Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə21/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   17   18   19   20   21   22   23   24   ...   124

~ 87 ~

Həmyerlimiz, tarixçi Nurbala Quliyev qeyd edib ki, Xursan 

şəhərinin içməli suya olan tələbatı Xurmi bulağından 

ödənilirmiş  və buradan şəhərə su xətti çəkilibmiş. Xurmi 

bulağının adı da Xursan şəhərinin adı ilə bağlı olmuşdur.  

İstənilən yaşayış  məskəninin tarixi kökləri öyrənilərkən 

bu yerin qədim məzarlıqları  əsas tədqiqat obyektinə çevrilir. 

Dağbilici kəndində hazırda iki məzarlıq mövcuddur. Daha 

erkən dövrlərə aid ediləni kəndin güney tərəfində yerləşən 

Məzarlar deyilən yerdir. Burada yaşı  tədqiq olunmayan iri 

sandıq qəbirləri mövcuddur. İkinci məzarlığ  kəndin üst 

hissəsində, qərb tərəfdə palıd və  fıstıq meşəsinin içərisində 

yerləşir. Buranı Pirəmbəl qəbirsanlığı adlandırıblar. Bu adı 

məzarlıqda olan qədim Pir Əmbəlın adı ilə  əlaqələndirirlər. 

Yaşlı insanların söylədiklərinə görə keçən  əsrin otuzuncu 

illərində yer alan repressiya illərində dinə qarşı olan siyasətin 

nəticəsi kimi bu yerlərdə olan bir çox ziyarətgahlar və övliya 

məzarları darmadağın edilmiş, qalın meşə massivinin bir çox 

ağacları isə kəsilmişdir.   

Tatların antropoloji xüsusiyyətləri, maddi və  mənəvi 

həyatı haqqında adını yuxarıda qeyd etdiyimiz dəyərli 

yazıçı  və  tədqiqatçı  həmyerlimiz Alimşah Gümürlü 

“Çeçələ barmağın işığında” kitabında geniş söz açıb. O 

qeyd edib ki, tatlar antropoloji tipinə görə Yaxın Şərqin zənci 

olmayan  ərəblərin qrupuna aiddirlər. Rəngləri  əksərən 

qarabuğdayı, gözlərinin rəngi qonurdur. Kəllə-sümük qurulu-

şunda xarakterik xüsusiyyətlər müşahidə olunmamışdır. 

Məskunlaşdıqları Azərbaycanın şimal hissəsindəki dağ şəraiti-

nin təsiri nəticəsində tək-tək ağbəniz və açıq rəngli, açıq mavi 

gözlü insanlar formalaşmışdır.  

Təndürüst və mütənasib bədən quruluşuna malikdirlər, 

düz qamətlidirlər. Başlarını dik tuturlar, üzə düz baxırlar, ba-

xışlarını gizlətməz, yayındırmazlar. Tat kəndlərində yaşayanlar 

arasında, demək olar ki, kök, pöstərək insanlara çox nadir 




~ 88 ~

hallarda rast gəlmək olar. Bu da dinamik hərəki həyat tərzin-

dən irəli gəlir.  Əsl zəhmətkeşdirlər. Yaşayış  tərzləri hər 

mənada təbii və saf olduğundan, xaraktercə də saf və səmimi-

dirlər, onların arasında xəbis insanlara rast gəlmək olmaz!  

Yaşayış evləri, əsasən çiy kərpicdən və ya daşdan tikilib. 

Divarların möhkəmliyinin və davamlılığının təmin olunması 

üçün bir və ya iki yerdən ağac kətillə  kəmərbənd edilirdi. 

Başqa sözlə, kəmərlə  bərkidilərdi, bağlanardı, ağac kəmərlə 

dövrələnərdi. Divarlar isə kifayət qədər enli hörülürdü. Belə ki, 

bu divarlarda damın tavanının pərdilərindən (tirlərindən) azca 

aşağı tərəfdə müxtəlif məişət əşyaları qoymaq üçün dörd divar 

boyu rəflər, qab-qacaq və qazanlar üçün taxçalar və yük 

yığmaq üçün geniş və dərin camaxodunlar (camaxdan) qoyu-

lurdu. Otağın içində orta pərdilərin birinin orta hissəsinə və ya 

iki qonşu pərdiyə iki halqa dəmir vurardılar. Bu halqalardan 

dörd iplə lolu (ləli, nənni, beşik) asardılar.  

