Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə32/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   28   29   30   31   32   33   34   35   ...   202

 

108


Levitanı, respublikanın əməkdar artisti Aydın Qaradağlı, 

əməkdar artist Sabutay Quliyev, Eldar Əliyev, Cəfər Qocayev, 

Nuhbala Quliyev, Kamil Məmmədov, Bilal Muradov, 

əməkdar jurnalist Valid Sənani, Nazim Novruzov, Abbas 

Rüstəmov. . . 

Moskvada İctimai Elmlər Akademiyasını bitirmiş

Respublikanın əməkdar mədəniyyət işçisi, H. Zərdabi 

mükafatı laureatı Zöhrab Zeynallı 1978-ci ilin sentyabrından 

bu günədək radionun «Proqram və buraxılış» redaksiyasına 

rəhbərlik edir. 

Respublika radiosu uzun müddət – yaranandan 1951-ci 

ilə qədər bir proqramla işləmişdir. Lakin sonralar 

təkproqramlı yayım həm dövlət siyasəti, həm də dinləyici 

marağı baxımından tələbatı ödəməmiş, 2-ci proqramın 

açılmasını zəruri etmişdir. 

1951-ci ildə fəaliyyətə başlayan 2-ci proqram musiqili 

və ədəbi-bədii proqram səciyyəsi daşıyıb, ayrı-ayrı dinləyici 

auditoriyasının tələbatını ödəməklə bərabər, 1-ci proqramın 

keyfiyyətcə dəyişməsinə səbəb olmuşdur. 2-ci proqramın 

xarakterinə uyğun gələn bəzi verilişlərin 1-ci proqramdan 

oraya keçirilməsi hesabına 1-ci proqramda verilişlərin sayı 

artmışdır. 

Bu uğura əsaslanan Azərbaycan radiosunun rəhbərliyi 

müxtəlif oriyentasiyalı dinləyici qruplarının tələbatını daha 

geniş miqyasda ödəmək məqsədilə digər iki proqramdan 

seçilən 3-cü proqram açmaq qərarına gəldi, lakin bu ideya 

özünü doğrultmadı və tezliklə məlum oldu ki, 3-cü proqram 2-

ci proqramın təkrarı ola bilər. Buna görə də 2-ci və 3-cü 

proqramlar ləğv edilərək onların bazasında «Araz» xəbərlər və 

musiqi proqramı yaradıldı və 1964-cü il oktyabrın 15-də efirə 

çıxdı. 

Beləliklə, 1964-cü il oktyabrın 15-də gündüz saat 12-də 




 

109


Fikrət Əmirovun «Azərbaycan» kapriççosunun sədaları 

altında «Araz» proqramı fəaliyyətə başladı. 

1964-cü il iyunun 24-də Sov.İKP MK «Radio ilə verilən 

informasiyanı yaxşılaşdırmaq haqqında» qəbul etdiyi qərarda 

Kreml belə sanırdı ki, sosializm quruculuğu sahəsində 

cahanşumul qələbə əldə olunub və bu barədə geniş məlumat 

vermək lazımdır. 

Həmin «tələbatı» ödəmək üçün Moskvada və müttəfiq 

respublikaların paytaxtlarında əlavə radiostansiyaların 

açılması qərara alındı. İttifaq radiosunda «Mayak», 

Ukraynada «Promin», Özbəkistanda «Məşəl», Azərbaycanda 

«Araz» radio proqramları məhz bu dövrün radiostansiyaları 

oldu. «Araz» proqramı da bu qərara cavab kimi yaradılmışdı. 

«Araz» proqramının açılması ilə Azərbaycan radiosunun 

xəbərlər və musiqi verilişləri redaksiyalarında müəyyən 

dəyişikliklər edildi. İlk növbədə hər iki proqramda xəbərlərin 

sayı və həcmi xeyli artırıldı. Əgər 1950-ci ildə efirdə 

Azərbaycan dilində cəmi 4 dəfə «Son xəbərlər» səslənirdisə, 

1968-ci ildə artıq radionun «Son xəbərlər» redaksiyasının 

bülletenləri hər iki proqramda 24 saata çatdırıldı. 

Radio ilə çıxış edən musiqiçilərin repertuarlarında və ifa 

səviyyələrində də xeyli irəliləyiş və zənginlik özünü göstərdi. 

1960-cı illərin ortalarında radio və televiziyanın nəzdində 

kamera orkestrinin təşkili, «Qaya» vokal kvartetinin 

yaradılması musiqinin təbliği sahəsində radionun imkanlarını 

artırdı. Əgər Azərbaycan radiosunun ilk illərində onun musiqi 

fondu cəmi 40 ədəd qrammofon valından ibarət idisə, 1968-ci 

ildə radionun fonotekasında 24 minə qədər musiqi əsərinin 

lent yazısı var idi. Bu gün iftixarla deyə bilərik ki, 

fonotekamızın «qızıl fond»unda qorunan əsərlərin sayı 70 

mini ötüb. 

1987-ci ildə «Araz» proqramı dinləyicilərin istək və 




 

110


arzularını nəzərə alaraq noyabrın 2-dən səhər saat 7-dən gecə 

saat 1-dək işləməyə başladı. Səhər və axşam saatlarında 

stereofonik musiqidən ibarət xüsusi bloklar nəzərdə tutuldu. 

«Araz» proqramı fəaliyyətini 1964-cü il oktyabrın 15-

dən 2005-ci il iyunun 23-dək davam etdirdi. 

1994-cü il oktyabrın 15-də «Araz» proqramının 30 illiyi 

ilə əlaqədar ulu öndərimiz, Azərbaycan Respublikasının 

Prezidenti Heydər Əliyev cənabları Azərbaycan televiziyası 

və radiosunun çoxminli kollektivini təbrik etdi. Təbrikdə 

deyilirdi: «Otuz ildir ki, xalqımızın zəngin tarixi, çoxcəhətli 

heyatı, mübarizəsi, azadlıq idealları «Araz»ın dalğalarında 

planetimizin uzaq-uzaq ölkələrinə yayılır. Bu gün Azərbaycan 

həqiqətləri dünya ölkələrinə 9 dildə çatdırılır. Müstəqil 

Azərbaycan Respublikasının adı bu tarixi sınaq günlərində 

xalqımızın əzmi, iradəsi, yekdilliyi efirdə öz əksini tapır. Bu 

çətin, məsuliyyətli və şərəfli işdə gecə, gündüz fədakarlıqla 

çalışan, öz xalqına sədaqətlə xidmət etmək amalını hər şeydən 

uca tutan teleradio işçiləri hörmət və ehtirama layiqdir». 

Bəli, ulu öndərin teleradio kollektivinin əməyinə verdiyi 

bu yüksək qiymət heç vaxt unudulmayacaq. 

Azərbaycan radiosu və televiziyası yarandığı gündən bu 

vaxta qədər uzun və keşməkeşli bir yol keçmişdir. Bütün 

sovet dönəmində radiomuz Ümumittifaq Radio və Televiziya 

Komitəsinin nəzarəti altında olmuşdur. Bu fakta diqqətlə 

nəzər yetirin: 50-ci illərdə hər cümə axşamı saat 20-dən 24-

dək Azərbaycan radiosu ilə Moskva radiosunun verilişləri 

yayımlanırdı. Bu hələ harasıdır?! O vaxt mərkəzin belə bir 

siyasəti var idi: «Pravda» qəzetini hər bir evə!» Bütün 

müttəfiq respublikaların radioları, o cümlədən Azərbaycan 

radiosu Ümumittifaq radiosunun əsas verilişlərini 

yayımlamağa məcbur edilirdi. Gəlin, bir anlığa radionun 

1990-cı ildəki bir günlük proqramına nəzər salaq: 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə