərindən başlayaraq məktəblərdə 

keçirilən təlimin ideya-siyasi məzmununda bir sıra dəyişiliklər 

edildi. 1931-1932-ci illərdə ümumtəhsil məktəbləri üçün yeni 

dərsliklər, yeni proqram və dərs planları işlənib hazırlanmağa 

başladı. Bu vaxta kimi məktəblərdə tətbiq olunan laboratoriya 

üsulu ləğv edildi. Onun yerinə isə sinif-dərs sisteminin tətbiq 

olunması  qərara alındı. Həmin dövrlərdə 8-10 yaşlı  uşaqlar 

üçün artıq ibtidai icbarı təhsilin tətbiq edilməsi işinə başlanıldı. 



1934-cü ildə Dəvəçibazar və Pirəbədil 5-illik məktəb-

ləri 7-illik məktəbə çevrilib. Beləliklə, Dəvəçi rayonunda 

yeddillik təhsilin binövrəsi qoyulub. Arxiv məlumatlarından 

görünür ki, bu iki məktəb rayonda yeddillik təhsilin tale 

yüklü məsələlərini uğurla həll edilməsində yaxından iştirak 

ediblər.  

1935-ci ildə respublikamızın ümumtəhsil məktəbləri-

nin təsnifatında bir sıra dəyişikliklər edildi. I (5-illik ) və II 

(4-illik) dərəcəli məktəblər ləğv edildi. Onun yerinə I-IV 

siniflərdən təşkil edilmiş ibtidai, I-VII siniflər üzrə  fəaliyyət 

göstərən natamam orta, eləcə də I sinifdən X sinfə kimi tədris 



~ 172 ~

işini tam həyata keçirən orta məktəblər yaradıldı. 

1935-ci ildə yeddillik icbarı  təhsilə keçid Dəvəçibazar 

məktəbində böyük canlanmaya səbəb oldu. Şabran bölgəsinin 

aran hissəsində müstəsna rol oynayan bu məktəbdə sanki təhsil 

çiçək açmağa başladı. Rayonda və bu məktəbdə  işləyən 

müəllimlərin, eləcə  də burada oxuyan şagirdlərin sayı xeyli 

dərəcədə artdi.  



1936-cı ildə respublikamızda “Əməkdar ibtidai və 

orta məktəb müəllimi” fəxri adı  təsis edildi. Bundan əlavə 

ümumi icbarı təhsilin tam yerinə yetirilməsinin nəticəsi olaraq 

icbarı 7-illik təhsilə keçilməsi qərara alındı. Beləliklə döv-

lətimiz Azərbaycanda orta təhsilin  şəbəkəsinin genişləndiril-

məsi haqqında öz strategiyasını bəyan etdi. 

 

 

 



Dəvəçibazar orta məktəbinin ilk görünüşü – 1937-ci il 

 

1937-ci ildə rayonumuzda ilk dəfə olaraq Dəvəçibazar 

və Pirəbədil kənd yeddillik məktəbləri orta təhsilə keçdi. 

Dəvəçibazar məktəbinə S.M.Kirovun, Pirəbədil kənd orta 

məktəbinə isə V.V.Kuybışevin adı verildi. 

Əldə edilən məlumatlara görə  Dəvəçibazar orta 

məktəbin ilk direktorları İsa Həsənov, Cabbar Kazımov və 



~ 173 ~

M.Əhmədov olublar. Məlumatlarda təlim-tərbiyə  işləri 

üzrə ilk direktor müavinlərinin Soltan Soltanov və  Rəsul 

Quliyevin olduğu qeyd edilir. Həmin dövrdə  məktəbə 

Azərbaycan Respublikası Maarif Nazirliyi tərəfindən bir 

neçə nəfər gənc mütəxəssis –müəllim göndərilmişdi. Fizika 

müəllimi Musa Ağazadə, digər fənlərdən dərs deyən Aslan 

Aslanov, Abduləziz Salahov, Həsən Xələfov, Rza Süley-

manov, ədəbiyyat müəllimi Nacı Mehdiyev, tarix müəllimi- 

Gəncəli Kazım müəllim, tarix müəllimi Lənkaranlı Heybət 

Quliyev, xarici dil müəllimi Nəzifə İsmayılova və başqaları 

məktəbin ən fəal müəllimləri idilər. 

ARAYIŞ. O vaxtlarda rayonda orta təhsil qarşısında 

qoyulan vəzifələri yerinə yetirmək üçün Dəvəçibazar və 

Pirəbədil məktəblərinin hər ikisi böyük məsuliyyət daşıyırdı. 

Dəvəçi rayonunda orta təhsil planını icra etmək məqsədilə 

rayon ərazisi iki yerə bölünmüşdü. Elçidən ( yəni indiki Bakı- 

Dərbənd yolundan) aşağıda yerləşən məktəblər Dəvəçibazar 

məktəbinə, elçidən yuxarıda yerləşən məktəblər isə Pirəbədil 

məktəbinə təhkim edilmişdi. Bir sözlə, bu iki məktəb arasında 

aşağıdakı qaydada bölgü aparılmışdı: 

Dəvəçibazar kənd orta məktəbinə təhkim olunan məktəb-

lər: Dəvəçikənd məhəlləsi, Güləmli, Sincanboyad, Kuybışev 

(indiki Dəvəçikənd), Gəndov, Rəhimli, Mollakamallı, Sovxoz 

(indiki Ağalıq), Çölquşçu, Xəlilli, Aygünlü, Çayqaraqaşlı, 

Uzunboyad, Acıqaraqaşlı,  Şahnazərli, Söhbətli, Ot sovxozu, 

Alayer, Sarvan və s. 

Pirəbədil kənd orta məktəbinə təhkim olunan məktəblər: 

Zöhramı, Uqah, Orta Əmirxanlı, Baş Əmirxanlı, Şıxlı, Mumlu, 

Düzbilici, Dağbilici, Qələgah, Zağlı, Ləcədi, Bilici Qorğan, 

Leyti, Çinarlar, Sumaqova-Qazma, İdrisi, Sumaqova, Zeyvə, 

Pirəmsən, Xəlfələr, Künçal, Nohurlar, Kilvar və s. 

1930-40-cı illərdə rayon Xalq Maarif Şöbəsinə  Feyruz 

Hacıyev, Nəbi Rzayev, Əhəd Rzayev, Əli Cavadov və 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə