Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə36/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   32   33   34   35   36   37   38   39   ...   124

~ 145 ~

təşkil edilmiş, onlar ali təhsil vermək problemini öz üzərlərinə 

götürmüşdülər. 

 Həmin dövrlərdə Azərbaycanın bir çox dahi şair və 

alimlərinin dünya şöhrəti qazanmasına səbəb bu mədrəsələrin 

mükəmməl və zəngin təhsil verməsi olmuşdur. 

XIII-XVIII əsrlərdə Təbrizdə (Rəşidiyyə, Qiyasiyyə və s. 

mədrəsələr), Bakıda (Şirvanşahlar sarayının çah məscidi 

yanında),  Ərdəbildə (Darul-İrşad), Dərbənddə (Məhəllə 

məscidi nəzdində), Naxçıvanda (Mömünə xatın türbəsi 

yanında) və başqa ali təhsil verən mədrəsələr fəaliyyət 

göstərirdi. Bu mədrəsələrdə Azərbaycanın məşhur alimi və 

dövlət xadimi Nəsirəddin Tusi Əbu Cəfər Məhəmməd ibn 

Məhəmmədin (1201-1274) “Müəllimlər və şagirdlər üçün ədəb 

qaydaları”əsərindən istifadə edilirdi. Həmin illərdə  təhsilin 

səviyyəsini göstərmək üçün bir nümunə göstərək: 



HAŞİYƏ:  Təbriz yaxınlığında Rəbi-Rəşid  şəhərciyi 

salınmışdı. 1300/1304-cü illərdə bu şəhərcikdə  Rəşidiyyə 

mədrəsəsi təsis edilərək fəaliyyət göstərirdi.Onu Azərbaycan 

tarixçisi və dövlət xadimi Fəzlullah Rəşidi təsis etmişdi. 

Mədrəsədə  fəlsəfə,  İlahiyyat, təbabət, təbiətşünaslıq, hücum, 

məntiq və digər  şöbələr açılmışdı. Ali təhsil verən bu 

mədrəsədə təhsil müddəti 5 il idi. 

Bu təhsil ocağında 500 nəfər müəllim, həkim və nüfuzlu 

alim çalışırdı. Təkcə Misirdən, Çindən, Suriyadan və 

Hindistandan mədrəsəyə 50 nəfərdən çox müəllim, həkim və 

alim dəvət edilmişdi. 

Mədrəsədə xaricdən təhsil almağa gələnlər də daxil 

olmaqla 7000 nəfər tələbə ali təhsil alırdı. Təhsil ocağının 

zəngin kitabxana fondu vardı. Kitabxanada xaricdən gətirilən 

kitablar da daxil olmaqla 60000 nüsxə  dərslik və başqa 

ədəbiyyat fondu yerləşirdi. Mədrəsədə  Fəzlullah Rəşidinin 

əkinçilik, memarlıq, bağçılıq, astronomiya və s. elm sahələrinə 

aid yazdığı 24 cildlik dərslikdən geniş istifadə olunurdu. 




~ 146 ~

İndi də XI-XIX əsrlərdə yaşamış  və yazıb- yaratmış, 

Azərbaycanda fəaliyyət göstərən ali təhsil verən mədrəsələrdə 

mükəmməl təhsil almış  şair, alim və mütəfəkkirlərimiz 

haqqında  əldə etdiyimiz məlumatı  qısa da olsa oxuculara 

təqdim edək: 

XI  əsrdə yaşamış Azərbaycan filosofu Əbülhəsən 

Bəhmənyar, Azərbaycan  şairləri Qətran Təbrizi, Gurgani 

Fəxri, XII əsrdə yazıb- yaratmış dahi Azərbaycan  şairləri 

Nizami Gəncəvi və  Əfzələddin Xəqani, XIV əsrdə yaşamış 

Azərbaycan  şairləri Arif Ərdəbili,  Əssar Təbrizi,  İmaməddin 

Nəsimi, XV əsrdə yazıb- yaratmış dahi Azərbaycan  şairləri 

Məhəmməd Füzuli, Şah  İsmayıl Xətai, XVII əsrdə yaşamış 

Azərbaycan şairləri Əlican Qövsi Təbrizi, Saib Təbrizi, XVIII 

əsrdə yaşamış Azərbaycan  ədəbiyyatına bədii incilər bəxş 

etmiş Molla Pənah Vaqif, Mirzə  Şəfi Vazeh, Molla Vəli 

Vidadi, XIX əsrdə yaşamış satirik şairimiz Seyid Əzim Şirvani 

və başqaları. 



 Azərbaycanda ilk müəllimlər qurultayı.  Azərbaycanda 

ilk müəllimlər qurultayı XIX əsrin sonlarında çağırılmışdı  və 

bunlar qəza qurultayları adlanırdı. Bu qurultayların keçirilməsi 

ilə  qəzalarda təhsillə bağlı problemlərin həlli üçün zəmin 

yaranırdı. 1893-cü ildə Nuxada, sonralar Şuşada, Cəbrayılda 

və Cavanşir qəzalarında sahə qurultayları  təhsil məsələsinin 

həll edilməsini qarşıya məqsəd qoydu. 

Azərbaycan müəllimlərinin I qurultayı 1906-cı ilin 

avqust ayının 15-də Bakı şəhərində öz işinə başladı. Qurultay 

aşağıdakı məsələləri müzakirə etdi: 



1.

 

Rus-tatar məktəblərində ana dilinin icbarı fənn kimi 

tədrisi. 

2.

 

Yeni tədris proqramları. 

3.

 

Vahid tədris metodunun işlənib hazırlanması. 

4.

 

Kənd müəllimləri üçün yaxşı şəraitin yaradılması. 

5.

 

Gürcüstandakı Qori müəllimlər seminariyasının 


~ 147 ~

Azərbaycan bölməsinin Azərbaycan ərazisinə köçürülməsi. 

6.

 

Qadınların təhsilinin inkişaf etdirilməsi və s. 

XX  əsrin  əvvəllərində  əhalinin çox hissəsi savadsız idi. 

Bununla yanaşı 1918-ci ilə  qədər Azərbaycanda dünyəvi ali 

təhsil verən məktəb yox idi. Ali təhsilli müəllim kadrlarını isə 

yox dərəcəsində qiymətləndirmək olardı. 

O dövrlərdə yalnız imkanlı adamların övladları Rusiyada, 

eləcə  də Avropanın bir sıra ölkələrində ali təhsil almağa 

göndərilirdilər. Bu gənclər orada yüksək təhsil alıb Vətənə 

dönsələr və xalqa xidmət etsələr belə, bu əhalinin çox az 

hissəsini təşkil edirdi. 

1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin qərarı ilə 

Azərbaycan Xalq Maarif Nazirliyi fəaliyyətə başladı. 

1919-cu ildə Azərbaycanda ilk ali məktəb – Bakı Dövlət 

Universiteti yaradıldı. Bura Avropada, xüsusilə Rusiyada ali 

təhsil almış müəllimlər dəvət edildilər. 

1920-ci ildə Azərbaycan Neft və Kimya İnstitutu, 1921-

ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu, 1929-cu ildə 

Azərbaycan Kənd Təsərrüfatı  İnstitutu, 1930-cu ildə 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi  İnstitutu, 1945-ci ildə 

Azərbaycan İncəsənət İnstitutu yaradıldı. 

Respublikamızda 1949-cu ildə ümumi 7-illik təhsilə, 

1959-cu ildə ümumi 8-illik təhsilə, 1966-cı ildə isə ümumi orta 

təhsilə keçildi. 

Artıq keçən  əsrin yetmişinci ilində Azərbaycanda 17 ali 

məktəb vardı. Bu məktəblərdə yüz min nəfərdən artıq tələbə 

oğlan və qız təhsil alırdı. 

Respublikamızdan kənarada təhsil almağa ölkəmizdən 

çoxlu gənclər göndərilirdi. 



HAŞİYƏ.  İlk dəfə 1969-cu ildə Ulu Öndər Heydər 

Əliyevin təşəbbüsü ilə Azərbaycandan kənarda təhsil almağa 

50 nəfər  gənc göndərilmişdi. 1970-ci ildə bu rəqəm 60 nəfərə, 

1975-ci ildə 600 nəfərə, 1977-1978-ci illərdə isə 800-900 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə