Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə36/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   32   33   34   35   36   37   38   39   ...   202

 

122


mənəviyyatını durultmaq, onun saflaşmasına xidmət etmək 

olduğundan Azərbaycan radiosunda da bu yöndə hazırlanan 

proqramlar elə ilk gündən məhz bu ümdə vəzifəni yerinə 

yetirir, dövrün, zamanın tələbi kontekstindən olmuş olsa belə 

yenə də ən saf və müqəddəs duyğuların təcəssümünə 

çevrilirdi. Hələ radio yaranmamışdan öncə bu nəcib hissləri 

qəzet və kitab səhifələrindən xalqa sirayət etdirməyə çalışan 

bir çox aydınlarımız sırasında, XX yüzillikdə Şərqdə ilk 

operanın banisi olmaqla yanaşı, qələmə aldığı felyeton və 

gülməcələrlə xalqı qəflətdən oyatmağın yollarını arayan dahi 

Üzeyir bəy Hacıbəyov təsadüfi deyil ki, hələ 1910-cu ildə 

«Həqiqət» qəzetində çap etdirdiyi məqaləsində yazırdı: 

«Müxtəlif elm və fənn sahibləri meyvəli ağaclar 

mənziləsindəndir, incəsənət xadimləri isə ətirli güllər 

yerindədir. Ləziz meyvələr insanın bədəninə, ətirli güllərsə 

insanın ruhuna ləzzət verdiyi kimi, elm və fənn sahibləri 

əhalinin ağlını, nəfis sənətkarlar, yazıçılar, incəsənət xadimləri 

də dillə camaatın ruhunu tərbiyə edir». 

Düz on altı il sonra Azərbaycan radiosu yarananda efirdə 

ilk canlı çıxışları zamanı da (təəssüf ki, daha sonralar da bu 

dahi sənətkarın radiodakı çıxışlarından çox az qismi 

günümüzə qədər qoruna bilib) məhz bu məqamı vurğulayır, 

xalqın mənəviyyatına, ruhi saflığına xidmət edən sənət 

sahiblərini – yazıçıları, şairləri, jurnalistləri, musiqiçiləri, 

aktyorları xüsusi səfərbərliyə çağırır, onlardan bu nəcib peşə 

vasitəsi ilə insanlara təmiz əxlaq, incə insani keyfiyyətlər 

aşılanmasının tələb olunduğunu diqqətə çəkirdi. 

Xoşbəxtlikdən bu danılmaz həqiqəti Azərbaycan 

radiosunda çalışan, yaxud burada – bu azman auditoriya 

önündə çıxış edən hər kəs tam məsuliyyəti ilə duyub, dərk 

edirdi… 

…Doğrudur, yarandığı ilk onilliklərdə taleyinə 




 

123


«sosializm realizmi» mənzərələrini əks etdirmək, şura 

hökumətinin təntənələrini, guya insanlara bəxş etdiyi 

«xoşbəxtlikləri» dilə gətirmək, bədii əsərlərin mövzusuna 

çevrilən çəhrayı rəngli, pafoslu, şüarvarı yazıları təbliğ etmək 

düşsə də, radio əslində xalqın ən çox inandığı, hadisələrə 

düzgün çözüm verən bir informasiya – söz məkanı kimi 

formalaşmaqdaydı… Çünki yaranan bədii ədəbiyyatın ən 

gözəl nümunələrini hər kəsə – həm sadə peşə adamlarına: 

fəhləyə, kəndliyə, həm də alimə, müəllimə, mühəndisə – 

xalqın ümumi anlayışına müvafiq bir tərzdə efirdən təqdim 

edir, bununla da ümumi səviyyənin yüksəlməsinə xidmət 

etməyə çalışırdı… Və get-gedə efir bədii sözü cilaladıqca, elin 

«təzə gözü» də bütün senzuralara baxmayaraq, efirə «mizan» 

verirdi. Onu xalqın gözü qabağındaca «salnaməçisi»nə 

çevrildiyi tarixdə həqiqətpərəstliyə dəvət edirdi… 

Zahirən ən adi, sadə, kövrək xatirələrdə, söhbətlərdə 

radionun «Ədəbiyyat və incəsənət» redaksiyası o uzaq illərin 

əsl gerçəyini qoruyub yaşadır. 

Xalq artisti Barat Şəkinskayanın Azərbaycan radiosunun 

70 illiyi münasibəti ilə «Efirdə görüşlər» proqramında 

radiomuzla bağlı xatirələrindən: 

«Radio mənim həyatımda teatrla bərabər yer tutur. 

Çünki mən 1935-ci ildə Gəncədən Bakıya dram teatrına 

gələndə, Mustafa Mərdanov mənə dedi: – Ay qız, sənin gözəl 

səsin var. Radioda çıxış etmək istəməzsən? İstəyirsən, səni 

aparım. Dedim, nə olar… O da üstündən soruşdu: – 

Qorxmazsan ki? Dedim: – Siz qorxmursuz, bu qədər radioda 

danışanlar qorxmur, mən niyə qorxum? Mustafa Mərdanov 

güldü. Sonra bir dəfə məni də özü ilə radioya apardı. Onda 

radio köhnə poçtun üstündə, dördüncü mərtəbədə idi. Keçmiş 

Fioletov küçəsində. Hə, gəldim radioya. Orda bir neçə aktyor 

var idi. Nəsə məşq edirdilər. O vaxtkı radio verilişlərinin 




 

124


məşhur aparıcıları Həyat Telequlova və Leyla Telequlova ilə 

tanış oldum. Sonra məni də sınadılar. Deyəsən xoşlarına 

gəldim. Elə o gündən Mustafa, Leyla Telequlova, Həyat bir də 

mən bütün uşaq verilişlərini, nağılları, hekayələri oxumaq 

üçün müəyyən olunmuş saatda radioya gəlirdik. O vaxt 

yazmaq, lent yox idi. Ona görə də iki-üç həftədən bir 

studiyaya gəlir, əvvəlcə məşq eləyir, sonra birbaşa efirə 

oxuyurduq. Hayıf o vaxtkı verilişlərdən heç biri yazılmayıb. 

Yadımdadı, o vaxt Qulam Məmmədli «Səməd əmi» adlı 

həftəlik veriliş yazardı. Mən Tuti idim, Mustafa Mərdanov isə 

Səməd əmini oxuyurdu. Təcrübəm artdıqca mənə daha böyük 

və məsuliyyətli rollar, verilişlər tapşırıldı radioda. Odur ki, 

ömrüm-günüm elə bu radioda keçib. Hansı binaya köçmüsüz, 

mən də sizinlə bərabər getmişəm. Radioda mənim çox 

verilişlərim olub. Mən indi də yaşımın bu sinnində sizə 

arxayınam (televiziyadı, teatrdı oynadıq – qurtardı getdi. 

Teletamaşalar da bizim vaxtımızda lentə yazılmırdı axı), bizi 

yaşadan siz olacaqsız. Yaxşı ki, sonradan radioda səsi lentə 

almağa başladılar. Sizdə o qədər tamaşalarım, verilişlərim var 

ki. «Fərhad və Şirin»də Şirin, «Ovod»da Cemma, «Qış 

nağılı»nda Gertruda, «Romeo və Culyetta»da Culyetta… 

Rəhmətlik Ələsgər Ələkbərovnan, Əli Zeynalovnan tərəf 

müqabiləm o tamaşalarda. İnanırsız, indi də «Fərhad və 

Şirin»in finalına qulaq asanda ürəyim dayanır… 

Radioda, o lent yazılarında əsl böyük sənət tarixi yatır» 

(«Efirdə görüşlər», 1996-cı il, 6 noyabr. Gülbəniz 

Hüseynovanın müsahibəsindən). 

Radionun qızıl fondu. Dəyərli lent yazılarının, 

verilişlərin qorunub saxlandığı fond fonotekasına bu ad əbəs 

verilməyib. Həqiqətən də burada qorunub saxlanan hər bir səs 

böyük mədəniyyət tarixinin bir incisi, dəyərli bir qızıl səhifəsi, 

misrasıdır. 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə