Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə33/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   29   30   31   32   33   34   35   36   ...   202

 

111


Saat 6.00-6.04 SSRİ-nin və Azərbaycan SSR-nin Dövlət 

himnləri 

7.04-7.30 Moskvadan son xəbərlər. Gimnastika 

8.00-8.15 Moskvadan «Pravda» qəzetinin xülasəsi 

9.00-9.16 Moskvadan son xəbərlər 

10.00-10.15 Moskvadan mərkəzi qəzetlərin xülasəsi 

12.00-12.10 Moskvadan istehsalat gimnastikası 

13.00-13.30 Moskvadan «Soyuz» radiostansiyasının 

proqramı 

14.30-14.50 Moskvadan musiqi proqramı 

16.00-16.15 Moskvadan son xəbərlər 

16.30-17.00 Moskvadan yerli teleradio komitələrinin 

proqramı  

18.00-18.15 Moskvadan son xəbərlər  

19.40-20.00 Moskvadan «İnsan və qanun» (II, IV, V 

günlər)  

20.00-20.30 Moskvadan son xəbərlər (hər gün)  

20.00-20.30 Danışır Bakı (Tbilisi, Yerevan) (III günlər)  

21.15-22.00 Moskvada beynəlxalq vəziyyət (Suallar və 

cavablar) 

(I, II, III günlər) 

23.00-23.30 Moskvadan son xəbərlər 

00.05-00.50 Moskvadan «Yunost» radiostansiyasının 

proqramı  

00.50-01.00 Moskvadan son xəbərlər (hər gün)  

01.00-01.03 Moskvadan SSRİ-nin Dövlət himni  

01.03-02.00 Moskvadan «Gecəyarısından sonra» 

proqramı 

 

Yəqin ki, hər şey aydındır. Bu vəziyyət 1950-ci ildən 



1991-ci ilin sentyabrınadək, yəni Azərbaycan müstəqil 

respublika olanadək davam etmişdir. 




 

112


Bu gün artıq Azərbaycan radiosu özünün proqram 

siyasətini müstəqil həyata keçirir. Radionun bu gün fəaliyyət 

göstərən 15 redaksiyasının bir aylıq verilişlərinin xüsusi 

həcmi 276 saatdır. Həftəlik proqramlar tərtib edilərkən 

dinləyicilərin arzu və istəkləri nəzərə alınır. 

2006-cı il yanvarın 1-dən Azərbaycan radiosu 24 saat 

fasiləsiz yayımlanır. 

Ulu öndərimiz H.Əliyev hakimiyyətdə olduğu illərdə 

Azərbaycan radiosu və televiziyasına xüsusi diqqət və qayğı 

göstərmişdir. Bu qayğı istər teleradionun müasir avadanlıqla 

təchiz edilməsində, istərsə də kollektivimizin ayrı-ayrı 

əməkdaşlarının zəhmətinin qiymətləndirilməsində öz ifadəsini 

tapmışdır. 

Böyük öndərimiz deyirdi: «Xalqımızın mədəniyyətini, 

dilini, milli adət-ənənələrini yaşatmaq, inkişaf etdirmək və 

bütün dünyaya təbliğ etmək bizim hər birimizin üzərinə düşən 

çox məsuliyyətli, tarixi bir işdir». 

Bu gün Azərbaycan teleradiosunun əməkdaşları bu tarixi 

missiyanı həyata keçirmək üçün bütün səy və bacarıqlarını 

əsirgəmirlər. 

 

«Xalq qəzeti»,  



24 may 2006-cı il 

 

 



 


 

113


 

 

 



 

RADİO VƏ TELEVİZİYANIN  

İNFORMASİYA TARİXİNDƏN 

 

Bu gün özünün yeni inkişaf dövrünü yaşayan 



Azərbaycan radiosunun 80 illik tarixi bir növ ilk xəbərlərin 

efirə çıxdığı gündən başlayır. Bakı radiosunda ilk informasiya 

buraxılışı (Azərbaycan radiosu əvvəl bu adla fəaliyyətə 

başlayıb) 1926-cı il noyabrın 6-da «Danışır Bakı!» sədası ilə 

gün ərzində yarım saat həcmində sırf istehsalat xəbərləri ilə 

efirə çıxıb. Bu xəbərləri radionun ilk azərbaycanlı diktorları 

İsmayıl Əlibəyov, Raya İmamzadə, Ənvər Nəcəfov, Əsgər 

Mövsümzadə, Səməd Səmədov və Soltan Nəcəfov oxuyublar. 

Həmin tarixi gündən Azərbaycanda radio müntəzəm 

verilişlərinə başlayıb. 1928-ci ilə kimi radio verilişlərinə 

ancaq Bakıda və Abşeron yarımadasında qulaq asa bilirdilər. 

Lakin bir il sonra Azərbaycan radiosunun xəbərləri 

respublikamızın hər yerinə yayımlanmağa başladı. Artıq 30-cu 

illərin ortalarında «Son xəbərlər» tipli mükəmməl xəbərlər 

proqramı yaradıldı. Azərbaycan radiosunda xəbərlər 

buraxılışının təşəkkül dövrü isə 1932-ci ilə təsadüf edir. 

Əvvəllər «Mərkəzi informasiya» redaksiyası kimi fəaliyyətə 

başlayan bu redaksiya az sonra «Son xəbərlər» adlandırılıb. 

Beləliklə, o vaxtlar efirdə tez-tez səslənən yeknəsək radio-

qəzet əvəzinə, ilk dəfə olaraq müntəzəm operativ verilişlərin 

yeni forması – «Son xəbərlər» yarandı. Mühüm ictimai-siyasi 

informasiyaları özündə cəmləşdirən bu xəbərlər toplusu uzun 

illər ərzində radio proqramlarının ən çox dinlənilən kütləvi 

verilişi olub. Artıq 50-ci illərin ortalarında bu proqram öz 




 

114


ənənələrini yaratdı. Efirdə operativ informasiyalara, ölkədə və 

xaricdə baş verən son hadisələrə, günün aktual mövzusunda 

qısa şərhlərə, sosial-iqtisadi, mədəniyyət və idman 

yeniliklərinə, reportaj və müsahibələrə geniş yer verildi. 

1960-cı illərdə tematik informasiya proqramlarına 

ehtiyac artdı. «Dünya həftə ərzində» ictimai-siyasi 

proqramının yaranması o vaxt əsl yenilik oldu. Qənbər 

Hüseynov, Şirməmməd Hüseynov, Bəhram Rəcəbov, Bilal 

Muradov kimi siyasi icmalçılar çıxış edərək günün aktual 

mövzularını şərh etməyə başladılar. Sonralar bu sahədə Yasin 

Qaraməmmədli davamlı çıxışlar etdi. 

Radionun diktorları Aydın Qaradağlı, Sabutay Quliyev, 

Ramiz Mustafayev, Züleyxa Hacıyeva, Fatma Cabbarova, 

Gültəkin Cabbarova, Sevda Saleh, Qara Tağızadə və başqaları 

məhz son xəbərlərin bacarıqlı təqdimatçıları kimi tanındılar. 

1960-cı ildən «Son xəbərlər» baş redaksiyasına Hacı 

Hacıyev rəhbərlik etməyə başladı. Redaksiyanın strukturu 

xeyli yeniləşdi. İnformasiya proqramlarını daha operativ, 

maraqlı etmək sahəsində axtarışlar onunla nəticələndi ki, 

radionun birinci proqramındakı əsas xəbər buraxılışının 

strukturu və adı dəyişdirildi. Uzun illər «Son xəbərlər» adı ilə 

tanınan baş xəbər proqramı 1966-cı il iyunun 13-dən «Günün 

səsi» kimi efirə çıxdı. 

İnformasiya proqramlarının formalaşmasında Teymur 

Əliyev, Ənvər Əlibəyli, Hacı Hacıyev, Valid Sənani, Yalçın 

Əlizadə, Tofiq Rüstəmov, Yasin Qaraməmmədli və digər 

təcrübəli əməkdaşların rolu böyük oldu. 1964-cü il oktyabrın 

15-də isə Azərbaycan radiosunun «Araz» xəbərlər proqramı 

efirə çıxdı. Tədricən radionun birinci proqramı ilə efirə gedən 

xəbərlər «Araz»la da təkrar səslənməyə başlandı. Azərbaycan 

radiosunun ən uzaqlarda eşidilən və maraqla izlənilən 

proqramında dünya azərbaycanlılarına Azərbaycanın ən son 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə