Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə26/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   22   23   24   25   26   27   28   29   ...   202

 

88

aydınlığını və şəffaflığını göstərir. «Varlıq» hər səhifəsində 



ədəbi dilin nə qədər təbii olduğunu bir sənəd kimi ortaya 

qoyur. Bir sözlə, «Varlığ»ın ədəbi dilimizin 

populyarlaşmasında oynadığı rol danılmazdır. 

Mən bir məqamı, incə bir nüansı da xüsusi vurğulamaq 

istəyirəm. Heç şübhəsiz, «Varlıq» jurnalını nəşr etmək doktor 

Cavad Heyət üçün heç bir yöndən asan olmayıb. O, 

həkimliyindən, alimliyindən qazandığını «uf» demədən bu 

jurnalın məsrəflərinə sərf edib, məcazi dillə desək, millətin 

varlığına xərcləyib. Mən hələ istirahətindən, dincliyindən 

kəsdiklərini, mənəvi narahatlıqlarını, əzab-əziyyətlərini 

demirəm. Bu mənada, Cavad Heyət qəhrəmandır. Yorulmaq 

bilmədən öz məsləki uğrunda mübarizə aparan və sonda qalib 

gələn qəhrəman. Eşq olsun zəmanəmizin bu fədakar 

qəhrəmanına! 

Onu da mütləq qeyd etmək lazımdır ki, «Varlıq» həm də 

qaranquş olub. Onun ardınca İranda ana dilində onlarla mətbu 

orqanı, qəzet, jurnal çap olunmağa başlayıb. 

«Varlığ»ın daha bir böyük xidməti isə ondan ibarətdir ki, 

o, Şimali Azərbaycanın istiqbal mübarizəsini də öz 

səhifələrində müdafiə etdi, erməni təcavüzünü pislədi. Bu gün 

də öz mövqeyində qalır. 

Oxucuları ilə dil tapan, onların qəlbinə hakim olan 

mətbu orqanı «Varlıq» Azərbaycanda da böyük maraqla 

oxunur. Dərgidən seçmə nümunələr müntəzəm olaraq qəzet və 

jurnallarda dərc edilir, geniş oxucu kütləsinə çatdırılır, 

Beləliklə, fədakar yaradıcılığın bəhrəsi olan «Varlıq» xalqın 

varlığını, onun haqq səsini, mənəvi istəklərini ifadə edir. Elin 

sevincinə, dərdinə şərik olan, mənəvi yaralarına məlhəm 

qoyan, ona keçmişini, bu gününü anladan, sabahının yolunu 

göstərən nüfuzlu bir söz kürsüsüdür «Varlıq». 

Bir daha qeyd edirəm, doktor Cavad Heyət öz 



 

89

həmkarları ilə birlikdə «Varlığ»ın səhifələrində Azərbaycanın 



tarixi, ədəbiyyatı, dili və folklorunun öyrənilməsinə silsilə 

məqalələr həsr etmiş, bu sahədə bir akademiyanın görə 

biləcəyi işi görmüşdür. Azərbaycan ziyalıları bu əvəzsiz 

mənəvi sərvətlərə görə böyük ustad Cavad Heyətə və 

«Varlıq» dərgisinin müəlliflər heyətinə son dərəcə 

minnətdardırlar. 

Doktor Cavad Heyət böyük alimdir. Onun türkoloji 

araşdırmalara dair üç yüzə qədər, tibbə aid isə yüzə yaxın 

məqaləsi, elmi əsəri müxtəlif illərdə İran, Türkiyə, 

Azərbaycan, Avropa ölkələri və Amerikada yayımlanıb. Onun 

türkologiyaya aid kitablarını məxsusi qeyd etmək istəyirəm: 

iki cilddə «Azərbaycan ədəbiyyatı tarixinə bir baxış», 

«Azərbaycan şifahi xalq ədəbiyyatı», «Türklərin tarix və 

ədəbiyyatına bir baxış», «Ədəbiyyatşünaslıq», «İki dilin 

müqayisəsi», «Türk dili və ləhcələrin tarixi». Bu kitabların hər 

biri ayrı-ayrılıqda Azərbaycan ədəbiyyatının, ana dilinin 

tədqiqinə, araşdırılmasına həsr olunan, böyük əhəmiyyət kəsb 

edən əsərlərdir. Və alimin bu əsərləri indi əl-əl gəzir. 

Cavad Heyət dostu və həmkarı, rəhmətlik H.Nitqiylə 

birlikdə İranda elmi türkologiyanın əsasını qoyub. O, 1993-cü 

ildə Türkiyənin Tehran böyük elçisi Korkmaz Haktanırla 

birgə Tehranda Türk Kültür Mərkəzini açır. Cavad Heyət 

türkologiya sahəsində apardığı araşdırmalara və elmi 

əsərlərinə görə Türk dili Qurumunun üzvü seçilib, İstanbul 

Universiteti tibb və ədəbiyyat fakültələrinin altun və fəxri 

diplomlarını alıb, Azərbaycanın bir neçə nüfuzlu 

universitetinin fəxri professor və doktoru seçilib, bir çox 

önəmli elmi-mədəni qurumların mükafatlarına layiq görülüb. 

Cavad Heyət Vətənimizdə çox sevilir, olduqca hörmətli 

tutulur. O, 1982-ci ildən Azərbaycan Elmlər Akademiyasının 

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının, 1992-ci 



 

90

ildən Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Cavad 



Heyət Azərbaycan mədəniyyəti və elminin inkişafındakı 

xidmətlərinə, İran-Azərbaycan mədəni-ədəbi əlaqələrinin 

möhkəmləndirilməsindəki fəaliyyətinə görə 1991-ci ildə Milli 

Yaradıcılıq Akademiyasının fəxri akademiki, 1992-ci ildə 

Bakı Dövlət Universitetinin fəxri doktoru, 1993-cü ildə 

N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin, 1994-cü 

ildə N.Nərimanov adına Tibb Universitetinin, 

Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin, 

Bakı Xəzər Universitetinin fəxri professoru, Azərbaycan 

Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü seçilib. Bakı 

universitetlərində professor-müəllim heyəti ilə görüşləri

tələbələr qarşısında maraqlı mühazirələri, xəstəxanalardakı 

uğurlu cərrahiyyə əməliyyatları alimi daha da sevdirib. Cavad 

Heyətin Bakıda tələbələr qarşısında “Kitabi-Dədə Qorqud”un 

yaranma tarixi və s. mövzularda oxuduğu mühazirələr həm 

tarixi-filoloji, həm də linqvistik baxımdan xüsusi marağa 

səbəb olub. İndiyədək onun çıxış və məruzələri mötəbər elmi 

simpoziumlarda səslənib, İngiltərə, Fransa, eləcə də 

Avropanın digər ölkələrinin ən nüfuzlu dərgilərində çap 

olunub. 


Bəli, doktor Cavad Heyət tibbi və türkologiya 

sahələrində çalışmalarına görə dünyada, xüsusilə türk 

dünyasında məşhurlaşıb, adını öz sağlığında ikən 

əbədiləşdirib. 

Doktor Cavad Heyət ana dilimizin böyük qayğıkeşi və 

təəssübkeşidir. O, böyük vətənpərvərdir, xalqını, millətini, 

Vətənini ülvi, təmiz, təmənnasız, alovlu məhəbbətlə sevən bir 

övladdır, Azərbaycan oğludur. Onun bu böyüklüyü ilə bağlı 

iki məqamı hər dəfə xatırlayanda çox təsirlənirəm. Birinci fakt 

odur ki, Cavad Heyət «Varlığ»ın ilk sayında böyük 

Azərbaycan şairi Bəxtiyar Vahabzadənin «Ana dili» şeirini 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə