Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə40/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   36   37   38   39   40   41   42   43   ...   202

 

135


Paşayevin, Mailə Muradxanlının, İsa İsmayılzadənin, Mövlud 

Süleymanlının, Vaqif Əlixanlı, İntiqam Mehdizadə, Məmməd 

Oruc və başqalarının aldığı bu müqəddəs məbədin ədəbiyyat, 

söz, sənət çırağının bu gün radiomuzda şair İbrahim Göyçaylı, 

Şəfəq Sultan Əlixanlı, Gülbəniz Hüseynova, Rəbiyyə Səyyadi, 

Nəcibə Bağırzadə, gənc jurnalistlərdən Aygün Diridağlı, 

Rübabə Səməndər, Mahəddin Əsgər kimi qoruyucuları var. 80 

yaşlı radiomuzun ədəbi-bədii sözü bu gün də etibarlı 

əllərdədir. Sabaha ümidlə baxan söz adamları xalqın mənəvi 

dəyərlərini, insanların ruhunun bir parçasını yenə də onu 

dəyərləndirən insanlara ərməğan edəcəyinə inanır. 

 

«Azərbaycan» qəzeti, 



20 may 2006-cı il 

 



 

136


 

 

 



 

RADİO VƏ MUSİQİ 

 

Bu il Azərbaycan radiosunun 80, televiziyasının 50 illik 



yubileyi tamam olur. Radio və televiziyanın tarixi xalqın 

etnokulturoloji inkişafının, ictimai-siyasi nailiyyətlərinin 

tarixi, salnaməsidir. Özündə bir çox elm, mədəniyyət 

sahələrini, ən kütləvi təbliğat bioenerjisini yaşadan teleradio 

bütün dünyada olduğu kimi, ölkəmizdə də hamının diqqət 

mərkəzindədir. Xalqın ən xırda uğuru, inkişafın ən müxtəlif 

istiqamətləri bu sehrli, unikal «qutuda» əks olunaraq hər kəsin 

məlumat, informasiya mənbəyinə çevrilir. Ona görə do 

yubiley qarşısında radio və televiziyanın inkişaf 

tendensiyalarından mərhələli şəkildə söz açmağı 

məqsədəuyğun sayırıq. Söhbətimiz radio və musiqi 

mövzusunda olacaq. 

Musiqi verilişləri Azərbaycan Radio İdarəsi işə başlayan 

gündən efirə yoldaşlıq edir. 1926-cı ilin noyabrından xəbərlər 

proqramları ilə yanaşı pərakəndə olsa da, efirdə canlı musiqi 

səslənirdi. Amma təbii ki, o vaxt müstəqil redaksiya hələ 

təşkil olunmamışdı. Musiqiçilər studiyaya dəvət olunurdular. 

Onların arasında Məşədi Məmməd Fərzəliyev, Cabbar 

Qaryağdı oğlu, Bülbül, Qurban Pirimov, Qılman Salahov, 

Xalıq Babayev (dəf), Xosrov Məlikov, Teyyub Dəmirov, 

Ağabala Abdullayev, Əmirulla Məmmədbəyli, İslam 

Abdullayev vardı. Canlı konsertlər saatlarla davam edirdi. 

Qocaman diktor, əruz vəzninin gözəl bilicisi Soltan Nəcəfov 

söylərdi ki, konsert seçilmiş bir qəzəlin qiraətilə başlardı, 

musiqi müşayiət edərdi, sonra efiri verərdik xanəndənin 



 

137


sərəncamına. O vaxt canlı əlaqə də vardı, dinləyici fikir və 

rəyini söyləyə bilirdi. Bəzən idarənin qarşısına gəlib konsertin 

bitməsini gözləyənlər də olurdu. O illər lentə köçürülmə 

olmadığı üçün məşhur xanəndə və sazəndələrin ifası 

qrammofon vallarına yazılardı. Muğam konsertlərində Zülfü 

Adıgözəlov, Ruxsara Mirzəbəyova (piano), Hüseynağa 

Hacıbababəyov, Əlövsət Sadıqov, Kor Əhəd iştirak edərdi. 

1931-ci ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Xalq 

Çalğı Alətləri (XÇA) Orkestri yarandı. Müslüm 

Maqomayevin bədii rəhbəri olduğu bu notlu orkestrə bəstəkar 

Səid Rüstəmov dirijor köməkçisi təyin olunmuşdu. Həmin 

ildə Müslüm Maqomayevin bəstələdiyi «Radio marşı» (RV-8) 

orkestrin ifa etdiyi ilk əsərlərdən idi. Sonralar bu marş hər 

səhər Azərbaycan radiosunun çağırtısına çevrildi. Orkestrin 

repertuarı Azərbaycan, rus və dünya klassiklərinin əsərlərilə 

zəngin idi. 

O vaxt radionun binası Mərkəzi Poçtun yanında 

yerləşirdi. Radionun solistləri Səltənət Qacar, Sürəyə Qacar

Cahan Talışınskaya, Bikə Səmədzadə, Sima Haşımlı, Həqiqət 

Rzayeva, Münəvvər Kələntərli, Qüdrət Əmiraslanova hər gün 

məşqə gəlir, canlı konsertlərdən əlavə Filarmoniyada çıxış 

edirdilər. Qüdrət Əmiraslanova «Kəsmə-Şikəstə»si ilə, 

Cavahir Firudinbəyli Üzeyir bəyin «Qaragöz» mahnısının ən 

yaxşı ifaçısı kimi məşhur olmuşdular. Sonralar radionun 

musiqi proqramlarında Xurşud Babayevanın, Sara 

Qədimovanın, Gülağa Məmmədovun, Tükəzban 

İsmayılovanın, Töhfə Əliyevanın, daha sonra Fatma 

Mehrəliyevanın adları çəkilməyə başladı. 

1936-cı ildə radionun 10 illik yubileyini keçirmək 

Üzeyir bəyin təşəbbüsü idi. Gecəni dənizkənarı küçədəki 

binalardan birinin zirzəmisində keçirdilər. Radionun diktorları 

Soltan Nəcəfov və Leyla Terequlova müğənniləri təqdim 




 

138


edirdilər. Gecəyə Üzeyir bəylə həyat yoldaşı Məleykə xanım 

da gəlmişdilər. Orkestrə Üzeyir bəy özü dirijorluq edirdi, Səid 

Rüstəmov isə köməkçi idi. Üzeyir bəyin 2 fantaziyası – «Şur» 

və «Cahargah» ilk dəfə o vaxt səsləndi. 1936-cı ildə Üzeyir 

bəy XÇA orkestrini Səid Rüstəmova təhvil verdi və 1937-ci 

ildə Moskvada keçirilən Azərbaycanın birinci dekadasında 

«Arşın mal alan» operettasını bu orkestr müşayiət etdi. Bütün 

bu hadisələr musiqi redaksiyasının salnaməsinə yazılan ilk və 

parlaq səhifələr oldu. 

1936-cı ildə xor kollektivi də yaradıldı. Xorun bədii 

rəhbəri bəstəkar Cahangir Cahangirov təyin olundu. İfaçılar o 

qədər də çox deyildi: Bülbül, Şövkət Məmmədova, Cahan 

Talışinskaya, Xan Şuşinski, Seyid Şuşinski… 

Radionun kollektivi getdikcə genişlənirdi. Bura yeni 

ifaçılar cəlb edilirdi. Sara Qədimova, Tükəzban İsmayılova, 

Firəngiz Əhmədova, Şövkət Ələkbərova orkestrin müşayiətilə 

canlı konsertlərdə çıxış edirdilər. 

1946-cı ildə Qara Qarayev və Cövdət Hacıyev Moskva 

Dövlət Konservatoriyasını bitirib Bakıya qayıtdılar və o 

vaxtdan efirdə ciddi musiqi öz yerini tutdu. Həmin illərdə xor 

kollektivinin də canlı çıxışları oldu. 1948-ci ildə İrana, 

Türkiyəyə konsertlər ünvanlanardı. Cahangir Cahangirov 

xəstəliyilə əlaqədar xor kollektivindən ayrıldı, sonralar Radio 

və Televiziya Komitəsinə bədii rəhbər vəzifəsinə təyin edildi. 

Respublikada keçirilən dövlət tədbirlərində, baxış-

müsabiqələrdə, festivallarda musiqi redaksiyasının 

əməkdaşları fəal iştirak edirdilər. İstedadlar seçilir, Asəf 

Zeynallı adına musiqi məktəbinə daxil olurdular. 

1949-cu ildə elektromaqnit lentlərinin meydana çıxması 

radionun tarixə çevrilməsində yeni mərhələ oldu. Musiqi 

əsərlərinin audiolentə köçürülməsi başlandı. 

1950-ci ildə radionun fond fonotekası yarandı. Bədii 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə