Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə38/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   34   35   36   37   38   39   40   41   ...   202

 

128


xatirəsi var: 

 

…Nə ata çörəyi yedik



nə gördük qardaş sovqatı… 

Qamçıladı bizi acı-acı 

sərt üzlü yetimlik həyatı… 

…Ömrün çətin yollarında 

bizə yar oldu Əli, Rəsul 

Onlar açıq ürəkli, 

qaynar məhəbbətli  

gənclər idi,  

O zamanlar bizimlə 

ünsiyyət bağlamaq  

Sadə sevgi deyil 

Böyük hünəridi… 

 

…Bilirsiz, məni tez-tez qınayırlar ki, mən yaradıcılığımı, 



guya cild-cild kitablarımı ailəmə, Rəsula, balalarıma qurban 

vermişəm. Bu əslində belə deyil. Mən sadəcə olaraq çox 

böyük fədakarlığın önündə bir qadın sədaqəti, bir şairə 

təvazökarlığı göstərmişəm yəqin. Bundan başqa adı yoxdur o 

müqəddəs bağlılığın: Sevgi olan yerdə sədaqətin böyüklüyünə 

şübhə eləməkmi olar?! 

…Hərdən radioda o keçmiş mahnıları, lent yazılarını, 

çıxışları eşidəndə fikirləşirəm, yaxşı ki, bu canlı yaddaş 

ünvanı var. Yoxsa xatirələr küləyi xəyalımızdakıları alıb hara 

istəsə qovalayardı, heç izi-tozu da qalmazdı. Necə ki, 50-ci 

illərə qədərki «Ədəbi görüşlər», «Şeir dəqiqələri» və sair bu 

kimi verilişlərin heç biri lentə köçürülmədiyindən çoxu 

unudulub gedib. Çap olunanları da solmuş, cansız yarpaqlar 

kimidi. Ona görə də Dövlət Radiosundan aldığım dəvətlərə 

bəzən vaxtın darlığından, ya nədənsə imtina etməyimə 



 

129


baxmayın, mənim üçün radio çox qiymətlidir…» («Xatirələr, 

memuarlar, portretlər». Nigar Rəfibəyliyə həsr olunmuş 

veriliş. 1980-ci ildə lentə alınıb. Müəllif Şəfəq Əlixanlıdır). 

Radio verilişləri bir müəllifin ideyasına, ssenarisinə, 

qələm təcrübəsinə əsaslansa da, əslində bir insanın deyil, 

kollektiv əməyin məhsulu olub həmişə. Radioda səslənən bir 

şeir, oxunan bir hekayə, səhnələşdirilmiş bir tamaşa artıq ilkin 

müəllifiylə yanaşı, onu ifa edən aktyorun, səsi lentə alan 

operatorun, rejissorun, musiqi tərtibatçısının da eyni dərəcədə 

müəlliflik əsərinə çevrilir. 

Məhz buna görə də radionun tarixinə nəzər saldıqda 

təkcə burada çalışan insanların deyil, öz əməyi, işi ilə bu gün 

radio tarixində yaşayan yüzlərin, minlərin xatirələri 

vərəqlənməlidir. 

Maraqlı burasındadır ki, radioda qorunan hər lent 

yazısının, tarixi bir anın, səsin əbədiləşdirilməsinin necə 

deyərlər, əsl fədailəri sadə əmək adamları – operatorlar, səs 

rejissorları, montajçılar və s. bu kimi insanlar da tarixdən öz 

adları silinsə belə, əbədi yaşarlılıq qazanan bu xatirə səslərlə 

hər zaman fəxr edib, öyünüblər. 

Tarixin bu səsli «salnaməsi»nin səhifələrində isə xalqın 

taleyində böyük elmi, mənəvi, siyasi xidməti olan tarixi 

şəxsiyyətlərin səsləri, xatirələri, düşüncələri yaşayır. Və 

xoşbəxtlikdən belə insanların təkcə ad sırasına cildlərlə kitab 

bağlamaq olar. 

Onların içində Azərbaycana müxtəlif illərdə güzarı 

düşmüş yüzlərlə əcnəbi yazıçı və şairlər, dost, qardaş ölkələrin 

görkəmli elm, mədəniyyət xadimləri də saysızdır. 

Radiomuzun səs yaddaşında qorunan çox dəyərli 

incilərdən biri də türk dünyasının çox sevilən azadlıq aşiqi 

Nazim Hikmətin lent yazılarıdır. O, ilk dəfə Azərbaycanda 

1927-ci ildə olub. İlk gəlişində yaranan xəfif misralar, şeirlər 




 

130


isə elə o günlərdə radio dinləyicilərinin görüşünə gəlib. 

Sonralar şair «ikinci vətənim» adlandırdığı Azərbaycana tez-

tez gələr, onun sözünü, səsini azəri qardaşları Bakının iri-iri 

salonlarından, Qarayazı meşəsindən, Dədə Günəş 

yaylaqlarından eşidərdilər. Böyük Füzulinin 400 illik 

yubileyindəsə XX əsrin türk şairi Füzuli önündə, onu yaradan, 

yetişdirən xalqın önündə baş əyərək belə deyir: «Baba Füzuli, 

bir vaxt salam verdim, rüşvət deyil deyə almadılar, – dedin. 

İndi bütün cahan «Əleykümsalam» – deyir sənə, ustad!» 

Xoşbəxtlikdən Nazim Hikmətin sonrakı gəlişləri zamanı 

da səsi lentə almaq mümkün idi deyə, bu gün radionun 

«Ədəbiyyat və incəsənət» redaksiyası bu böyük sərvəti – 

Nazim Hikmətin öz səsində şeirlərini, xatirələrini efirdə 

səsləndirir, göz bəbəyi kimi qoruyur… 

Deyirlər, 1941-45-ci il Böyük Vətən müharibəsi 

adlandırılan İkinci Cahan savaşını Levitanın səsi Rusiya qırıcı 

təyyarələri, tankları, əsgərləri ilə bərabər uddu. Bu böyük 

həqiqət nə mənadasa Azərbaycan radiosuna da şamil 

edilməlidir. Məhz həmin ağrılı-acılı illərdə Azərbaycan 

radiosu birbaşa mərkəzdən alınmış hərbi məlumatları xalqa 

yetirməklə yanaşı, həm də insanlarda mənəvi ruhu 

yüksəltmək, sabaha inam, vətənə yenilməzlik duyğuları 

doğurmaq üçün əlindən gələni əsirgəmir, səsləndirilən hər 

misra şeirdə, çıxışda, sözdə insanlara məhz qələbə ruhu, 

qələbə əzmi aşılanırdı. Həmin illərdə efirə canlı çıxan 

Azərbaycan radiosu Üzeyir Hacıbəyov, Məmməd Səid 

Ordubadi, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, 

Nigar Rəfibəyli, Əzizə Cəfərzadə kimi gənc yazıçı və şairlərin 

çıxışları, şeirləri, hekayələri ilə yanaşı, həm də artıq müxtəlif 

qəhrəmanlıq ruhlu tamaşalardan parçalar səsləndirməklə 

xalqın əzmkarlığını artırmağa çalışırdı. 

Yarandığı ilk illərdən özünə dinləyicilərdə böyük inam 




 

131


yaradan radiomuzun ədəbiyyat və incəsənət yönlü proqramları 

xalqın həyatına elə daxil olur ki, hərdən burada səsləndirilən 

bədii parçaları dinləyicilər əsl həyat həqiqəti kimi qəbul edir, 

ağlamalısına ağlayır, gülməlisinə gülürdülər. 

50-ci illərdə elektromaqnit lentlərinin kəşfi «Radionun 

qızıl fondunu» yaratmaqla xalqın taleyindəki əvəzsiz tarixi 

xidmətlərini əbədiləşdirmək, «lent salnaməsini» yaşatmaq 

işini həyata keçirdi. 

«Səməd Vurğunun «Vaqif»ini səhnədə çox yaratmışam. 

Hər dəfə də eyni tamaşaçı sevgisi, alqışlar, gül-çiçək dəstələri. 

Müharibə illərində teatrın insanların həyatındakı əvəzsiz rolu 

barədə çox düşünürdüm. O illər doğrudan da elə bil hər yanda 

həyatımızın sabahına işıqlar söndürüləndə, gecələr qəfil 

həyəcan siqnalları verilib, aləm zülmətə qərq olanda təkcə bu 

məbədin – teatrın işıqları yanardı. Biz həyəcan siqnalları 

davam edə-edə də tamaşaya ara verməzdik. Heç tamaşaçılar 

da o vaxt «bomba ubejeşe» deyilən zirzəmilərə qaçmağa 

tələsməzdilər. Ta ki, tamaşa bitincə. Mənə elə gələrdi ki, 

teatrda həyat əbədidir. Amma onun sonsuz olduğuna, heç 

zaman tükənməyəcəyinə yalnız radioda tamaşalar lentə alınan 

zamandan inanmağa başladım. Doğrudan da radio lentləri 

bizim səhnə sənətimizə ölməzlik bəxş etdi. Mən radiodakı 

rollarımı kinodan da artıq qiymətləndirirəm. Çünki radionu 

hər kəs hər an dinləyə bilir. Filmə baxmaq üçünsə mütləq 

kinoteatra getmək gərəkdir. 

«Vaqif»i radio üçün yazanda hər sözün üstündə o qədər 

əsirdik ki… Axı bu tamaşanın sabahı olmayacaqdı ki, o 

oyununla bugünkü səhvləri, yanlış bir mizanı təzələyib, qələti 

düzəltmiş olasan. Lent yazısının belə bir ecazkar qüvvəsi və 

xofu olduğunu məhz radiodakı tamaşalarda duydum. Yaşasın, 

bizi, sənətimizi, 

teatrımızı, səhnəmizi yaşadan radio». («Səhnə və həyat» 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə