Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə30/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   26   27   28   29   30   31   32   33   ...   202

 

101


mədəni mühitini şərh edərkən burada türk-Azərbaycan 

nüfuzunun hökmranlığını, erməni faktının isə mövcud 

olmadığını dönə-dönə dilə gətirir. (səh.149-169) 

«Qarabağ Qaraqoyunlular dövründə» bölümündə müəllif 

Əmir Teymurun oğlu Şahruxun bu cənnət torpaqlara daimi 

maraq və vurğunluğundan söz açır, bu yerləri yaylaq seçib, öz 

istirahətini burada keçirdiyini vurğulayır. 

Müəllifə görə «Qarabağ Səfəvilər dövründə» də 

azərbaycanlıların əbədi məskəni olub. (səh.193) O, F. Sumerə 

istinad edərək yazır ki, Səfəvi hökmdarı Şah İsmayılı 

müşayiət edənlərdən Bayram bəy Qaramanlı, Qara Piri bəy 

Qacar qarabağlı idilər. Onlar Şeyx Heydərə və Şah İsmayıla 

yaxınlıqları ilə tanınırdılar. Bayram bəy sonralar divanbəyi 

vəzifəsinə yüksəldi. 

Cənubi Azərbaycanla daim ortaq tale yaşamış Qarabağı 

Şah İsmayıl özünün qışlağı hesab edirdi. Təbrizi paytaxt edən 

Səfəvi hökmdarı ölkəni 4 bəylərbəyinə bölmüşdü: Təbriz, 

Qarabağ, Çuxursəd, Şirvan. Qarabağın hüdudları da o dövrdə 

hər kəsə bəlli idi: Gəncə, Bərdə, Bərgüşad, Lori, Cavanşir 

mahalları. (səh. 196) 

Təəssüflər olsun ki, Azərbaycanın milli birliyinə Şah 

İsmayıl dövründəki qayğılar sonralar şəxsi maraq və 

mənafelərin, tayfa, sülalə, məzhəb, region hisslərinə qurban 

verilmiş, hətta Nadir şahın hakimiyyəti dövründə bir qrup 

erməni feodalının Qarabağa köçürülməsi sonralar maraqlı 

dövlətlər tərəfindən davam etdirilmişdir. 

Bu süni deportasiya siyasəti Abbas Mirzənin 

hakimiyyəti dövründə də olmuş, guya ruslara qarşı 

müharibədə ehtiyatkarlıq göstərmiş bir çox Qarabağ elatları 

cəzalandırılaraq İranın yaşayış üçün əlverişsiz səhralarına 

sürülmüşdür. Nəticədə isə Qarabağın boş qalan elatları 

növbəti erməni köçlərinin artıb çoxalma məskəninə 




 

102


çevrilmişdir. (səh. 344) 

Qarabağın xanlıqlar dövründə bir türk (Azərbaycan) 

yurdu kimi inkişafını, çiçəklənməsini o dövrdə xanlığa 

başçılıq edən Cavanşir tayfasından çıxan xanların uzaqgörən 

siyasəti, dövlətçilik səriştəsi ilə əlaqələndirən müəllif həm də 

bu yerlərin ədəbi-mədəni mühiti haqqında görkəmli elm, sənət 

adamları barədə məlumat verir. Molla Pənah Vaqifin həm 

şair, həm də yetkin siyasət adamı kimi mərtəbəsini tanıdan 

S.Sərdarniya onunla bir sırada Qarabağın məşhur 

şəxsiyyətlərinin, o cümlədən Əbülfət xan Cavanşirin, 

Cəfərqulu xan Cavanşirin, Ağabəyimin, Xurşidbanu 

Natəvanın, Mehdiqulu xanın, Qasım bəy Zakirin, Molla Vəli 

Vidadinin adlarını çəkir. Bütün bunlardan sonra Qarabağa 

erməni iddialarının puçluğu heç kəsdə şübhə doğurmasa da, 

müəllif tarixi-xronoloji ardıcıllıqla Qarabağ reallıqları ilə 

tanışlığı davam etdirir. 

Tarixçi alim Qarabağdakı demoqrafik faciələrdə 

Rusiyanın əsaslı rolu olduğunu, Rusiya-İran müharibəsindən 

və «Türkmənçay» müqaviləsindən sonra bu prosesin 

gücləndiyini, tarixi Azərbaycan ərazilərində erməni anklavı 

yaratmaqla bölgədə türk-islam avtonomluğunu pozmaq 

cəhdləri barədə söz açır: «Uzun sürən həmin müharibələrdə 

Qarabağ diyarı əsas döyüş cəbhələrindən idi və bu region hər 

iki tərəf üçün böyük əhəmiyyət kəsb edirdi. XIX əsr 

Azərbaycan tarixçisi Əhməd bəy Cavanşirin dediyinə görə 

Şuşa qalası İran üçün Qafqazın açarı, Rusiya üçün İranın 

qapısı hesab edilirdi». (səh. 321) 

Müəllif çar generalı Sisianovun Qarabağda ermənilərə 

göstərdiyi xüsusi qayğını, aborigen xalqa etdiyi zülmü də 

Rusiyanın Azərbaycana, Qarabağa münasibətinin nəticəsi 

kimi şərh edir, Qarabağın erməniləşdirilməsi istiqamətində 

total tədbirlərin başlandığını bildirir: «Çarın tapşırığı Sisianov 




 

103


üçün qanun idi. O, bütün fəaliyyəti dövründə ermənilərə 

xüsusi qayğı göstərirdi və hücum zamanı ermənilərdən 

istifadə edirdi. O, hiyləgərlik və xəyanətdə başqalarından 

seçilir, qəlbində azərbaycanlılara nifrət hissi yaşadırdı». (səh. 

321) Rusiya çarından aylıq məvacib alan ermənilərin 

İbrahimxəlil xanın öldürülməsində əli olduğunu qeyd edən 

müəllif rus-erməni birliyini Qarabağdakı faciələrin başlıca 

səbəbi hesab edir. İranla «Türkmənçay» sülhü imzalayan 

Rusiya bu müqaviləyə İran ərazisindəki ermənilərin Qarabağa 

köçürülməsi bəndini əlavə etməklə Şimali Azərbaycanda 

əbədi milli münaqişələrin əsasını qoymuş oldu. Müəllif 

kitabın «Ermənilərin Qarabağa köçürülməsi» bölməsində 

yazır: «Böyük Pyotr Qafqazın əhəmiyyətini başa düşərək onu 

Yaxın Şərqin qapısı hesab edirdi. Bu strateji əraziləri ələ 

keçirməklə Osmanlıların Xəzər sahilinə yolunu bağlamaq 

istəyirdi. Bu məqsədlə erməni əsillilərdən dayaq kimi istifadə 

edir, onların Qarabağda daha sıx və sürətlə məskunlaşmasına 

yardım edirdi». (səh. 362) 

Ermənilərin türklərə tarixi xəyanəti barədə fransız 

müəlliflərinin (Jan Moqi Karzo «Ermənistan 1915-ci ildə») 

əsərlərindən sitat gətirən S. Sərdarniya ruslarla partnyorluq 

edən ermənilərin, hətta iki ölkə ərazisində (İran, Türkiyə) 

birləşərək Rusiya-İran müharibəsində «ikinci cəbhə» 

açdıqlarını və ruslara sədaqət göstərdiklərini, həmin regionu 

müsəlmanlardan təmizləməyi qarşılarına məqsəd qoyduqlarını 

bildirir. (səh. 363) 

Ermənilərin Qarabağa köçürülməsi zamanı yerli 

türklərin rəyinə məhəl qoyulmadığını ürək ağrısı ilə diqqətə 

çatdıran müəllif yazır: «Əvvəlcə onların (ermənilərin) Bərdə 

şəhərində yerləşdirilməsi və həmin şəhərin yenidən tikilməsi 

çar Rusiyası tərəfindən planlaşdırılırdı. Lakin oranı 

bəyənməyən ermənilər Şuşanın səfalı ərazilərini seçərkən 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə