2
Elmi redaktoru:
Qəzənfər Kazımov
filologiya elmləri doktoru, professor
Rəyçilər:
Adil Babayev
filologiya elmləri doktoru, professor
Rüfət Rüstəmov
filologiya elmləri doktoru, professor
N. M. Xudiyev.
Заманын ахары иля (V cild) II hissə.
Бакы, “Elm və təhsil”, 2013, 724 сящ.
«Zamanın axarı ilə» kitabının I cildi 2004-cü ildə «Azərnəşr» tərəfindən
nəşr olunmuşdur. Kitabın II cildinə də müəllifin müxtəlif dövrlərdə qələmə aldığı
elmi-publisistik məqalələri, qəzetlərdə çap olunmuş müsahibələri, bir sıra elmi
əsərlərə verdiyi rəylər, Milli Məclisdə etdiyi bəzi çıxışlar, dövlətçiliklə,
türkçülüklə, tariximizlə bağlı televiziya filmlərinə yazdığı ssenarilər daxil
edilmişdir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabdan elmi işçilər,
aspirantlar, tələbələr faydalana bilərlər.
2013
098
4602000000
−
N
грифли няшр
© “Azərnəşr, 2008
©
«Elm və təhsil», 2013
3
GÖRKƏMLİ ALİM, LƏYAQƏTLİ ZİYALI
Görkəmli dilçi-alim, tanınmış türkoloq, millət vəkili,
əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor
Nizami Mənafoğlu Xudiyev artıq 57 illik ömür yolunu arxada
qoydu. Ömür yoluna mirvari tək düzülən illərin hər biri onun
bioqrafiyasına, ömür kitabına parlaq səhifələr yazıb. Bu
parlaq səhifələrin arxasında isə ləyaqətli bir alimin, elm
adamının, dövlət xadiminin gecəli-gündüzlü gərgin
çalışmaları, elmi araşdırmaları, tədqiqatları, bir sözlə,
hərtərəfli, genişmiqyaslı fəaliyyəti dayanır.
Onun ömrü gözəl təbiətli, min bir nemətli uzaq
Şahbuzdan, qeyrətli bir Azərbaycan kişisinin, Azərbaycan
ziyalısının halal ocağından başlayıb. Şahbuzdan baş alan
kiçik bir cığır onu geniş yollara qovuşdurub.
Nizami Xudiyev 1949-cu il aprel ayının 1-də Naxçıvan
Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.
Uşaqlıq və yeniyetməlik illərini Şahbuzda – Naxçıvanda
yaşayan Nizami Xudiyev ömrünün ən əziz xatirələrinin də o
yerlərlə bağlı olduğunu söyləyir: «Naxçıvan mənim üçün çox
əziz, doğma bir ocaqdır, məkandır. Bura ta qədimdən
müqəddəs insanların yaşayış məskəni olub. Əshübi-Kəhf
ziyarətgahı, türbələr, Möminə xatun məqbərəsi, baxdıqca
uzanan Şərur düzləri, bol meyvəli Ordubad bağları, yamyaşıl
Şahbuz yaylaqları, bu torpağın fəxri olan Əcəmi, Cavid,
Ordubadi, Mirzə Cəlil yada düşür…
Naxçıvan gözəlliklər səltənətidir, Şahbuz isə onun
gözüdür. Atam bu torpağın övladıdır. Şahbuz mənim dədə-
4
baba yurdumdur. Bu yurda məni çox möhkəm tellər bağlayır,
uşaqlığımın daş yaddaşı bu yerlərlə bağlıdır. Qəribədir ki, o
illərin hər anını yaxşı xatırlayıram, heç nə, hətta adi
məqamlar da yadımdan çıxmayıb…»
Uşaqlıq və yeniyetməlik illərindən bir az xiffətlə, amma
həm də fəxarətlə danışan Nizami Xudiyev doğulduğu torpağın
tarixini, keçmişini gözəl bilir, ulu bir nəslin nümayəndəsi
olmasından qürurla söhbət açır. O deyir: «Kəndimizdə
(Şahbuz rayonu Badamlı kəndi) onun tarixinə, maddi və
mənəvi miraslarına ehtiramla yanaşırlar. Məsələn,
kəndimizdə elə bir adam tapılmaz ki, ən azı yeddi arxa
dönənini tanımasın. Ayrı-ayrı kişilərin adıyla çağırdan
tayfalar zəncirvari halqa kimi yaddaşlardadır. Alqocalı,
İsmayıllı, Gardalı, Lahıclı, Məmmədli, Qaraboyalı
tayfalarının nümayəndələri indi nəsil şəcarəsinin şərəfini
qorumaları ilə fəxr edirlər. Yaxşı bilirlər ki, əməlləri
yaxşılığından, pisliyindən asılı olmayaraq, ən azı
yaddaşımızın tarixində qalır. Kəndimizin tarixində
özünəməxsus yeri olan bizim tayfa Alqocalı adlanır. Bu ad ulu
babalarımdan birinin adı ilə bağlıdır…»
Dosta dost, düşmənə amansız olan ulu babalarının
Vətən, xalq üçün gördüyü böyük işlərdən, onların
xeyirxahlığından, mərdliyindən danışan Nizami Xudiyev bu
gün öz sələflərinin əməllərinin davamçısı olmasından haqlı
olaraq qürur duyur…
Görkəmli alim üçün orta məktəb illəri də unudulmazdır.
O, şagirdlik dövründə yalnız əla qiymətlərlə oxuyub,
müəllimlərin sevimlisi olub. Əvvəlcə Şahbuz qəsəbə orta
məktəbində təhsil alıb, sonra isə ailələri atasının dövlət işi ilə
əlaqədar olaraq Naxçıvana köçüb və o, Naxçıvan şəhər 1
saylı və 2 saylı orta məktəblərində və yenidən Şahbuzda
təhsilini davam etdirib. Nizami müəllim bu gün fəxrlə deyir ki,