Hərəkət amplitudu böyük olan belə lolunun bir küncünə 

uzun ip bağlamaqla otağın hansı  tərəfindən istəsən onu 

yırğalamaq mümkün olardı. Lazım olmayanda onu tavana tərəf 

yuxarı qaldırıb bərkitmək çox asan olurdu. Divarlar adətən 

içəridən, çox nadir hallarda isə  həm də çöldən samanla qatıl-

mış palçıqla suvanardı. 

Tikintidə  həmin köhnə qaydalar Dağbilici kəndində bu 

günə kimi bəzi tikililərdə  hələ  də saxlanılıb. Evlərin 

otaqlarında döşəmə torpaqdandır və xüsusi gil məhlulu (şirə 

xaki) ilə mütəmadi  şirələnir. Divarlar da bu məhlulla işlənir. 

Şirə hamar və ağ olur, xüsusi ətri var. 

Dağbilicidə  qədim adətə görə evin otaqlarının və ya tək 

otağının qarşısında eyvan tikilir. Otağı qızdırmaq üçün otağın 

bir küncündə bacanın altında buxarı (too) – müasir kaminlərin 

əcdadı tikilirdi. Tüstü bacası divarın içində olan belə toonun 

altına odadavamlı xüsusi böyük dairəvi bütöv daş döşənərdi. 

Yanları isə 20-30 sm hündürlüyündə hörülərdi. Tüstü bacası 




~ 89 ~

konusvari olub diametrləri 1 m və 60 sm-ə yaxın olardı. 

Divarın ocağa baxan «pəncərəsi» isə bu ocaqda sərbəst işlə-

mək imkanı verirdi. Belə ocaqda üçayaq (el arasında buna 

sacayaq da deyirlər) və ya dördayaq üstündə yemək bişirilər və 

çay qaynadılardı. 

Tarixi qədim hər bir yurdda olduğu kimi Dağbilici 

kəndində də camaat əqrəbalara və ya nəsillərə ayrılırlar. 

Dağbilici camaatını  təşkil edən  əsas nəsil-əqrabalar 

bunlardır: Nadirquluc, Şabudili, Salahlı, Mamazarlı, Qilamlı 

(Gilanlı), Qaflanlı, Sündüklü, Həmzəli. Keçmişdə bu nəsillərin 

hər biri ayrı bir məhəllədə yaşamışdır. Bu məqalənin müəllifi 

də ata tərəfdən Nadirquluc, ana tərəfdən isə Şabudili nəsillərin-

dəndir. Nadirquluc nəslindən olan babam Rza kişinin söylə-

diyinə görə hələ XIX əsrin ikinci yarısında yaşamış babasının 

adı  Məhəmməd olub və bizim ata-baba soyadımız olan 

Məmmədov soyadı onun adı ilə bağlıdır. Məhəmməd kişinin 

yeddi oğlu (Nuru, Mustafa, Qərib, Ümid, Gülbala, Kərim, 

Əzim) və iki qızı (Tövhə  və  Cəmilə) olub. Bu nəsil kəndin 

güney tərəfinin orta hissəsində  məskunlaşmışdır. Hələ keçən 

əsrin ilk yarısında Dağ bilicidə ömür sürmüş  məşhur dəmirçi 

İsa kişi və kəramət sahibi olmuş Hacı Əbdül kişinin haqqında 

danışmağı babam çox sevərdi. Söylədiyinə görə  dəmirçi  İsa 

məharətli və ixtiraçı bir insan olub. İkinci dünya savaşının ağır 

aclıq illərində o, bir çoxlarına  əl tutub, yardım edib. Dəmirçi 

İsa  İzmara tərəfdə böyük bir dəyirman düzəltmişdi. Öz 

həyətində  də kiçik əl dəyirmanı    vardı. O ağır illərdə  ətraf 

kəndlərin  əsas taxılı bu dəyirmanlarda üyüdülürdü. Kəramət 

sahibi olan Hacı  Əbdül kişi isə öz xeyirxah əməl və 

möcüzələri ilə insanların ümid yeri olub. Müharibə illərində 

Bilici sovetliyinin kolxoz sədri işləyən Şabudili nəslindən olan 

Şabanov Qəribxan ferma mallarına qara yara xəstəliyi 

düşməsindən bərk narahat olmuş  və son ümid yeri kimi 

Çaruhun Baba pirinə gedərək üç çərək buğda nəzir demişdi. 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə