Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə27/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   23   24   25   26   27   28   29   30   ...   202

 

91

çap edib və bununla nə qədər misilsiz bir iş gördüyünü biz bu 



gün də böyük məmnuniyyət və minnətdarlıqla dilə gətiririk. 

İkincisi, Cavad Heyət 1971-ci ildə ustad Şəhriyarı ailəsi ilə 

birlikdə Tehrana dəvət edir, onları 5 ay evində qonaq saxlayır. 

Bununla da o, ustad Şəhriyarın yaradıcılığında yeni səhifə 

açır, şairin ana dilində yazıb-yaratmasına şərait yaradır. Və 

böyük Şəhriyar yenidən türkcə şeirlər yazmağa başlayır. Bu 

böyüklüyü və xeyirxahlığı ilə Cavad Heyət elə özü dediyi 

kimi, «fars şeirinin zirvəsinə çıxan və müasir İranın Hafizi. 

sayılan» Şəhriyarı sanki yenidən bizə qaytarır. Ədəbiyyat 

dünyamıza, söz sənətimizə «Heydərbabaya salam» adlı bir 

sənət incisi, söz mirvarisi, çox müqəddəs bir əsər bəxş edir. 

Doktor Cavad Heyət Qarabağ müharibəsi ilə bağlı 

Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə 

çatdırılmasında da böyük fədakarlıq göstərib və göstərir. 

İrandakı Qarabağ Müsəlmanlarına Yardım Komitəsinin sədri 

kimi Cavad Heyət dünyanın bir çox dövlət başçılarına 

müraciət edib. Onun 1993-cü ildə böyük ürək ağrısı ilə 

Türkiyənin prezidenti cənab Süleyman Dəmirələ yazdığı açıq 

məktubundakı sözləri həyəcansız oxumaq mümkün deyil: 

«Mən bu sətirləri göz yaşlarımın qabağını ala bilmədən 

yazıram və bu anda Allah-təaladan xalqımıza qurtuluş, ya 

özümə ölüm istəyirəm». Cavad Heyət həmin məktubda 

Azərbaycanı düşdüyü fəlakətdən çıxarmaq üçün səyləri 

gücləndirməyə, «böyük dövlətlərin silahları ilə təpədən-

dırnağadək silahlanmış ermənilər qarşısında azərbaycanlıları 

müdafiə edib, soyqırımına mane olmağa» çağırır. 

Cavad Heyət 1992-ci ildə Qarabağ savaşının 180 

yaralısının – Qarabağ əlilinin Tehranda pulsuz müalicəsini 

təşkil edib, ən ağır yaralıları isə şəxsən özü əməliyyat edərək 

həyata qaytarıb. 

Mən onlardan birinin Cavad Heyət haqqında dediklərini 



 

92

də unuda bilmirəm. Bu, Qarabağ müharibəsi əlili Maarif 



Əliyevin sözləridir: «Mənim ağ ciyərim tamam dağılmışdı, 

qara ciyərimdə də qəlpələr qalmışdı. Məni fevralın 2-də 

operasiya elədi. Əməliyyat müvəffəqiyyətlə qurtarmışdı. 

Əməliyyatdan sonra mən ayılmamışdım. Görün, Cavad Heyət 

neyləmişdi. Mənimlə birgə Azərbaycandan gələn uşaqları 

gətirmişdi ki, Azərbaycan dilində, Bakı ləhcəsində, 

Azərbaycan ləhcəsində danışın. Maarif anasının, atasının, 

bacısının, qardaşının adını çəkirdi, o adları siz də çəkin ki

əsəblərinə toxunsun, bəlkə, narkozdan ayılsın. Cavad Heyət 

həmin variantla məni narkozdan ayıltmışdı». Gəlin etiraf edək 

ki, bu, həm də insan taleyinə biganə qalmayan humanist, 

xeyirxah bir həkimin hərəkətidir, Cavad Heyət böyüklüyüdür. 

Cavad Heyət Azərbaycana humanitar yardım 

toplanılması, onun qaçqınlara, yaralılara və şəhid ailələrinə 

çatdırılması işində böyük əmək sərf edir. Biz bütün bunlara 

görə də ona çox borcluyuq. 

Öz fəaliyyətində iki parlaq sahənin vəhdətini yaradan, 

iki qütbü birləşdirən, ədəbiyyatı təbabət, təbabəti ədəbiyyat 

qədər dərindən mənimsəyən, bilən Cavad Heyətin Bakıya hər 

gəlişi əsl toy-bayrama çevrilir. O, müstəqil Azərbaycanın ən 

əziz qonağı olur. 

Bilirsiniz ki, on il əvvəl Doktor Cavad Heyətin 70 illiyi 

Bakıda dövlət səviyyəsində, Azərbaycan ziyalıları və elmi 

ictimaiyyətin iştirakı ilə geniş qeyd edildi. Dövlət Televiziyası 

ilə nümayiş etdirilən bu yubiley gecəsinə bütün Azərbaycan 

baxdı, bütün Cavadsevərlər baxdı, xalqımız bir daha bu Vətən 

oğlunun qüdrətinin şahidi oldu. 

Xalqımızın ümummilli lideri, dünyaşöhrətli siyasətçi 

Heydər Əliyev də Cavad Heyət şəxsiyyətinə, Cavad Heyət 

elminə, Cavad Heyət vətənpərvərliyinə yüksək dəyər verirdi, 

ona böyük hörmətlə yanaşırdı. Ulu öndərimiz Cavad Heyəti 



 

93

Bakıda qəbul edərkən xeyirxahlığına, Vətən üçün əhəmiyyətli 



işlərinə və İranla Azərbaycan arasında dostluq körpüsü 

yaratdığına görə ona minnətdarlıq etmişdi. 

Doktor Cavad Heyətin qəlbi daim vətənpərvərlik ehtirası 

ilə döyünür. O, bütün varlığı ilə xalqının xoşbəxtliyi üçün 

çalışır. 

Bir məqamı da nəzərə çatdırmaq istəyirəm: əgər Cavad 

Heyət təkcə cərrah, həkim, təbib kimi fəaliyyət göstərsəydi, 

yenə sənətin zirvəsində dayanacaqdı. Əgər Cavad Heyət təkcə 

türkologiya ilə məşğul olsaydı, yenə tarixdə ən məşhur 

türkoloq alim kimi qalacaqdı. Əgər Cavad Heyət təkcə 

«Varlığ»ın naşiri olsaydı, yenə də Azərbaycanın ən sevimli 

övladlarından biri olaraq tanınacaqdı. Yəni o, hər sahədə öz 

sözünü böyük məharətlə, ustalıqla, peşəkarlıqla deyib. 

Mənim bütün bunları sadalamaqda məqsədim var. Bu 

gün Cavad Heyət ömrün zirvəsindədir! Və həm də 

müdrikliyin zirvəsindədir. Ömrün zirvəsinə çatmaq olar

amma öz sağlığında müdrikliyin zirvəsini kəşf etmək hər kəsə 

nəsib olan xoşbəxtlik deyil. Amma Doktor Cavad Heyət bu 

zirvəni kəşf edib. Və o, bu zirvəni kəşf etmək üçün nəfəs 

dərmədən yol gəlib. İndi bu zirvədən dünyaya, onu sevənlərə 

qürurla, alnıaçıq baxmağa tam haqqı var. Bu gün Cavad 

Heyətin öyünməyə tam haqqı var. 

Cavad Heyət yüksək səriştəli həkim-cərrah, filoloq-alim, 

tarixçidir. O, indi də İran İslam Respublikası ilə Azərbaycan 

arasında, Cənubi Azərbaycanla Şimali Azərbaycan arasında 

mənəviyyat körpüsünə çevrilib. Qoy bu körpü sarsılmaz 

olsun! 

İki tayın ağsaqqalı, hamımızın iftixarı, müdrik insan! Biz 



fəxr edirik ki, dövrümüzün ensiklopedik biliyə malik alimi, 

görkəmli təbibi, alovlu vətənpərvər doktor Cavad Heyətin 

müasirləriyik. 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə